öfkə sözü azərbaycan dilində

öfkə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • öfkə • 81.2500%
  • ÖFKƏ • 12.5000%
  • Öfkə • 6.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

öfkə sözünün leksik mənası və izahı

  • 1 is. 1. Ağ ciyər. 2. dan. Hirs, qəzəb, hiddət. ◊ Öfkən (öfkəsi) yansın! – qarğış məqamında işlədilir. Səni görüm, öfkən yansın. – [Telli:] Məni qınayan, öfkən yansın! Ə.Məmmədxanlı. Öfkəyə dönmək – rəngi qaçmaq, ağarmaq. Katibin qanı qaçmış, öfkəyə dönmüş dodaqları gülümsünmək üçün aralandı. S.Rəhimov. Bəhramın dili-dodağı təpmiş, üzünün qanı qaçmış, öfkəyə dönmüşdü. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / öfkə

öfkə sözünün etimologiyası

  • 1 Bağır-öfkə sözü “içalat” anlamını əks etdirir. Öfkə həm “ağ ciyər”, həm də “hirs” mənalarında işlədilir. Tatar dilində öpkə sözü “qəzəb” mənasını verir. Türko­loq­lar­dan Bamberi yazır ki, öfkə və öd kökdaş sözlərdir. Öd həm də həyəcan mən­bəyidir (ödünü uddu, ödü parçalandı deyirik). Belə halda –kə şəkilçisinin öd sö­zü­nə necə artırılması və sözə verdiyi yeni məna açılmamış qalır. Güman ki, söz övkələ kəlməsi ilə qohumdur, darılmaq (darıldı bağrım...), sıxılmaq (qəzəb!?) anlamları ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / öfkə

öfkə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. ÖFKƏ [Ülkər:] Dipdinməz oturduğumuz yerdə ciyəri yanmış, öfkəsi parçalanmış, gör başımıza nə oyun açdı (R.Rza); AĞ CİYƏR Hacı bir gecə gözünə ağciyər bağlayıb yatdı (Ə.Haqverdiyev). 2. öfkə bax hiddət

    Azərbaycan dilinin sinonimlər lüğəti / öfkə

öfkə sözünün ləzgi dilinə tərcüməsi

"öfkə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#öfkə nədir? #öfkə sözünün mənası #öfkə nə deməkdir? #öfkə sözünün izahı #öfkə sözünün yazılışı #öfkə necə yazılır? #öfkə sözünün düzgün yazılışı #öfkə leksik mənası #öfkə sözünün sinonimi #öfkə sözünün yaxın mənalı sözlər #öfkə sözünün əks mənası #öfkə sözünün etimologiyası #öfkə sözünün orfoqrafiyası #öfkə rusca #öfkə inglisça #öfkə fransızca #öfkə sözünün istifadəsi #sözlük