əskiklik sözü azərbaycan dilində

əskiklik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əskiklik • 91.3043%
  • Əskiklik • 5.7971%
  • ƏSKİKLİK • 2.8986%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2009 •••••••••• 0.16
2014 •••••••••• 0.17
2016 •••••••••••••••••••• 0.35
2020 •••••••• 0.13

əskiklik sözünün leksik mənası və izahı

  • 1 is. 1. Çatışmazlıq, azlıq, natamamlıq, naqislik. □ Əskikliyə düşmək – ehtiyaca düşmək, yoxsullaşmaq. 2. Eyib, nöqsan, qüsur; çatışmayan cəhət. Onun heç bir cəhətdən əskikliyi yoxdur. – [Əkbər] özündə bir əskiklik duyurdu. Mir Cəlal. □ Əskiklik gətirmək – alçaltmaq, eyib olmaq, hörmətdən salmaq. Belə hərəkətlər insana əskiklik gətirər. // Alçaqlıq, rəzalət, həqarət. …Birisi alçaqdan ucaya qalxa, kasıbçılıqdan dövlətə çata, əskiklikdən hörmətə minə, heç vaxt atadan, babadan danışmağı dost tutmaz. C.Məmmədquluzadə. 3. Yoxluq, olmama. Onun əskikliyi indi hiss edilməkdədir.

    Azərbaycan dilinin izahlı lüğəti / əskiklik

əskiklik sözünün sinonimləri (yaxın mənalı sözlər)

əskiklik sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ƏSKİKLİK – ARTIQLIQ Özündə bir əskiklik duyurdu (Mir Cəlal); Hər zaman özündəki artıqlığı başqalarına çatdırmağa can atırdı (“Azərbaycan”). ƏSKİLİK – YENİLİK Yenilik əskiliyi udmaq üçün səfərbər (S.Rüstəm).

    Azərbaycan dilinin antonimlər lüğəti / əskiklik

əskiklik sözünün rus dilinə tərcüməsi

  • 1 1. недостаток, недостаточность, нехватка, недостача; 2. низость, унижение;

    Azərbaycanca-rusca lüğət / əskiklik
  • 2 сущ. 1. недостаточность, нехватка, недостаток. Materialın əskikliyindən из-за нехватки материала, su əskikliyi нехватка воды, kitab əskikliyi нехватка книг 2. бесчестье, позор (постыдное, унизительное для кого-л. положение). Onun hərəkəti kollektiv üçün əskiklikdir его поступок – позор для коллектива ◊ özünə əskiklik saymaq nəyi 1. считать позором для себя что 2. считать ниже своего достоинства что

    Azərbaycanca-rusca lüğət / əskiklik

əskiklik sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (çatışmazlıq) shortage (of), lack (of); deficiency; 2. (alçaqlıq, yaramazlıq) meanness, baseness, wretchedness; Bu onun əskikliyinə dəlalət edir It shows his meanness; ~ gətirmək to abase (d.); to humiliate (d.); Bu sənə əskiklik gətirməz It won’t abase you

    Azərbaycanca-ingiliscə lüğət / əskiklik

əskiklik sözünün fransız dilinə tərcüməsi

əskiklik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. эксиквал (1. тӀимилвал, агакь тавун, бегьем туширвал; // əskikliyə düşmək кесиб хьун, юхсул хьун, игьтияждик хьун; 2. кимивал, айиб, нукьсан, рехне; кими (агакь тийизвай) жигьет; алчахвал, усалвал; əskiklik gətirmək эксиквал гъун, усаларун, алчахарун, гьуьрметдай авудун; 3. авачирвал, тахьун).

    Azərbaycanca-ləzgicə lüğəti / əskiklik

"əskiklik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əskiklik nədir? #əskiklik sözünün mənası #əskiklik nə deməkdir? #əskiklik sözünün izahı #əskiklik sözünün yazılışı #əskiklik necə yazılır? #əskiklik sözünün düzgün yazılışı #əskiklik leksik mənası #əskiklik sözünün sinonimi #əskiklik sözünün yaxın mənalı sözlər #əskiklik sözünün əks mənası #əskiklik sözünün etimologiyası #əskiklik sözünün orfoqrafiyası #əskiklik rusca #əskiklik inglisça #əskiklik fransızca #əskiklik sözünün istifadəsi #sözlük