Anima sözü azərbaycan dilində

Anima

Yazılış

  • Anima • 89.4737%
  • anima • 10.5263%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anima mundi
Anima mundi — yəni dünyanın saf, səmavi ruhu. Antik filosoflara görə təbiətin hər yanına nüfuz etdiyi irəli sürülmüşdür. == Haqında == Fikrin Platon ilə ortaya çıxdığı deyilsə də, qavramın kökəninin daha antik olduğu və ilk dəfə bəzi şərqli filosofların sistemlərində irəli sürüldüyü iddiası da vardır. Stoaçılara görə, o bəşəriyyətdəki tək mühüm, həyati gücdür.Bənzər qavramlara Parakelsus kimi hermetik filosoflar və daha sonra Fridrix Şellinq (1775–1854) də sahib olmuşdur. == Okultizmdə Anima mundi == Anime mundi termini Ökult terminologiyasının termini olub, dünyanın tamamilə canlı varlıq olduğu qavramını dilə gətirmək üçün "Dünya canı" anlamında isifadə edilir. Latıncadan da tərcüməsi bu mənaya gəlir.Basilius Valentinusun "dünya ölü bir vücuddan ibarət deyildir" sözü ilə bildirdiyi Anima mundi Okultistlərin ardından Teozoflar tərəfindən də qəbul edilmişdir. Bu qavramı qəbul edən düşüncəyə görə, insan bədənində olduğu kimi Anime mundinin bədənində də sinir sistemi, hərəkət sistemləri, nəfəs sistemi mövcuddur. Anima mundinin insan varlığında olduğu kimi ruh, sübtil bədən və maddi bədən olaraq üçlü quruluşa sahib olduğu qəbul edilir.
Animafilm Bakı Beynəlxalq Animasiya Festivalı
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı (ANIMAFILM International Animation Festival) - 2018-ci ildə yaradılmış Azərbaycanın ilk beynəlxalq animasiya festivalıdır.Festival ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini nümayiş etdirilir. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.ANİMAFİLM festivalının təsisçisi və təşkilatçısı “PERİ FİLM” MMC-dir. Festivalın direktoru rejissor və prodüser Rəşid Ağamalıyevdir.Festivalın keçmiş və hazırkı tərəfdaşları: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı, “YARAT” Müasir İncəsənət Məkanı, “Nizami” Kino Mərkəzi, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, “Çinar Yayımları” nəşriyyatı, “Buta Film” studiyası, “Müasir İncəsənət Mərkəzi” qalereyası, Birləşmiş Rəssamlar Klubu. == I ANİMAFİLM (2018) == === Proqram === I ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı 19-21 oktyabr 2018-ci il tarixlərində Bakı şəhərində YARAT Müasir İncəsənət Məkanı, Buta Film, “Müasir İncəsənət Mərkəzi” qalereyası, Birləşmiş Rəssamlar Klubu (BRK), Nizami Kino Mərkəzinin dəstəyi ilə keçirilib. Festivalın mövzusu Azərbaycan animasiyası idi. Festivalda müsabiqədənkənar proqramda Azərbaycan filmlərinə iki baxış təşkil olunub, festivalın plakatı isə Azərbaycan rəssamı Vüqar Muradova məxsusdur. Festivalı çərçivəsində “ReAnimasiya” adlı sərgi təşkil olundu, “Azərbaycan animasiyası” kitabının təqdimatı keçirlidi, Azərbaycan, Gürcüstan və Rusiyanın retrospektiv filmləri nümayiş etdirildi, uşaqlar üçün animasiya ustad dərsləri və kukla tamaşası göstərildi. Belə ki, iki beynəlxalq və bir yerli müsabiqəyə dünyanın 63 ölkəsindən 480 film, 15 ssenari təqdim edildi. Əvvəlcədən 3 nəfərdən ibarət seçim komissiyası tərəfindən müsabiqə proqramı üçün 20 film və 5 ssenari seçildi. Nominasiyalara uyğun yaradılmış 2 müsabiqə komissiyası həm ssenariləri, həm də hazır animasiya məhsullarını dəyərləndirdilər.
