Yelena sözü azərbaycan dilində

Yelena

Yazılış

  • Yelena • 99.7623%
  • YELENA • 0.1585%
  • yelena • 0.0792%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yelena
Yelena — Qadın adı. Yelena Lopez — İspaniyanı təmsil edən bədii gimnast. Yelena Stasova — Rusiya və SSRİ siyasi və dövlət xadimi. Yelena Dmitriyeva — Rusiyanı təmsil edən həndbolçu. Yelena Qrubişiç — Xorvatiyanı təmsil edən həndbolçu. Yelena Polyonova — Rusiyanı təmsil edən həndbolçu. Yelena Radçenko — Ukraynanı təmsil edən həndbolçu. Yelena Tsıqitsa — Ukraynanı təmsil edən həndbolçu. Yelena Yatsenko — Ukraynanı təmsil edən həndbolçu.
Monteneqrolu Yelena
Monteneqrolu Yelena (serb. Јелена Петровић Његош / Jelena Petrović Njegoš; 8 yanvar 1873[…], Çetinye, Monteneqro – 28 noyabr 1952[…], Monpelye, Fransa) — Montenqro şahzadəsi. Efiopiya İmperatoru III Viktor Emanuelin həyat yoldaşı, İtaliya və Albaniya kraliçası. Monteneqro Kralı I Nikolanın və həyat yoldaşı Milena Vukotikin qızı. 1896-cı ildə İtaliyanın gələcək kralı Viktor III Emmanuel ilə evlənir. Evlənmək üçün Elena Pravoslavlıqdan Katolikliyə keçir. Elenanın anası Şahzadə Milena, etiraz olaraq Romadakı toyda iştirak etməyi rədd edir. Cütlüyün beş uşağı olur: Yolanda Marqarita (1901–1986), Berqolo qrafı Qiorqio Karlo Kalvi ilə evlidir; Mafalda (1902–1944), Fillip Hessen ilə evlənir, Buhenvald həbs düşərgəsində dünyasını dəyişir; II Umberto (1904–1983), Belçika Marie-Jose ilə evli olur; Covanna (1907–2000), Bolqarıstan Çarı III Borislə evli olur; Maria Franceska (1914–2001), Luiqi Bourbon-Parma ilə evlidir. 28 dekabr 1908-ci ildə Siciliyada bir zəlzələ Messina şəhərini demək olar ki, tamamilə məhv edir. Elena qurbanlara yardım göstərilməsində əhəmiyyətli bir rol oynayır.
Yelena (mifologiya)
Yelena (yun. Ἑλένη, lat. Helénē) yunan mifologiyasında Zevsin Ledadan olan qızı, Menalayın arvadı, Troya müharibəsinin səbəbkarı. Rəvayətə görə Plevrona çarının qızı Leda Evrota çayında yuyunarkən onun qucağına qartal təqibindən qaçan qu quşu pənah gətirir. Qu quşu cildinə girərək Zevs Ledanın könlünü almağa nail olur. Bu hadisədən sonra Ledanın Yelena adlı gözəllər gözəli bir qızı və əkiz qardaşlar: Kastor və Polidevk dünyaya gəlmiş olurlar. Yelena və Kastor Zevsdən dünyaya gəldikləri üçün ölməz olurlar, Polidevk isə Ledanın Tindareydan olan oğlu olduğu üçün ölməz olmur. Yelena on doqquz yaşına çatdıqda Tesey onu oğurlayaraq Afidn qalasında saxlayır. Lakin ağır mübarizədən sonra qardaşları Kastor və Polidevk onu azad edirlər. Bu hadisədən sonra Tindarey onu ərə verməyi qərara alır.
