xoruz sözü azərbaycan dilində

xoruz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xoruz • 74.6193%
  • Xoruz • 23.6041%
  • XORUZ • 1.7766%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xoruz
Xoruz — ümumi mənada toyuqkimilər dəstəsinə daxil olan quşların erkəyi. == Banlaması == Xoruzlar banlamağa, adətən, həmişə 4 aylığından əvvəl başlayır. Ginnesin Rekordlar Kitabına ən uzun banlama 21,07 saniyə kimi düşmüşdür. İkinci ən uzun banlama isə 21,00 saniyədir.
Xoruz (1977)
== Məzmun == == Film haqqında == Applikasiya filmidir. Film Abbas Makulunun eyniadlı poeması əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Abbas Makulu Rejissor: Məsud Pənahi Ssenari müəllifi: Məsud Pənahi Operator: Antonina Korotnitskaya Quruluşçu rəssam: Məsud Pənahi Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı : A.Abarenov, Sergey Dyojkin, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov Rəssam: N.Ağayeva, Hüseyn Cavid İsmayılov, Firəngiz Quliyeva == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Xoruz döyüşü
Xoruz döyüşü — bir çox ölkələrdə keçirilən əyləncə növlərindən biridir. == Ənənə == Adət-ənənəyə görə, hər il Novruz bayramında xoruz döyüşü təşkil edilir. Xoruz döyüşü üçün qabaqcadan xüsusi döyüşçü xoruzlar yetişdirilir. Bundan ötrü əsasən "Heyratı", "Daş pipik", "Badam pipik", "Yaponka" və başqa döyüşkən xoruz cinsləri bəslənilir. Onlara ət, fındıq, kişmiş verirlər ki, enerjili və sağlam olsunlar və döyüş zamanı caynaqlarına ülgüc kimi iti olan əlavə caynaq taxılır. Xoruz döyüşü insanlara əyləncə ilə yanaşı, həm də gəlir mənbəyi hesab olunur. Belə ki, xoruz azarkeşləri güclü xoruza mərcə girib pul qoyurlar, pul da götürürlər. == Döyüşün nəticəsi == Xoruzların meydanda hansı xoruzla qarşılaşacağı əvvəlcədən təyin edilir. Döyüşəcək xoruzların çəkisi və boyu düz gəlməlidir. Ona görə də döyüşdən əvvəl xoruzlar yan-yana düzülür və hansı hansına uyğun gəlsə, rəqibi o seçilir.
Xoruz (film, 1977)
== Məzmun == == Film haqqında == Applikasiya filmidir. Film Abbas Makulunun eyniadlı poeması əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Abbas Makulu Rejissor: Məsud Pənahi Ssenari müəllifi: Məsud Pənahi Operator: Antonina Korotnitskaya Quruluşçu rəssam: Məsud Pənahi Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı : A.Abarenov, Sergey Dyojkin, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov Rəssam: N.Ağayeva, Hüseyn Cavid İsmayılov, Firəngiz Quliyeva == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Alovlu xoruzgülü
Alovlu xoruzgülü (lat. Adonis flammea) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Amur xoruzgülü
Amur xoruzgülü (lat. Adonis amurensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Apennin xoruzgülü
Adonis pyrenaica (lat. Adonis pyrenaica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Bahar xoruzgülü