Animafilm Beynəlxalq Animasiya Festivalı
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı (ANIMAFILM International Animation Festival) - 2018-ci ildə yaradılmış Azərbaycanın ilk beynəlxalq animasiya festivalıdır.Festival ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini nümayiş etdirilir. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.ANİMAFİLM festivalının təsisçisi və təşkilatçısı “PERİ FİLM” MMC-dir. Festivalın direktoru rejissor və prodüser Rəşid Ağamalıyevdir.Festivalın keçmiş və hazırkı tərəfdaşları: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı, “YARAT” Müasir İncəsənət Məkanı, “Nizami” Kino Mərkəzi, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, “Çinar Yayımları” nəşriyyatı, “Buta Film” studiyası, “Müasir İncəsənət Mərkəzi” qalereyası, Birləşmiş Rəssamlar Klubu. == I ANİMAFİLM (2018) == === Proqram === I ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı 19-21 oktyabr 2018-ci il tarixlərində Bakı şəhərində YARAT Müasir İncəsənət Məkanı, Buta Film, “Müasir İncəsənət Mərkəzi” qalereyası, Birləşmiş Rəssamlar Klubu (BRK), Nizami Kino Mərkəzinin dəstəyi ilə keçirilib. Festivalın mövzusu Azərbaycan animasiyası idi. Festivalda müsabiqədənkənar proqramda Azərbaycan filmlərinə iki baxış təşkil olunub, festivalın plakatı isə Azərbaycan rəssamı Vüqar Muradova məxsusdur. Festivalı çərçivəsində “ReAnimasiya” adlı sərgi təşkil olundu, “Azərbaycan animasiyası” kitabının təqdimatı keçirlidi, Azərbaycan, Gürcüstan və Rusiyanın retrospektiv filmləri nümayiş etdirildi, uşaqlar üçün animasiya ustad dərsləri və kukla tamaşası göstərildi. Belə ki, iki beynəlxalq və bir yerli müsabiqəyə dünyanın 63 ölkəsindən 480 film, 15 ssenari təqdim edildi. Əvvəlcədən 3 nəfərdən ibarət seçim komissiyası tərəfindən müsabiqə proqramı üçün 20 film və 5 ssenari seçildi. Nominasiyalara uyğun yaradılmış 2 müsabiqə komissiyası həm ssenariləri, həm də hazır animasiya məhsullarını dəyərləndirdilər.
Animage
Animage (アニメージュ, Animeyc) – Tokuma Shoten-in anime haqda 1978-ci ilin iyul ayından çap etməyə başladığı jurnal. Hayao Miyazakinin məşhur "Nausicaä of the Valley of the Wind" manqası məhz bu jurnalda 1982-1994 illər ərzində çap olunurdu. == Tarixi == İyul 1978: İlk nəşr Yanvar 1980: İlk Anime Grand Prix mükafatının verilməsi İyul 1982: 50-ci nəşr İyun 1983: 5 illik yubiley Sentyabr 1986: 100-cü nəşr İyun 1988: 10 illik yubiley Noyabr 1990: 150-ci nəşr İyun 1993: 15 illik yubiley Yanvar 1995: 200-cü nəşr İyun 1998: 20 illik yubiley, jurnallar üçün A4 formatına keçid, adı アニメージュ-dan Animageyə dəyişdirildi Mart 1999: 250-ci nəşr İyun 2002: iyul nəşrindən başlayaraq adı katakana ilə アニメージュ-yə qaytarıldı May 2003: 300-cü nəşr İyun 2003: 25 illik yubiley İyun 2008: 30 illik yubiley İyun 2013: 35 illik yubiley == Anime Grand Prix == Anime Grand Prix mükafatı hər il oxucuların arasında keçirilən sorğu əsasında verilir. İlk dəfə mükafat 1980-ci ildə verildi və hər il iyun ayının nəşrində həmin ilin qalibi açıqlanır. == Mənbələr == Patten, Fred. Watching Anime, Reading Manga: 25 Years of Essays and Reviews. Stone Bridge Press. 2004. ISBN 1880656922.
