virusu sözü azərbaycan dilində

virusu

Yazılış

  • virusu • 97.9578%
  • Virusu • 2.0422%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ebola virusu
Ebola virusu — keçici Ebola hemorragik qızdırmasının səbəbi olan virus. Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və izhaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir . Keçmişdə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub. Virusun ən son yayılması 2018-ci ilin avqust ayında Konqo Demokratik Respublikasında qeydə alınıb. == Tarixi == Ebola faktı 1976-cı ildə qeydə alınıb. Həmin il Sudanın Nzara bölgəsində və o zamankı Zairin Yambuku rayonunda (indiki Konqo Demokratik Respublikası) ilk virusa yoluxma halları aşkar edilib.
Meymunçiçəyi virusu
Meymun çiçəyi virusu (MPV və ya MPXV) insanlarda və digər heyvanlarda meymunçiçəyi xəstəliyinə səbəb olan ikiqat zəncirli DNT zoonoz virusudur. Poxviridae ailəsinin orthopoxvirus cinsinə aiddir. Bu, variola (VARV), inəkçiçəyi (CPX) və vaksinasiya (VACV) viruslarını ehtiva edən insan ortopoxviruslarından biridir. Çiçək xəstəliyinə səbəb olan variola virusunun birbaşa əcdadı və ya birbaşa nəslindən deyil. Meymun çiçəyi xəstəliyi çiçək xəstəliyinə bənzəyir, lakin daha yüngül bir səpgi və daha az ölüm nisbəti ilə xarakterizə olunur. Virusun virulentliyinin dəyişməsi Mərkəzi Afrikadan olan təcridlərdə müşahidə edilmişdir, burada ştammlar Qərbi Afrikadan daha təhlükəlidir. Bu iki bölgədə Konqo Hövzəsi (Mərkəzi Afrika) və Qərbi Afrika adlanan virusun fərqli kladesləri var.
Rubella virusu
Məxmərək və ya rubella qızılca xəstəliyini törədən infeksiyadır. Virus RNA qrupundan olan "Togavirus" ailəsinə aiddir. Məxmərək səpkilər, qızdırma və limfadenopatiya (limfa düyünlərinin böyüməsi) yaradan bir infeksiyadır. Əsasən uşaqlıq yaşında keçirilir və ən ağır 3 gün davam edir. Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür. İştahasızlıq, qızdırma, baş ağrısı baş verir. Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan qırmızımtıl ləkələr (ölçüləri 5–10 mm olan) şəklində səpgilər əmələ gəlir. 2–3 gündən sonra səpgilər özlərindən sonra heç bir iz (piqmentasiya, qabıqvermə və s.) qoymadan yox olurlar. Xəstəliyin müalicəsi ev şəraitində aparılır. Müalicə dövründə vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi məsləhət görülür.
Zika virusu
Zika virusu — 1947-ci ildə müəyyən edilib. Onun daşıyıcısı "Aedes aegypti" adlı ağcaqanad növləridir. Hamilə qadınlar üçün daha ciddi təhlükə yaratdığı deyilən bu virus, hələ doğulmamış körpənin beynində kiçilmə və fəsadlara, hətta ölümə belə yol aça bilər. Əlamətləri sırasına yüksək qızdırma, baş ağrısı, gözlərdə qızarma, qusma, səpmə, əzələ və oynaq ağrıları daxildir. Hazırda dünyanın 21 ölkəsində bu virusun qeydə alındığı bildirilir. Latın Amerikası ölkələrinin hökumətləri virusun yayılmasının qarşısını almaq üçün mübarizəyə başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, virus qərb yarımkürəsində sürətlə yayılacaq.
