Şimal-Cənub sözü azərbaycan dilində

Şimal-Cənub

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Şimal-Cənub • 97.9023%
  • şimal-cənub • 1.9778%
  • Şimal-cənub • 0.0899%
  • Şİmal-Cənub • 0.0300%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şimal-Cənub modeli
Şimal-Cənub modeli — Kolumbiya Universitetində çalışan iqtisadçı professor Ronald Findli tərəfindən ortaya çıxarılmış model. İnkişaf iqtisadiyyatında yer alan bu model, daha az inkişaf etmiş "Cənub" və ya "kənar" iqtisadiyyatının ticarətdən istifadə edərək "Şimal" və ya "özək" iqtisadiyyatı ilə yaratdığı qarşılıqlı təsir və əlaqədən bəhs edir. Şimal-Cənub modeli, iqtisadiyyatdakı asılılıq üzərində işləyən nəzəriyyəçilər tərəfindən asılılıq nəzəriyyəsi üçün "nəzəri iqtisadi əsaslandırma" kimi istifadə olunur. == Fərziyyələr == Bu modelin Şimal və Cənub, o cümlədən onlar arasındakı əlaqələr haqqında bir neçə tənqidi fərziyyəsi vardır. Şimal iqtisadiyyatı Solou modelinin fərziyyələri altında fəaliyyət göstərərkən, Cənub iqtisadiyyatı isə Luis artımı fərziyyələrinə əsasən inkişaf etdirilir. Halbuki bu modelin daha da sadələşdirilməsi məqsədilə, Luis modelinin ənənəvi sektordakı hasilatı nəzərə alınmır və Cənubun müasir sektordakı hasilatı Canubdakı ümumi hasilat ilə eyniləşdirilir. Daha çox inkişaf etmiş Şimal ölkələri bazara istehsal olunmuş məhsulları çıxararkən, daha zəif inkişaf etmiş Cənub ölkələri isə bazara ilkin məhsullar təqdim edir. Təbii ki, bunlar yalnızca müqayisə üçün istifadə olunan iki növ məhsuldur. Hər iki iqtisadiyyat tam ixtisaslaşmaya məruz qalır. Ticarət üçün maneələr yoxdur və ticarət edən yalnız iki tərəf vardır.
Cənub və Şimal sülalələri
Cənub və Şimal sülalələri (çin. sadə. 南北朝, pinyin: Nán Běi Cháo) — Çin tarixində 420–589-cu illərdə on altı barbar düvlətlərindən Suy sülaləsinə qədər olan bir dövr.
Şimal və Cənub (geosiyasət)
Şimal və cənub müxalifəti — dünyanın empirik bir şəkildə zəngin şimal və yoxsul cənub ölkələrinə bölünməsi, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı qlobal ziddiyyət. Dünyanın ən zəngin 20 ölkəsində adambaşına gəlirlər yoxsul 20 ölkədən 37 dəfə çoxdur və bu fərq son 40 ildə iki dəfə artmışdır. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının analitiklərinə görə, XXI əsrin əvvəllərində. planetin 225 ən varlı adamının ümumi sərvəti 1 trilyon dolları keçdi, bu da dünya əhalisinin% 47-ni təşkil edən 2,5 milyard kasıb insanın illik gəlirinə bərabər gəldi. Forbes siyahısından dünyanın ən varlı 500 nəfərinin gəliri dünyanın ən kasıb insanların 416 milyonunun ümumi gəlirlərini üstələyir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına görə dünyanın ən zəngin ölkələrinin ÜDM-dəki payı 86%, orta ölkələrin payı 13%, kasıb ölkələrin payı cəmi 1% -dir. İqtisadi artım templərinin fərqli dəyərləri zəngin və yoxsul ölkələr arasındakı uçurumun artmasına səbəb olur. Məsələn, 1960-cı illərdə. Orta Latın Amerikası ölkəsində adambaşına gəlir səviyyəsi orta inkişaf etmiş ölkənin gəlirlərinin təxminən üçdə birini təşkil edirdi; bu gün bu rəqəm 20% -dən azdır. 1960-cı illərdə tipik inkişaf etməkdə olan bir ölkənin gəliri tipik inkişaf etmiş bir ölkənin gəlirinin təxminən 12% -ni təşkil edirdi; indi bu rəqəm 5% -ə yaxındır.
Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi
Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (abreviatur ing. International North-South Transport Corridor ) — 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulmuşdur. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulmuşdur. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya etmişdir (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). == Məqsədləri == Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir). Şimali və Qərbi Avropa – Rusiya Federasiyası, daha sonra üç istiqamətdə nəzərdə tutulur: Qafqaz – Fars körfəzi (Qərb marşrutu); Mərkəzi Asiya – Fars körfəzi (Şərq marşrutu); Xəzər dənizi – İran İslam Respublikası – Fars körfəzi (Mərkəzi marşrut). == İştirakçı ölkələr == === Azərbaycan === "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli Sərəncamının icrası olaraq, aşağıdakı tədbirlər görülüb: Astara (AR) – Astara (İİR) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 km yeni yol tikilib; Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub; Astaraçay üzərində dəmiryol körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 km yol çəkilib. Azərbaycan tərəfi Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşasını davam edir. Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün: 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) sahəsinin rəsmi açılış mərasimi keçirilib; İran İslam Respublikası ərazisində Rəşt – Astara (167 km) sahəsində dəmir yolu tikilməlidir. 28 mart 2018-ci il tarixində İran İslam Respublikası Prezidentinin Azərbaycana səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara – Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş" imzalanıb.
Şimal və cənub (Qaskell romanı)
Şimal Və Cənub (North and South) — Məşhur ingilis yazıçı Elizabet Qaskell tərəfindən qələmə alınmış roman. 'Şimal Və Cənub' əsəri, ilk dəfə 1854-cü ildə, Household Words adlı ədəbiyyat jurnalında hissə-hissə olaraq yayımlanmışdır. Müəllif, romanı 22 hissə olaraq yazmağı planlasa da, nəşriyyatın həftəlik tələbindən dolayı, sadəcə 20-ci hissədə yekunlaşdırmağa məcbur qalmışdır. Mrs. Qaskellin istəyindən fərqli olaraq, vaxt məhdudiyyəti səbəbilə, əsərdə hadisələr ixtisarla və tezləşdirilərək nəql edilmişdir. Daha sonra, məşhur yazıçı Çarlz Dikkens, müəllifin də icazəsi ilə əsər üzərində bəzi düzəlişlər etmiş və 1855-ci ildə, şəxsi nəşriyyatında iki cild olaraq yayımlatmışdır. Kitabın ön səhifəsində bu düzəlişlə bağlı açıqlama verilib. Roman, bəzi hissələrin əlavə olunub, redekte edilməsilə daha normal bir axara qovuşsa da, buna baxmayaraq, hələ də kitabda bu tələsgənliyin izlərini görmək mümkündür. Belə ki, müəllif, daha təfərruatlı bir final yazmağı qərarlaşdırdığı üçün, əvvəlki hissələrdə mövzular uzadılıb. Lakin məhz bitiş hissəsində ani bir kəsilməni müşahidə etmək olur.
Şimal
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.
Cənub
Cənub və ya Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. Cənub qütbünə işarə edir və "S"-lə işarələnir.
Avatar: Aanq haqqında əfsanə — Şimal və cənub
Şimal və cənub (ing. North and South); tam adı Avatar: Aanq haqqında əfsanə — Şimal və cənub (ing. Avatar: The Last Airbender – North and South) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2016 və 2017-ci illərin arasında çıxan üç hissədən ibarət olan komiks. Məzmunu Tüstü və kölgə komiksindən sonra baş verir.
Nəsimi-Şimal
"Nəsimi-Şimal" — Qacar İranında nəşr olunmuş qəzetlərdən biri. Məşrutə dövrünün satirik-ədəbi orqanlarından biri idi. == Tarixi == Əşrəfəddin Gilani tərəfindən əvvəlcə Rəştdə, sonra da Tehranda nəşr olunmuşdur. Rəşt şəhəri İranın şimalında yerləşdiyinə görə Əşrəfəddin Gilani çıxardığı qəzeti "Şimal küləyi – nəsimi" adlandırmışdır. O, qəzetinin hər bir işini özü təkbaşına görürdü. Səid Nəfisi "Sepido siyah" jurnalında Əşrəfəddin Gilani haqqında məqaləsində yazırdı ki, "...o, xalqın içindən çıxdı, xalqla yaşadı və xalqın içində itib batdı... Hər gün, hər gecə yazırdı, həftə ərzində yazdığı şeirləri çap edib xalqa çatdırırdı. İyirmi ilə yaxın hər həftə "Nəsimi-Şimal"ı Tehranın ən kiçik mətbəələrindən birində dörd xırda səhifədə nəşr edib yaydı… belə gün olmazdı ki, bu qəzet Tehranda bir vəlvələ salmasın. Hökumətlər artıq onun əlindən zara gəlmişdilər..." == Fəaliyyəti == "Nəsimi-Şimal" qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi. Qəzetdə əsas yeri onun təsisçisi Əşrəfəddin Gilaninin satirik məzmunlu şeirləri tuturdu.