Animal Planet
Animal Planet (azərb. Heyvanlar aləmi‎) — Discovery Channel şirkətinə məxsus Amerika kabel kanalıdır. 1 oktyabr 1996-cı ildə yaradılıb, şəbəkə əsasən vəhşi və ev heyvanları haqqında seriya və sənədli filmlərə həsr olunub. Peyk və kabel versiyalarında yayılmışdır. Kanal, yaşayış yerlərində heyvanları göstərən filmləri, Qırmızı Kitabda qeyd olunan növlərlə bağlı hekayələr yayımlayır. Kanalın şüarı — «Planetimizdə 2 milyondan çox canlı var. Onlardan biri — sənsən. Qalan hissəsini isə Animal Planet kanalının proqramlarında tanış ol.» Kanalın müəyyən versiyaları Kanada, Hindistan, Yaponiya, Tayvan və digər ölkələrdə yaradılmışdır. Bəzi yayımları DVD şəklində buraxılır. == Tarixi == «Animal Planet» kanalı 1 oktyabr 1996-cı ildə əsası qoyulmuşdur.
Animal Planet Germany
«Animal Planet Germany» — «Discovery Networks CEEMEA» şirkətinin sahibləndiyi və təbiət, heyvan və vəhşi həyatdan bəhs edən Almaniya telekanalı. Telekanal Almaniya, İsveçrə və Avstriyada yayımlanır. Telekanalın açılması və «Premiere» platformasında yayımlanması haqqında razılıq 2003-cü ilin oktyabrında «Discovery Networks Deutschland» və «Premiere» arasında əldə olunmuşdur. Telekanal 31 mart 2004-cü il saat 21:00-da yayınlanmağa başlamışdır. Yeni «Animal Planet» loqosu 2008-ci ilin noyabr ayında qəbul olunmuşdur.30 iyun 2009-cu ildə kanalın əsas rəqibi «Nat Geo Wild» yayımını dayandırmışdır. Bu, iyul ayında kanalın «Sky Deutschland» platformasında yayımlanması üçün «Discovery Networks Deutschland» və «Premiere» arasında müqavilə imzalanmasına səbəb olmuşdur. Telekanal hal-hazırda «Unitymedia» rəqəmsal kabel şəbəkəsində mövcuddur.
Animalia
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Animalistik janr
ANİMALİSTİK JANR – heyvanlar aləmini təsvir edən incəsənət növü. Janr kimi Çində yaranmışdır (8 əsr). Heyvanın təsvirində onun vərdişləri və yaşadığı mühit animalist rəssamın diqqət mərkəzində olur. İbtidai incəsənət nümunələrindəki heyvan və quş təsvirləri rəssam ovçuların yüksək müşahidəçilik qabiliyyətini göstərir. “Heyvani üslub”da, o cümlədən skif mədəniyyəti abidələrindəki stilizə edilmiş heyvan fiqurları çox həyatidir; belə nümunələrə Qədim Şərq, Afrika, Okeaniya, qədim Amerika və bir çox dünya xalqlarının incəsənətində – qədim vazalar üzərində, antik heykəltəraşlıqda, mozaikalarda təsadüf edilir. Qobustan qayaları üzərində də heyvan təsvirləri var. Antik dövr, orta əsrlər, həmçinin İntibah dövrü incəsənətində bu janrda əsərlər yaradılmışdır. 16-cı əsrdən müstəqil janra çevrilmiş Animalistik janr 17-ci əsrdə Flandriya və Niderlandda, 18-ci əsrdə Fransada, 19-cu əsrdə isə Almaniya (A. Qaul), Rusiya (P.K. Klodt və Y. Lansere), ABŞ (C. Odübon) və başqa ölkələrdə daha da inkişaf etdirilmişdir. Orta əsr Azərbaycan miniatür rəssamları da bir çox heyvan təsvirinə (at, ceyran, pələng, əjdaha, quş və s.) müraciət etmişlər (Mir Müsəvvir – “Ənuşirəvan və bayquşların söhbəti”, Ağamirək İsfahani –“Məcnun vəhşi heyvanlar arasında”, Sultan Məhəmməd –“Bəhram-Gurovda” və s.). Azərbaycan sənətkarlarından M.Mirqasımov, Q.Xalıqov, Ə.Kazımov və başqa Animalistik janrda əsərlər yaratmışlar.