Bahar xoruzgülü (lat. Adonis vernalis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. (Dərman xoruzgülü, qaradağlı, dərman bahargülü, xoruzgülü, ağ hərif, pörtmə otu, dovşan laləsi, tüklü, xovlu, liflicə, dovşan laləsi, ovçu otu) == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Kökümsovları qısa, tünd-qəhvəyi olub, sıxtükcüklü kökləri vardır. Gövdəsinin hündürlüyü 20-50 sm, budaqlanan, bəzən sadə, yan budaqları əsas gövdədən inkişaf edir. Gövdənin aşağı hissəsində qoltuq tumurcuqlarının pulcuqları vardır. Gövdənin yuxarı hissəsində oturaq yaşıl yarpaqlar, güclü şaqqalanmış çox kiçik (1 mm-ə qədər) yarpaqcıqları vardır. Gövdəsinin qurtaracağında iri çiçəkləri (diametri 2-7 sm) vardır. Kasayarpağı 5, yaşıl, bəzən çəhrayı və ya qəhvəyi çalarlı olmaqla, azacıq tükcüklüdür. Birtoxumlu mürəkkəb meyvələrdən ibarətdər.
Hind xoruzu
Ocaqqışlaq-i Xoruzlu (Biləsuvar)
Ocaqqışlaq-i Xoruzlu (fars. اجاق قشلاق خروسلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 188 nəfər yaşayır (45 ailə).
Pirverdinin xoruzu (film, 1987)
== Məzmun == Kinolent sənətkar və insan haqqındadır. Filmin qəhrəmanı Qasım (İdris Rüstəmov) intuisiya ilə hiss edir ki, özünü dərk etməklə onu əhatə edən aləmi başa düşə bilər. Gözəlliyin ona verdiyi sevinci nə deyingən arvadı (Fatma Mahmudova), nə səfeh oğlu (Alim Aslanov), nə təsadüfən peyda olmuş gəlin (Kübra Dadaşova), nə də tərs ulaq onun qəlbində söndürə bilməz. == Festivallar və mükafatlar == 1) 1988-ci ildə Kiyevdə "Gənclik-88" Ümumittifaq kinofestivalı Filmə Priz və Diplom verilmişdir. == Film haqqında == Film yazıçı Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Film rejissor Ramiz Əzizbəylinin quruluşçu rejissor kimi kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Cəlil Məmmədquluzadə Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rejissor: Ramiz Əzizbəyli Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Geyim rəssamı: Aydın Lazımov Qrim rəssamı: Çingiz Paşayev Rejissor: Ənvər Həsənov Operator: Elman Əliyev Montaj edən: Nelli Dadaşova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Filmin direktoru: Ədalət Yunusov, Akif Musayev Mətni oxuyan: Ramiz Əzizbəyli (titrlərdər yoxdur) === Rollarda === İdris Rüstəmov — Qasım Fatma Mahmudova — Həlimə Alim Aslanov — Pirverdi Hamlet Xanızadə — Molla Cəfər Kübra Dadaşova — Pərinisə Ramiz Əzizbəyli — kəndli == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Qızılı xoruzgülü
Qızılı xoruzgülü (lat. Adonis chrysocyatha) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Qış xoruzgöbələyi
Qış xoruzgöbələyi (lat. Flammulina velutipes) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin agaricales dəstəsinin physalacriaceae fəsiləsinin flammulina cinsinə aid göbələk növü. Uzun, nazik ağ göbələkdir ki, Şərqi Asiya mətbəxində istifadə olunur (Çin, Yaponiya və Koreya kimi). Bu göbələklər, Flammulina velutipesin sortlarındandir ki, həm də qızılı iynə göbələk adlandırılır.Vəhşi formalar rəng, faktura və naziklikdə fərqlidirlər ki həm də qış göbələyi, məxmər ayaq, və ya məxmər kök adlandırılır.
Sibir xoruzgülü
