vata sözü azərbaycan dilində

vata

Yazılış

  • vata • 71.4286%
  • Vata • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vata Matanu Qarsia
Vata Matanu Qarsia qısaca Vata (19 mart 1961-ci il) — karyerasını bitirmiş anqolalı futbolçu, hücumçu mövqeyində çıxış edirdi. Karyerasının çox hissəsini Portuqaliyada keçirtmişdir, xüsusən də Benfika klubunda çıxışı ilə yadda qaldı. == Klub karyerası == Anqolada doğulan futbolçu karyerasını Progresso Associação do Sambizanga klubunda başlamışdır. Varzin klunbunda uğurlu çıxışına görə Benfikanın diqqətini cəlb elədi və o, 1988–89 mövsümündə klubla müqavilə imzaladı, mövsümünün sonunda çempionatın ən yaxşı bombardiri oldu. Avropa Kubokunun növbəti mövsümündə Vatanın karyerası ərzində ən yadda qalan məqamı baş verdi, belə ki ilk yarımfinal oyununda Benfika Olimpik Marselə 1–2 hesabı ilə məğlub olmuşdur, ikinci oyunda Vata künc zərbəsindən sonra topa sağ əli lə zərbə vurdu və top qapı xəttini keçdi, səfərdə vurulan məhz bu qolun sayəsində Benfika növbəti mərhələyə keçdi.Portuqaliyada Eştrela Amadora və Torrinse klublarında iki mövsüm keçirtdi və daha sonra Maltanın Floriana və İndoneziyanın Deltras və Persica Cakarta (burada həmdə oyunçu-məşqçi funksiyasını yerinə yetirirdi) klublarında çıxış etdikdən sonra 1998-ci ildə 38 yaşında karyerasını bitirdi. 1993–94 mövsümündə o, ABŞ-da futzalla da məşğul olurdu. == Yığma karyerası == Vata Anqola milli futbol komandasında 1990 FİFA Dünya Kubokunun seçmə mərhələsini də daxil olmaqla 65 oyun keçirtmişdir.
Anna Vatanabe
Anna Vatanabe (yap. 渡辺 杏) — yapon model, aktrisa və müğənni. 1986-cı ildə Yaponiyanın paytaxtı Tokio şəhərində məşhur yapon aktyoru Ken Vatanabenin ailəsində dünyaya gəlmişdir. Anna Kenin birinci yoldaşı Yumiko Vatanabedən olan yeganə qızıdır. 2006-cı ildə yay fəsli üçün keçirilən model yarışmasında ilk dəfə olaraq iştirak etmişdir. Anna 2010-cu ildə peşəkar karyeraya başlamış və "Anna Sui", "Tommy Hilfiger", "Vivienne Tam", "Diane von Furstenberg" şirkətlərinin təşkil etdiyi podiumlarda iştirak edərək bir sıra kosmetika şirkətlərinin simvoluna çevrilmişdir. == Xarici keçidlər == Vikianbarda Anna Vatanabe ilə əlaqəli mediafayllar var.
Bimbolat Vatayev
Bimbolat Vatayev (15 mart 1939 – 9 may 2000, Vladiqafqaz) — sovet və rus teatr və kino aktyoru, RSFSR xalq artisti (1990). == Həyatı == Bimbulat Zaurbekoviç Vatayev 15 mart 1939-cu ildə Şimali Osetiyada anadan olub. B. Şuşkin adına Teatr Məktəbində təhsil alıb (1964). 1959-cu ildən Şimali Osetiya Musiqili Dram Teatrının aktyordur. Taqanka Teatrında aktyor (1964–1965), Tacikfilmdə aktyor və rejissor (1969–1975), Şimali Osetiyada Mədəniyyət naziri kimi (1994–1998) çalışıb. Şimali Osetiya Muxtar Respublikasının xalq artisti (1968), Tacikistan dövlət mükafatı laureatı (1973) Bimbulat Vatayev 9 may 2000-ci ildə vəfat edib.
Hidemaro Vatanabe
Hidemaro Vatanabe (24 sentyabr 1924 - 12 oktyabr 2011) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
III Duka İoann Vatas
III Duka İoann Vatas (yun. Ιωάννης Γ΄ Δούκας Βατάτζης, translit. Iōannēs III Doukas Vatatzēs; təq. 1192, Dimetoka, Makedoniya və Frakiya – 3 noyabr 1254, Kamalpaşa, İzmir ili) — Nikeya imperatoru (hak. 1221–1254). III İoann müvəffəqiyyətli bir hökmdar idi. O, ordunu gücləndirmiş, səlibçiləri bir neçə dəfə məğlub etmiş, Avropada vuruşmuşdur. Bolqarlarla barışıq quran III İoann ölkənin daxili işlərinə böyük diqqət yetirmişdir. Hökmdarlığı dövründə Nikeya imperiyasının iqtisadiyyatı inkişaf etmiş, ölkədəki rifah artmışdır. Yerli sənayeyə böyük diqqət yetirən III İoann xarici məhsulların idxalına qadağa qoymuşdur.
III İoann Vatas