Animalistika
Animalistika ( Animalistik janr), bəzən də Animalizm (lat. animal — heyvan) — təsviri incəsənətin janrıdır,hansının ki, heyvanlar əsas obyektidir, əsasən rəsmdə, şəkillərdə,heykəltaraşlıqda , qrafikada və nadir hallarda dekorativ incəsənətdir.Animalistika özündə təbiəti uyğunlaşdırır və bədii başlanğıcdı.Animalistin əsas məqsədi heyvanın təsvirinin dəqiqliyi , və bədii-surətdə xarakteristikalar,dekorativ ifadəlilik və ya heyvanlara insanlara məxsus xüsusiyyətlərdə daxil olmaqla,hərəkətlər və həyəcanlarda (məsələn, nağılların və təmsillərin insanabənzər personajlarının təsviri)kimi ola bilər. Heykəltaraşlıqda animalistik keramika geniş yayılmışdır. Heyvanların stilləşdirilmiş fiqurları , Qədim Şərq sənətində, Afrika, Okeaniya, qədim Amerika, bir çox ölkələrin xalq yaradıcılığında var. Animalistik janrda işləyən rəssamlar animalist adlanırlar. == Məşhur animalistlər == I Yuanszi (təxminən 1000 — 1064) — Meymunların rəsmlərinin çəkilməsində öz bacarığı ilə məşhur Çin rəssamıdır. Çju Çjanszi (1398 — 1435) — Çin imperatorudur və itlərin və meymunların rəsmlərinin çəkilməsinin ustasıdır Albrext Dyurer (1471 — 1528) — alman rəssamıdır və qrafikdir. Frans Sneyders (1579 — 1657) — Flamang rəssamıdır. Yan Vildens (1586 — 1653) — Flamang rəssamıdır. Yan Feyt (1611 — 1661) — Flamang rəssamıdır və oymaçısıdır.
Animasiya
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Arenaria (animal)
Daşçevirən (lat. Arenaria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Azərbaycan Animasiya Muzeyi
Nazim Məmmədov adına Azərbaycan Animasiya Muzeyi — Azərbaycanda onlayn muzey. Azərbaycan Animasiya Muzeyi Azərbaycan İncəsənət Konsulluğunun təşəbbüsü ilə, Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2015-ci ildə yaradılıb. Muzey Azərbaycan animasiyasının banilərindən Nazim Məmmədovun adını daşıyır. Nazim Məmmədov Azərbaycanın animasiya tarixində xüsusi yer tutur. Onun adı uşaqlığımızın ən sevimli cizgi filmləri ilə bağlıdır. Uzun illər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyada çalışmış və Azərbaycan animasiyasının banisi olmuşdur. Respublikamızda ilk cizgi filmlərinin müəllifi olan Nazim Məmmədov Azərbaycanda animasiyasının inkişafına əvəzsiz töhfələr verib. O, həm də rəngkarlıq, qrafika ilə məşğul olub, 400-dən artıq uşaq kitablarına illüstrasiyalar çəkib. Muzeyin yaranması Azərbaycanın zəngin animasiya tarixini əks etdirən və gənclərin Azərbaycan Animasiya tarixini tanımasına və maarifləndərilməsinə yönəlmiş bir internet resursudur.
Azərbaycan animasiyası
Azərbaycan animasiyası == Tarixi == Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Hələ 1933-cü ildə "Azərbaycanfilm" studiyasının işçiləri kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri aparmış, Moskvadan lazımi materialları alıb gətirmişdilər. Onlar həmin il "Lökbatan" və "Neft simfoniyası" (rej. B. Pumpyanski) sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə etmişdilər. "Cat" təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir. Məhz bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara aldı. Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürüldü. Ssenarini A. Papov yazdı.