AIDS (kompüter virusu)
AIDS — Turbo Pascal 3.01a-da yazılmış və COM sənədləri üçün bir kompüter virusudur. AİDS, MS-DOS "uyğun fayl" zəifliyindən istifadə etdiyi bilinən ilk virusdur. MS-DOS-da, həm foo.com, həm də foo.exe mövcuddursa, foo.com həmişə əvvəlcə icra ediləcəkdir. Beləliklə, yoluxmuş com faylları yaradaraq, QİÇS kodu hər zaman nəzərdə tutulan exe kodundan əvvəl icra ediləcəkdir. AİDS virusu aktivləşdikdə ekranda aşağıdakı göstərilir; ATTENTION I have been elected to inform you that throughout your process of collecting and executing files, you have accdientally (sic) ¶HÜ¢KΣ► [PHUCKED] yourself over: again, that's PHUCKED yourself over. No, it cannot be; YES, it CAN be, a √ìτûs [virus] has infected your system. Now what do you have to say about that? HAHAHAHAHA. Have ¶HÜÑ [PHUN] with this one and remember, there is NO cure for AIDS Yuxarıdakı mesajda "AIDS" sözü ekranın təxminən yarısını əhatə edir. Sistem daha sonra dayandırılır və yenidən işə salmaq üçün gücləndirilib yenidən yüklənməlidir. AIDS virusu yoluxmuş bir com sənədinin ilk 13.952 baytını yazır.
Ebola virusu xəstəliyi
Ebola virusu xəstəliyi (ing. Ebola virus disease, EVD), həmçinin Ebola hemorragik qızdırması kimi tanınır (ing. Ebola haemorrhagic fever, EHF, lat. Ebola febris haemorrhagica) — kəskin viruslu yüksək yoluxucu xəstəlik. Nadir, lakin olduqca təhlükəli bir xəstəlikdir. Epidemiyanın başlaması Mərkəzi və Qərbi Afrikada qeydə alındı, ölüm 25–90% arasında dəyişdi (orta hesabla 50%). Hal-hazırda Ebola üçün etibarlı bir peyvənd yoxdur, ancaq ölkələr 2015-ci ildə yayıldığı üçün artıq peyvəndi ciddi qəbul etdilər. == Yayılması == — Ebola virusu insanlara əsasən qan və digər bədəndaxili mayelər, eləcə də virus daşıyıcısı olan heyvanlardan keçir. Yarasa, meymun və digər heyvan növləri virus daşıyıcısı ola bilər; — Ebola insandan insana qan və digər bədəndaxili mayelərlə əlaqə yoluyla keçir; — Dəfn mərasimlərində ölü insana toxunmaq yoluyla da virusa yoluxmaq mümkündür; — Virusun inkubasiya müddəti (infeksiyaya yoluxma anıyla xəstəliyin əlamətlərinin müşahidəsi arasındakı müddət) 2 gündən 21 gün arasında dəyişə bilir; — Qanlarında və daxili əzalarında virus daşıdıqları müddətcə insanlar infeksiya daşıyıcısı hesab olunur == Yoluxmanın əlaməti == İnfeksiyaya yoluxmanın ilk əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrək nasazlığı və qara ciyər fəaliyyətində problemlər müşahidə olunur.
Herpes simplex virusu
Sadə herpes virusu (HSV, ing. herpes simplex virus) — Herpesviridae fəsiləsinə aid, insanda herpes xəstəliyini törədən viruslar. Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ildə dərc olunmuş məlumatlarına əsasən bütün dünyada yaşayan 3,7 milyard insanda herpes virusu var. Bu, dünyada yaşayan insanların 67%-ni təşkil edir. [daha etibarlı mənbəyə ehtiyac var]Sinir hüceyrələrində yerləşən Herpes Simpleks virusunun 8 tipi var.Tibbi olaraq isə ən çox 3 tipinə rastlanmaqdadır: HSV-1, HSV-2, HSV-3. HSV-1 ümumilikdə ağız və burun çevrəsində muşahidə olunarkən, HSV-2 genital bölgədə yerləşməkdədir. HSV-3 isə Zona adlandırılan xəstəliyə yol açan, varisella zorter virusunun səbəb olduğu tipdir.[mənbə göstərin] Bizim eradan əvvəl Heredot tərəfindən təsvir olunub. Yunanca “Herpeine” sözundən olub mənası “ sürünən, sürünmək” deməkdir. Bu viruslar ailəsi 90-dan çox insan və heyvan orqanizmi üçün patogen olan növə malikdir. Ömür boyu xroniki formada orqanizmdə qalan və ən qədim infeksiya olan Herpes müasir sivilizasiya xəstəliyidir.[mənbə göstərin] == Simptomları == Əvvəllər suçiçəyi xətəliyinə yoluxmuş insanlarda görülən, vücudun hər hansı bir hissəsində qırmızılıq və iynə batması şəklində hiss edilən Herpes Zoster digər Herpes tiplərindən kəskin ağrıları ilə fərqlənir.