Yelena Amato
Yelena Amato (5 noyabr 1983) — İtaliyanı təmsil edən bədii gimnast. Yelena Amato İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Yelena Arifova
Yelena Arifova (d. 20 sentyabr 1972) — Azərbaycanı təmsil edən voleybolçu. Yelena Arifova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. Yelena Arifova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Yelena Paleoloqina
Yelena Paleoloqina (yun. Ἑλένη Παλαιολογίνα; 3 fevral 1428 – 11 aprel 1458, Nikosiya, Nikosiya rayonu[d]) — Kipr və Ermənistan Kralı II İoannla evliliyi ilə Kipr və Ermənistan Kraliçası, Yerusəlimin titullu Kraliçası və Antakya şahzadəsi olan Paleoloq ailəsindən olan Bizans şahzadəsi. Kipr Kraliçası Şarlottanın anası idi. O, portuqaliyalı kürəkəni Juanı zəhərləmiş və ərinin məşuqəsinin burnunun kəsilməsini əmr etmiş ola bilər. Bununla belə, o, 1453-cü ildə Konstantinopolun süqutundan sonra Kiprdə bir çox Bizans qaçqını qarşıladı və onlara kömək etdi. Yelena 3 fevral 1428-ci ildə Yunanıstanın Moreya şəhərindəki Mistra qalasında Moreya despotu II Feodor Palaioloq və Kleofa Malatestanın yeganə övladı olaraq anadan olmuşdur. Onun ata tərəfdən babası Bizans İmperatoru II Manuil Paleoloq idi və əmiləri arasında imperatorlar VIII İohann Paleoloq və XI Konstantin Paleoloq var idi. Onun beş yaşı olanda anası öldü. Yunanıstanda latın dövlətlərinə qarşı Moreyanın birləşməsi üçün aparılan müharibədə işğal edildiyi üçün atası heç vaxt yenidən evlənmədi. 3 fevral 1442-ci ildə Nikosiyadakı Müqəddəs Sofiya Kafedralında Yelena Kipr və Ermənistan Kralı II İoannla, Yerusəlimin titullu Kralı və Antakya şahzadəsi ilə evləndi.
Yelena Apanoviç
Yelena Mixaylovna Apanoviç (ukr. Олена Михайлівна Апанович; 9 noyabr 1919, Dimitrovqrad, Samara quberniyası[d] – 21 fevral 2000, Kiyev) — SSRİ və Ukrayna tarixçisi, arxivçisi, yazıçısı. O, 1991-ci ildən Ukrayna Yazıçılar Birliyinin üzvüdür. Yelena Mixaylovna Apanoviç 9 sentyabr 1919-cu ildə Simbirsk quberniyasının Melekesi şəhərində (indiki Rusiyada, Ulyanovsk vilayətinin Dimitrovqrad şəhəri) anadan olmuşdur. Onun atası Mixaylo Apanoviç belarusəsilli dəmir yolu işçisi, anası Kamilla isə Polşa zadəgan Bortnovski ailəsindən idi. Mixaylonun işinin spesifikliyinə görə ailə daim yaşayış yerini dəyişdirməli olmuşdur. Onlar Belqorod, Sumı, Xarkov, Harbin (1929–1933-cü illərdə ata Çin–Şərqi Dəmiryolunun baş auditoru vəzifəsində işləmişdir), sonra yenidən Xarkovda yaşamışdılar. Apanoviç 1936-cı ildə Xarkovda orta məktəbi əla nəticələr ilə bitirmiş, Moskvada Ümumittifaq Kommunist Jurnalistika İnstitutuna daxil olmuşdur. O, ləğv edilməsi ilə əlaqədar olaraq Xarkov Milli Pedaqoji Universitetində (1941-ci ildə bitirdiyi rus dili və ədəbiyyatı fakültəsi) təhsilini davam etdirmişdir. Apanoviç İkinci Dünya müharibəsi illərində Cənubi Qazaxıstana təxliyə olunmuşdur.
Yelena Qolub
Yelena Yevgenyevna Qolub (ukr. Олена Євгенівна Голуб; 25 dekabr 1951, Kiyev) — Ukrayna müasir incəsənət rəssamı, elektroqrafiki və sənətşünası. O, Ukrayna Milli Rəssamlar İttifaqının (2003-cü ildən), Macarıstan Elektroqrafik Rəssamlar Assosiasiyasının (2019-cu ildən) üzvüdür. Qolub Yeni Ukrayna dalğasının nümayəndəsidir. Müasir incəsənətə dair 100-dən çox nəşrin müəllifidir. O, vizual incəsənətdə ekspressivliyin ifadəli və qrotesk formalarına, zehni konstruksiyaların bir növü olan kompozisiyalarda obyektlərin paradoksal qarşı-qarşıya qoyulmasına meyil edir. Bir çox milli və beynəlxalq incəsənət layihələrinin kuratoru və iştirakçısıdır. Onun əsərləri Almaniya, Niderland, Belçika, Cənubi Koreya, Polşa, Avstriya, Macarıstan və s. ölkələrdə nümayiş etdirilmişdir. Onun sənət əsərləri ilə muzeylərə Ukrayna Milli İncəsənət Muzeyi və Macarıstandakı Pannonhalma Arçabbi Muzeyi daxildir.