Sibir xoruzgülü (lat. Adonis sibirica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. == Sinonimləri == Sibir xoruzgülünün sinonimləri aşağıdakılardır: : Adonanthe apennina (L.) Sennikov Adonanthe sibirica (Patrin ex DC.) Spach Adonis apennina var. dahurica Ledeb. Adonis apennina var. sibirica (Patrin ex DC.) Ledeb. Adonis apennina subsp. sibirica (Patrin ex DC.) Korsh. Adonis ircutiana Fisch. ex DC. Adonis sibirica Patrin ex Ledeb.
Türküstan xoruzgülü
Türküstan xoruzgülü (lat. Adonis turkestanica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Volqa xoruzgülü
Volqa xoruzgülü (lat. Adonis volgensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Xoruzgülü
Xoruzgülü və ya dağçiçəyi (lat. Adonis) — qaymaqçiçəklilər fəsiləsindən bitki cinsi. Bir və ya çoxillik ot bitkisidir. Yarpaqları çox bölümlüdür. 20-dək, Azərbaycanda 5 növü məlumdur. Zəhərli olduğundan heyvanlar yemir. Ən çox yayılanı bahar xoruzgülüdür (Adonis vernalis). Otunun və çiçəyinin sulu cövhərindən ürək və ürək-damar nevrozlarında istifadə olunur. == Növləri == Adonis aestivalis L. — Yay xoruzgülü Adonis amurensis Regel & Radde — Amur xoruzgülü Adonis annua L. — Payız xoruzgülü [syn. Adonis autumnalis L.] [syn.
Xoruzlu
Xoruzlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Xoruzlu Tərtər rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Oykonim kəngərli tayfa birliyinə daxil olan xoruzlu tirəsinin adı ilə bağlıdır.. == Əhalisi == Əhalisinin bir hissəsi 1949-cu ildə Dərələyəz mahalından deportasiya olunublar. === Tanınmışları === Vəzir Orucov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Tofiq Yusif — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, "Tərəqqi" medalı, "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laurеatı, "Yeni Tərtər" qəzetinin redaktoru.
Xırdaçiçək xoruzgülü
Bahar xoruzgülü (lat. Adonis vernalis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. (Dərman xoruzgülü, qaradağlı, dərman bahargülü, xoruzgülü, ağ hərif, pörtmə otu, dovşan laləsi, tüklü, xovlu, liflicə, dovşan laləsi, ovçu otu) == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Kökümsovları qısa, tünd-qəhvəyi olub, sıxtükcüklü kökləri vardır. Gövdəsinin hündürlüyü 20-50 sm, budaqlanan, bəzən sadə, yan budaqları əsas gövdədən inkişaf edir. Gövdənin aşağı hissəsində qoltuq tumurcuqlarının pulcuqları vardır. Gövdənin yuxarı hissəsində oturaq yaşıl yarpaqlar, güclü şaqqalanmış çox kiçik (1 mm-ə qədər) yarpaqcıqları vardır. Gövdəsinin qurtaracağında iri çiçəkləri (diametri 2-7 sm) vardır. Kasayarpağı 5, yaşıl, bəzən çəhrayı və ya qəhvəyi çalarlı olmaqla, azacıq tükcüklüdür. Birtoxumlu mürəkkəb meyvələrdən ibarətdər.
Yay xoruzgülü
Yay xoruzgülü (lat. Adonis aestivalis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Vasilkov mayolika xoruzu