İnsan papilloma virusu
İnsan papilloma virusu (ing. human papillomavirus infection, HPV) — papillomavirus ailesinə aid, dəri ve mukozal səthlərdə bazal epiteliya qat hüceyrələrini infeksiya edən DNA virusu. Bir çox İPV infeksiyası heç bir əlamət göstərmir və 90%-i iki il ərzində spontan olaraq sağalır. Bununla birlikdə, bəzi hallarda İPV infeksiyası davam edərək, siğillər və ya xərçəng yaradan lezyonlarla nəticələnir. Bu lezyonlar təsirlənən sahəyə görə serviks, vulva, vajina, penis, anus, ağız, bademciklər və ya boğaz xərçəngi riskini artırır.
İnsanın immunçatışmazlığı virusu
İnsanın İmmunçatışmazlığı Virusu (İİV, ing. Human Immunodeficiency Virus, HIV) insanda infeksiyasının ən son mərhələsində Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing AIDS, rusca СПИД) xəstəliyinə yol açabilən retrovirusdur. İnfeksiya öz səthində CD4 reseptorlu immun hüceyrələrini məhv edir. Nəticədə insanın immun sistemi tükənir və QİÇS inkişaf edir. Orqanizm tezliklə müxtəlif infeksiyalara və bədxassəli şişlərə tab gətirə bilmir və sağlam insana xas olmayan opportünist xəstəliklər baş qaldırır. Hal-hazırda antiretrovirus terapiyasının (ART-terapiya) əlçatan olduğuna görə, İİV-pozitiv insanların həyat keyfiyyəti və yaşama müddəti İİV-neqativ (infeksiyaya yoluxmamış) şəxslərdən fərqlənmir. Terapiya qəbul edərək, insan müəyyən edilməyən virus yükünə nail olur. Müəyyən edilməyən virus yükü olduqda, insan hətta qorunmasız cinsi əlaqə zamanı başqaları üçün yoluxucu deyil. Antiretrovirus terapiyası qəbul edilmədiyi zaman, insan immuniteti zamanla zəifləyir. Simptomsuz keçən bu mərhələ latent adlanır və ortalama 6 aydan — 7 ilədək davam edir.
Ebola virusunun yayılması (2014)
Ebola virusunun yayılması — 2014-cü ilin fevral ayından etibarən Qərbi Afrika ərazilərində sürətlə yayılmağa başlamışdır. Ebola xəstəliyinə səbəb olan virus ilk dəfə Qvineya ərazisində müəyyən edilmiş və sürətlə digər Afrika ölkələrinə keçmişdir. Xəstəlik nəticəsində ən azı 12,222 nəfər dünyasını dəyişib. 2014-cü ilin 20 avqust tarixinə olan hesabata görə virus nəticəsində Qvineyada 406, Liberiyada 624, Nigeriyada 5 və Syerra Leoneda isı 392 nəfər dünyasını dəyişmişdir.

"virusu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#virusu nədir? #virusu sözünün mənası #virusu nə deməkdir? #virusu sözünün izahı #virusu sözünün yazılışı #virusu necə yazılır? #virusu sözünün düzgün yazılışı #virusu leksik mənası #virusu sözünün sinonimi #virusu sözünün yaxın mənalı sözlər #virusu sözünün əks mənası #virusu sözünün etimologiyası #virusu sözünün orfoqrafiyası #virusu rusca #virusu inglisça #virusu fransızca #virusu sözünün istifadəsi #sözlük