Əlvəndi sözü azərbaycan dilində

Əlvəndi

Yazılış

  • Əlvəndi • 77.7778%
  • ƏLVƏNDİ • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məhəmməd Əlvəndi
Məhəmməd Əlvəndi (1872—1918) — aktyor. == Həyatı == O, 1872-ci ildə Göyçay qəzasının Əlvənd kəndində qulluqçu ailəsində doğulub. Ziyalılarla sıx ünsiyyətdə olan Məhəmməd bəy Azərbaycan və rus dillərində mükəmməl savad alıb. Mütaliəyə ciddi maraq göstərib. Gənc yaşlarından Bakıya gələn Məhəmməd bəy Əlvəndi müxtəlif hüquq işləri idarəsmdə çalışıb. Eyni zamanda teatra ciddi rəğbət bəsləyib. Səhnə sənətinin Azərbaycanın rayonlarında geniş yayılması üçün Hüseyn Ərəblinski ilə çiyin-çiyinə və ciddi səylə fəaliyyət göstərib. Bakıda mövcud olan müxtəlif teatr truppalarının, əsasən "Nicat" mədəni-maarif cəmiyyəti nəzdindəki teatr dəstəsinin tamaşalarında yaddaqalan rollar ifa edib. Səhnəyə ilk dəfə 1890-cı ildə çıxmış Məhəmməd bəy Əlvəndi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Heydər bəy və Hacı Qara, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" məzhəkəsində Əşrəf bəy və Rüstəm, Səkinə Axundzadənin "Bəxtsiz bala" təbdilində Xəlil bəy, Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" faciəsində Mürtəzaqulu xan və Sadıq xan, İsgəndər bəy Məlikovun "Yaxşılığa yamanlıq" vodevilində Hümbət bəy, Yusif Ziya Talıbzadənin "Ərmənusə" və "Xalid ibn Valid" pyeslərində Marks və Mixa, Nəriman Nərimanovun "Nadir şah" faciəsində Şah Təhmas rollarını oynayıb. Aktyor eyni zamanda tərcümə əsərlərindən Jan Batist Molyerin "Zorən təbib" (Təbib İlyas), Lanskoyun "Qəzavat" (Qriqoryev), Şəmsəddin Saminin "Dəmirçi Gavə", (Qəhtan), Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin "Əmir Əbül Üla" (Ərəb), Nikolay Qoqolun "Evlənmə" (Podkolosin), Henrix Heynenin "Əl Mənsur" (Həsən), Fridrix Şillerin "Qaçaqlar" (Herman), Mirzə Məhəmməd Axundzadənin iqtibas etdiyi "Səd ibn Vəqqas" ("Səd Vəqqas", "Səd ibn Vəqqas, yaxud ərəblərin iranlılarla müharibəsi" kimi də yazılıb) əsərlərinin tamaşalarında müxtəlif səpkili rollarda səhnəyə çıxıb.
Əlvəndi (Bostanabad)
Əlvəndi (fars. الوندي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 72 nəfər yaşayır (12 ailə).
Əlvəndi (Qəzvin)
Əlvəndi (fars. الوندی‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 70 nəfər yaşayır (16 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.29

Oxşar sözlər

#əlvəndi nədir? #əlvəndi sözünün mənası #əlvəndi nə deməkdir? #əlvəndi sözünün izahı #əlvəndi sözünün yazılışı #əlvəndi necə yazılır? #əlvəndi sözünün düzgün yazılışı #əlvəndi leksik mənası #əlvəndi sözünün sinonimi #əlvəndi sözünün yaxın mənalı sözlər #əlvəndi sözünün əks mənası #əlvəndi sözünün etimologiyası #əlvəndi sözünün orfoqrafiyası #əlvəndi rusca #əlvəndi inglisça #əlvəndi fransızca #əlvəndi sözünün istifadəsi #sözlük