Şimal-qərb
Şimal-qərb - Şimal tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Şimal-şərq
Şimal-şərq — şimal tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Şimal (Xaçmaz)
Şimal — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə.
Şimal (dəqiqləşdirmə)
Şimal — qütblərdən biri. Şimal (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Şimal Aşırımı
Şimal Aşırımı ( çin. 北坳 (Běi Ào), tib. Chang La) - Tibetdəki Everest və Çanqze dağlarını birləşdirən silsilədə buzlaqlar tərəfindən oyulmuş iti kənarlı keçitdir. Şərq Ronqbuk buzlağının başını təşkil edir. Alpinistlər Şimal silsiləsi (Tibet) üzərindən Everestə çıxmağa çalışdıqda, dağın özündə ilk düşərgə (ənənəvi olaraq IV Düşərgə, müasir I Düşərgə) Şimali Kol üzərində qurulur. Bu nöqtədən, təxminən dəniz səviyyəsindən 7,020 metr (23,030 ft) yuxarı alpinistlər Everestin Şimal üzü boyunca tədricən daha yüksək düşərgələrə çatmaq üçün Şimal silsiləsinə qalxırlar. Alpinistlər zirvəyə son təkanlarını VI düşərgədən 8,230 metr (27,001 ft) hündürlükdə edirlər. Şimal Aşırımına ilk dəfə Corc Mallori, Edvard Oliver Vheeler və Gay Bullok 23 sentyabr 1921-ci ildə, İngilis kəşfiyyat ekspedisiyası zamanı qalxdı. Bu, bir qərblinin ilk dəfə Everest dağına ayaq basması idi. Bura Everest dağının zirvəsinə mümkün marşrutları axtararkən Mallorinin mövcudluğunu təsdiqləməsindən bir həftə əvvəl Vheeler tərəfindən kəşf edildi.
Şimal Dənizi
Şimal dənizi (əvvəllər həmçinin Alman dənizi; fr. Mer du Nord, alm. Nordsee‎, nid. Noordzee, ing. North Sea, norv. Nordsjøen, dan. Nordsøen və ya Vesterhavet) — Şimali Avropanın sahillərində Yutland və Skandinaviya yarımadaları ilə Britaniya adaları arasında yerləşən dayaz şelf dənizi. Atlantik okeanın bir hissəsi sayılır. Şərqdən Norveç və Danimarka, qərbdən Böyük Britaniya, cənubdan Almaniya, Niderland, Belçika və Fransa ilə əhatə olunmuşdur. Şimal Dənizi-Atlantik okeanının kənar dənizi.
Şimal Kalimantan
Şimali Kalimantan (ind. Kalimantan Utara) İndoneziya əyalətidir. Kalimantanın şimalında, Borneo adasının İndoneziya hissəsində yerləşir. Şimal Kalimantan şimaldan Malayziya ştatları olan Sabah və qərbdə Saravak, cənubdan İndoneziyanın Şərqi Kalimantan əyaləti ilə həmsərhəddir. Tancunq Selor əyalətin paytaxtı, Tarakan isə ən böyük şəhər və maliyyə mərkəzidir. Şimali Kalimantan 72.275.12 kvadrat kilometr ərazini əhatə edir və dörd bölgə (reqensi) və bir şəhərdən ibarətdir. İndoneziya Statistikası 2017-ci ildə İndoneziyada ən az əhalisi olan əyalət olaraq 691,058 nəfər olaraq qiymətləndirdi. 25 oktyabr 2012 tarixində qurulan İndoneziyanın ən gənc vilayətidir. İnkişaf bərabərsizliyi və Malayziyanın əraziyə təsirini azaltmaq üçün Şimali Kalimantan Şərqi Kalimantan əyalətindən ayrıldı.
