təşviş sözü azərbaycan dilində

təşviş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təşviş • 96.3158%
  • Təşviş • 3.4211%
  • TƏŞVİŞ • 0.2632%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təşviş(film, 2007)
== Rollarda ==
Təşviş (Həyəcan) Pozuntuları
Təşviş pozuntuları — təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu və digər psixi pozuntular aiddir. == Haqqında == Təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar təşviş pozuntuları adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial (ictimai) fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu, obsessiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu), posttravmatik stress pozuntusu aiddir. Müxtəlif təşviş pozuntularından əhalinin 15-18%-i əziyyət çəkir. Əsəb xəstəlikləri arasında, yayılmasına görə, təşviş pozuntuları yalnız depressiyadan geri qalır. Qorxu və təşviş insanın təbii emosional reaksiyalarıdır. İnsanın həyatına təhlükə yarandıqda bu hisslər hər bir fərddə meydana çıxır və onun fəaliyyətini təhlükədən qurtarmağa yönəldir. Lakin hər hansı situasiyaya qarşı həddən artıq güclü qorxu və təşviş yaranarsa, yaxud bu hisslər əsassız meydana çıxarsa, belə vəziyyət təşviş pozuntuları adını almış əsəb xəstəliklərinin əlaməti kimi qiymətləndirilir. == Təşviş pozuntularının növləri == Bu bölmədə müxtəlif təşviş pozuntularının qısa təsviri verilmişdir.
Zanqın özünüqiymətləndirmə təşviş cədvəli
Zanqın özünüqiymətləndirmə təşviş cədvəli (ing. Zung Anxiety Rating Scale – ZARS) Dyuk Universitetində (ABŞ) Vilyam Zanq (William W.K. Zung) tərəfindən 1971-ci ildə yaradılmışdır. Bu cədvəl təşviş pozuntularının diaqnostikası və təşvişin kliniki hal kimi qiymətləndirilməsi üçün istifadə olunan vəsaitdir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərkən "nadir hallarda", "arabir", "tez-tez" və ya "əksər hallarda" cavablardan birini seçir. Cədvəlin 5 bəndi təşviş pozuntusunun affektiv simptomlarını, qalan 15 bəndi isə somatik simptomlarını qiymətləndirir. Təşviş pozuntunun kliniki diaqnostikası, skrininqi və kliniki dinamikasının müşahidəsi ilə yanaşı Zanqın təşviş cədvəli həmçinin epidemioloji tədqiqatlarda və dərmanların kliniki sınaqlarında istifadə edilir. == Tətbiq etmə qaydası == Cədvəli doldurulmazdan əvvəl müayinə edilən şəxs cədvəlin istifadə qaydası ilə tanış edilir. Cədvəl müayinə edilən şəxs tərəfindən müstəqil doldurulur. Cədvəl doldurularkən mütəxəssis bu prosesə müdaxilə etmir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.08 dəfə / 1 mln.
2002 ••••••• 3.43
2003 ••••••• 3.15
2004 •••• 2.02
2005 •••••••••• 4.72
2006 ••••••• 3.38
2007 ••••••• 3.17
2008 ••••• 2.19
2009 •••••••• 3.84
2010 •••••• 2.81
2011 •••••••• 3.60
2012 •••••••••• 4.90
2013 •••••••••••••• 6.86
2014 •••••••••• 4.63
2015 •••••• 2.72
2016 •••••••• 3.82
2017 ••••••• 3.41
2018 •••••• 2.85
2019 ••••• 2.36
2020 •••••••••••••••••••• 10.21

təşviş sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bir-birinə əks hisslərin mübarizəsindən doğan narahatlıq; təlaş, həyəcan. [Bayram:] Ancaq elə ondan ötrü təşvişdəyəm, ağa, … bir sevgilim var. M.F.Axundzadə. Ovçu təşviş içərisində gənc həkimə baxdı. H.Seyidbəyli. □ Təşviş etmək (keçirmək), təşvişə düşmək – narahat olmaq, təlaşa düşmək, həyəcanlanmaq. [Almaz:] Ay ana, sən elə nahaq yerə belə təşvişə düşürsən. C.Cabbarlı. Mənzil alanların bu qədər təşviş keçirmələrinin əsas iki səbəbi vardı… B.Bayramov. Təşvişə salmaq – narahat etmək, təlaşa salmaq, həyəcanlandırmaq. Getmişdi on günə, çıxdı on beşə; Neçin saldı məni belə təşvişə? Ə.Cavad. 2. Təşvişlə şəklində zərf – narahatlıqla, həyəcanla, təlaşla. Yoxsullar soyuq və sərt Bakı qışını təşvişlə qarşılayırdılar. A.Şaiq. Seymur əlini [Teymurun] sağ əlinə toxundurub təşvişlə soruşdu… H.Seyidbəyli.

