* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. İçərisində şey qoymaq üçün adətən yük və ya minik heyvanlarının belindən aşırılan, palaz kimi toxunan, ya da cod parçadan tikilən ikigözlü torba, iri heybə. At belinə xurcun qoymaq. Xurcunu tərkinə salmaq. – [Əhməd] …başına bir çəllək soyuq su tökülmüş adam kimi kor-peşman yenidən malları bir-bir xurcuna yükləyib [eşşəyə] mindi. B.Talıblı. Tahir isə anasından dolu xurcunu alıb mətbəxə apardı… M.Hüseyn. Başında çal papaq, çiynində xurcun; İldırım çaxırdı gözündə onun. B.Vahabzadə.
Azərbaycan dilinin izahlı lüğəti / xurcun2 Adətən, yük və ya minik heyvanlarının belindən aşırılan, palaz kimi toxunan ya da cod parçadan tikilən ikigözlü torba, iri heybə. (“Koroğlu” dastanının lüğəti) Sən də bir böyük xurcunla Aslan paşanın xəzinəsinin qabağında məni gözlərsən. (“Durna teli”) * Çobanın çiynindəki xurcunda quru çörəyi var idi. Koroğlu bərk acmışdı, özü əlini xurcuna salıb çörəkdən çıxartdı, ovub südün içinə tökdü. (Paris nüsxəsi, 3-cü məclis) * Axcanı xurcuna tökdün, Ürəymin başını sökdün, Atamın belini bükdün, Necə ağlamım, Koroğlu? (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası / xurcun1 Fars sözüdür, xor və çin hissələrindən ibarətdir. Xor “xörək”lə kökdaşdır, “azuqə” deməkdir, çin isə “yığmaq” deməkdir. Xurcun “azuqə qabı” kimi anlaşıla bilər. Bəlkə də, xordan (yəni azuqə qabı) kimi olub (müqayisə et: qənddan...). Türk dillərində xurcun yerinə, arçı sözündən istifadə edilib. “Məsafə” mənasını verən araç, “ayırmaq” anlamında işlədilən ar, “elçi” (сват) mənasını əks etdirən arquçu sözlərimiz mövcud olub. Deməli, arçı “iki yerə ayrılan” (iki gözü olan), “arada məsafəsi olan” mənasını əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / xurcun1 XURCUN (iri torba, kisə) [Fərid:] Aç xurcunu, ver, ver mənim qalstukumu (M.İbrahimov); HEYBƏ Rübabə oğlu üçün dəyişək, azuqə qoyub heybəsini bağladı (H.Abbaszadə); TER Terdəki kərdiyar taxıl onların üzərinə səpələndi (S.Rəhimov).
Azərbaycan dilinin sinonimlər lüğəti / xurcun2 сущ. хурджун (переметная сума). Xurcunu çiyninə aşırmaq перекинуть через плечо переметную суму (хурджун)
Azərbaycanca-rusca lüğət / xurcun