Aksay sözü azərbaycan dilində

Aksay

Yazılış

  • Aksay • 94.7368%
  • aksay • 5.2632%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aksay
Aksay (rus. Аксай) — Rusiya Federasiyasının Rostov vilayətində şəhər. Aksay rayonunun inzibati mərkəzidir. Rostov-Dondan 18 kilometr aralıda yerləşir. Konserv, şüşə, plastik kütlə, kərpic və s. zavodları var. 1957-ci ilə qədər Aksayskaya stansiyası adlandırılmışdır.
Aksay körpüsü
Aksay körpüsü — Rostov-na-Donu şəhərində yerləşən, Don çayı üzərində inşa edilmiş körpü. Körpünün ümumi uzunluğu 580 metrdir. 1964-cü ildə Don avtomagistralının 1062-ci kilometrliyində, gündəlik 7 min avtomobili qəbul etmək güçünə malik iki zolağı tətfil verilmişdir. Buradan keçən hər maşın 6 ton yük daşıya bilər. 1995-ci ildə körpüyə əlavə olaraq üçüncu zolaq inşa edilir. Hazırda hər il körpüdən 30 min maşın keçir. Hər maşına isə 8 ton yük düşə bilər. Körpü Don çayının mənsənbindən 60 km yuxarıda yerləşir. malikdir. == Adlanması == Körpü öz adını yerləşdiyi şəhərin adından almışdır.
Aksay çayı
Aksay (устар. Асагалыль, qum. Яхсайсув,; çeç. Яьсси) — Çeçenistanın Naji-Yurt və Qudermes rayonu, Dağıstanın Botlix rayonu, Novolak rayonu, Babayurd və Xasavyurd rayonlarından keçən çay. Çayın yamacı 14.5 m/km-dir.. == Relyefi == Çay öz başlanğıcını And dağları silsiləsinin şimal yamacından götürür. Mənbəyinin hündürlüyü dəniz səviyyəsindən 2080 m yüksəklikdədir. Kanal ilə Aktaş çayına birləşən Aksay çayı Aksay su anbarına axır. Uzunluğu 144 km, su tutma sahəsi 1390 km², orta dərinliyi isə 444 m-dir. Hövzəsinin çox hissəsi (87%) 1000 m-dən aşağıdır, ərazinin 11% -i 0 m -dən aşağıdır.
Aksay (Burlin rayonu)
Aksay (qaz. Ақсай) — Qazaxıstanda şəhər, Qərbi Qazaxıstan vilayətinin Burlin rayonunun inzibati mərkəzi. == Tarixi == Bölgədə Kiçik juz qazaqları yaşayırdı. Duz bataqlıqları və ağ torpaq bu ərazidə əkinçiliklə məşğul olmağa imkan vermədi və kiçik Utva çayı buraya axsa da, burada yaşayış məskəni yox idi. 1936-1939-cu illərdə bu yerlərdən keçərək Uralsk-Sol-Iletsk dəmir yolu çəkilmişdir. Stansiyanın dizaynerləri bu yeri seçdilər və stansiyaya Qazaxıstan adını verdilər. Stansiya adı ilə burada böyüyən Qazaxıstan kəndi rəsmi olaraq 1936-cı ildə qurulmuşdur. 11 aprel 1941-ci ildə işçi kənd statusu aldı . Kəndin əlverişli coğrafi mövqeyi (inzibati bölgənin coğrafi mərkəzində) və sonrakı iqtisadi inkişafı yaşayış məntəqəsinin 1965-ci ildə Qazaxıstan SSR-in Qərbi Qazaxıstan vilayətinin Burlinsky bölgəsinin mərkəzi olmasına gətirib çıxardı. Qazaxıstanın yaşayış məntəqəsi Aksay şəhərinə çevrildi.
Aksay rayonu (Rostov vilayəti)
Aksay rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Aksay şəhəridir. == Tarixi == Aksay rayonu ərazisində ilk yaşayış məntəqəsi haqqında yazılı mənbə 1570-ci ilə aiddir. 1742-ci ildə burada Ust-Aksay stansiyası salınır. Aksay qədim türklərin Ağ çay adlandırdıqları toponimin rus variantıdırAksay rayonu bir inzibati vahid olaraq 1936-cı ildən mövcuddur. == Coğrafiyası == Aksay rayonu Rostov vilayətinin mərkəsində yerləşir. 