Alamo sözü azərbaycan dilində

Alamo

Yazılış

  • Alamo • 80.0000%
  • alamo • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alamo müharibəsi
Alamo müharibəsi (ing. Battle of the Alamo; isp. Batalla de El Álamo) - 1836-cı ilin 23 fevral - 6 mart tarixləri ərzində Texas Respublikası ilə Meksika arasında baş vermiş müharibə. Alamo müharibəsi Texas İstiqlal müharibəsinin önəmli döyüşlərindən biri hesab olunur. 13 gün davam edən döyüşlər Meksika ordusunun qələbəsi ilə başa çatmışdır. Meksikanın səkkizinci prezidenti Antonio Lopez de Santa Anna komandanlığındakı Meksika ordusu 13 günlük mühasirədən sonra San Antonio de Bokser (indiki San-Antonio) yaxınlığında yerləşən Alamo qalasına qarşı hücuma keçmişdir. Hücum zamanı iki nəfərdən başqa, qalada müdafiə olunan bütün texaslılar qətlə yetirildi. İstiqlaliyyət tərəfdarlarının xüsusi amansızlıq ilə öldürülməsi bir çox texaslının Meksikaya qarşı hərəkata qoşulmağa vadar etdi. Bir ay sonra baş vermiş San-Xasinto müharibəsi ilə Meksika ordusu məğlub edildi və bununlada Texasın Meksikadan olan asıllığına son qoyuldu. Texaslılar Meksika ordusundan müdafiə olunmaq üçün könüllü birliklərindən təşkil olunmuş Alamo qarnizonunu yaratdılar.
Alamo qalası
Alamo qalası (ing. Alamo Mission in San Antonio) — Amerika Birləşmiş Ştatlarının Texas ştatının San-Antonio şəhəri yaxınlığında yerləşən qala kompleksi. Qala 2015-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Alamo qalası Texas İstiqlal müharibəsi zamanı 1836-cı ilin 23 fevral — 6 mart tarixləri aralığında baş vermiş eyni adlı müharibə ilə məşhurdur. 13 gün davam edən Alamo müharibəsi nəticəsində Texas Respublikasının tərəfdarları olan texaslılar Meksika ordu tərəfindən məğlub edilmişdir.
Alamo Plaza tarixi bölgəsi
Alamo Plaza tarixi bölgəsi — Texas ştatı, ABŞ-nin mərkəzində yerləşən San-Antonio şəhərinin tarixi bir bölgəsidir. 1977-ci ildə tarixi yerlərin milli reyestrinə daxil edildi. Buraya ayrıca qeydiyyata alınmış tarixi yer və ABŞ-nin milli tarixi məkanı olan Alamo daxildir. Alamo Plazanın düzeni və abadlaşdırılması 19-cu əsrin sonlarında şəhər bələdiyyə üzvü Anton Vulff tərəfindən hazırlanmış və nəzarət edilmişdir. Sahə adından gördüyü işlərə görə yerli iş adamları ona təşəkkür sözləri ilə həkk olunmuş qızıldan hazırlanmış gəzinti çubuğunu təqdim etmişdilər.
Alamos (Qafqaz)
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Baccharis alamosana
Baccharis alamosana (lat. Baccharis alamosana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2010 ••••••••••••• 0.09
2013 •••••••••••••••••••• 0.15

Oxşar sözlər

#alamo nədir? #alamo sözünün mənası #alamo nə deməkdir? #alamo sözünün izahı #alamo sözünün yazılışı #alamo necə yazılır? #alamo sözünün düzgün yazılışı #alamo leksik mənası #alamo sözünün sinonimi #alamo sözünün yaxın mənalı sözlər #alamo sözünün əks mənası #alamo sözünün etimologiyası #alamo sözünün orfoqrafiyası #alamo rusca #alamo inglisça #alamo fransızca #alamo sözünün istifadəsi #sözlük