III Duka İoann Vatas (yun. Ιωάννης Γ΄ Δούκας Βατάτζης, translit. Iōannēs III Doukas Vatatzēs; təq. 1192, Dimetoka, Makedoniya və Frakiya – 3 noyabr 1254, Kamalpaşa, İzmir ili) — Nikeya imperatoru (hak. 1221–1254). III İoann müvəffəqiyyətli bir hökmdar idi. O, ordunu gücləndirmiş, səlibçiləri bir neçə dəfə məğlub etmiş, Avropada vuruşmuşdur. Bolqarlarla barışıq quran III İoann ölkənin daxili işlərinə böyük diqqət yetirmişdir. Hökmdarlığı dövründə Nikeya imperiyasının iqtisadiyyatı inkişaf etmiş, ölkədəki rifah artmışdır. Yerli sənayeyə böyük diqqət yetirən III İoann xarici məhsulların idxalına qadağa qoymuşdur.
Katsuaki Vatanabe
Katsuaki Vatanabe (13 fevral 1942 Mie prefekturası, Yaponiya) — Toyota şirkətinin İdarə Heyətinin sədri. Katsuaki Vatanabe 1964-cü ildə Tokiodakı Keio Universitetin bitirmiş və Toyota şirkətində işə başlamışdır. Şirkətin müxtəlif bölmələrində çalışan Vatanabe 1992-ci ildə İdarə Heyətinə daxil oldu. 2005-ci ilin iyun ayında Fudzio Çonun yerinə "Toyota Motor Company"nin İdarə Heyətinin sədri seçilmişdir. Evlidir, üç qızı var. Tokioda yaşayır. 2005 və 2007-ci illərdə Time jurnalı tərəfindən dünyanın ən nüfuzlu 100 şəxsi siyahısına daxil edilmişdir.
Kazuma Vatanabe
Kazuma Vatanabe (d. 10 avqust 1986) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Ken Vatanabe
Ken Vatanabe (yap. 渡辺 謙; 21 oktyabr 1959) — məşhur yapon aktyoru, döyüş ustası və prodüseri. 1959-cu ildə Yaponiyanın Niiqata prefekturasının Koide qəsəbəsində anadan olub, atası kalliqrafiyaçı olmuşdur. Ken 1978-ci ildə Musaşino musiqi akademiyasını bitirmişdir. O, aktrisa Yuki Vatanabenin qardaşıdır. Model Anna Vatanabenin atasıdır.
Keyta Vatanabe
Keyta Vatanabe (25 mart 1992) — Yaponiyalı şort-trekçi. Keyta Vatanabe Yaponiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Keyta Vatanabe birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Vatanabe 2:19.205 saniyəlik nəticəsi ilə öz cığırında 4-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Masaşi Vatanabe
Masaşi Vatanabe (11 yanvar 1936 - 7 dekabr 1995) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 39 oyun keçirib, 12 qol vurub.
Mitsuo Vatanabe
Mitsuo Vatanabe (d. 4 iyun 1953) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 28 oyun keçirib, 4 qol vurub.
Mutsuhiro Vatanabe
Mutsuhiro Vatanabe (yap. 渡邊睦裕, 1 yanvar 1918 – 1 aprel 2003) və ya məhkumların ona verdikləri ləqəblə Quş – Yaponiya İmperator ordusu mənsubu. == Xidmətləri == İkinci dünya müharibəsində Omori, Naoetsu (hazırda Coetsu), Niiqata, Mitsuşima (hazırda Hiraoka) və Yamakitada əsir düşərgələrində xidmət vermişdir. Yaponiyanın İkinci dünya müharibəsində məğlub olmasından sonra əsirlərə pis davrandığı üçün ABŞ tərəfindən müharibə cinayətkarı elan edilmiş, lakin qaça bilmiş və heç vaxt məhkəmə qarşısına çıxmamışdır. Əsirlərindən biri ABŞ atleti və olimpiada iştirakçısı Lui Zamperini olmuşdur. Onun hekayəsi Laura Hillenbrand tərəfindən yazılmış "Sınmaz: Sağ qalmanın, dayanıqlığın və islahın İkinci dünya müharibəsi hekayəsi" adlı kitabında nəql olunur (bu kitab əsasında Ancelina Coli tərəfindən film adaptasiyası çəkilib). Zamperini qeyd etmişdir ki, Vatanabe tez-tez əsirləri döyür, onlarda ciddi yaralanmalara səbəb olurdu. Deyilənlərə görə Vatanabe bir rəsmini qışda 4 gün boyunca fundonşi ilə gəzməyə məcbur etmiş, 65 yaşlı əsiri isə günlərlə ağaca bağlanmış vəziyyətdə saxlamışdır. Lauranın kitabına görə Vatanabe fransız dilində axıcı şəkildə danışa bilirmiş və nihilizm fəlsəfəsinin fransız məktəbi ilə maraqlanırmış. == Sonrakı həyatı == 1945-ci ildə general Duqlas Makartur Vatanabeni Yaponiyada ən çox axtarılan 40 müharibə cinayətkarı siyahısında 23-cü yerdə göstərmişdir.
Onoto Vatanna
