vitr sözü azərbaycan dilində

vitr

Yazılış

  • vitr • 60.0000%
  • Vitr • 20.0000%
  • VİTR • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vitr namazı
Vitr namazı - Vitr namazı təkidlə buyurulmuş sünnədir. Belə ki, Məhəmməd peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu namaza rəğbətləndirmiş və təşviq etmişdir. Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Həqiqətən Allah vitrdir (təkdir) və vitri sevər". Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazını qılmış və sonra demişdir: "Ey Quran əhli, vitr namazını qılın. Həqiqətən Allah vitrdir (təkdir) və vitri sevir" == Vitr namazının qılınan vaxtı == Vitr namazını İşadan Sübhə qədər olan vaxtda qılmaq olar. Bu namazı gecənin son üçdəbirində qılmaq daha yaxşıdır. Aişə deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazını, gecənin ilk, orta və axır vaxtlarında qılardı. Amma həyatının sonunda vitri səhərəyaxın qılardı". Gecənin sonunda oyanacağına əmin olmayan kimsənin, vitri gecənin ilk vaxtında qılması daha yaxşıdır. Eləcə də gecənin sonunda oyanacağına əmin olan kimsənin, vitri gecənin son vaxtında qılması daha yaxşıdır.
Euseius vitrum
Euseius vitrum (lat. Euseius vitrum) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Fujer-Vitre (rayon)
Fujer-Vitre (fr. Fougères-Vitré) — Fransanın Bretan regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İl və Vilen. Suprefektura — Fujer-Vitre. Rayon əhalisi 2012-cı ildə 176 038 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 82 nəf / km². Rayon sahəsi — 2152 km².
Gmelina lignum-vitreum
Gmelina lignum-vitreum (lat. Gmelina lignum-vitreum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin gmelina cinsinə aid bitki növü.
In vitro
In vitro (lat. vitrum — "şüşə", azərb. şüşənin içində‎) — eksperimental biologiyada canlı orqanizmlərdən kənarda, sınaq şüşəsində təcrübələrin aparılması texnologiyası. Təcrübələrin canlı orqanizmlər, insan və ya heyvanlar üzərində aparıldığı in vivo terminin əksidir. Molekulyar biologiya, biokimya, farmakologiya, tibb, genetika və digər sahələrə aid olan bir çox eksperimentlər in vitro, canlı hüceyrələrin və ya hüceyrəsiz modellərin üzərində aparılır. == Üstünlükləri == Canlı orqanizmlər həddən artıq mürəkkəb funksional sistem olub, on minlərlə gendən, zülal və RNT molekullarından, kiçik üzvi birləşmələrdən, qeyri-üzvi ionlardan, çoxhüceyrəli orqanizmlərdə isə orqanlar sistemindən ibarətdirlər. Canlı orqanizmin yaşaması üçün bu saysız-hesabsız komponentlər bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqədə olmaqla qida əldə etmək, tullantıları çölə atmaq, başqa orqanizmlərə, işığa, səsə, istiyə və s. reaksiya vermək bacarığına sahib olmalıdır. Canlı orqanizmlərin belə xüsusi mürəkkəbliyə sahib olması onların müxtəlif komponentlərinin təyin edilməsi və əsas bioloji funksiyalarının öyrənilməsində çətinliklər yaradır. In vitro təcrübənin əsas üstünlüyü isə tədqiq olunan sistemin istənilən səviyyədə sadələşdirilməsinin mümkünlüyü və tədqiqatçının çox kiçik komponentlər üzərində işləməsinə şərait yaratmasındadır.
Kuzinellus vitreus
Kuzinellus vitreus (lat. Kuzinellus vitreus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Proprioseiopsis vitreus
Proprioseiopsis vitreus (lat. Proprioseiopsis vitreus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis vitreus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Sander vitreus
Sarı sıf (lat. Sander vitreus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Təsviri == Bədəninin malksimal uzunluğu 107 sm, çəkisi isə 11,3 kq təşkil edə bilir. Bədəöni uznunsovdur. Yetkinləşdikcə yanlardan sıxılmış formasını alır. Böyük ağıza sahibdir. Köpək diçlərinə bənzər dişləri vardır. İki bel üzgəcinə sahibdir. İki bel üzgəcinə sahibdir. Onurğasında 44–48 fəqərə olur.
