Çırağan sözü azərbaycan dilində

Çırağan

Yazılış

  • Çırağan • 98.8848%
  • çırağan • 1.1152%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çırağan hadisəsi
Çırağan hadisəsi (Türkcə: Çırağan baskını) — Çırağan sarayında gözaltında tutulan Osmanlı sultanı V Muradı qaçırma təşəbbüsü. Əqli səhhətinin pozulması səbəbilə taxta çıxdıqdan 3 ay sonra devrilərək (31 avqust 1876) Çırağan sarayında yaşamağına icazə verilən V Murad müxtəlif zamanlarda buradan qaçırılmaq istənsə də, bunlar arasında ən qanlısı və şiddətlisi Əli Suavinin tərtiblədiyi Çırağan hadisəsi və ya Çırağan basqınıdır (20 may 1878). V Muradın anası Şevkefza Qadınəfəndi oğlunun səhhətinin yaxşı olması və Sultan Əbdülhəmidin haqsız yerə taxtı ələ keçirməsi haqqında şayələr yaymağa başlamışdı. Sultan Əbdülhəmid bu şayələrə son qoymaq üçün qardaşını yerli və əcnəbi həkimlərə müayinə etdirərək həqiqətən də əqlən zəif olmasını və müalicəsinin mümkünsüz olduğunu sübut etsə də, 3 ay sonra sabiq padşahın Çırağan sarayından qaçırılması üçün bir cəmiyyətin qurulduğu meydana çıxdı (noyabr 1876). Belə ki, aralarında İngiltərə səfirliyinin keçmiş işçilərindən yunan əsilli İstavridislə polyak əsilli Julinin də olduğu cəmiyyət üzvləri qadın geyimində saraya daxil olarkən ələ keçirildilər. Aparılan məhkəmə prosesinin sonunda ələ keçirilənlərin hamısı ömür boyu sürgün məhkum edilsələr də, Sultan Əbdülhəmid tərəfindən bağışlandılar (27 aprel 1877). Onlarla eyni təşkilata mənsub olması baxımından Sultan Muradın səhhəti və aqibəti ilə yaxından maraqlanan massonların etimadını qazanan İbrahim Əthəm Paşanın sədrəzəmlikdən alınmasından sonra (11 yanvar 1878) İstanbuldakı masson təşkilatı tərəfindən V Muradla bağlı yeni bir gizli cəmiyyət quruldu. Komitənin qurucusu isə məşhur masson Kleanti Skaliyeri idi. Yunan əsilli bir tacir olan Kleanti Sultan Muradı hələ vəliəhdlik illərində 18-ci dərəcədən massonluğa qəbul etmiş, onunla sıx dostluq əlaqəsi qurmuşdu. Sultan Muradın kənizlərindən Naqşıbənd Kalfa, hökumət işçilərindən Əli Şöfkət bəy və Əziz bəy bu cəmiyyətin sonradan bilinən üzvləri idilər.
Çırağan sarayı
Çırağan sahilsarayı — İstanbulun Beşiktaş və Ortaköy rayonları arasında yerləşən Osmanlı sarayı. 1910-cu ildə baş verən yanğın nəticəsində tamamilə yanıb, günümüzə sadəcə xarici cəbhəsi qalan Hünkar dairəsi sarayın əsas binalarından biridir. XVII əsrdə bu ərazi Qazançıoğlu bağçası adıyla tanınırdı. Övliya Çələbinin qeydlərinə görə, Osmanlı sultanı IV Murad (1623–1640) qızı Əsməhan Qaya Sultana hədiyyə etdiyi bu bağçada bir köşk inşa etdirmişdi. Daha sonra burada Nevşəhərli İbrahim Paşa, xanımı Fatma Sultan üçün böyük bir saray inşa etdirmişdir. Bağçasında, dövrün Osmanlı sultanı III Əhməd (1703–1730) və sədrəzəmi Nevşəhərli İbrahim Paşanın da iştirak etdiyi təntənəli şənliklər keçirilən saray əhali tərəfindən Lalə dövrü boyunca Çırağan (farsca işıq deməkdir) adlanmağa başlandı. Osmanlı sultanı I Mahmudun (1730–1754) ilk illərində gözdən düşən saray daha sonra padşahın əmriylə bərpa edilərək xüsusilə də, əcnəbi elçilərin qonaq edilməsi üçün təsis edildi. Saray, eyni əsrin sonlarında III Səlimin (1789–1807) bacısı Beyhan Sultana hədiyyə edilsə də, Beyhan Sultan sarayı bəyənməmiş, padşah isə sarayın strukturunu böyüdərək səltənətinin son 2 ilini burada keçirmişdir. II Mahmud dövründə də (1808–1839) yay sarayı olaraq istifadə edilən saray, 1836-cı ildə daha da böyüdüldü. Memar Karpet Balyanın taxtadan inşa etdiyi əlavə binalar mərmər saraya fərqli görünüş qazandırdı.

Oxşar sözlər

#çırağan nədir? #çırağan sözünün mənası #çırağan nə deməkdir? #çırağan sözünün izahı #çırağan sözünün yazılışı #çırağan necə yazılır? #çırağan sözünün düzgün yazılışı #çırağan leksik mənası #çırağan sözünün sinonimi #çırağan sözünün yaxın mənalı sözlər #çırağan sözünün əks mənası #çırağan sözünün etimologiyası #çırağan sözünün orfoqrafiyası #çırağan rusca #çırağan inglisça #çırağan fransızca #çırağan sözünün istifadəsi #sözlük