Yelena Əmirova
Yelena Əmirova (1 may 1976) — Azərbaycanı təmsil edən qılıncoynadan. Yelena Əmirova 1976-cı il mayın 1-də anadan olub. Yelena Əmirova 2002-ci ildə Lissabon şəhərində (Portuqaliya) və 2003-cü ildə Havana şəhərində (Kuba) baş tutan Dünya Çempionatlarının, həmçinin 2002-ci ildə St. Peterburq şəhərində (Rusiya) və 2003-cü ildə Burj şəhərində (Fransa) baş tutan Avropa Çempionatlarının bürünc medallarına sahib olub.
Yelena (film)
Yelena (rus. Елена) — 2011-ci ildə Rusiyada çəkilmiş film. Andrey Zvyaginsevin filmlərinə baxanlar yəqin ki, artıq bilirlər ki, bu rejissor öz dəst-xətti ilə Rusiya sərhədlərini aşmış bir rejissordur. "Qayıdış", "Sürgün" kimi gözəl sənət əsərlərinin yaradıcısı bu dəfə də heyran etməyi bacardı. İmkanlı təqaüdçü Vladimir 8 il ona baxıcılıq etmiş Yelena adlı qadınla nikaha girir. Və artıq bu nikahdan 2 il keçir. Yelena Vladimirlə 10 il əvvəl tibb bacısı işlədiyi xəstəxanada tanış olub və onların hər ikisinin ilk evliliklərindən övladları var. Yelenanın oğlu ailəli və iki uşaq atasıdır. İşləmir. Onun ailəsini Yelena, daha dəqiq desək Yelenanın Vladimirdən aldığı pullar dolandırır.
Yelena Komarova
Yelena Komorova (13 iyul 1985, Xerson) — 2003-2006-cı illərdə Ukraynanı, 2008–2009-cu illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. Yelena Komorova 2003-cü ildə İstanbulda gənclər arasında Dünya Çempionatında uğursuz çıxış elədi və turniri 14-cü pillədə başa vurdu. Bir il sonra Yelena Komorova Bolqarıstanın Sofiya şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin il İsveçdə Avropa Çempionatlarında debüt edən Yelena Komorova turniri 8-ci pillədə başa vurdu. 2005-ci ildə Yelena Komorova Dünya və Avropa Çempionatlarında, həmçinin Universiada Oyunlarında çıxış eləsə də uğura imza ata bilmədi. Bundan sonra Yelena Komorova uzun müddət Dünya və Avropa Çempionatlarında və nüfuzlu beynəlxalq turnirlərdə mübarizə aparmadı. 2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Yelena Komorovanı Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığma yeni-yeni formalaşdırılırdı. Yelena Komorova həmin dəvəti qəbul elədi və 2007-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. 2008-ci ildə Yelena Komorova Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.
Yelena Komorova
Yelena Komorova (13 iyul 1985, Xerson) — 2003-2006-cı illərdə Ukraynanı, 2008–2009-cu illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. Yelena Komorova 2003-cü ildə İstanbulda gənclər arasında Dünya Çempionatında uğursuz çıxış elədi və turniri 14-cü pillədə başa vurdu. Bir il sonra Yelena Komorova Bolqarıstanın Sofiya şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin il İsveçdə Avropa Çempionatlarında debüt edən Yelena Komorova turniri 8-ci pillədə başa vurdu. 2005-ci ildə Yelena Komorova Dünya və Avropa Çempionatlarında, həmçinin Universiada Oyunlarında çıxış eləsə də uğura imza ata bilmədi. Bundan sonra Yelena Komorova uzun müddət Dünya və Avropa Çempionatlarında və nüfuzlu beynəlxalq turnirlərdə mübarizə aparmadı. 2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Yelena Komorovanı Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığma yeni-yeni formalaşdırılırdı. Yelena Komorova həmin dəvəti qəbul elədi və 2007-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. 2008-ci ildə Yelena Komorova Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.
