zond-məftil sözü azərbaycan dilində

zond-məftil

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zond-məftil • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məftil
Məftil adətən nazik, uzun və əyiləbilən, en kəsiyi dairəvi olaraq hazırlanmış metal və ya süni materialdır. Digər en kəsik formaları dördbücaqlı,altıbucaqlı,və ya oval şəklində ola bilir. Uzun olduğundan məftillər dolağa yığılır və dəst şəklində saxlanır. Məftillərin hazırlanması üçün tətbiq olunan materiallar polad, mis, bürünc, alüminium, gümüş, qızıl və paslanmayan poladdır. Son vaxtlar kiçik miqdarda avtomobil və aviasiya sənayesində maqnezium məftillərdən də istfadə olunur. == Hazırlanması == Məftil hazırlama texnologiyası çəkmə üsuluna əsaslanr. Emal zamanı dartma-sıxma prosesində yonqar ayrımadığndan metalda baş verən deformasiya istiliyin ayrılması ilə müşqaiyət olunur. Proses zamani soyuq və isti çəkmə, yayma və elektrolit emalı fərqləndirilir. Məftilin çəkilməsində öncə ştamplama və ya yayama yolu ilə hazırlanmış pəstah çəkmə daşının deşiyindən keçirilir və çəkilir. Çəkmə zamanı pəstah material itkisi olmadan uzanır və nazilir.
Məftil modeli
Məftil modeli (eyni zamanda məftil qəfəs modeli də adlanır) — hissələrin 3D modellərini vizuallaşdırmaq və 3D qrafiklərin modelləşdirilməsinə xidmət edir. Məftil modelinə kompyüter qrafikasında həm də til modeli deyilir, çünki verilmiş modelin tilləri məftil və xətlər vasitəsilə əlaqələndirilir. Məftil modeli kompyüter qrafikasında tətbiq olunan köməkçi alət rolunu oynayır. O, hissə haqqında məlumatı transparent şəkildə təsvir edir və digər modellərə nisbətən çox az hesablama vaxtı tələb edir. Məftil model 3D təsvirin ən sadə formasıdır. Sərhəd xəttləri bu modeldə bir-biri ilə bir başa əlaqədə olmadığından hissənin məftil modelinin yanlış intrepretasiya oluna bilmək təhlükəsi vardır. Buna baxmayaraq məftil modelindən hissələrin cizgilərinin hazırlanmasında, hissənin fəzada vəziyyətinin təyini, transformasiyaların təsviri və proyeksiyalar üçün istifadə olunur. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Tikanlı məftil
Tikanlı məftil - Hər hansısa bir ərazinin sərhədlərini müəyyənləşdirmək üçün istifadə olunan vasitə. Tikanlı məftillər, iki mis dəmir parcasının bir-birinə burulması yolu ilə möhkəmləndirilir və əsasən hasarların üzərinə yerləşdirilir. Tikanlı məftillərdən həbsxana, getto və hərbi hissələrin sərhədlərinin müəyyənləşdirilməsi zamanı daha çox istifadə edilir.
Lambda-zond
Lambda-zond — sensorların rolu avtomobildə yanaçağı və çıxış qazlarının düzgün formada təmin etməsidir. Yəniki yanma kamerasında yanmanın düzgün baş verməsini təmin edir. Sensorların tərkibi Dioksid Zirkonniyalı keramikadır. (ZrO2) Bu bütün oksiqen sensorlarına keçərlidir. Oksigen sensorunun əsas iş prinsipi yanma kamerasından çıxan qazların miqdarını ölçməkdir. Bu sensorlar mühərriyin çıxışında və daha sonra katalizator çıxışında yerləşdirilir. İş prinsipnə görə ilk sensorlar mühərriyin yanmasını təmin edir. Katalizatordan sonrakılar isə zərərli qazların nə dərəcədə katalizator filterindən keçdiyini təmin etməkdir. Keyfiyyətsiz yanacaq daha çox zərərli qazlar verərək həmin sensorları tez bir zamanda sıradan çıxardır. BMW mühərikləri keyfiyyətli yanacağa həssas olduğundan dolayı keyfiyyətsiz yanacaq istifadə olunduqda tez sıradan çıxır.
Zond adaları
Zond adaları (ind. Kepulauan Sunda, sun. Kapuloan Sunda) — Cənub-Şərqi Asiyada Malay və Yeni Qvineya yarımadaları, eləcə də, Hind və Sakit okeanları arasında geniş arxipelaq. Tərkibinə bir neçə böyük və minlərlə kiçik ada daxildir. Bu adaların çox hissəsi İndoneziyaya, Kalimantan adasının şimal hissəsi isə Şərqi Malayziyaya, çox da böyük olmayan bir hissəsi isə Bruney dövlətinin ərazisini təşkil edir. Timor adasının bir hissəsi isə 2002-ci ildən etibarən Şərqi Timor dövlətinə aiddir.