    Azərbaycan dilinin izahlı lüğəti / təşviş

təşviş sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 həyəcan — iztirab — təlaş — vəlvələ — çaxnaşma

    Azərbaycan dilinin sinonimlər lüğəti / təşviş
  • 2 TƏŞVİŞ Güləbətin onun səsindəki qorxu və təşvişi duyub dərhal sakit etməyə çalışdı (M.İbrahimov); İZTİRAB [Arif:] Sorma, heç sorma, Nazənin xavər; Məni məhv etdi iztirabü kədər (H.Cavid); SƏKSƏKƏ Rübabə: Bu iki pudluqlar bu həyətə gələni səksəkə içindəyəm, ay qadanızı alım, mənə yazığınız gəlsin (H. Abbaszadə); TƏLAŞ Və ikisinin də qorxu və təlaşdan gözləri kəlləsinə çıxmışdı – sinələri dəmirçi körüyü kimi qalxıb-enirdi, ikisi də birdən dedi: – Qədeş, bilirsən nə olub? (H.Abbaszadə); NARAHATLIQ (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / təşviş

təşviş sözünün antonimləri (əks mənalı sözlər)

təşviş sözünün rus dilinə tərcüməsi

  • 1 беспокойство, волнение, смятение, тревога

    Azərbaycanca-rusca lüğət / təşviş
  • 2 сущ. волнение, беспокойство, тревога, смятение. Dərin təşviş глубокое волнение, gələcəyə görə təşviş тревога за будущее; təşvişə düşmək волноваться, взволноваться, беспокоиться, забеспокоиться, тревожиться, встревожиться, испытывать волнение; təşvişə salmaq kimi, nəyi волновать, взволновать, тревожить, встревожить кого, вселить тревогу в кого. Məktub hamını təşvişə salmışdı письмо встревожило всех; təşviş doğurmaq вызывать, вызвать тревогу (волнение, смятение). İşin gedişi təşviş doğurur ход работы вызывает тревогу; təşviş keçirmək испытывать волнение, тревогу; təşviş içində olmaq быть в тревоге

    Azərbaycanca-rusca lüğət / təşviş

təşviş sözünün inglis dilinə tərcüməsi

  • 1 i. anxiety; uneasiness; nervousness; agitation; ~ə düşmək / ~ keçirmək to be* anxious / uneasy (about), to worry (about); to be* agitated, to be* in agitation; to become* anxious (about); to take* alarm; ~ə salmaq to agitate (d.), to trouble (d.); to excite (d.); to alarm (d.)

    Azərbaycanca-ingiliscə lüğət / təşviş

təşviş sözünün fransız dilinə tərcüməsi

təşviş sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. тешвиш, талаш, рикӀин къалабулух, гъалаба, рикӀин секинсузвал, нарагьатвал (сад-садаз акси гьиссерикай арадал къведай); təşviş etmək (keçirmək), təşvişə düşmək тешвишда гьатун, талашда гьатун, рикӀ секинсуз хьун, рикӀик къалабулух акатун, рикӀи гъалаба къачун, нарагьат хьун; təşvişə salmaq тешвишда ттун, талашда ттун, рикӀик къалабулух кутун, секинсузвал кутун, нарагьат авун; 2. təşvişlə нареч. тешвиз кваз, тешвишдалди, талашдалди, рикӀ секинсуз яз, нарагьатвилелди, рикӀик гъалаба (къалабулух) кваз.

    Azərbaycanca-ləzgicə lüğəti / təşviş

təşviş sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. narahatlıq, təlaş, qorxu.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"təşviş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təşviş nədir? #təşviş sözünün mənası #təşviş nə deməkdir? #təşviş sözünün izahı #təşviş sözünün yazılışı #təşviş necə yazılır? #təşviş sözünün düzgün yazılışı #təşviş leksik mənası #təşviş sözünün sinonimi #təşviş sözünün yaxın mənalı sözlər #təşviş sözünün əks mənası #təşviş sözünün etimologiyası #təşviş sözünün orfoqrafiyası #təşviş rusca #təşviş inglisça #təşviş fransızca #təşviş sözünün istifadəsi #sözlük