* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Cırığı, deşik yeri olan; yırtılmış. Yırtıq corab. Yırtıq ayaqqabı. Yırtıq tutmaq (bir şeyin yırtığını tikmək, gözəmək). – Sikkə olmaz övladının cibində; Rizqləri yırtıq çuval dibində. Q.Zakir. Onlar bu gün köçüb düşmüşlər çah üstə; Yırtıq alaçıqda gecələyirlər. A.Səhhət. // Köhnəlib dağılmış; üzülmüş, parça-parça, deşik-deşik olmuş. Evdə dəst-dəst qəşəng paltarlarının olmasına baxmayaraq, özü çirkli, yırtıq və kirli paltar geyirdi. Ə.Sadıq.
Azərbaycan dilinin izahlı lüğəti / yırtıq2 is. Hər hansı bir orqanın, adətən nazik bağırsağın dəri altına çıxmasından ibarət xəstəlik; dəbə.
Azərbaycan dilinin izahlı lüğəti / yırtıq1 Cırıq sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yırtıq3 I 1. YIRTIQ (köhnəlib dağılmış) Haradasan ay qız? Yırtıq corabları tikirəm ana (M.Rahim); MÜNDƏRİS (arx.) ..iki sahibsiz uşaq, biri səkkiz, biri altı yaşında, mündəris və çirkin paltarda (C.Məmmədquluzadə); DİDİK, SÖKÜK. 2. yırtıq bax deşik 1 II yırtıq bax dəbə
Azərbaycan dilinin sinonimlər lüğəti / yırtıq1 YIRTIQ – TƏZƏ Aslanın köhnə, yırtıq çəkməsi təzə paltarına yaraşmırdı (S.Vəliyev); Təzə ayaqqabısını geyinib getdi (“Ulduz”).
Azərbaycan dilinin antonimlər lüğəti / yırtıq1 1. рваный, оборванный, изношенный, разорванный, изодранный, дырявый; 2. дыра, прореха;
Azərbaycanca-rusca lüğət / yırtıq2 I прил. рваный, дырявый, порванный, разорванный (об одежде, обуви и т.п.). Yırtıq kilim рваный половик, yırtıq torlar рваные сети, yırtıq ayaqqabı дырявые туфли, yırtıq paltar рваная одежда, yırtıq cib дырявый карман II сущ. 1. дыра, прореха (протёртое насквозь место в одежде, обуви). Yırtığı yamamaq заштопать дыру 2. простореч. грыжа
Azərbaycanca-rusca lüğət / yırtıq1 I. i. hole; gap; ~ tutmaq to stop a hole / a gap II. s. torn; broken; ~ ayaqqabı torn / broken shoes
Azərbaycanca-ingiliscə lüğət / yırtıq1 is. déchirure f ; trou m ; ~ tutmaq boucher le trou ; ~ ayaqqabı souliers m pl déchirés
Azərbaycanca-fransızca lüğət / yırtıq1 сущ. руфун аватун, грыжа (са орган, са рад руфунин бушлухдай акъатна хамуник аватун).
Azərbaycanca-ləzgicə lüğəti / yırtıq2 прил. кукӀвар хьайи, гватай, къазунай, къазур, тӀвек (тӀеквенар) авай; yırtıq tutmaq са затӀунин гватай (кукӀвар хайи, тӀвек авай) чка хцун (фитфинун); // куьгьне хьана кукӀвар хьайи, тӀвек-тӀвек (бижгъер-бижгъер, кӀус-кӀус) хьайи (мес. ппек, гуьлуьтар).
Azərbaycanca-ləzgicə lüğəti / yırtıq