Şimal Qütbü
Şimal qütbü — Yer kürəsinin nəzəri fırlanma oxunun Şimal yarımlığını bölən sahəyə şimal buzlu okean. Şimal qütbü Şimal Buzlu Okeanının dərinliyi 4000 m-dən çox olmayan mərkəzi hissəsində yerləşir. Orada qalın buz qatı olur. Burada orta tempratur qışda 30° yayda 0° dərəcə olur.
Şimal Torpağı
Şimal Torpağı (1926-cı ilə qədər — İmperator II Nikolay Torpağı) — Şimal Buzlu okeanda yerləşən arxipelaq. İnzibati cəhətdən Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisinə daxildir. Arxipelaqın sahəsi 37,000 km² təşkil edir. Yaşayışı olmayan adadır. Şimal Torpağında Komsomoles adasında Asiya qitəsinin ən ucqar şimal nöqtəsi olan Arkiçeski burnu yerləşir. == Tarixi == Arxipelaq ilk dıfə 4 sentyabr 1913-cü ildə Şimal Buzlu okeana təşkil olunan esprdisiya zamanı aşkarlanmışdır. İlk əvvəl espedisiua üzvləri tərəfindən «Tayvay» adlandırılır. Bu ekspedisiyaya daxil olan «Taymır» və «Vayqaç» buzqıran gəmilərinin şərəfinə adlandırılır. Adaya rəsmi adı isə Rusiya dəniz nazirinin № 14 qərarı ilə «İmorator II Nikolay Torpağı» adlandırılır. Bu adı verilməsində müxtəlif fikirlər vardır.
Şimal adası
Şimal adası (Yeni Zelandiya)
Şimal amurları
Şimal Amurları (rus. Северные амуры) — 1807–1814 il Napoleon müharibələri dövründə fransızlar tərəfindən başqırd döyüşçülərinə verilmiş tarixən yaranmış addır . == Şimal Amurları ifadəsinin yaranması == 1807-ci ilin iyununda Tilzit sülh müqaviləsinin imzalanması meydana çıxdı. O zaman başqırd döyüşçüləri yay və oxlarla silahlanırdılar. Fransızlar, onları imperiya mədəniyyətinin təsiri altında antik Allah Amur ilə müqayisə edirdilər. Napaleon generalı de Marbonun öz memuarlarlarında Napaleon ordusuna qarşı başqırd döyüşçüləri tərəfindən hazırlanmış yaylara malik olanlara fransızlar "şimal Amurları" ləqəbi verdilər. == Müharibədə iştirakı == Başqırd alaylarının Napoleon Fransası ilə müharibə hələ 1806–1807-ci illərdə rus- prussiya-fransız müharibəsində başlanmışdı. Napoleona qarşı Orenburq kənarından 600 kalmık, 1000 Çelyabinsk və Orenburq kazakı və 7 min başqırd hərəkət etdi. 1813–1814-cü ildə rus ordusunun xarici yürüşləri zamanı bu addan istifadənin coğrafiyasını genişləndi. Napoleon qoşunlarının basqınına qarşı mübarizə üçün başqırdların təşəbbüsü ilə Rusiya hökuməti 28 alay yaratmışdı.
Şimal boğazı
Şimal boğazı (ing. North Channel, irl. Sruth na Moali) — Britaniya adasını İrland adasından ayıran boğaz. Atlantik okeanını İrland dənizi ilə biləşdirir. Uzunluğu 170 km, eni isə 20–40 km arası dəyişir. Boğazın ən dərin yeri Boford çökəkliyidir ki, onunda dərinliyi 272 m-dir. Boğazda gücle axınlar olur ki, axının sürəti 12 km/s təşkil edir. Şotlandiya sahilində nisbətən böyük körfəz Fert-of-Klayddır. Burada çox saylı xırda adalar və buxtalar mövcuddur. Başqa körfəzlərə misal kimi Belfut-lox, Lox Rayan göstərmək olar.
Şimal könlücəsi
Şimal maralları
Şimal maralı (lat. Rangifer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cınsı.
Şimal maralı
Şimal maralı (lat. Rangifer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cınsı.
