* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Oyunda, yarışda, döyüşdə, mübahisədə və s.-də məğlub olmaq, basılmaq, yenilmək. Şahmatda uduzmaq. Yarışda uduzmaq. Müharibədə uduzmaq. – [Dəstə] kəşfiyyatdan əliboş qayıdarsa, vuruşmanı düşmən mütləq uduzacaqdır. M.Hüseyn. 2. Qumarda pul və ya şeyini baxtalamaq, itirmək, əlindən çıxarmaq. [Həpo:] Bu gecə on beş tümənin hamısını bir yerdə uduzdum. M.F.Axundzadə. [Qayınatası Sürəyyaya:] Daha nə vaxtacan [Səməd] mənim malımı, pulumu aparıb uduzacaq? Çəmənzəminli. 3. məc. Üstünlüyünü, yaxşı, əlverişli imkanını, xeyrini, yaxud fürsəti əlindən qaçırmaq, itirmək, malik olduğu və ya ola biləcəyi şeydən məhrum olmaq. Amma [Koroğlu] tələssin, yoxsa uduzar. “Koroğlu”. Biz əldə edilmiş qələbəni uduzmamaq üçün tədbirlər görməliyik. M.S.Ordubadi. Rüstəm bildi ki, işi uduzub. M.İbrahimov. ◊ Ağlını uduzmaq – bax ağıl1. [Ələsgər:] Bir də ağlını uduzma. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / uduzmaq3 1. UDUZMAQ [Xasay:] Düşmən qazaqlar, biz uduzarıq (R.Rza); BAXTALAMAQ (müxtəlif mənalarda) Xortdan: Sənin bankda nə qədər pulun var, hamısını baxtaladı (Ə.Haqverdiyev); BASILMAQ (güləşdə) Heç kəs onu tanımasa da, Həmid bu qədər camaatın qarşısında basılmaq istəmirdi (HAbbaszadə); MƏĞLUB OLMAQ Tahirə də elə bil Baharın qarşısında məğlub oldu (B.Bayramov). 2. UDUZMAQ (məc.) Rüstəm bildi ki, işi uduzub (M.İbrahimov); FÜRSƏTİ ƏLDƏN BURAXMAQ/VERMƏK [Sona:] Biz indidən işə başlamasaq, fürsəti əldən buraxarıq (H.Nəzərli).
Azərbaycan dilinin sinonimlər lüğəti / uduzmaq2 глаг. проигрывать, проиграть: 1. nəyi потерять, лишиться чего-л. в игре, в результате игры (в карты, лото и т.п.). Var-dövlətini uduzmaq проиграть всё своё состояние 2. потерпеть поражение в чем-л. Oyunu uduzmaq проиграть игру (матч), axırıncı partiyanı uduzdu (он) проиграл последнюю партию, keyfiyyəti uduzmaq проиграть качество (проиграть ладью за коня или слона), piyadanı uduzmaq проиграть пешку; böyük hesabla uduzmaq проиграть с крупным (большим) счетом, mərci uduzmaq проиграть пари, məhkəmə prosesini uduzmaq проиграть судебный процесс, döyüşü uduzmaq проиграть бой, müharibəni uduzmaq проиграть войну; olanını (hər şeyini) uduzmaq проигрываться, проиграться ◊ ağlını uduzmaq обмануться, ошибиться в чем-л., допустить роковую ошибку. Heç bilmirəm, necə ağlımı uduzdum не знаю, как я допустил такую роковую ошибку, такую оплошность
Azərbaycanca-rusca lüğət / uduzmaq1 гл. 1. кумукьун, амукьун; кӀаник акатун, магълуб хьун (женгина, къугъуна, акъажунра); şahmatda uduzmaq шахматдал кумукьун; 2. гъарай хьун, гъиляй акъатун, къугъвана фин, къугъвана гун (къумарал пул); 3. пер. гъиляй акъатун (хъсан имкан, хийир, фирсет), авай ва я жедай са затӀуникай магьрум хьун; ** ağlını uduzmaq кил. ağıl¹.
Azərbaycanca-ləzgicə lüğəti / uduzmaq