Yelena Kondratyuk
Yelena Kostantinovna Kondratyuk (ukr. Олена Костянтинівна Кондратюк;17 noyabr 1970, Lvov ) — ukraynalı siyasətçi, 9-cu çağırış Ukrayna Ali Radasının sədr müavini, “Batkivşina” partiyasından 6, 7, 8 və 9-cu çağırış parlament deputatı. VRU-nun 8-ci çağırış Söz Azadlığı və İnformasiya Siyasəti Komitəsinin katibi, ATƏT-in Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, “Bərabər imkanlar” fraksiyalar arası deputatlar qrupunun həmsədri, "Radnik" PR agentliyinin keçmiş direktoru. Yelena Kondratyuk Lvovda anadan olub. O, 1993-cü ildə İvan Franko adına Lvov Milli Universitetinin tarix fakultəsini bitirib. Tarix elmləri üzrə fəlsəfə doktorudur. O, Ukraynada ictimai hərəkatların tədqiqi ilə məşğul olub. O, 2007-ci ildən Yuliya Timoşenko Blokundan parlamentin üzvüdür. 2012 və 2014-cü il seçkilərində o, yenidən Batkivşina partiyasından Radaya üzv seçilib. VRU Söz Azadlığı Komitəsinin üzvüdür.
Yelena Xoxlatkina
Yelena Xoxlatkina (ukr. Олена Анатоліївна Хохлаткіна; 28 yanvar 1968, Xerson vilayəti) — Sovet və Ukrayna kino və teatr aktrisası, Ukraynanın Xalq artisti (2008). Yelena Xoxlatkina 1968-ci ildə Xerson vilayətində anadan olub. Məktəbdən sonra 1989-cu ildə bitirdiyi Xerson mədəni-maarif məktəbində (A. A. Kaqanovun emalatxanası) oxumuşdur. Yelena Xoxlatkina yaradıcılıq fəaliyyətinə 1989-cu ildə Xerson Vilayət Ukrayna Musiqili və Dram Teatrının səhnəsində başlamış və 1999-cu ilə qədər burada çalışmışdır. 1996-cı ildə Ukraynanın əməkdar artisti adını aldı. 1997–1998-ci illərdə Adıge Respublikası (Maykop) Rus Dram Teatrında aktrisa işləyib.
Yelena Yejova
Yelena İvanovna Yejova (rus. Еле́на Ива́новна Ежо́ва; 1793, Sankt-Peterburq – 1853, Sankt-Peterburq)— Rus teatr aktrisası. Yejova Sankt-Peterburq İmperator Truppasının artisti, opera müğənnisi (soprano və mezzo-soprano) və dramatik aktrisa idi. Birinci dəfə nigaha daxil olduqda Qluxareva, ikinci evlilikdə isə Quseva soyadını daşıyıb. Yelena Yejova 1793-cü ildə Sankt-Peterburqda anadan olub. Bəzi lüğətlərdə səhv olaraq onun doğum tarixi 1787-ci il kimi göstərilir, lakin bu onun bacısı Yekaterinanın anadan olduğu ildir. Onun doğma böyük bacısı Yekaterina Yejova da onun kimi eynilə Sankt-Peterburq truppasının dramatik aktrisası idi. Həmçinin onunla bərabər eyni səhnədə başqa bir bacısı Mariya (Marya) Yejova da çıxış edib. Yelena İvanovna Yejova da bacıları kimi ailəsi tərəfindən Sankt-Peterburq Teatr Məktəbinə oxumağa göndərilib. O, hələ tələbə olarkən səhnəyə ilk dəfə 1806-cı ildə çıxıb.
Yelena Bulqakova
Yelena Sergeyevna Bulqakova (qız soy adı Nürenberq, birinci evlilikdə Nilova, ikinci evlilikdə Şilovskaya, rus. Еле́на Серге́евна Булга́кова; 21 oktyabr (2 noyabr) 1893, Riqa – 18 iyul 1970, Moskva) — rus yazıçısı və dramaturqu Mixail Bulqakovun üçüncü həyat yoldaşı, onun ədəbi irsinin qoruyucusu. “Master və Marqarita” romanında Marqarita obrazının əsas prototipi. Moskva İncəsənət Teatrının əməkdaşı, Vladimir Nemiroviç-Dançenkonun şəxsi katibi Olqa Bokşanskayanın kiçik bacısı. Yelena Bulqakova 1893-cü il oktyabrın 21-də (2 noyabr) Riqada anadan olub. Onun anadan olduğu və uşaqlıq illərinin keçdiyi ev qorunub saxlanılıb (Fellinskaya küç., №1, 1930-cu illərdə nömrə 3-ə dəyişdirilmişdir). Onun atası, vəftiz olunmuş yəhudi Sergey Nurenberq (o, bu soyadı tez-tez Nürnberq kimi yazırdı) müəllim, sonra vergi müfəttişi, jurnalist olub və Riqa qəzetləri ilə əməkdaşlıq edib. Anası Aleksandra Aleksandrovna, qızlıq soyadı Qorskaya (1864-1956), pravoslav keşişinin qızı idi. Yelena Sergeyevanın bir bacısı Olqa (1891-1948) və iki qardaşı var idi - Aleksandr (1890-1964) və Konstantin (1895-1944). Anasının təkidi ilə ailə üzvləri evdə ancaq rus dilində danışırdılar və birlikdə pravoslav kilsəsinə gedirdilər.
