alışdırmaq sözü azərbaycan dilində

alışdırmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • alışdırmaq • 92.1348%
  • Alışdırmaq • 5.6180%
  • ALIŞDIRMAQ • 2.2472%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2007 ••••••••••••• 0.21
2010 •••••• 0.09
2011 •••••••••••••••• 0.26
2012 •••••• 0.09
2013 ••••••••• 0.15
2014 ••••••••••• 0.17
2015 •••••••••••••••••••• 0.34
2018 ••••••••• 0.15
2019 ••••••••• 0.14

alışdırmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Öyrətmək, öyrəşdirmək, vərdiş etməsinə səbəb olmaq. Zəhmətə alışdırmaq. Özünü soyuğa alışdırmaq. Uşaqları kiçik yaşlarından başlayaraq sağlamlıq qaydalarına alışdırmaq lazımdır. – Mən Şümşad xanımın onu [Miss Hannanı] dua yazdırmaq və fal açdırmağa alışdırdığını bilirdim. M.S.Ordubadi. Güldü Bənna: – Bəli, – dedi, – gərək tələsək; Cəld olmağa alışdıraq hər bir naşını. Ə.Cəmil. 2. Əhliləşdirmək, ələ öyrətmək, təlim etmək, isinişdirmək. [Ovçular qızılquş balalarını] iki-üç gün ac saxlar və yavaş-yavaş ət verib özlərinə alışdırdıqdan sonra, göz qapaqlarını açarlar. A.Şaiq. 3. Canına salmaq. Səlim bəy Nəbinin başı üçün çoxlu maya verməyi öhdəsinə aldı. Hampaları alışdırdı kəndlərə. “Qaçaq Nəbi”.

    Azərbaycan dilinin izahlı lüğəti / alışdırmaq
  • 2 f. 1. Yandırmaq, yaxud yanan şeyi daha da qızışdırmaq, alovlandırmaq. Ocağı alışdırmaq. Tonqalı alışdırmaq. Külək yanğını daha da alışdırıb gücləndirdi. – [İlyas:] İşdən qayıtdımmı, beş dəqiqənin içində görürsən, pilətəni alışdırdım. Mir Cəlal. 2. məc. dan. Bərk hirsləndirmək, acıqlandırmaq, hiddətləndirmək, qızışdırmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / alışdırmaq

alışdırmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 I ALIŞDIRMAQ (kibritlə bir şeyi yandırmaq) Veysəl bir de kibriti alışdıranda Ziynət dik atıldı, Ulduzu götürdü, koridora çıxartdı (B.Bayramov); ÇATMAQ Odun topladılar, ocaq çatdılar (Ə. Kərim); ODLAMAQ [Vəzir:] Bütün tənbəlləri şəhərin kənarında xaraba samanlığa yığıb Odlamaq lazımdır (S.Rəhimov); YAXMAQ (kl.əd.) Qərib: ..Bu qərib ellərdə yaxdı nar məni (“Aşıq Qərib”); YANDIRMAQ Kibritin alovu çubuğun ləzzətini aparır, – deyə Məşədi Kazım əlini börkünün təpəsinə aparıb bir az qov çıxardı, çaxmaq daşı ilə yandırıb çubuğun başına qoydu... (M.S.Ordubadi). II alışdırmaq bax öyrətmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / alışdırmaq

alışdırmaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 ALIŞDIRMAQ I f. Yandırmaq, alovlandırmaq. Papiros alışdırdı (B.Bayramov). ALIŞDIRMAQ II f. Öyrətmək, ələ öyrətmək. Güldü Bənna: – Bəli, – dedi, – Gərək tələsək; Cəld olmağa alışdıraq hər bir naşını (Ə.Cəmil).

    Azərbaycan dilinin omonimlər lüğəti / alışdırmaq

alışdırmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. разжигать, воспламенять; 2. приучить, вырабатывать привычку, навык;

    Azərbaycanca-rusca lüğət / alışdırmaq
  • 2 1 глаг. 1. nəyi зажигать, зажечь, заставить гореть пламенем, воспламенять, воспламенить. Fitili alışdırmaq воспламенить фитиль, odunu alışdırmaq зажечь дрова 2. перен. возбуждать, возбудить, разжигать, разжечь в ком-л. какие-л. чувства 2 глаг. kimi kimə, nəyə 1. приучать, приучить; вырабатывать, выработать навык. İşə alışdırmaq приучить к работе 2. привязывать, привязать. Uşağı özünə alışdırmaq привязать к себе ребёнка 3. приспособлять, приспособить. Yeni şəraitə alışdırmaq приспособлять к новым условиям

    Azərbaycanca-rusca lüğət / alışdırmaq

alışdırmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. f. (yandırmaq) to kindle (d.), to set* on fire (d.); odunu ~ to kindle the wood; asan alışdırmaq to kindle easily; Qığılcım quru odunu alışdırdı The spark kindled the dry wood II. f. 1. (öyrətmək) to train (d. to), to inure (d.to), to school (d. to); bir kəsi nizam-intizama ~ to train smb. to discipline; bir kəsi qaydaya ~ to train smb. to be orderly; bir kəsi tezdən qalxmağa ~ to train smb. to early rising; bədəni soyuğa / istiyə ~ to inure the body to cold / to heat; özünü təmkinli / hövsələli olmağa ~ to school oneself to patience; 2. (uyğunlaşdırmaq) to attach (d. to); to acclimatize (d. to); uşağı özünə ~ to attach the child to oneself; özünü ətraf mühitə ~ to acclimatize one self to the surroundings

    Azərbaycanca-ingiliscə lüğət / alışdırmaq

alışdırmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) allumer vt ; enflammer vt attiser vt ; exciter vt ; embraser vt ; passionner vt ; 2) accoutumer vt ; habituer vt (vərdiş etdirmək, adətkar etmək) ; acclimatiser vt ; familiariser qn avec qch ; mettre feu à qch

    Azərbaycanca-fransızca lüğət / alışdırmaq

alışdırmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. куькӀуьрун, цӀай ягъун, цӀай кутун, цӀай куткурун, ккурун, ялав кутун; ocağı alışdırmaq къул куькӀуьрун; 2. пер. хъел гъун, цӀай кутун, куькӀуьрун.

    Azərbaycanca-ləzgicə lüğəti / alışdırmaq
  • 2 гл. 1. куткурун, чирун, вердишрун, вердиш хьуниз себеб хьун; zəhmətə alışdırmaq зегьметдик куткурун; 2. авхарун, гъилив вердишун, гъилик куткурун; 3. куткурун, ччанда ттун.

    Azərbaycanca-ləzgicə lüğəti / alışdırmaq

Oxşar sözlər

#alışdırmaq nədir? #alışdırmaq sözünün mənası #alışdırmaq nə deməkdir? #alışdırmaq sözünün izahı #alışdırmaq sözünün yazılışı #alışdırmaq necə yazılır? #alışdırmaq sözünün düzgün yazılışı #alışdırmaq leksik mənası #alışdırmaq sözünün sinonimi #alışdırmaq sözünün yaxın mənalı sözlər #alışdırmaq sözünün əks mənası #alışdırmaq sözünün etimologiyası #alışdırmaq sözünün orfoqrafiyası #alışdırmaq rusca #alışdırmaq inglisça #alışdırmaq fransızca #alışdırmaq sözünün istifadəsi #sözlük