* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Zikr edilən duaları saymaq, indi isə məşğuliyyət üçün istifadə edilən sapa keçirilmiş muncuq və s. dənələri düzümü. Molla İbrahimxəlil sabah vaxtı səccadə üstündə başında əmmamə, əlində uzun təsbeh, dizi üstə oturub övrad oxumağa məşğuldur. M.F.Axundzadə. Mirzə Cəmil kəhrəba təsbehini əlinə alıb, əsəbi halda çevirir, muncuqların şaqqıltısından həzz alırdı. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / təsbeh2 TƏSBEH // TƏSBİH ə. 1) Allahı müqəddəs sayma; 2) fikir və duanı saymaq üçün ipə keçirilmiş muncuq dənələri; təsbeh; 3) dua.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / təsbeh1 Ərəb mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / təsbeh1 сущ. чётки (шнурок с нанизанными не нём бусинами, шариками или с узелками для отсчитывания прочитанных молитв или поклонов во время молитвы). Kəhrəba təsbeh янтарные чётки, təsbeh çevirmək перебирать чётки
Azərbaycanca-rusca lüğət / təsbeh