Yelena Bonner
Yelena Georgiyevna Bonner (rus. Еле́на Гео́ргиевна Бо́ннэр; 15 fevral 1923[…], Marı, Türkistan Muxtar Sovet Sosialist Respublikası – 18 iyun 2011[…], Boston) — Sovet və Rusiya ictimai xadimi, hüquq müdafiəçisi, dissident, publisist, akademik Andrey Saxarovun ikinci həyat yoldaşı. Böyük Vətən müharibəsi veteranı. Yelena Bonner ömrünün son illərini ABŞ-də yaşayıb. Yelena Bonner 1923-cü il fevralın 15-də Mərvdə (hazırki Marı, Türkmənistan) anadan olub. Atası — Levon Sarkisoviç Koçarov (Koçaryan). Ögey atası — Gevork Sarkisoviç Əlixanyan, 1920–1921-ci illərdə — Ermənistan (bolşeviklər) Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, 1921–1931-ci illərdə Moskvada Baumanski və Leninqradın bir sıra rayonlarında rayon komitələrində məsul partiya vəzifələrində çalışıb. 1931–1937-ci illərdə Komintern İcraiyyə Komitəsində işləyib. 13 fevral 1938-ci ildə güllələnmiş, ölümündən sonra reabilitasiya edilmişdir. Anası yəhudi Rut Qriqoryevna Bonner (1900–1987), 1924-cü ildən RKP(b)-nin üzvü, 1937-ci il dekabrın 10-da həbs edilmiş, 1938-ci il martın 22-də isə Vətən xaini ailəsinin üzvü kimi 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Yelena Koşka
Yelena Koşka (rus. Елена Кошка, ing. Elena Koshka; 18 may 1993, Kazan) — Rusiyada doğulmuş ABŞ pornoaktrisa və erotik modeli. == Həyatı == SSRİ-nin süqutundan iki il sonra — 1993-cü il 18 mayda Tatarıstanın paytaxtı Kazan şəhərində anadan oldu. Gənc yaşında ailəsi ilə birlikdə Oreqon ştatının Portlend şəhərinə köçdü. 21 yaşında Los-Ancelesə köçdü. Burada porno sənayesinə addım atdı. Koşka 2022-ci ildə "XBIZ Mükafatı" qazanmışdır.
Yelena Axvlediani
Yelena Dmitriyevna Axvlediani (gürc. ელენე დიმიტრის ასული ახვლედიანი, 5 aprel 1898, Telavi, Tiflis quberniyası – 30 dekabr 1975, Tbilisi) — Sovet gürcü rəssamı, qrafik rəssamı, teatr rəssamı. Yelena Axvlediani 1901-ci ildə Telavi (Kaxeti) şəhərində həkim ailəsində anadan olmuşdur. 1910-cu ildə valideynləri ilə birlikdə Tbilisiyə köçmüşdür. Orada o, Yelizavetinskaya küçəsində (indiki Çinamjqvrişvili) yaşamışdır. Valideynləri onun musiqiçi olmasını arzulasa da, sonda Yelenanın istəyi ilə onun rəssam olmaq niyyəti ilə razılaşmaq məcburiyyətində qaldılar. Yelena Axvlediani hələ gimnaziyada ikən rəngarlıqla ciddi məşğul olmağa başlamışdı və 1919-cu ildə Tiflisdə rəsm sərgisində iştirak etmişdir. O, 1922-ci ildə Rəssamlıq Akademiyasına daxil olmuş və burada Georgi Gabaşvilinin sinfində oxumuşdur. Birinci kursun sonunda Akademiyanın elmi işçisi olaraq İtaliya və Fransaya göndərilmişdir. Bir neçə il Parisdə məskunlaşmış, burada 1924-1927-ci illərdə Kolarossi Sərbəst Sənət Akademiyasında oxumuşdur.