Vasilkov mayolika xoruzu (ukr. Півник васильківської майоліки) — Valeri Protoryev və Nadiya Protoriyeva tərəfindən yaradılmış Vasilkovda yerləşən mayolika fabrikində təkrarlanan dekorativ əşya. Bu, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Borodyankadakı evlərdən birinin fotosu yayıldıqdan sonra mübarizə simvoluna çevrilmişdir Fotoşəkildə müşahidə olunur ki, mənzilin demək olar tamamilə dağılmasına baxmayaraq, divardakı mətbəx şkafı üstündə olan dekorativ mayolika xoruzu ilə birlikdə salamat qalmışdı. == Tarixi == Xoruz 1960-cı illərin əvvəlindən 1980-ci illərə qədər Vasilkovda yerləşən mayolika fabrikində istehsal edilmişdir. Əsərin müəllifinin əvvəlcə səhvən Prokop Bidasiyuk olduğunu iddia edilmişdir. Vasilkov mayolika fabrikinin baş rəssamı Sergey Denisenko hesab etmişdir ki, xoruzun müəllifliyi Valeriy Protoryev və onun həyat yoldaşı Nadiyaya məxsusdur.2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanıBorodyankada yerləşən xaraba evdən çəkilən fotoşəkildə evin içində şkaf və üzərində yerləşən dekorativ mayolika xoruzu salamat qalmışdır. Bu fotoşəkil dünyada məşhurlaşdıqdan sonra Ukrayna mediası və sosial şəbəkələrdəki insanlar bu incəsənət əsəri ilə maraqlanmağa başlamışdılar. Şkaf Yelizaveta Servatınskanın diqqətini cəlb etmiş və o, şkafın fotoşəkillərini çəkmişdir. Bundan sonra Kiyev Şəhər Şurasının deputatı Viktoriya Burdukova hamının diqqətini mayolika xoruzuna yönləndirmişdir.Xoruz şkaf ilə birlikdə Milli Ləyaqət İnqilabı Muzeyinin ekspozisiyasına aparılmışdır. == Simvolika == Bombalanmadan salamat çıxmış və olduğu divarda qalmış xoruzlu mətbəx şkafı mətanət və mübarizə simvoluna çevrilmişdir.
Pirverdinin xoruzu
== Məzmun == Kinolent sənətkar və insan haqqındadır. Filmin qəhrəmanı Qasım (İdris Rüstəmov) intuisiya ilə hiss edir ki, özünü dərk etməklə onu əhatə edən aləmi başa düşə bilər. Gözəlliyin ona verdiyi sevinci nə deyingən arvadı (Fatma Mahmudova), nə səfeh oğlu (Alim Aslanov), nə təsadüfən peyda olmuş gəlin (Kübra Dadaşova), nə də tərs ulaq onun qəlbində söndürə bilməz. == Festivallar və mükafatlar == 1) 1988-ci ildə Kiyevdə "Gənclik-88" Ümumittifaq kinofestivalı Filmə Priz və Diplom verilmişdir. == Film haqqında == Film yazıçı Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Film rejissor Ramiz Əzizbəylinin quruluşçu rejissor kimi kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Cəlil Məmmədquluzadə Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rejissor: Ramiz Əzizbəyli Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Geyim rəssamı: Aydın Lazımov Qrim rəssamı: Çingiz Paşayev Rejissor: Ənvər Həsənov Operator: Elman Əliyev Montaj edən: Nelli Dadaşova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Filmin direktoru: Ədalət Yunusov, Akif Musayev Mətni oxuyan: Ramiz Əzizbəyli (titrlərdər yoxdur) === Rollarda === İdris Rüstəmov — Qasım Fatma Mahmudova — Həlimə Alim Aslanov — Pirverdi Hamlet Xanızadə — Molla Cəfər Kübra Dadaşova — Pərinisə Ramiz Əzizbəyli — kəndli == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.19 dəfə / 1 mln.
2004 •••• 0.67
2006 ••••••• 1.13
2007 •••••••• 1.27
2008 ••••••••• 1.46
2009 •••••• 0.96
2010 ••••••••••• 1.82
2011 •••••••••••• 2.14
2012 ••••••• 1.12
2013 •••••••••••••• 2.48
2014 •••••••••••••••••••• 3.60
2016 0.17
2017 ••• 0.49
2018 •••• 0.60
2020 •••• 0.66