Zond plitəsi
Zond plitəsi — Litosfer plitəsi Asiyanın cənub şərqində yerləşir. Adətən Avrasiya plitəsinin tərkib hissəsi kimi göstərilir. 0,21967 steradian sahəyə malikdir. Zond plitəsi Cənubi Çin dənizi, Andaman dənizi, Vyetnamın cənubu və Tayland, Malaziya, İndoneziyaya məxsus Kalimantan, Sumatra, Yava, Sulavesi (bir hissəsi) adalarının təməlini təşkil edir. Filippinin bir hissəsini əhatə edir. Filippin, Quşbaşı, Molukk dənizi, Banda dənizi, Timor, Hind-Avstraliya, Birman, Avrasiya və Yanszı plitələri ilə sərhədlənir.
Böyük Zond adaları
Böyük Zond adaları (ind. Kepulauan Sunda Besar, sundan Kapuloan Sunda Gedé) — Malay arxipelaqına daxil olan adalar qrupu. Kiçik Zond adaları ilə birlikdə Zond adalarını təşkil edir. == Coğrafiyası == Böyük Zond adaları daxil olan adalar: Sumatra — 473 000 km²; Yava — 132 000 km²; Kalimantan (Borneo) — 743 330 km²; Sulavesi — 174 600 km².Bu adalarda İndoneziyanın böyük bir qismi yerləşir. Burada Malayziyanın ada hissəsi və Bruney sultanlığı vardır. Böyük Zond adaları Sakit okean və Hind okeanı arasında təbii sərhəd rolunu oynayır. Adaların ümumi sahəsi 1,5 milyon km² təşkil edir. Adalarda ümumilikdə 180 mln insan yaşayır. Sahəsinə görə dünyanın ən böyük arxipelaqıdır. Bura yalnız Qrenlandiyadan geri qayır.
Kiçik Zond adaları
Kiçik Zond adaları (ind. Kepalauan Nusa Tenggara, port. Pequenas Ilhas da Sonda) — Malay arxipelaqına daxil olan adalar qrupu. Böyük Zond adaları ilə birlikdə Zond adalarını təşkil edir. == Coğrafiyası == Kiçik Zond adaları adaları altı iri və çoxlu sayda kiçik adalardan ibarətdir. Yava adasından şərqdə yerləşir. Sahəsi 87-min km², əhalisi 14 milyon nəfər təşkil edir. Ən iri adaları Bali, Lombok, Sumbava, Flores və Timor adalarıdır. Flores adasından cənubda Sumba adası yerləşir. Kiçik Zond adaları kifayət qədər dağlıq əraziyə sahibdir.
Köçürən zond mikroskopu
Köçürən zond mikroskopu — Bu zondlar müasir dövrün mikroskoplarıdır. Hissəciyin üst hissəsini zond vasitəsi ilə köçürmək mümkün olduğundan atom və molekulların belə hərəkətini görmək mümkün olur.
Zond (Sunda) boğazı
Zond boğazı - ind. Selat Sunda. Yava adasını Sumatra adasından ayırır. Sakit okeanına daxil olan Yava dənizini Hind okeanı ilə birləşdirir. Boğazda çoxlu sayda vulkan məşəli adalar vardır. Krakatau vulkanında 1883-cü ildə dünya tarixində ən güclü partlayış və püskürmə baş vermişdir. Zond boğazının şimal-qərbdə eni 24 km təşkil edir. Dərinliyi 20 m-dir. Bu da boğazdan böyük tonnajlı gəmilərin üzməsini mümkünsüz edir. Uzunluğu 130 km təşkil edir.
Zond (kosmik aparat)
Zond — avtomatlaşdırılmış pilotsuz qurğu olub, uzaq məsafədən kosmosda hər hansı bir tədqiqatın aparılması və ya texniki bir yeniliyin yoxlanması üçün tətbiq olunur. Zondlar 1960-cı illərdə SSRİ-də yaradılıb bir neçə sırada tətbiq olunmuşdur. Zond 1-3 öz başlanğıcını Mars və Venera üçün nəzərdə tutulan kosmik layihədən götürmüşdür. Zond 4-8 isə Aya pilotlu uçuş üçün istifadə olunmuşduir.

Oxşar sözlər

#zond-məftil nədir? #zond-məftil sözünün mənası #zond-məftil nə deməkdir? #zond-məftil sözünün izahı #zond-məftil sözünün yazılışı #zond-məftil necə yazılır? #zond-məftil sözünün düzgün yazılışı #zond-məftil leksik mənası #zond-məftil sözünün sinonimi #zond-məftil sözünün yaxın mənalı sözlər #zond-məftil sözünün əks mənası #zond-məftil sözünün etimologiyası #zond-məftil sözünün orfoqrafiyası #zond-məftil rusca #zond-məftil inglisça #zond-məftil fransızca #zond-məftil sözünün istifadəsi #sözlük