Yelena Besesku
Yelena Besesku (rum. Elena Băsescu; 24 aprel 1980, Konstansa) — Rumıniya siyasətçisi; Rumıniyanın Demokratik Liberal partiyasının gənclər təşkilatının nümayəndəsi; həmçinin Avropa parlamentinin deputatıdır. Rumıniya prezidenti Trayan Beseskunun qızıdır. 24 aprel 1980-ci ildə Konstansada anadan olub. İqtisadi sahədə təhsili var. Əvvəllər top-model olaraq çalışıb. 14 iyul 2009-cu ildən müstəqil namizəd kimi Avropa parlamentinə seçilib.
Yelena Blavatskaya
Yelena Petrovna Blavatskaya (31 iyul (12 avqust) 1831, Dnepr, Yekaterinoslav quberniyası, Rusiya imperiyası – 26 aprel (8 may) 1891, London) — rus okkultist, publisist, spiritualist, Teosofiya Cəmiyyətinin banisi. Blavatskaya 1831-ci ildə Yekatirinoslavda, alman zadəganı Piter Hanın ailəsində dünyaya gəlmişdir. Gənclik illərində spiritizm (ruhlarla əlaqə yaratmaqla bağlı mistik təsəvvür) ilə maraqlanan Yelena 17 yaşında çar generalı Blavatskiy ilə ailə qurmuş, lakin üç aydan sonra onu tərk etmişdir. Uğursuz ailə həyatından sonra o, mistik din və təlimlərlə məşğul olmaq yolunu seçərək, Tibetə, Hindistana, Misirə, daha sonra Amerikaya səyahət etmişdir. Səyahətlər zamanı ezoterik (gizli) dini məktəblərin təlimlərinə yiyələnmiş və onlar haqqında əsaslı məlumat əldə etmişdir. Çətin xasiyyətli olmasına baxmayaraq, o, nəzərə çarpan bacarığı ilə 1875-ci ilin 13 sentyabrında özünün iki pərəstişkarı – polkovnik Henri Olkottun və Uilyam Cacın köməkliyilə "Həqiqətdən üstün din yoxdur" şüarı altında Teosof cəmiyyətini yaratmışdır. Onun təqdim etdiyi teosof təliminin əsasında Brahmanizm, hinduizm və Buddizmin dini-fəlsəfi konsepsiyalarının, həmçinin okkultik və mqnostik elementlərin təsiri müşahidə edilmişdir. Təşkilat rəhbərləri dinlərin tarixi formalarını nəzərə almayaraq, bütün dini rəmzlərdəki gizli mənalarında oxşarlıq axtarmaq mövqeyindən çıxış edərək, müxtəlif inancları birləşdirib ehkamlarla bağlı olmayan universal din yaratmağa çalışmışdılar. İlk vaxtlar cəmiyyətin fəaliyyəti Avropa və Amerikanın bir çox ölkələrində sürətlə yayılmışdı. Onun ətrafında astrologiya və okkultizimlə maraqlanan çoxlu sayda insan toplaşmışdı Blavatskaya və Olkott 1879-cu ildə Hindistana gedərək Adyar şəhərində cəmiyyətin mərkəzi qərargahını açmışdılar.
Yelena Cilyi
Yelena Cilyi (9 iyul 1985) — İtaliyanı təmsil edən su poloçusu. Yelena Cilyi, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Yelena Cilyi, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. Yelena Cilyi, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Yelena Dmitriyeva
Yelena Dmitriyeva (d. 1 iyul 1984) — Rusiyanı təmsil edən həndbolçu. Yelena Dmitriyeva Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Yelena Dreyden
Elena Vladimirovna Dreyden (Zelenskaya) (d. 19 noyabr 1981) — rus aktrisası. 19 noyabr 1981-də doğulub. Omskdakı 125 saylı məktəbi bitirmişdir. 1999-cu ildən 2000-ci ilədək Omsk şəhərində Studio Dram Teatrında aktyorluq kursunda oxumuşdur. 2005-ci ildə Sankt-Peterburq Dövlət Teatr İncəsənət Akademiyasını bitirmişdir.
