öyrəşmək sözü azərbaycan dilində

öyrəşmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • öyrəşmək • 92.8571%
  • Öyrəşmək • 6.2500%
  • ÖYRƏŞMƏK • 0.8929%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.21 dəfə / 1 mln.
2004 •••••••••••• 0.34
2006 •••••••• 0.23
2008 ••••••••• 0.24
2010 ••••••• 0.18
2011 •••••••••••• 0.34
2012 •••••••••••• 0.34
2013 •••••••••••••••••••• 0.58
2016 •••••• 0.17
2017 •••••••••••• 0.33
2018 •••••• 0.15
2020 •••••••••••••• 0.40

öyrəşmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Vərdiş etmək, alışmaq, öyrənmək, adət etmək. Qaratoyuq əsarətə (qəfəsə) tez öyrəşir, sonra oxumağa başlayır. S.S.Axundov. [Tahir] lap uşaqlıqdan dağ havasına alışdığı üçün Bakının istisinə hələ də öyrəşə bilmirdi. M.Hüseyn. 2. İsinişmək, alışmaq, öyrənmək. Yazıq Tamam bizim ailəyə öyrəşdiyindən ayrılmaq istəməyirmiş. S.S.Axundov.

    Azərbaycan dilinin izahlı lüğəti / öyrəşmək

öyrəşmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 3 1. ÖYRƏŞMƏK Birdə Aslan buzlu-şaxtalı Rusiya iqliminə öyrəşmişdi (M.Hüseyn); ADƏT ETMƏK/ELƏMƏK Bəsti sürətlə və düzgün işləməyə adət etmişdi (Ə.Sadıq); ADƏTKƏRDƏ OLMAQ Bir-biri ilə dalaşıb boşanmağa məhz adətkərdə olmuşam (C.Məmmədquluzadə); ALIŞMAQ [Ayaz:] Axı mən sənə, o sehrli baxışlara xeyli vaxtdır alışmışam (A.Şaiq); ÖYRƏNMƏK Şaxta, çovğuna öyrənib canım (M.Rahim); VƏRDİŞ ETMƏK/ELƏMƏK Qızımın gözlərindən bu hərgünkü təlaşlı sualı oxumağa vərdiş etmiş ana: – Yoxdur, qızım, – dedi (Ə.Məmmədxanlı). 2. ÖYRƏŞMƏK Yazıq Tamam bizim ailəyə öyrəşdiyindən ayrılmaq istəməyirmiş (S.S.Axundov); İSİNİŞMƏK Onun fikrincə müəmmalı olan bu qışa asta-asta isinişirdi (B.Bayramov); ÖYRƏNMƏK [Qönçə Çingizə:] Qəndab sizə yamanca öyrənib, darıxır (B.Bayramov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / öyrəşmək

öyrəşmək sözünün rus dilinə tərcüməsi

  • 1 привыкать, свыкаться, освоиться

    Azərbaycanca-rusca lüğət / öyrəşmək
  • 2 глаг. 1. привыкать, привыкнуть: 1) приобретать привычку делать что-л., поступать каким-л. образом и т.п. Gecikməyə öyrəşmək привыкнуть опаздывать, gec yatmağa öyrəşmək привыкнуть ложиться (спать) поздно 2) усваивать, усвоить какие-л. навыки. Dərs aparmağa öyrəşmək привыкнуть вести урок, maşın sürməyə öyrəşmək привыкнуть водить машину 3) осваиваться, освоиться с кем-, с чем-л. Adamlara öyrəşmək привыкнуть к людям, kollektivə öyrəşmək привыкнуть к коллективу, sərt iqlimə öyrəşmək привыкнуть к суровому климату, soyuğa öyrəşmək привыкнуть к холоду, şəhər həyatına öyrəşmək привыкнуть к городской жизни, təzə yerə öyrəşmək привыкнуть к новому месту, şəraitə öyrəşmək привыкнуть к обстановке 2. учиться (приобретать навыки делать что-л.), научиться. İynə vurmağa öyrəşmişəm я научился делать уколы 3. свыкаться, свыкнуться; притерпеться, приживаться, прижиться; привыкать, привыкнуть к кому-л., чему-л. Şəraitə öyrəşmək свыкнуться с обстановкой; hər hansı bir yerə öyrəşmək приживаться, прижиться где-л.; səs-küyə öyrəşmək привыкнуть к шуму; qaranlığa öyrəşmək привыкнуть к темноте, ətrafdakılara öyrəşmək привыкнуть к окружающим, ağrıya öyrəşmək притерпеться к боли, danlaqlara öyrəşmək притерпеться к упрёкам, çətinliklərə öyrəşmək привыкнуть к трудностям 4. выездиться (привыкнуть ходить в упряжке или под седлом – о лошади) 5. выдрессироваться: 1) приобрести навыки, привитые дрессировкой 2) ирон. приучиться к строгой дисциплине

    Azərbaycanca-rusca lüğət / öyrəşmək

öyrəşmək sözünün inglis dilinə tərcüməsi

öyrəşmək sözünün fransız dilinə tərcüməsi

öyrəşmək sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#öyrəşmək nədir? #öyrəşmək sözünün mənası #öyrəşmək nə deməkdir? #öyrəşmək sözünün izahı #öyrəşmək sözünün yazılışı #öyrəşmək necə yazılır? #öyrəşmək sözünün düzgün yazılışı #öyrəşmək leksik mənası #öyrəşmək sözünün sinonimi #öyrəşmək sözünün yaxın mənalı sözlər #öyrəşmək sözünün əks mənası #öyrəşmək sözünün etimologiyası #öyrəşmək sözünün orfoqrafiyası #öyrəşmək rusca #öyrəşmək inglisça #öyrəşmək fransızca #öyrəşmək sözünün istifadəsi #sözlük