vandal sözü azərbaycan dilində

vandal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vandal • 93.5780%
  • Vandal • 3.6697%
  • VANDAL • 2.7523%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.39 dəfə / 1 mln.
2008 ••••• 0.24
2009 ••• 0.16
2010 •• 0.09
2011 ••• 0.17
2012 ••••• 0.26
2013 ••••••••••••• 0.73
2014 ••• 0.17
2015 •••••• 0.34
2016 •••••••••••••••••••• 1.21
2017 ••••••••••••••••• 0.98
2018 ••••• 0.30
2019 •••••••••••••• 0.83
2020 •••••••••••••••• 0.93

vandal sözünün leksik mənası və izahı

  • 1 [lat.] 1. Roma imperiyasının bir hissəsini işğal və Roma şəhərini dağıdıb talan etmiş qədim alman qəbiləsi. 2. Vəhşi, mədəniyyətsiz; mədəniyyət əsərlərini vəhşicəsinə dağıdan, məhv edən adam.

    Azərbaycan dilinin izahlı lüğəti

vandal sözünün etimologiyası

  • 1 V əsrdə Roma imperiyasının qərb əyalətlərinə soxulan və faktiki olaraq bu imperiyanı süquta yetirən german tayfaları olduqca çoxsaylı idilər. Bu tayfalardan birinin üzvləri özlərini vandallar adlandırırdılar. Həmin sözün mənşəyi bizə məlum deyil. Bu çox qəddar və amansız bir tayfa idi. 406-cı ildə vandallar Reyn çayını keçərək Qalliya ərazisinə daxil olmuş, oradan da 409-cu ildə İspaniyaya soxulmuşdular. Onların Cənubi İspaniyada hökmranlığı iyirmi il sürmüşdü.  479-cu ildə vandallar Karfagen yaxınlığında öz dövlətlərini qururlar. Bundan sonra vandallar öz donanmalarını yaradaraq Aralıq dənizində bir neçə ada ələ keçirir və 483-cü ildə onların gəmiləri Roma yaxınlığında lövbər salır. Vandallar Romanı ələ keçirir və şəhəri tədricən qarət etməyə başlayırlar. Onlar daşınmaz əmlaka ciddi ziyan vurmurdular. Öldürülən romalıların sayı elə çox də deyildi. Buna baxmayaraq, təbii ki, romalılar dəhşət içində idilər və Romanın qarət olunması tarixçəsi əsrlərdən keçərək bizlərə çatıb. XVIII əsrin sonlarından etibarən isə Romanın qarət edilməsini kobud və savadsız barbarlar tərəfindən bir mədəniyyətin məhv edilməsinə nümunə kimi göstərməyə başladılar. “Vandal” sözü isə nadanlığı səbəbindən qiymətləndirə bilmədiyi əşyanı məhv edən adama şamil edildi. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti

vandal sözünün sinonimləri (yaxın mənalı sözlər)

vandal sözünün rus dilinə tərcüməsi

  • 1 (lar) сущ. вандал, вандалы: 1. древнегерманское племя. Romanı vandallar dağıtdılar Рим разорили вандалы 2. разрушитель культурных ценностей. XX əsrin vandalları вандалы XX века

    Azərbaycanca-rusca lüğət

vandal sözünün inglis dilinə tərcüməsi

vandal sözünün fransız dilinə tərcüməsi

vandal sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat.] вандал (1. вандалар, Рим империядин са пай кьуна ва Рим шегьер чукӀурна барбатӀай, тарашай къадим германрин къебила; 2. вагьши, медениятсуз; медениятдин эсерар вагьшидаказ чукӀурдай, терг ийидай кас).

    Azərbaycanca-ləzgicə lüğəti

"vandal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vandal nədir? #vandal sözünün mənası #vandal nə deməkdir? #vandal sözünün izahı #vandal sözünün yazılışı #vandal necə yazılır? #vandal sözünün düzgün yazılışı #vandal leksik mənası #vandal sözünün sinonimi #vandal sözünün yaxın mənalı sözlər #vandal sözünün əks mənası #vandal sözünün etimologiyası #vandal sözünün orfoqrafiyası #vandal rusca #vandal inglisça #vandal fransızca #vandal sözünün istifadəsi #sözlük