117,0 min hektar ərazini əhatə edir. === Su resursları === Rayon ərazisindən axan çaylar: Aksay çayı Bolşoy Loq çayı Bolşoy Nedvetay Qruşevka çayı Don çayı Koysuq çayı Suxoy Batay Temernik çayı Tuzlov çayı Çerkasskaya çayıRayon ərazidində yerləşən göllər: Balaqurskoe Bolşoy Liman — rayonun mərkəzində Bolşoy Liman — rayonun şərqində Bolşoy Sunduk Qeneralskoe — Olqinski stansiyası yaxınlığında Qeneralskoe — Aleksandrovki yaxınlığında Dlinnoe Krivoe — rayonun şərqində Krivoe — rayonun qərbində Kruqloe — rayonun qərbində Kruqloe Krutovatoe Mayıy Sunduk Monastır gölü — rayonun ən böyük gölü Pesçanoe — rayonun şərqində Pesçanoe — rayonun qərbində Podpolnoe Svetloe == İqtisadiyyat == Rayonnərazisində 36 sənaye, 24 tikinti, 10 nəqliyyat, 26 kənd təsərrüfatı, 200 fərdi kəndli-fermer təsərrüfatı müəssisəsi fəaliyyət göstərir. Kiçik müəssisələrin sayı 800 keçir. Rayonda təsərrüfat sahələrinin istehsalatda müvafiq payı: Sənaye — 47,7 %, Kənd təsərrüfatı — 19,8 %, Nəqliyyat — 8,8 %, Tikinti — 8,9 %.
Aksaylı Uçar Hacı Yaqub
Aksaylı Uçar Hacı Yaqub və ya Uçar Hacı — Qafqaz müharibəsini araşdıran tarixçilərə və tədqiqatçılara görə, qumuq el ağsaqqalı. Onun bir dəfəyə iki rus generalını öldürdüyü və bununla məşhurlaşdığı məlumdur. == Həyatı == Aksaylı Uçar Hacı Yaqub barədə o qədər də məlumat yoxdur. Onun XVIII əsrdə anadan olduğu bilinir. O, indiki Xasavyurd rayonunun Köhnə Aksay məntəqəsində anadan olmuşdur. == 1825-ci ildə Gerzel aulundakı hadisə == 1825-ci ilin yayında Şimali Qafqazda yerlilərlə Rusiya imperiyası arasındakı Qafqaz müharibəsi hələ davam etməkdə və şiddətlənməkdə idi. Bu müharibədə ulduzları parlayan və gələcək vəd edən iki rus generalı Qrekov və Lisaneviç 300 qumuq ağsaqqalı qumuqların Aksay kəndindəki Gerzel-aulunda yerləşən qalaya topladı. Məqsəd rəsmi olaraq Rusiya imperiyasına tabe olan qumuqları çeçen üsyançılara dəstək vermələrinə görə cəzalandırmaq idi. Həmçinin, rus generalı Yermolovun bir digər məqsədi qumuqların ümumiyyətlə çeçenlərlə münasibətlərini kəsməyə nail olmaq idi. Ağsaqqallar toplaşdıqdan sonra rus generalları onları alçaltmağa və söyməyə başladı.
Aksayçin
Aksayçin (çin. 阿克賽欽, uyğ. ак сай, hind अकसाई चिन, urdu اکسائی چن) — Hindistan, Pakistan və Çin arasında yerləşən sərhəd regionu. Region 42 685 km² əraziyə sahibdir (Cammu və Kəşmir ştatının 20 % ərazisi). De-fakto ərazini Çin idarə edir. Ancaq Hindistan əraziyə iddia edir. Bu ərazi Çin və Hindistan arasında iki əsas ərazi problemindən biridir. İkinci ərazi məsələsi isə Aruanaçal-Pradeş ştatının ərazisidir. Aksayçin öz növbəsində bir yüksək dağlıq ərazidir. Burada hündürlük 5 min metri keçir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.13 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 0.67
2008 ••••••••••••••• 0.49
2009 •••••••••• 0.32
2010 •••••• 0.18
2011 ••• 0.09
2012 ••••••••••• 0.34
2013 ••••• 0.15
2017 ••••• 0.16
2019 ••••• 0.14

Oxşar sözlər

#aksay nədir? #aksay sözünün mənası #aksay nə deməkdir? #aksay sözünün izahı #aksay sözünün yazılışı #aksay necə yazılır? #aksay sözünün düzgün yazılışı #aksay leksik mənası #aksay sözünün sinonimi #aksay sözünün yaxın mənalı sözlər #aksay sözünün əks mənası #aksay sözünün etimologiyası #aksay sözünün orfoqrafiyası #aksay rusca #aksay inglisça #aksay fransızca #aksay sözünün istifadəsi #sözlük