şəkili sözü azərbaycan dilində

şəkili

Yazılış

  • şəkili • 72.4477%
  • Şəkili • 27.3063%
  • ŞƏKİLİ • 0.2460%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şəkili
Şəkili (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Şəkili (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Fərman Şəkili
Fərman Şəkili (4 noyabr 1954, Nuxa – 5 mart 2013, Bakı) — Azərbaycan aktyoru, rejissor, ssenari müəllifi. == Həyatı == Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 4 noyabr 1954-cü ildə Şəkidə anadan olub. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədədir. Şəki Dövlət Teatrında çalışıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. "Dahi" adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı olmuşdur. Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev (Şəkili) uzun sürən ağır xəstəlikdən 5 mart 2013-cü ildə 58 yaşında vəfat etmişdir.. == Filmoqrafiya == Aşkarsızlıq şəraitində… (film, 1986) Boş yer (film, 1989) Zirzəmi (film, 1990) "Fransız" (film, 1995) Həm ziyarət, həm ticarət...
Şəkili (Ağdaş)
Şəkili — Azərbaycan Respublikasının Ağdaş rayonunun Şəkili kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Şəkili kəndi Qoşaqovaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şəkili kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd Şəkidən köçən ailələr tərəfindən yaradılıb. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Şəkili kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Nuxa qəzasının Xaldan dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Qoşaqovaq kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Şəkili kəndi Azərbaycan SSR Ağdaş rayonunun Qoşaqovaq kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Qoşaqovaq bələdiyyəsi təsis edilmişdir. 2007-ci ildə Şəkili bələdiyyəsi təsis edilmiş, lakin 2014-cü ildə bələdiyyə ləğv edilmiş və kənd yenidən Qoşaqovaq bələdiyyəsinin tərkibinə daxil edilmişdir. Şəkili kəndi Şəkili kanalı və Neymətabad kanalı sahilində yerləşir, kəndin yaxınlığında Türyançay çayı axır.
Şəkili (Göyçay)
Şəkili — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Əsl adı Molla Şəkilidir. Yaşayış məntəqəsini Şəkidən köçüb gələn ailələr salmışlar. Kənd Şirvan düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 353 nəfər əhali yaşayır.
Şəkili bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şəkili Ələsgər
Ələsgər Abdullayev və ya Şəkili Ələsgər (1866, Nuxa – 1 aprel 1929, Bakı) — Azərbaycan xanəndəsi. Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Uşaq yaşlarından bənnalıq edərək pul qazanmışdır. Keştazlı Həşim Şəkidə olarkən təsadüfən Ə. Abdullayevlə tanış olur. O, Şəkidə olduğu müddətdə ona muğam dərsləri keçmiş, xanəndə kimi formalaşmasında böyük rol oynamışdır. Ə. Abdullayevin digər müəllimi həvəskar xanəndə Bakı taciri Ağa Səid oğlu Ağabala olub. Şəkili Ələsgər 1902–1903-cü illərdə Bakıda keçirilən 1-ci, 2-ci və 3-cü "Şərq konsertləri"-ndə iştirak etmiş, "Çahargah", "Şüştər", "Bayatı-Şiraz" muğamlarını ifa etmiştir. O, eyni zamanda Bakıda verilən teatr tamaşalarının fasilələrində, "Nicat" cəmiyyətinin təşkil etdiyi "Şərq gecələri"-ndə yaxından iştirak edib. 1912–1918-ci illərdə Orta Asiya, İran və Türkiyənin müxtəlif şəhərlərində Ə. Abdullayevin konsertləri baş tutmuşdur. İran məclislərinin birində ifasına görə şah tərəfindən medalla mükafatlandırılmışdır.
Hacı xan Şəkili
Hacı xan Səlim xan oğlu Şəkili (d.?-ö.?) — Kirmanşah valisi. == Həyatı == Səlim xanın ikinci oğlu Hacı xan Şəki şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Atası ilə bərabər İrana qaçmışdı. Məşədi Məhəmməd adlı şəxs Səlim xanın oğlu Hacı xanın tapşırığı ilə 1837-ci ildə Şəkiyə gəlmişdi. O, burada özünü xanın varisi kimi qələmə verərək ətrafına xeyli adam toplamış və çarizm əleyhinə təbliğata başlamışdı. 1838-ci il avqustun sonlarında üsyançılar Şəki vilayətinə daxil oldular. Əhalinin əhvali-ruhiyyəsinə güvənən Ağa bəy və Məşədi Məhəmmədin dəstəsi Şəkiyə yaxınlaşdı. Komendant idarəsinin məmurları da orada idilər. İlk həmlədən üstünlüyü ələ alan üsyançılar, qala istisna olmaqla, şəhəri ələ keçirdilər.
Məhəmmədhüseyn xan Şəkili