Vitraj
Vitraj — (fr. vitrage, lat. vitrum- şüşə sözündən)- şüşədən və s. şəffaf materiallardan düzəldilən ornametli və ya süjetli dekorativ kompozisiya. Şəffaf materialdan hazırlanmış ornamentli və ya süjetli kompozisiya pəncərə və qapı şəbəkələrinin bəzədilməsində, habelə interyerlərin tərtibatında vitrajdan istifadə olunur. Rəngli vitrajlar zəngin işıq boyaları əmələ gətirir və interyerin emosional ifadəliliyini artırır. Bəni Həsəndə (MƏR) və Romada tapılmış rəngli, hamar, şüşə parçalarından məlum olur ki, e.ə. II minillikdən Qədim Misirdə, eramızın I əsrindən isə Qədim Romada sadə vitrajlar hazırlanmışdır. Roma və Ravennadakı erkən xristian bazilikalarının pəncərə çərçivələrində şüşə alebastr və selenitdən hazırlanmış xüsusi kütlə ilə əvəz edilirdi; alebastr və selenit parlaq işığı keçirmədiyindən binanın interyerində əmələ gələn yarımqaranlıqda işıq zolaqlarından orijinal dekorativ effekt yaranırdı. X-XII əsrlərdə Fransada roman məbədlərində və Almaniyada dini mövzuda, sujetli vitrajlar düzəldilirdi.
Vitrak-an-Vyaden
Vitrak-an-Vyaden (fr. Vitrac-en-Viadène, oks. Vitrac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Jenevyev-syur-Arjans kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12304. Kommuna təxminən Parisdən 460 km cənubda, Tuluza şəhərindən 175 km şimal-şərqdə, Rodezdən isə 55 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 113 nəfər təşkil edirdi. == İdarərtmə == == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 58 nəfər (15-64 yaş) arasında 47 nəfər iqtisadi fəal, 11 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 81.0%, 1999-cu ildə 67.8%).
Vitre
Vitre (Alye) — Fransada kommuna, Overn regionunda yerləşir. Vitre-le-Fransua (rayon) — Fransanın Şampan-Arden rayonlarından biri. Fujer-Vitre (rayon) — Fransanın Bretan regionun rayonlarından biri.
Vitre-le-Fransua (rayon)
Vitre-le-Fransua(fr. Vitry-le-François) — Fransanın Şampan-Arden rayonlarından biri. Departament — Marna. Superfikturası— Vitre-le-Fransua. Rayon əhalisi 2006-cı ilə görə 48 318 nəfər təşkil edir. Əhalinın sıxığı 32 nəf/км².
Vitre (Alye)
Vitre (fr. Vitray) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Serinyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03318. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 122 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 71 yaşda (15–64 yaş arasında) 50 nəfər iqtisadi fəal, 21 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 70,4%, 1999-cu ildə 66,2%). Fəal olan 50 nəfərdən 44 nəfər (24 kişi və 20 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi. 21 hərəkətsiz 4 nəfər arasında şagird və ya tələbə, 10 nəfər — təqaüdçü, 7 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Vitri-syur-Sen
Vitri-sür-Sen (fr. Vitry-sur-Seine) — Fransada yerləşən bələdiyyə, Paris şəhərinin cənub-şərq şəhərətrafı. Əvvəllər Viktoriakum adlanırdı. Daha sonra bir neçə dəfə adını dəyişən şəhər müasir adını 1897-ci ildə aldı. Vitri bir çox zərbələrdən xilas oldu: Yüzillik müharibə, II Karl qoşunları Qevarsiya və Protasiya kilsəsini yandırdıqda, armanyak və burginyon müharibəsi, dini müharibələr, Fronda, 20-21 əsrlərin dövründəki milli torpaqlarda iğtişaşlar. Hal-hazırda vitriots enerji, sənaye və digər fəaliyyətlərlə məşğuldur. Şəhərdə geniş müasir incəsənət muzeyi mövcuddur.