Azərbaycan animasiyası (kitab)
"Azərbaycan animasiyası" - Azərbaycanın animasiya tarixinə həsr olunan kitabdır. Bu kitabın siqnal nüsxəsi 2017-ci ildə Praqada təqdim olunub, 2018-ci ildə isə Bakıda çapdan çıxıb. Kitabın ilk rəsmi təqdimatı I Animafilm Festivalında baş tutub. == Ümumi məlumat == Azərbaycan və Avropa kinoşünaslarının səyi və tədqiqatları nəticəsində oxucular Azərbaycanda incəsənətin bu növünün inkişafı barədə çox sayda yeni məlumatlar əldə ediblər. Kitabda animasiya sahəsində çalışan rejissor və rəssamların təqdim etdiyi unikal materiallar ilk dəfə çap edilib. Bu kitab bir ildən çox davam edən kollektiv tədqiqatların nəticəsidir. 13 Azərbaycan və Avropa kinoşunası 19 məqalə hazırlamışlar. Kitab iki dildədir: hər bir fəsli azərbaycan və rus dillərində oxumaq olur. Kitabın yazılmasında rejissorlar və cizgi filmi rəssamlarının əvəzsiz rolu var. Onlar məqalələrin müəlliflərinə öz yaradıcılıq fəaliyyətləri və istehsalın texniki təfərrüatları barədə məlumat vermiş, həmçinin bəzilərinin ilk dəfə işıq üzü gördüyü qiymətli materiallar təqdim etmişlər.
Azərbaycan animasiyasının tarixi
Azərbaycan animasiyası == Tarixi == Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Hələ 1933-cü ildə "Azərbaycanfilm" studiyasının işçiləri kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri aparmış, Moskvadan lazımi materialları alıb gətirmişdilər. Onlar həmin il "Lökbatan" və "Neft simfoniyası" (rej. B. Pumpyanski) sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə etmişdilər. "Cat" təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir. Məhz bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara aldı. Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürüldü. Ssenarini A. Papov yazdı.
Buz dövrü: Buck vəhşisinin sərgüzəştləri (animasiya, 2022)
Buz dövrü: Buck vəhşisinin sərgüzəştləri (ing. The Ice Age Adventures of Buck Wild) - 2022-ci ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Crash və Eddie adlı iki cinsdən narahat olan övladlığa götürən yunlu mamont bacısı Elli onları çağırır, lakin onlar dinləməkdən imtina edərək, özlərini müstəqil itlər adlandırırlar. Təsadüfən qar uçqunu törədirlər və dəstənin bağ evini dağıtırlar. Ellinin əri Manny, Crash və Eddie ehtiyatsızlıqlarına və məsuliyyətsizliyinə görə qəzəblənir, onunla və sürünün qalan hissəsi təkbaşına sağ qala bilməyəcəklərini bəyan edir. Onların səhv olduğunu sübut etmək istəyən Crash və Eddie gizlənərək yeni düşərgəni tərk edirlər. Ertəsi gün Crash və Eddie-nin getdiyini görən Elli onları tapmaq üçün getmələrini tələb edir. Crash və Eddie dinozavrlarla dolu olan İtirilmiş Dünyanın girişində büdrəyir və onları yeməyə çalışan iki raptorla tez bir zamanda problemə düşürlər. Ayrılaraq, Buck Wild ilə qarşılaşırlar, o, onlara qaçmağa kömək edir və onlara deyir ki, Protoceratops, gənc ikən böyük bir beyni olduğu üçün zorakılığa məruz qalan Orson sürgündən qaçıb və bu şəhəri fəth etməyə gəlib. İtirilmiş Dünya.
