vasitəçi sözü azərbaycan dilində

vasitəçi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vasitəçi • 97.6654%
  • Vasitəçi • 2.1887%
  • VASİTƏÇİ • 0.1459%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vasitəçilik müharibəsi
Vasitəçilik müharibəsi (ing. Proxy war) — iki dövlət arasındakı münaqişə və qeyri-dövlət quruluşları arasında heç bir quruluşun birbaşa digərinə aid olmadığı bir qarşıdurma.
Kompüter vasitəçiliyi ilə kommunikasiya
Kompüter vasitəçiliyi ilə kommunikasiya (ing. computer-mediated communication, СМС) — iki və ya daha çox elektron cihazın istifadəsi ilə baş verən hər hansı insan kommunikasiyası. Termin ənənəvi olaraq kompüter vasitəçiliyi formatları (məsələn, ani mesajlaşma, e-poçt, söhbət otaqları, onlayn forumlar, sosial şəbəkə xidmətləri) vasitəsilə baş verən rabitələrə aid edilir. Lakin mətnlə mesajlaşma kimi mətnə əsaslanan qarşılıqlı əlaqənin digər formalarına da tətbiq edilmişdir. CMC ilə bağlı tədqiqatlar əsasən kompüter tərəfindən dəstəklənən müxtəlif kommunikasiya texnologiyalarının sosial təsirlərinə diqqət yetirir. Bir çox son tədqiqatlar sosial proqram təminatı ilə dəstəklənən və internetə əsaslanan sosial şəbəkələri əhatə edir. == Formaları == Kompüter vasitəçiliyi ilə kommunikasiya iki formaya bölünür: sinxron və asinxron. Sinxron kompüter vasitəçiliyi real vaxt rejimində baş verən ünsiyyətə aid edilir. Bütün tərəflər eyni vaxtda ünsiyyətdə olurlar; lakin onların hamısının eyni yerdə olması mütləq deyil. Sinxron rabitə nümunələri video söhbətlər və "FaceTime" audio zəngləridir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.87 dəfə / 1 mln.
2003 ••••• 2.36
2004 •••••••••••••••••••• 10.11
2005 ••••••• 3.37
2006 ••••••••••••• 6.08
2007 ••••••••••••• 6.34
2008 ••••••••••• 5.12
2009 ••••••••••••• 6.40
2010 •••••••••••••••••• 8.71
2011 ••••••••••••••• 7.55
2012 ••••••••••• 5.16
2013 •••••••••••••••••• 8.90
2014 •••••••••••••••••• 9.10
2015 •••••••••••••••••• 8.68
2016 ••••••••••••••• 7.12
2017 •••••••••••••••• 7.80
2018 •••••••••••••••• 7.94
2019 •••••••••••• 5.98
2020 ••••••• 3.05

vasitəçi sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bir-biri ilə çəkişən, mübahisə edən iki tərəfi barışdırmağa kömək edən adam və ya təşkilat. // İki tərəf arasında vasitə olan, əlaqə düzəldən şəxs; araçı, miyançı. 2. Ünsiyyət vasitəsi, əlaqə vasitəsi. Xahiş edərkən həddindən artıq təvazökar və nəzakətli ol, təvazökarlıq xahişin qəbul edilməsi üçün ikinci vasitəçidir. “Qabusnamə”.

    Azərbaycan dilinin izahlı lüğəti / vasitəçi

vasitəçi sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 VASİTƏÇİ (iki şəxs və ya tərəf arasında əlaqə düzəldən adam) [Qəndab:] O gündən onların arasında vasitəçi oldum (B.Bayramov); ARAÇI Mahmud ..öz ürəyini soyutmaq istəyirdi. Lakin araçılar buna mane oldular (A.Makulu); DİLMANC (məc.) Ağa Nəriman xana: Bədircahan, ban sən dilmanc ol bizim aramızda (N.Vəzirov); MİYANÇI Ey ortada miyançı şəklini alan hərif; Yetər, məni eylədin təbliğ və sandın zəif (S.Rüstəm); VASİTƏ Molla: Şamil xahiş etdi ki, mən vasitə olam və bəlkə Məşədi Məmmədəlini yumşaldam (C.Məmmədquluzadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / vasitəçi

vasitəçi sözünün rus dilinə tərcüməsi

vasitəçi sözünün inglis dilinə tərcüməsi

vasitəçi sözünün fransız dilinə tərcüməsi

  • 1 is. intermédiaire m (işdə, danışıqda və s), médiateur m, arbitre m ; agent m d’affaires, avoué m ; münaqişədə ~ olmaq être médiateur (dans un litige, dans un con-flit)

    Azərbaycanca-fransızca lüğət / vasitəçi

vasitəçi sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. арачи (ара туькӀуьрдай, баришугъ хьуниз куьмекдай кас ва я тешкилат); 2. авсият (алакъа) хуьдай затӀ.

    Azərbaycanca-ləzgicə lüğəti / vasitəçi

"vasitəçi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vasitəçi nədir? #vasitəçi sözünün mənası #vasitəçi nə deməkdir? #vasitəçi sözünün izahı #vasitəçi sözünün yazılışı #vasitəçi necə yazılır? #vasitəçi sözünün düzgün yazılışı #vasitəçi leksik mənası #vasitəçi sözünün sinonimi #vasitəçi sözünün yaxın mənalı sözlər #vasitəçi sözünün əks mənası #vasitəçi sözünün etimologiyası #vasitəçi sözünün orfoqrafiyası #vasitəçi rusca #vasitəçi inglisça #vasitəçi fransızca #vasitəçi sözünün istifadəsi #sözlük