Vitri-sür-Sen
Vitri-sür-Sen (fr. Vitry-sur-Seine) — Fransada yerləşən bələdiyyə, Paris şəhərinin cənub-şərq şəhərətrafı. Əvvəllər Viktoriakum adlanırdı. Daha sonra bir neçə dəfə adını dəyişən şəhər müasir adını 1897-ci ildə aldı. Vitri bir çox zərbələrdən xilas oldu: Yüzillik müharibə, II Karl qoşunları Qevarsiya və Protasiya kilsəsini yandırdıqda, armanyak və burginyon müharibəsi, dini müharibələr, Fronda, 20-21 əsrlərin dövründəki milli torpaqlarda iğtişaşlar. Hal-hazırda vitriots enerji, sənaye və digər fəaliyyətlərlə məşğuldur. Şəhərdə geniş müasir incəsənət muzeyi mövcuddur.
Vitrol (Yuxarı Alplar)
Vitrol (fr. Vitrolles, oks. Vitròla) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Barsiyonnet kantonuna daxildir. INSEE kodu — 05184. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 206 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 126 yaşında (15-64 yaş arasında) 98 nəfər iqtisadi fəal, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77.8%, 1999-cu ildə 72.3%). Fəal olan 98 nəfərdən 89 nəfər (45 kişi və 44 qadın) işləyir, 9 nəfər işsizdir (4 kişi və 5 qadın).
Vitruvi
Vitruvi (yun.Marcus Vitruvius Pollio; d. E.ə. 80–70 - ö. E.ə. 15) — E.ə. I əsrdə yaşamış qədim Roma memarı, mühəndisi və yazıçısı. == Həyat və fəaliyyəti == Bizim eranın əvvəlində yaşamış yunan yazıçıları onu sadəcə olaraq Vitrivius adlandırmışlar. XV əsrdən sonra onun tam adı ilə bağlı müxtəlif mülahizələr çap olunmağa başlamışdır. Ona görə də, onun adını çox vaxt Faventinin göstərdiyi kimi Vitrivius Pollio adlandırırlar. Roma imperatorları Sezar və Avqustun dövründə yaşamış Vitruvi böyük hökmdarlar üçün döyüş maşınlarının hazırlanmasına, vacib tikintilərin layihələndirilməsi və həyata keçirilməsinə rəhbərlik etmişdir.
Vitruvi (dəqiqləşdirmə)
Vitruvi (Marcus Vitruvius Pollio) — Qədim Romalı yazıçı, memar və mühəndis. Vitruvius insanı — Leonardo da Vinçinin gündəliklərinin birindən tapılmış olan rəsm əsəri.
Vitruvius insanı
Vitruvius insanı (ya da Vitruvian insanı) — məşhur rəssam Leonardo da Vinçinin gündəliklərindən birində, qeydlərinin yanında çəkdiyi eskizdir. 1492-ci ildə çəkmişdir. Məşhur Roma memarı və yazıçısı Marcus Vitruvius Pollionun (e.ə. 80-15) “De Architectura” əsərində izah etdiyi nisbətlərdən ilhamlanaraq hazırlandığı üçün “Vitruvius insanı” adlanır. Şəkildə, iç-içə bir dairənin və bir kvadratın ortasında çəkilmiş, açıq və qapalı vəziyyətdə əzalarını üst-üstə qoyan çılpaq bir adam təsvir edilmişdir. Bu rəsm və yanında olan qeydlər çox vaxt “nisbətlər qanunu” və ya daha az “insanın nisbətləri” adlanır. Venesiyadakı Gallerie dell'Accademia sərgisində nümayiş etdirilir. Leonardo da Vinçinin Vitruvian insanı İntibah dövründə çəkilmiş elm və sənət nümunəsidir. Bu Leonardonun nisbətlərə qarşı hiss etdiyi marağın bir sübutudur. Bundan əlavə, rəsm Leonardonun insanla təbiəti bir-biri ilə əlaqələndirmə-birləşdirmə işi üçün də bir dönüş nöqtəsidir.
