* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Fillərdə və bəzi başqa heyvanlarda müxtəlif vəzifələr (tənəffüs, iybilmə və s.) icra edən boru şəklində uzanan mütəhərrik ağız və ya burun qismi. Deyən zorlu fil; Tapdağında sürüklənən bir aciz deyil; Bir gün gələr qəzəblənib tutacaq səni; Xortumunda ümmanlara atacaq səni. A.İldırım. // zool. Bəzi onurğasız heyvanların bədənlərinin müxtəlif vəzifələr (ovu tutub boğma, özünü qoruma və s.) icra edən ön hissəsi və ya bu hissədəki fırlar. Zəlinin xortumu. – Boz-qara Qafqaz arısının bədəni başdan-başa tünd bozdur və xortumu uzundur. Bu cins arılar çox sancmır. R.İbrahimov. …Axşam düşürdü, elə bil, dünyanın bütün ağcaqanadlarını yığıb tökürdülər bura və ağcaqanadlar adamı yandırıb tökən, iynəli xortumlarını işə salırdılar. İ.Məlikzadə. Ağcaqanadlar elə sancırdılar ki, onların xortumu dəyən yer bir saat göynəyirdi. İ.Şıxlı. 2. tex. Müxtəlif maşınlarda qabağa uzanmış heyvan burnunu xatırladan tutucu hissə. Dəzgahın xortumu. – Torpağın ürəyindən ağrısını çəkir bax; Maşınlar xortumuyla qocaman fillər kimi. S.Rüstəm. Parovozlarla yanaşı olaraq xortumları yuxarı qaldırılmış hündür ekskavatorlar yırğalana-yırğalana irəliləyirdi. Ə.Sadıq. // Nasos və kranlara taxılan brezent, rezin və ya başqa materialdan hazırlanmış uzun boru. Yanğın maşınının xortumu. 3. Səhra toplarında: lüləni əl ilə hədəfə tuşlamaq üçün top qundağının uzanan arxa hissəsi. Mədəd, yaxında qara xortumu düşmən tərəfə uzanıb duran topa, o yanda ağ qar zəmisində girəcəkləri seçilən qazmalara baxdı. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / xortum2 ə. fil və bəzi başqa heyvanlarda mütəhərrik uzun ağız və ya burun.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xortum2 I сущ. хобот: 1. вытянутая подвижная носовая часть морды у слонов и некоторых других животных, выполняющая различные функции – дыхательную, осязательную, обонятельную, хватательную. Filin xortumu хобот слона 2. передняя часть тела или выросты передней части тела у некоторых беспозвоночных животных, выполняющие различные функции – защиты, умерщвления добычи и т.д. Zəlinin xortumu хобот пиявки, arının xortumu хобот осы 3. часть машины, механизма, по форме или функции напоминающая вытянутый нос животного. Ekskavatorun xortumu хобот экскаватора, dəzgahın xortumu хобот станка, yükləyici maşının xortumu хобот завалочной машины 4. задняя, удлиненная часть лафета полевого артиллерийского орудия, служащая для ручной наводки на цель. Topun xortumu хобот пушки II прил. тех. хоботовый (представлющий собой хобот). Topun xortum hissəsi хоботовая часть орудия ◊ xortumuna çəkmək: 1. проглатывать, проглотить что-л.; 2. присваивать, присвоить чужое; прибирать, прибрать к рукам (всецело завладеть чем-л., захватить себе что-л.)
Azərbaycanca-rusca lüğət / xortum1 i. zool. trunk; ~una çəkmək to swallow (d.), to gulp down (d.)
Azərbaycanca-ingiliscə lüğət / xortum1 сущ. хуртӀум (1. филдин яргъи нер; 2. зоол. бязи юкьван ттар авачир гьайванрин гъуьрч кьадай, иви фитӀиндай вилик пай, кӀуф (мес. ругъвалдин); мизмиз (ветӀрен, чӀижрен); 3. тех. жуьреба-жуьре механизмрин хуртӀумдиз ухшар пай (мес. экскаватордин, станокдин); 4. воен. хобот).
Azərbaycanca-ləzgicə lüğəti / xortum(Goranboy) dəvədabanı
Azərbaycan dilinin dialektoloji lüğəti.