Yelena Haqverdiyeva
Yelena Haqverdiyeva — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssamı (2018), Azərbaycan Rəssamlar İttifaqının üzvü (1997). Yelena Haqverdiyevanın yaradıcılığında qadınlar mövzusu, milli geyimlər, qurama, əsas yer tutur. Həmçinin Qacar üslubunun təsirdə duyulur. 1982-1987-ci illərdə Azərbaycan pedaqoji institutunda təhsil alıb. 1997-ci ildən başlayaraq Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın əsərləri Azərbaycanda, Fransada, Almaniyada, Rusiyada, Böyük Britaniyada, Türkiyədə, ABŞ-də şəxsi sərgilərdə saxlanılır. Həmçinin xarici ölkələrdə keçirilən müxtəlif sərgilərin iştirakçısı olub. Muzeyimizdə nümayiş etdirilən “Günəşli xoş bir gün” əsərində rəssam soyuq bir qış günündə həsrətini çəkdiyi isti yayı təsvir edib. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.
Mariya Yelena Kalle
Mariya Yelena Kalle (25 iyul 1975) — Ekvadorlu marafonçu. Mariya Yelena Kalle Ekvadoru 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mariya Yelena Kalle birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 39 saniyəyə qət edərək 157 marafonçu sırasında 99-cu yeri tutdu.
Müqəddəs Yelena, Askenson və Tristan-da-Kunya adaları
Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya (ing. Saint Helena, Ascension and Tristan da Cunha) — Böyük Britaniyanın Müqəddəs Yelena və Yüksəliş adalarından, eləcə də Tristan-da-Kunya arxipelaqından ibarət olan, Afrika sahillərindən qərbdə, Cənubi Atlantikada yerləşən dəniz əraziləri. 2009-cu il sentyabrın 1-nə - hər bir ada qrupunun bərabər statusunu müəyyənləşdirən yeni konstitusiya qüvvəyə minənə qədər Müqəddəs Yelena adası və Ərazilər (ing. Saint Helena and Dependencies) adını daşıyıb.
Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya adaları
Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya (ing. Saint Helena, Ascension and Tristan da Cunha) — Böyük Britaniyanın Müqəddəs Yelena və Yüksəliş adalarından, eləcə də Tristan-da-Kunya arxipelaqından ibarət olan, Afrika sahillərindən qərbdə, Cənubi Atlantikada yerləşən dəniz əraziləri. 2009-cu il sentyabrın 1-nə - hər bir ada qrupunun bərabər statusunu müəyyənləşdirən yeni konstitusiya qüvvəyə minənə qədər Müqəddəs Yelena adası və Ərazilər (ing. Saint Helena and Dependencies) adını daşıyıb.
Müqəddəs Yelena adası
Müqəddəs Yelena adası (ing. Saint Helena) — Atlantik okeannında Afrika qitəsindən 2800 km qərbdə yerləşmiş Böyük Britaniyaya məxsus ada. Adanın Napoleon Bonapart sürgündə olan zaman yaşadığı iki ev və dəfn olunmuş kiçik bir ərazisi Fransaya aiddir. Müqəddəs Yelena adası ətrafındakı digər Merac adası (ing. Ascension Island), Tristan da Kunya (ing. Tristan da Cunha)arxipelaqına daxil olan (ing. Inaccessible Island), (ing. Nightingale Island), Bülbül adaları kimi Böyük Britaniyanin Dənizaşırı ərazisinə daxildir. Süveyş kanalı tikilənə qədər bu adalar Hind okeanına üzən gəmilər üçün strateji əhəmiyyət daşımışdır. Azsaylı əhalisi Böyük Britaniyaya loyal olaraq qalmaqdadır.
Yelena (film, 2011)
Yelena (rus. Елена) — 2011-ci ildə Rusiyada çəkilmiş film. Andrey Zvyaginsevin filmlərinə baxanlar yəqin ki, artıq bilirlər ki, bu rejissor öz dəst-xətti ilə Rusiya sərhədlərini aşmış bir rejissordur. "Qayıdış", "Sürgün" kimi gözəl sənət əsərlərinin yaradıcısı bu dəfə də heyran etməyi bacardı. İmkanlı təqaüdçü Vladimir 8 il ona baxıcılıq etmiş Yelena adlı qadınla nikaha girir. Və artıq bu nikahdan 2 il keçir. Yelena Vladimirlə 10 il əvvəl tibb bacısı işlədiyi xəstəxanada tanış olub və onların hər ikisinin ilk evliliklərindən övladları var. Yelenanın oğlu ailəli və iki uşaq atasıdır. İşləmir. Onun ailəsini Yelena, daha dəqiq desək Yelenanın Vladimirdən aldığı pullar dolandırır.