Xeyirxah samariyalı vitrajı
Şartr kafedralının Xeyirxah samariyalı vitrajı (fr. Vitrail du Bon Samaritain à Chartres) — Şartr şəhərində yerləşən Tanrı anası kilsəsinin sağ qanadında yerləşən Bibliyadan olan "Xeyirxah samariyalı haqqında pritça"nın təsvir edildiyi orta əsrlərə aid vitrajdır. "Xeyirxah samariyalı haqqında pritça"da göstərilir ki, Yerusəlimdən İerixona gedən bir nəfərə yolda hücum edərək ağır yaralayır və ölməsi üçün tərk edirlər. Keşiş və Levi sülaləsindən olan kəs ona kömək etməyərək yanından ötüb keçir, o zaman qəbul edilməyən samariyalılardan olan kəs isə, yaralıya qulluq edilməsi üçün yer tapır və qayıdıb xidmətin qarşılığını ödəyəcəyinə söz verir. Vitrajın orta hissəsində Adəm və Həvvanın günah işləməsi və qovulması təsvir edilib. Vitrajın sonuncu səhnəsinin yuxarı hissəsində Habilin qardaşı Qabil tərəfindən öldürülməsi göstərilib. Vitrajda İsanın "Kimdir mənə yaxın olan?" sualına cavab göstərilmişdir. Bu pritça, orta əsrlərdə ruhanilər tərəfindən günah və günahkarlıq anlayışlarının izah edilməsi üçün istifadə edilirdi. Belə vitrajlar XIII əsrin ikinci yarısınnda inşa edilmiş kilsələrdə məşhur olmuşdur. "Xeyirxah samariyalı haqqında pritça" əsasında yaradılmış digər məşhur vitrajlar isə Kenterberi kafedralı və Burj kafedralında yerləşir.
İn vitro
In vitro (lat. vitrum — "şüşə", azərb. şüşənin içində‎) — eksperimental biologiyada canlı orqanizmlərdən kənarda, sınaq şüşəsində təcrübələrin aparılması texnologiyası. Təcrübələrin canlı orqanizmlər, insan və ya heyvanlar üzərində aparıldığı in vivo terminin əksidir. Molekulyar biologiya, biokimya, farmakologiya, tibb, genetika və digər sahələrə aid olan bir çox eksperimentlər in vitro, canlı hüceyrələrin və ya hüceyrəsiz modellərin üzərində aparılır. == Üstünlükləri == Canlı orqanizmlər həddən artıq mürəkkəb funksional sistem olub, on minlərlə gendən, zülal və RNT molekullarından, kiçik üzvi birləşmələrdən, qeyri-üzvi ionlardan, çoxhüceyrəli orqanizmlərdə isə orqanlar sistemindən ibarətdirlər. Canlı orqanizmin yaşaması üçün bu saysız-hesabsız komponentlər bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqədə olmaqla qida əldə etmək, tullantıları çölə atmaq, başqa orqanizmlərə, işığa, səsə, istiyə və s. reaksiya vermək bacarığına sahib olmalıdır. Canlı orqanizmlərin belə xüsusi mürəkkəbliyə sahib olması onların müxtəlif komponentlərinin təyin edilməsi və əsas bioloji funksiyalarının öyrənilməsində çətinliklər yaradır. In vitro təcrübənin əsas üstünlüyü isə tədqiq olunan sistemin istənilən səviyyədə sadələşdirilməsinin mümkünlüyü və tədqiqatçının çox kiçik komponentlər üzərində işləməsinə şərait yaratmasındadır.

vitr sözünün leksik mənası və izahı

"vitr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vitr nədir? #vitr sözünün mənası #vitr nə deməkdir? #vitr sözünün izahı #vitr sözünün yazılışı #vitr necə yazılır? #vitr sözünün düzgün yazılışı #vitr leksik mənası #vitr sözünün sinonimi #vitr sözünün yaxın mənalı sözlər #vitr sözünün əks mənası #vitr sözünün etimologiyası #vitr sözünün orfoqrafiyası #vitr rusca #vitr inglisça #vitr fransızca #vitr sözünün istifadəsi #sözlük