Məhəmmədhüseyn xan Şəkili — Şirvanşahlar nəslindən olan Səfəvi sərkərdəsi. Məhəmmədhüseyn xan Səfəvi dövlətində hərbi və mülki vəzifələrdə xidmət etmiş sərkərdə olmuşdur. O, Şirvan bəylərbəyiliyinin Şəki əyalətinin hakimi kimi çalışmışdır. Bu zaman Səfəvi hökmdarı I Şah Abbas (1587-1629) idi. Məhəmmədhüseyn xan Şəki hakimi I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri zamanı təyin olunmuşdur. Ata tərəfdə Şirvanşahlar nəslindən gələn Məhəmmədhüseyn xan həmçinin türk tayfalarından olan Zülqədər elinin başçısı kimi də fəaliyyət göstərmişdir. İraqda və Azərbaycanda yaşayan bu tayfanın başçısı olmuş Məhəmmədhüseyn xan ana tərəfdən bu tayfaya mənsub idi. Məhəmmədhüseyn xan Gürcüstanda 1615-ci ildə Səfəvilər əleyhinə başlamış üsyan nəticəsində öldürülmüşdür. Floor, Willem; Herzig, Edmund, redaktorlar Iran and the World in the Safavid Age. I.B.Tauris.
Səlim xan Şəkili
Səlim xan — Şəki xanı; iki dəfə − birinci dəfə 1795-1797, ikinci dəfə isə 1805-1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuş, lakin xan olmaq uğrunda mübarizəsini sonra yenə də davam etdirməsi səbəbindən, adı XIX əsrin birinci rübündə daha uzun müddət ərzində, vaxtaşırı olaraq dövrün siyasi gündəmlərində hallanmışdı. Şəki xanlarından Məhəmmədhüseyn xanın oğlu, Hacı Çələbi xanın nəticəsi, Məhəmmədhəsən xan ilə Fətəli xanın atabır qardaşı, Hüseyn xanın isə atası idi. Səlim xan Şəki xanı ikən hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını Rusiya imperiyasının tərkibinə qatmışsa da, bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, bundan 4 ay sonra əks-hücuma keçən ruslara silahlı müqavimət göstərmiş, lakin sonda məğlub olaraq İrana qaçmışdır. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyası ərazisindəki Kir şəhərində vəfat etmişdir. Bundan az sonra, elə həmin ilin 11 avqust tarixində isə Səlim xanın oğlanlarından biri - Hüseyn xan, Şəki xanı ola bilmiş, lakin onun hakimiyyət dövrü də çox çəkməmiş, cəmi 3 aya yaxın davam etmişdir. Mənbələrdə Səlim xanın həyatının Şəkidə hakimiyyətə gəlişinə qədərki dövrü haqqında demək olar ki heç bir məlumat yoxdur. Bircə o göstərilir ki Səlim xan sələfi olan qardaşı Məhəmmədhəsən xanın onu “birütbə” saxlamasını və digər qardaşı Fətəli xanın gözlərini çıxartdırmasını gördükdən sonra “Şəki vilayətinin bəylərindən özünə yoldaş eləyib, tarixi-islamiyyə 1199 (1784/1785) olanda” (digər bir mənbədə 1795-ci illin mart ayında) Şəkidən Cara qaçmış və qardaşını devirmək əzmiylə orada özünə qoşun toplamışdı. 1795-cı ilin son aylarında isə qardaşı Məhəmmədhəsən xan Şəki qoşunu ilə Muğanda – orada qışlayan İran şahı Ağa Məhəmməd şah Qacarın sərəncamında, olarkən Səlim xan Əliskəndər Hüzzatinin başçılıq etdiyi Car və Avar qoşunu ilə Cardan Şəkiyə doğru hərəkət edir. Məhəmmədhəsən xan bunu bilən kimi Ağa Məhəmməd şahdan da əlavə qoşun götürüb Səlim xanı qovmaq üçün Şəkiyə qayıdır. İki qardaş arasında ən şiddətli döyüş Göynük kəndi yaxınlığında baş verir, Səlim xan məğlub olub geri çəkilir.
Musa Şəkiliyev
Musa Şəkiliyev (23 sentyabr 1959, Qax) — Qax Rayon İcra Hakimiyyətinin başçısı. Şəkiliyev Musa Şaban oğlu 23.09.1959-cu ildə Qax rayonunda anadan olmuşdur. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirmiş, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olmuş və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirmişdir. Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlamışdır. O, 1981–1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986–1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987–1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989–2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002–2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləmişdir. Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

Oxşar sözlər

#şəkili nədir? #şəkili sözünün mənası #şəkili nə deməkdir? #şəkili sözünün izahı #şəkili sözünün yazılışı #şəkili necə yazılır? #şəkili sözünün düzgün yazılışı #şəkili leksik mənası #şəkili sözünün sinonimi #şəkili sözünün yaxın mənalı sözlər #şəkili sözünün əks mənası #şəkili sözünün etimologiyası #şəkili sözünün orfoqrafiyası #şəkili rusca #şəkili inglisça #şəkili fransızca #şəkili sözünün istifadəsi #sözlük