* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və zərf Olduqca yaxşı, bütün tələbata cavab verən, mükəmməl, nöqsansız, bütün, tam, ciddi. Əməllibaşlı bir şey. Əməlli-başlı bir usta tapmaq. Əməlli-başlı işləmək. // Əsaslı surətdə, lazımınca, lazımi kimi, istənildiyi kimi. Heç bir şeyi əməlli-başlı demir. – Pəri burada əməlli-başlı məclis qurdu, yemək-içmək düzəltdi. (Nağıl). [Sitarə xanımın] əməlli-başlı kirayə gətirən evi də vardı. S.Hüseyn. [Koxa:] Siz cavab axtarın, mən də əyləşim; Bir əməllibaşlı bığımı eşim. S.Rüstəm. Çimnaz yüngül adam olsaydı, bu qarı ilə elə buradaca əməlli-başlı tutuşa bilərdi. Ə.Əbülhəsən. // Mükəmməl surətdə, olduqca, lap. Qara kişini bu soyuq hava üşütdü, nəşəsini əməlli-başlı korladı. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / əməlli-başlı1 I прил. приличный, неплохой, хороший II нареч. по-настоящему, как следует, с толком. Əməlli-başlı danış расскажи толком, əməlli-başlı sağalmaq по-настоящему поправиться, əməlli-başlı dincəlmək отдохнуть как следует, əməlli-başlı işləmək работать как следует, yara əməlli-başlı incidirdi рана по-настоящему беспокоила, əməllibaşlı öyrənmək изучить как следует
Azərbaycanca-rusca lüğət / əməlli-başlı2 1. (lazımi kimi) all square! / all serene! / all systems are go! / all shipshape and Bristol fashion! / all Sir Garnet! всё путём (как следует, надлежащим образом; полный порядок; всё идёт отлично); 2. (çox bərk, çox ciddi) quite in earnest / in real earnest / really / properly / thoroughly / downright / beyond measure не на шутку (очень сильно, всерьёз)
Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / əməlli-başlı1 1. прил. лап хъсан, вири тӀалабриз жаваб гудай, са рехнени (нукьсанни) квачир, ферли, абурлу, вижевай, там, бегьем (мес. дарамат, устӀар); 2. нареч. лап хъсан(ди)з; // лазим тирвал, асаслудаказ, бегьем; 3. вижеваз, бегьем, дуьз; лап (мес. галатун).
Azərbaycanca-ləzgicə lüğəti / əməlli-başlı