xoruz sözünün leksik mənası və izahı

  • 1 is. 1. Toyuğun erkəyi. Kənd tamamilə yuxudan oyanmışdısa da xoruzlar səs-səsə verib banlaşırdılar. Ə.Vəliyev. Bütün həyətlərdə kəndin xoruzları banlaşırdı. Ə.Məmmədxanlı. // Toyuq cinsindən bəzi quşların erkəyi. Qırqovul xoruzu. – [Ovçu:] Ancaq bircə şərtim var: təkcə xoruzları vuracayıq. M.Rzaquluzadə. 2. məc. dan. Dalaşqan, davakar, savaşqan adam haqqında. □ Xoruz kimi – 1) sifəti qıpqırmızı, sağlam adam haqqında. Xoruz kimidir; 2) davakar, dalaşqan, döyüşkən (adam). [Hürü:] Nə olacaq, dəli qudurmuş atan təzədən genə çarxı xoruz kimi girib meydana, qoymaz görək dərdimiz nədir? N.Vəzirov. ◊ Xoruz banı – sübh tezdən, alaqaranlıq. Üçüncü xoruz banı gecədən xeyli keçdiyini xəbər verdi. Heç kəs yatmaq istəmirdi. R.Rza. Səhər [yolçu] xoruz banında ayıldı. Ə.Məmmədxanlı. Xoruz banına kimi (qədər) – səhərə kimi, işıqlaşana qədər. Aralarında heç bir inciklik olmayıbmış kimi, ata ilə oğlunun şirin söhbəti xoruz banına kimi uzandı. Ə.Abasov. Xoruz səsi eşitməmiş (eşitməyən) – heç kəsin bilmədiyi, eşitmədiyi, görmədiyi, təptəzə. Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş söz olsun. “Mol. Nəsr.”. Hər gün bu kimi yeni-yeni xoruz səsi eşitməyən xəbərləri alan telefonçu Əsgər, öz dostlarının qabağında xəcalət çəkməzdi. S.Rəhimov. Xoruza yükləmək, xoruza yük eləmək – var-yoxunu əlindən almaq, müflis eləmək, soymaq. [Ağa Kərim xan:] A gədə, Səfərəli, sənin qəsdin, balam, odur ki, məni xoruza yükləyəsən. N.Vəzirov. [Səlim bəy Nəcəf bəyə:] Gəlmişəm görüm, səni də bir xoruza yükləyə bilərəmmi? Ə.Haqverdiyev. Gör hələ bunları necə xoruza yükləyəcəyəm. S.Rəhimov. Xoruzu qoltuğuna verilmək – qovulmaq, işdən qovulmaq. Müdirin də xoruzu; Verildi qoltuğuna; Peşiman oldu özü; Bu müdir olduğuna. Ə.Cavad. Xoruzun quyruğu görünür – aşkar olur, üstü açılır, görünür (gizli saxlanılmalı olan şey haqqında). [Qərib:] Yox əşşi, burda xoruzun, vallah, quyruğu görünür. Ə.Əbülhəsən. Xoruzunu qoltuğuna vermək – qovmaq, işdən qovmaq. [Xəlfə:] Süleymanı bu vaxtadək heç bir yıxan olmamışdı, [Dursun] elə verdi xoruzunu qoltuğuna… C.Cabbarlı.

    Azərbaycan dilinin izahlı lüğəti / xoruz

xoruz sözünün etimologiyası

  • 1 Fars sözüdür. Türk dillərində onun yerinə, ayğır toyuq, erkək toyuq, avdan, ötən kimi sözlər işlədilib. Avdan sözünün dan hissəsi dan ulduzu birləşməsindəki dan sözü ilə eynidir, “səhər”, “işıq” deməkdir (aydın sözü də “ay işığı” deməkdir). Avdan sözündəki av hissəsinin mənşəyini müəyyənləşdirə bilmədim, hər halda quş mənasını verən söz olmalıdır: avdan ya səhər quşu, ya da səhər oxuyan kimi qəbul oluna bilər. “Səhər oxuyan” mənası daha inandırıcıdır: çuvaşlar xo­ruza ötəş (oxuyan) deyir, ruslarda петух “петь” sözündəndir və s. Deməli, oxu­ma mənası üstünlük kəsb edir. Məncə, sözün əsli ay+dan (səhər oxuyan) kimi olub, ay qədim türk dillərində ayıtmaq sözünün köküdür. Ötəş sözü çuvaş dilində indi də işlədilir, oxumaq, banlamaq, ötmək sözü ilə bağlıdır. Rus dilində аркать sözü var, кричать sözünün sinonimidir (indi çox az işlədilir). Təd­qi­qatçılar аркать (арать) kəlməsini türk mənşəli hesab edirlər. Avdan (xoruz) sö­zünün av hissəsi, güman ki, ar olub. Sözün mənası “dan üzü qışqıran (banlayan)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / xoruz

xoruz sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 XORUZ (toyuğun erkəyi, toyuq cinsindən bəzi quşların erkəyi) Bir gün səhər dan yeri ağaranda xoruz ağac başında ucadan banladı (A.Şaiq); PƏRİDAR (arx.) [Ahura Mazda:] Ən əziz heyvan pəridardır, çünki o, sabahın açılmasını xəbər verir (Çəmənzəminli).