Vinnifred İton (ing. Winnifred Eaton; 21 avqust 1875 və ya 1877, Monreal, Kvebek – 8 aprel 1954) – Kanada yazıçısı. O, çinəsilli olmasına və heç vaxt Yaponiyada olmamasına baxmayaraq, yaponmənşəli Onoto Vatanna təxəllüsü ilə tanınmış və Yaponiya mövzusunda əsərlər yazmışdır. İton ədəbi karyerası boyunca 16 roman, eləcə də, yüzlərlə hekayə və məqalə yazmışdır. Onun 1899-cu ildə nəşr olunan "Yaponiyalı Nume xanım" adlı romanı Asiya mənşəli müəllifə məxsus olan ilk ABŞ romanı olmuşdur. Kalqari Universitetinin Riv Teatrı onun şərəfinə adlandırılmışdır. == İlk illəri == Vinnifredin atası Edvard İton ingilis tacir və rəssam idi, anası Qreys Trefusis isə çinli idi. Evard və Qreys Şanxayda tanış olmuş, İngiltərə və ABŞ-də yaşadıqdan sonra 1872-ci ildə Kanadanın Monreal şəhərinə köçmüşdürlər. Vinnifred 14 uşaqlı ailənin səkkizinci uşağı olmuşdur.İton uşaq yaşlarından etibarən ədəbiyyata maraq göstərməyə başlamışdır. 1895-ci ildə ilk hekayəsini Monrealın "Metropolitan Magazine" adlı jurnalına satmışdır.
Takehiro Vatanabe
Takehiro Vatanabe (16 dekabr 1961) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Takehiro Vatanabe Yaponiyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 13-cü pillənin sahibi olub. Daha sonra Takehiro Vatanabe Yaponiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Takeşi Vatanabe
Takeşi Vatanabe (d. 10 sentyabr 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Vasileyos Vatatzes
Vasileyos Vatatzes (yunanca:Βασίλειος Βατάτζης; d. 1694-ö. 1748-dən sonra) — Osmanlı rumlarından olan və XVIII əsrdə yaşamış şəxs. Gənc yaşlarında olarkən o, Moskvada yaşamağa başlamış və buradan Səfəvi imperiyasına səfərlər etmişdir. Bu səfərlərdən birində Nadir xanla tanış olmuş və onunla yaxınlaşa bilmişdir. O, Nadir şah barədə rumca bioqrafiya yazmışdır. Bu bioqrafiyanın adı Persika adlanır və dövlətin 1720, 1730 və 1740-cı illəri barədə xeyli məlumat verir. Həmçinin o, Periegetikon adlanan səyahət gündəliyi yazmış və xəritə çəkmişdir. Yevangelos Venetisə görə, Vatatzes "İran sivilizasiyasının və Nadir şahın idarəçiliyinin heyranı" və "İran tarixi və hellenik-iranik araşdırmalar, İran tarixi üçün vacib müəllif" olmuşdur.. Lakin, onun əsəri müasir elm tərəfindən "böyük ölçüdə görməzlikdən gəlinmişdir".
Vataru Endo
Vataru Endo (d. 9 fevral 1993) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Vyara Vataşka
Vyara Vataşka (20 fevral 1980) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Vyara Vataşka Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Yanosuke Vatanabe
Yanosuke Vatanabe — keçmiş Yaponiya futbolçusu. Yaponiya millisində oynamışdır. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Yoşiiçi Vatanabe
Yoşiiçi Vatanabe (d. 5 aprel 1954) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib, 1 qol vurub.
Yumi Vatanabe
Yumi Vatanabe (d. 2 iyul 1970) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib, 2 qol vurub.
Şiniciro Vatanabe
Şiniciro Vatanabe (yap. 渡辺 信一郎 Watanabe Shin'ichirō; 24 may 1965, Kioto) — Yaponiya animasiya rejissoru, prodüseri və ssenaristi. Yaponiyada çox məşhur olsa da, dünya şöhrətini 1998-ci ildə ekranlara çıxan və müxtəlif mükafatlara layiq görülən Cowboy Bebop anime serialı ilə qazanmışdır.
Şusuke Vatanabe
Şusuke Vatanabe (渡邉修介, Vatanabe Şusuke, Hokkaydo) — Yaponiya diplomatı. 2010–2013-cü illərdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2020 •••••••••••••••••••• 0.13

Oxşar sözlər

#vata nədir? #vata sözünün mənası #vata nə deməkdir? #vata sözünün izahı #vata sözünün yazılışı #vata necə yazılır? #vata sözünün düzgün yazılışı #vata leksik mənası #vata sözünün sinonimi #vata sözünün yaxın mənalı sözlər #vata sözünün əks mənası #vata sözünün etimologiyası #vata sözünün orfoqrafiyası #vata rusca #vata inglisça #vata fransızca #vata sözünün istifadəsi #sözlük