Sirus sözü azərbaycan dilində

Sirus

Yazılış

  • Sirus • 97.9508%
  • SİRUS • 1.6393%
  • sirus • 0.4098%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sirus Mirzəzadə
Sirus Yədulla oğlu Mirzəzadə (22 yanvar 1944 və ya 1944, Bakı) — Azərbaycanın xalq rəssamı (2018). S.Mirzəzadə 1944-cü ildə Bakıda anadan olub. 1966-cı ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1972-ci ildə Moskva Ali rəssamlıq məktəbini bitirib. 1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub. Yaradıcılığa 1970-ci illərdən başlayan rəssam istər monumental-dekorativ, istərsə də dəzgah rəngkarlığı sahələrində fəal işləyir və bu iki fəaliyyət sferaları onun yaradıcılığında vəhdət təşkil edir. Əməkdar rəssam S.Mirzəzadə Azərbaycan rəngkarlıq məktəbinin tanınmış nümayəndəsi kimi müasir təsviri sənətin zənginləşməsində xüsusi payı və xidmətləri olan rəssamlardandır. S.Mirzəzadə öz yaradıcılığında ənənə ilə müasirliyin, milli bədii təfəkkürlə beynəlmiləl bədii düşüncə tərzinin maraqlı sintezini yaradıb. Uzunmüddətli bədii fəaliyyəti dövründə təkrarsız üsluba malik rəssam çoxsaylı əsərlər yaradıb, 1972-ci ildən etibarən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə mütəmadi olaraq iştirak edərək bir çox mükafatlara layiq görülüb. 1987-ci ildə Bakıda və Moskvada, 1995-ci ildə Fransada və Türkiyədə fərdi sərgiləri keçirilib. 1996-cı ildə "Humay" mükafatına, 2002-ci ildə isə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülüb.
Sirus Rövşəni
Sirus Rövşəni (fars. سیروس روشنی‎‎; 1928, Təbriz – 1981) — iranlı həkim, anestezioloq. 1979-cu ildə İranda baş vermiş İran İslam İnqilabından əvvəl dəfələrlə mənsubu olduğu dini inanca görə təqiblərə məruz qalmışdır. Şiraz xəstəxanasında anestezioloq kimi çalışan Rövşəni dövlətin bütün təziqlərinə baxmayaraq vəzifəsini icra etməyə davam etmişdir. 1982-ci ildə İran İslam Respublikasının rəsmiləri tərəfindən iki dəfə təhdid edilmiş və nəticədə həmin ilin qışında güllələnərək edam edilmişdir. Sirus Rövşəninin ölümündən sonra İranda yaşayan bəhai icmasına qarşı sistematik təqiblərə start verilmişdir və həmin təqiblər ən müxtəlif səviyyələrdə bu gün də davam etdirilməkdədir. Sirus Rövşəni 1928-ci ildə İranın Şərqi Azərbaycan ostanının paytaxtı olan Təbriz şəhərində, bəhai ailəsində anadan olmuşdur. Yeniyetməlik dövründə ailəsində yaşanan maddi çətinliklər səbəbindən məktəbə getməyi dayandırmış və bazar ticarəti ilə məşğul olmuşdur. 17 yaşı olarkən, tibb təhsili üçün nəzərdə tutulmuş üç illik dərs proqramını bir il ərzində tamamlayaraq tibb məktəbinə daxil olmuşdur. Tibb təhsilini bitirdikdən sonra Sirus ümumi anesteziya üzrə ixtisaslaşmış və Səhiyyə və Tibbi Təhsil Nazirliyində işə qəbul edilmişdir.
Sirus Təbrizli
Sirus Xudadat oğlu Təbrizli (9 may 1942, Təbriz – 7 sentyabr 2013, Xaçmaz) — Azərbaycan siyasətçisi və jurnalisti, Azərbaycan Milli Məclisinin I çağırış (1995–1998) və II çağırış (2000–2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri. Sirus Təbrizli 1942-ci il mayın 9-da İranın Təbriz şəhərində anadan olub. Sirus Təbrizli ali təhsilini Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə alıb. O, azərbaycan dili ilə yanaşı fars və rus dillərini də bilirdi. Sirus Təbrizli Rəfiqə Təbrizli ilə ailəli idi; Arzu və Sevinc adından övladları var. Arzu Təbrizli dövlət qulluqçusu, Sevinc Təbrizli isə cərrahdır. Sirus Təbrizlinin siyasi fəaliyyəti 80-ci illərin sonu 90-cı illərin əvvəlində başlayan Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü olması ilə başladı. 1992-ci ildə Sirus Təbrizlinində daxil olduğu və tarixə "91-lər" olaraq keçən 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atdı. Həmin 91 nəfərdən ibarət qrup daha sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis iclasında partiyanın qurucu üzvlərindən oldu. Sonradan onlar Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olundular.
Sirus Şirbəyli
Sirus Din Məhəmmədi
Sirus Din Məhəmmədi (fars. سیروس دین‌محمدی‎, 2 iyul 1970, Təbriz)—Təbrizli sabiq futbolçu Sirus Din Məhəmmədi 22 iyul 1978-ci ildə İranlının Təbriz şəhərində anadan olub. Sirus Din Məhəmmədi professional karyerasına 1992-ci ildə Traktor Sazi klubunda başlamışdır. Sonralar Təbriz, İstiqlal, Maynz 05, Pegah klublarında forma geymişdir. Sirus Din Məhəmmədi İran millî futbol komandasının "1998-ci il Dünya Kuboku" heyətində iştirak etmişdir. O, ümumilikdə bu formanı 39 dəfə geymiş, 6 qol vurmuşdur .

sirus sözünün leksik mənası və izahı

Oxşar sözlər

#sirus nədir? #sirus sözünün mənası #sirus nə deməkdir? #sirus sözünün izahı #sirus sözünün yazılışı #sirus necə yazılır? #sirus sözünün düzgün yazılışı #sirus leksik mənası #sirus sözünün sinonimi #sirus sözünün yaxın mənalı sözlər #sirus sözünün əks mənası #sirus sözünün etimologiyası #sirus sözünün orfoqrafiyası #sirus rusca #sirus inglisça #sirus fransızca #sirus sözünün istifadəsi #sözlük