    Azərbaycan dilinin sinonimlər lüğəti / xoruz

xoruz sözünün rus dilinə tərcüməsi

  • 1 1. петух; 2. петушиный;

    Azərbaycanca-rusca lüğət / xoruz
  • 2 I сущ. петух: 1. самец курицы 2. самец некоторых других птиц отряда куриных 3. перен. о задиристом, запальчивом человеке, забияке II прил. петушиный. Xoruz lələyi петушиное перо, xoruz döyüşü петушиный бой ◊ xoruz buraxmaq пустить петуха (сорваться на высокой ноте в речи, пении); xoruz kimi: 1. как петух: 1) о человеке с красными щеками 2) о драчуне; 2. петушком ◊ xoruz səsi eşitməmiş (söz, şey və s.) диковина, диковинка (нечто необыкновенное, невиданное, необычное); xoruza yükləmək kimi обдирать, ободрать как липку (липочку), обирать, обобрать до нитки кого; xoruz banı рано утром, с первыми петухами; xoruz banına kimi (qədər) до петухов; xoruzların (xoruzun) ilk banı с петухами, ни свет ни заря; xoruzun quyruğu görünür белыми нитками шито; шила в мешке не утаишь; xoruzunu qoltuğuna vermək давать, дать по шапке к ому - л.; xoruzunu divara dırmaşdırmaq припирать, припереть к стенке

    Azərbaycanca-rusca lüğət / xoruz

xoruz sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. cock; amer. rooster; hind ~u turkey-cock; II. s. cock, cockish; ~ döyüşü cockfight, cockfighting; ~ banı cock-crow; ~ pipiyi 1) cockscomb; 2) d.d. dark red

    Azərbaycanca-ingiliscə lüğət / xoruz

xoruz sözünün fransız dilinə tərcüməsi

xoruz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кӀек, ккек (нугъ.); // кӀекрен; 2. пер. рах. кӀек хьтин, кикӀидай касдин гьакъинда; // xoruz kimi кӀек хьтин (хьиз) а) ччин яп-яру, сагълам кас; б) кикӀидай, дявекар (кас); ** xoruz banı кӀекери эверун; xoruz banına kimi (qədər) кӀекери эвердалди, экуь жедалди, экуьналди; xoruz səsi eşitməmiş (eşitməyən) кӀекрез (кӀекрен) ван тахьай, садазни ван тахьай (течир, такур), цӀепцӀийи (мес. гаф, хабар); xoruza yükləmək, xoruza yük eləmək авай-авачирди гъиляй къачун, алажун, кӀудун; xoruzunu qoltuğuna vermək кӀек кьуьнчӀуьз вахгун, чукурун, кӀвалахдилай чукурун.

    Azərbaycanca-ləzgicə lüğəti / xoruz

xoruz sözünün türk dilinə tərcüməsi

xoruz sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Kürdəmir) qozun bütöv ləpəsi II (Göyçay) nar çiçəyi III (Kürdəmir) qapı cəftəsinin bərkidildiyi yer

Azərbaycan dilinin dialektoloji lüğəti.

"xoruz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xoruz nədir? #xoruz sözünün mənası #xoruz nə deməkdir? #xoruz sözünün izahı #xoruz sözünün yazılışı #xoruz necə yazılır? #xoruz sözünün düzgün yazılışı #xoruz leksik mənası #xoruz sözünün sinonimi #xoruz sözünün yaxın mənalı sözlər #xoruz sözünün əks mənası #xoruz sözünün etimologiyası #xoruz sözünün orfoqrafiyası #xoruz rusca #xoruz inglisça #xoruz fransızca #xoruz sözünün istifadəsi #sözlük