uniya sözü azərbaycan dilində

uniya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • uniya • 80.0000%
  • Uniya • 13.3333%
  • UNİYA • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Uniya
Uniya (lat. unio – birlik, təşkilat) — dövlətlər arasında ittifaqın, birliyin növü. Uniyanın personal və real növləri mövcuddur. Personal uniyada iki və daha çox monarxiya quruluşlu dövlətlərin bir dövlətin tərkibində birləşir, lakin hər biri özünün hakimiyyət və idarəetmə orqanlarını saxlayır. Məsələn, Millətlər Birliyinin üzvü olan 54 ölkədən 15-i şəxsi uniya münasibəti vəziyyətindədir, yəni Böyük Britaniya və və Şimali İrlandiya krallıqlarına birləşmişlər və özlərinin monarxları yoxdur. (Avstraliya, Yeni Zelandiya, Kanada, Barbadas, Yamayka və b.) İngilis kraliçası eyni zamanda bu ölkələrin hər birinin kraliçasıdır. Lakin həmin ölkələrdə onun funksiyasını əsasən hər bir ölkənin hökuməti tərəfindən namizədliyi təqdim olunmuş və kraliça tərəfindən təsdiqlənmiş general-qubernator yerinə yetirir. Real uniya öz dövlət başçısı, öz pul sistemi, birləşmiş ordusu və digər xarici siyasəti həyata keçirən vacib dövlət orqanları olan monarxiya quruluşlu dövlətlərin daha sıx birliyidir. Alberto Alesina and Enrico Spolaore. 2003.
Lublin uniyası
Lublin ittifaqı (pol. Unia lubelska; lit. Liublino unija; ukr. Лю́блінська у́нія; belar. Лю́блінская у́нія) — Böyük Litva knyazlığı və Polşa Krallığı arasında baş vermiş milli birləşmə və seçmə monarxiyaya əsaslanan Litva-Polşa ittifaqı. == İttifaqın qurulması və Yaqolliya sülaləsi == Jagiełło 1386-cı ildə xristianlığı qəbul edərək II Vadislav adını aldı və 11 yaşlı Polşa kraliçası Jadviga ilə evləndi. Beləliklə, Jagiellon sülaləsinin üzvləri həm Litvanın, həm də Polşanın hökmdarı oldular. Ancaq iki ölkənin hökmdarları eyni olsa da, dərhal birləşmədilər. Ancaq 1569-cu ildə Yagiellon sülaləsinin son kralı II Zygmunt Avqustun uşaqsız ölməsindən sonra iki dövlətin maqnatları (zadəganları) Lublin müqaviləsini imzalamaq üçün 1 iyul 1569-cu ildə Polşanın Lublin şəhərində bir araya gəldi və iki dövləti bir araya gətirdilər. Beləliklə, Polşa-Litva Birliyi yaradıldı.
Brest Uniyası (1596)
Brest Uniyası (1596) — Reç Pospolitadakı, o cümlədən Ukrayna və Belarusdakı katolik və pravoslav kilsələrinin birləşdirilməsi. Brestdə keçirilən kilsə məclisində qəbul olunmuşdu. B.u.-na səbəb Polşa krallarının dövlət daxilində dini vəhdətin yaradılmasında marağı, həmçinin ali pravoslav ruhanilərinin öz imtiyazlarının möhkəmlətmək cəhd idi. B.u. kəndlilər, kazaklar və digər təbəqələr arasında etiraz doğurmuş, dövlət tərəfindən dəstəklənən uniatlarla pravoslavlar arasında münasibətləri xeyli gərginləşdirmişdi. B.u. rəsmən 1946 ildə Lvovda keçirilən kilsə məclisində ləğv edilmişdi. == Tarixi == O dövrün Katolik Kilsəsinin rəhbərləri üçün belə bir fikir xarakterik idi ki, "ruslar" (Şərqi slavyanlar) öz əqidələri ilə deyil, Konstantinopol Patriarxlığının nüfuzuna tabe olaraq "parçalanmaya" girmişlər və bunlara əməl etmişlər. Yalnız vərdişdən qaynaqlanan "yanılmalar" asanlıqla Roma Katolik Kilsəsi ilə birləşməyə səbəb ola bilər. Bu cür birliyin "Rus" kilsəsinə və "rus" cəmiyyətinə gətirə biləcəyi faydaların ətraflı sadalanması ilə təkliflər iyezuit Peter Skarqanın 1577-ci ildə nəşr olunan "Tanrı kilsəsinin birlik altında birliyi haqqında" essesində verilmişdir.

uniya sözünün leksik mənası və izahı

uniya sözünün sinonimləri (yaxın mənalı sözlər)

uniya sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. уния: 1. полит. объединение, союз государств 2. религ. объединение православной и католической церквей под властью папы римского, с сохранением православной церковью своих обрядов и богослужения на родном языке, существовавшее до 1946 года. Kilsə uniyası церковная уния

    Azərbaycanca-rusca lüğət / uniya

uniya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat.] сущ. уния (1. садвал, сад хьунухь, союз; 2. Рома папа кьиле аваз католик килиса православ килисадин са паюнихъ галаз сад хьунухь).

    Azərbaycanca-ləzgicə lüğəti / uniya

Oxşar sözlər

#uniya nədir? #uniya sözünün mənası #uniya nə deməkdir? #uniya sözünün izahı #uniya sözünün yazılışı #uniya necə yazılır? #uniya sözünün düzgün yazılışı #uniya leksik mənası #uniya sözünün sinonimi #uniya sözünün yaxın mənalı sözlər #uniya sözünün əks mənası #uniya sözünün etimologiyası #uniya sözünün orfoqrafiyası #uniya rusca #uniya inglisça #uniya fransızca #uniya sözünün istifadəsi #sözlük