Şimal müharibəsi
Böyük Şimal müharibəsi — Baltik dənizi uğrunda Rusiya və İsveç arasında 1700–1721-ci illərdə baş vermiş savaş. == Dövlətlərin məqsədləri == Rusiya Baltik dənizinə çıxış almağa və onun sahillərində möhkəmlənməyə çalışırdı; Polşa Finlandiyaya iddia edirdi; Danimarka Skandinaviya yarımadasının cənubundakı ona məxsus olmuş torpaqları geri qaytarmaq və Şlezviqi özünə birləşdirmək istəyirdi. == Müharibəyə hazırlıq == Rus çarı I Pyotr Polşa kralı və Saksoniya kürfürstü II Avqust və Danimarka kralı IV Fridrix arasında Şimal ittifaqı adlanan birlik yaradıldı; Rusiya Polşa ilə Ravsk Sazişi imzalayır; Şərti: Pyotr polşalıların şübhələrini aradan qaldırmaq üçün Karlis müqaviləsini təsdiqləyir. Rusiya Danimarka ilə 1699-cu ildə müqavilə imzalayır; İttifaqa Brandenburq kürfüstünü də cəlb etmək nəzərdə tutulmuşdu, amma onun başı ispan mirası ilə bağlı hadisələrə qarışmışdı; Rusiya Osmanlı imperiyası ilə sülh müqaviləsi imzaladı. == Şimal ittifaqının yaradılmasında Rusiyanın məqsədləri == Osmanlıya qarşı mübarizəni davam etdirmək; Yeni müttəfiqlər tapmaq; Baltik sahillərini və ya heç olmasa İnqriya və Koreliyanı ələ keçirmək Hələ Şimal ittifaqı yaranmamışdan əvvəl İsveçə qarşı başqa bir koalisiya da yaradılmışdı. Həmin koalisiyanın üzvləri == Həmin koalisiyanın Rusiya ilə bağlı planları == == Müharibənin gedişi == İsveç kralı Danimarkaya qoşun göndərdi, Kopenhageni mühasirəyə aldı və IV Fridrixi sülh bağlamağa məcbur etdi Danimarka və Qolştadt hersoqluğu arasında bağlanmış bütün müqavilələrə riayət etməyi və onun rəqiblərinə kömək göstərməyi öhdəsinə götürdü İsveçlə Saksoniya arasındakı Altranştedt müqaviləsinə görə, sonuncu Polşa taxt-tacından əl çəkdi, Rusiya ilə müqavilədən imtina etdi, Krakovu isveçlilərə təslim etdi, isveç qarnizonlarının Saksoniya şəhərində yerləşməsinə razılıq verdi. Beləliklə, Şimal ittifaqı dağıldı Rusiya Finlandiya körfəzindəki ərazilərini qoruya bilmək üçün İsveçlə müqavilə imzalamaq istəyir, bunun üçün bir neçə vasitəçi dövlətə müraciət edir: Hollandiya İngiltərə Fransa Rusların 1709-cu ildə Poltavada parlaq qələbəsi müharibənin gedişini kökündən dəyişdirdi, Şimal ittifaqının bərpasına gətirib çıxardı və Şimal müharibəsini Avropa miqyasında müharibə səviyyəsinə çıxardı. 1709-cu ildə Saksoniya, Danimarka və Prussiya öz aralarında antiisveç müqaviləsi ( Köln ittifaq müqaviləsi ) bağladılar. Rus diplomatiyası yaranmış vəziyyətdən ölkə üçün maksimum fayda əldə etməyə çalışdı. I Pyotrla II Avqustun 1709-cu ildə Torunda görüşünün nəticəsi olaraq iki müqavilə imzalandı ( Torun ittifaq müqavilələri ) 1.müqavilə İsveçə qarşı ittifaqın bərpasını sanksiyalaşdırır və gələcəkdə Danimarkanın, Prussiyanın və Reç-pospolitanın ona cəlb olunmasını nəzərdə tuturdu Rusiya II Avqustun Polşa taxt-tacında bərpa olunmasına kömək etməyi öhdəsinə götürdü.

Oxşar sözlər

#şimal-cənub nədir? #şimal-cənub sözünün mənası #şimal-cənub nə deməkdir? #şimal-cənub sözünün izahı #şimal-cənub sözünün yazılışı #şimal-cənub necə yazılır? #şimal-cənub sözünün düzgün yazılışı #şimal-cənub leksik mənası #şimal-cənub sözünün sinonimi #şimal-cənub sözünün yaxın mənalı sözlər #şimal-cənub sözünün əks mənası #şimal-cənub sözünün etimologiyası #şimal-cənub sözünün orfoqrafiyası #şimal-cənub rusca #şimal-cənub inglisça #şimal-cənub fransızca #şimal-cənub sözünün istifadəsi #sözlük