Nikolae və Yelena Çauşeskunun məhkəməsi və edamı
Nikolae və Yelena Çauşeskunun məhkəməsi və edamı — 1989-cu il dekabrın 25-də Milli Azadlıq Cəbhəsi adlı yeni yaradılmış qrupun tələbi ilə yaradılmış hərbi tribunal olan Fövqəladə Hərbi Tribunalın keçirdiyi qısa dinləmə idi. Bu dinləmədə Rumıniyanın keçmiş prezidenti və Rumıniya Kommunist Partiyasının baş katibi Nikolae Çauşesku və onun həyat yoldaşı Yelena Çauşesku təqsirli bilinərək edam cəzasına məhkum edilib. Əsas ittiham Timişoarada inqilab zamanı "60.000-dən çox insanın" qətli olan soyqırım ittihamı idi. Digər mənbələrə görə, ölənlərin sayı 689 ilə 1200 arasında olub. Lakin ittihamlar işə təsir etməyib. General Viktor Stankulesku özü ilə bir alaydan xüsusi seçilmiş paraşütçülər dəstəsini gətirmişdi və onlar səhər tezdən atəş dəstələri kimi xidmət etmək üçün seçildilər. Məhkəmə prosesi başlamazdan əvvəl Stankulesku artıq edamın keçiriləcəyi yeri kazarma meydanındakı divarın bir tərəfi boyunca seçmişdi. Nikolae Çauşesku tribunalın heç bir konstitusiya əsasının olmadığını və inqilabi hakimiyyətin sovet sui-qəsdinin bir hissəsi olduğunu əsas gətirərək onu tanımaqdan imtina etdi. Dekabrın 22-də, Rumıniya inqilabı zamanı Nikolae və Yelena Çauşesku helikopterlə Snaqova yola düşmək üçün Buxarestdəki Mərkəzi Komitənin binasını tərk etdilər və tezliklə Piteştiyə yollandılar. Helikopter pilotu zenit atəşi təhlükəsi ilə üzləşdiyini iddia edib.
Yelena Şoltesova-Maroti
Yelena Şoltesova-Maroti (slovak. Elena Maróthy-Šoltésov) — slovak yazıçısı və redaktoru; Slovakiyada qadın hərəkatının aparıcı siması. 1880-ci ildə Yelena Şoltesova-Maroti 1869-cu ildə qurulmuş «Živena» cəmiyyəti komitəsinin üzvü olur və 1894-1927-ci illərdə onun daimi sədri olur. Hazırda bu cəmiyyət vətəndaş birliyi kimi fəaliyyət göstərir, məqsədi siyasi, iqtisadi, sosial və özəl sferalarda qadın yanaşmasının xüsusiyyətlərini və “zəif cinsin” özünü həyata keçirmə və şəxsi yüksəliş imkanlarını öyrənməkdir. 2013-cü ildən Maqda Vaşariova Živena-nın rəhbəri olur. 1875-ci ildə Maroti tacir Ludovita Mixal Şoltes ilə evlənir. Cütlüyün iki övladı olur, lakin qızı səkkiz, oğlu isə 33 yaşında dunyasını dəyişir. 1912-ci ildə Şoltesova-Maroti «Živena» jurnalının qurulmasına kömək edir və 1922-ci ilə qədər onun baş redaktoru olur. yelena Maroti-Şoltesova bütün qadınlara ali təhsil almaq və cəmiyyətdə öz layiqli yerlərini tutmaq üçün hər cür köməklik edib. Brokhauz və Efronun ensiklopedik lüğətinin məlumatına görə, Maroti-Şoltesovanın ən məşhur romanları və hekayələri bunlardır: "Na dedine" (1881); Pripravy ku svadbe (1882); "Umierajúce diet'a" (1885); "V čiernickiej škole" (1891); "Prve previnenie" (1896); "Popelka" (1898); "Za letného vecera" (1902); "Proti prúdu" (1904).

yelena sözünün leksik mənası və izahı

yelena sözünün etimologiyası

Oxşar sözlər

#yelena nədir? #yelena sözünün mənası #yelena nə deməkdir? #yelena sözünün izahı #yelena sözünün yazılışı #yelena necə yazılır? #yelena sözünün düzgün yazılışı #yelena leksik mənası #yelena sözünün sinonimi #yelena sözünün yaxın mənalı sözlər #yelena sözünün əks mənası #yelena sözünün etimologiyası #yelena sözünün orfoqrafiyası #yelena rusca #yelena inglisça #yelena fransızca #yelena sözünün istifadəsi #sözlük