ənsə-görmə sözü azərbaycan dilində

ənsə-görmə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ənsə-görmə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ənsə payı
Ənsə payı – lat. lobus occipitalis çəpgənin dal şöbəsini tutur, öndən lat. sulcus paretooccipitalis və sulcus occipitalis transversus vasitəsilə təpə payından ayrılır. Ənsə payı ilə gicgah payı arasındakı hüdudu təpədaxili şırımın dal ucunu yan şırımın dal ucu ilə birləşdirən xəyali xətt təşkil edir. Ənsə payının yuxarı yan səthində olan şırımlar o qədər sabit deyildi; burada yuxarı və bayır ənsə şırımları – lat. sulci occipitalis superior et laterales və bunların arasında eyni adlı qırışıqlar – lat. gyri occipitalis superior et laterales vardır. Ənsə payının aşağı səthində xüsusi şırım və qırışıqlar yoxdur; buranı gicgah payında olan şırım və qırışıqlar işğal edir. == Aid şəkillər == == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Ənsə sümüyü
Ənsə sümüyü —
Görmə siniri
Görmə siniri (lat. nervus opticus) kəllə sinirlərindən II cütüdür. Duyğu üzvü siniridir, görmə qovuqcuğu sağından inkişaf edir; hissi sinir olduğu üçün iki növ nüvəyə malikdir. Başlanğıc nüvəsini göz almasının tor qişasında olan qanqlioz hüceyrələr təşkil edir. Uz nüvəsi üç ədəddir: bunlardan biri görmə qabarı balışında (lat. pulvinar) digəri (lat. nucleus corporis geniculati lateralis) bayır dizəbənzər cisimdə və üçüncü (lat. stratum griseum colliculi superioris) orta beyin qapağının (dördtəpənin) yuxarı təpəciyində yerləşir. Görmə siniri silindir şəklində olub görmə sinirləri çarpazından (lat. chiasma opticum) başlayır və görmə siniri kanalından göz yuvasına daxil olur; burada bir az önə doğru gedir və göz almasına çatdıqdan sonra onun dal qütbündən 4mm içəri tərəfə tor qişaya daxil olur və orada olan qanqlioz hüceyrələrdə qurtarır.
Görmə üzvü
Göz — görmə funksiyasını təmin edən duyğu orqanı. Bir çox canlı orqanizmdə görmə sisin tərkib hissəsi olub, dalğaların işıq diapazonundakı elektromaqnit şüalanmasını qəbul edərək onu elektro-kimyəvi siqnal şəklində neyronlara ötürür. == Quruluşu və funksiyası == İnsanda göz kəllənin göz yuvasında yerləşir. Göz yuvasının divarlarından göz almasının xarici səthinə gözləri hərəkət etdirən əzələlər bitişir. Gozləri qaşlar qoruyur, onlar alından axan təri yanlara axıdır. Göz qapaqları və kirpiklər gözləri tozdan qoruyur.İnsan ətraf aləmdən informasiya almaq üçün göz duyğu üzvündən istifadə edir. Gözün bayır küncündə yerləşən göz yaşı vəzisinin ifraz etdiyi maye göz almasının üzərini isladır, gözü qızdırır, gözə düşmüş yad cisimləri yuyub aparır, sonra da gözün içəri küncundən göz yaşı kanalı ilə burun boşluğuna axır. Göz almasını örtən sıx ağlı qişa onu mexaniki və kimyəvi zədələrdən qoruyur, gözə yad cisimlər və mikroorqanizimlər düşməyə qoymur. Gözün ön hissəsində bu qişa şəffafdır. Buna buynuz qişa deyilir.
Yuxu görmə
Röya ya da yuxugörmə — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.

Oxşar sözlər

#ənsə-görmə nədir? #ənsə-görmə sözünün mənası #ənsə-görmə nə deməkdir? #ənsə-görmə sözünün izahı #ənsə-görmə sözünün yazılışı #ənsə-görmə necə yazılır? #ənsə-görmə sözünün düzgün yazılışı #ənsə-görmə leksik mənası #ənsə-görmə sözünün sinonimi #ənsə-görmə sözünün yaxın mənalı sözlər #ənsə-görmə sözünün əks mənası #ənsə-görmə sözünün etimologiyası #ənsə-görmə sözünün orfoqrafiyası #ənsə-görmə rusca #ənsə-görmə inglisça #ənsə-görmə fransızca #ənsə-görmə sözünün istifadəsi #sözlük