Buz dövrü: Nəhəng milad (animasiya, 2011)
Buz dövrü: Nəhəng milad (ing. Ice Age: A Mammoth Christmas) - 2011-ci ildə "Blue Sky Studios" tərəfindən istehsal olunmuş qısametrajlı animasiyadır. == Məzmun == Safsar Sid mamontların ailəsinə mənsub daşı təsadüfən sındırır. Manfred Sidə deyir ki, bu daşı sındıran hər bir kəs Santa Klausun qara siyahısına düşür və hədiyyə almır. Sid qərara gəlir ki, Şimal qütbünə gedərək Santa Klausdan üzr istəsin. Onun ardınca digər qəhrəmanlarda gedirlər. Ancaq səyahət zamanı yeni problem çıxır. Qəhrəmanlar təsadüfən Santa Klausun hədiyyə düzəldən emalatxanasını dağıdırlar. Bu səbəbdən onlar bütün dünya üçün Yeni ili mütləq xilas etməlidirlər... == Xarici keçidlər == Rəsmi sayt "Buz dövrü: Nəhəng milad" — Internet Movie Database saytında.
Buz dövrü: Toqquşma kursu (animasiya, 2016)
Buz dövrü: Toqquşma qaçılmazdı (ing. Ice Age: Collision Course) — 2016-cı ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Dördüncü filmin hadisələrindən bir müddət sonra Menni və Elli qızları Peaches və onun yaxşı xasiyyətli nişanlısı Culian arasında qarşıdan gələn evliliyə hazırlaşırlar, lakin Menni toydan əmin deyil. Dieqo və arvadı Şira ailə qurmaq istəyirlər, lakin onların şiddətli görünüşü uşaqları qorxudur. Sid öz saxta sevgilisi Francine-ə evlilik təklifi etmək üzrədir, lakin Sid əvvəllər ona zəhərli sarmaşıq alt paltar verdikdən sonra onu tərk edir və o, təkliyindən gileylənir. Manny və Ellie'nin evlilik ildönümü şənliyi zamanı asteroidlər (əvvəllər palamutunu basdırmaq cəhdi zamanı tərk edilmiş bir kosmos gəmisində kosmosa göndərilən Skratın səbəb olduğu) yerə çırpılır və Sürü çətinliklə qaçır. Bu arada, yeraltı itirilmiş dünya zamanı Bak, Qavin, Gerti və Gerti adlı uçan dromeozavrlar üçlüyü tərəfindən oğurlandıqdan sonra Xazmozavr yumurtasını qanuni sahibinə qaytarır. Rocer. Bak qədim bir daş sütunu kəşf edir və onu səthə çıxarır və burada illər sonra ilk dəfə Sürü ilə qarşılaşır. Buck The Herd-ə izah edir ki, sütuna görə, asteroidlər keçmişdə "at nalı cır-böyüyən şeylər" və dinozavrların iki nəslinin kəsilməsinə səbəb olmuşdu və növbətisi ilə o, dayanmaq üçün bir ipucu tapa biləcəkləri yeganə yer olduğuna inanır.
Buz dövrü (animasiya, 2002)
Buz dövrü (ing. Ice Age) - 2002-ci ildə "Blue Sky Studios" şirkəti tərəfindən istehsal olunmuş animasiyadır. == Məzmun == Eramızdan 20 min il əvvəl canlılar Buz dövrünün yaxınlaşması ilə əlaqədar cənuba köç edirlər. Lakin köç edən canlılardan fərqli olaraq Mamont Manfred və tənbəl Sid yerlərində yaşamağa qərara gəlirlər. Bu müddətdə pələng dəstəsi insanların yaşadığı yerə hücum edir. Bu zaman körpəsi olan ana onlara yem olmamaq üçün buradan qaçır və sonda körpəsi ilə birgə çayda üzməyə məcbur olur. Ölməmişdən əvvəl ana körpəsini Mamonta və tənbəl Sidə verir. Bu səbəbdən onlar körpəni geri qaytarmaq üçün uzun müddət səyahət etməyə məcbur olurlar. Bu müddətdə isə körpəni əldə etmək pələng dəstəsinin başçısı bu işi Diyeqoya tapşırır... == Xarici keçidlər == «Buz dövrü» — Internet Movie Database saytında.
Buz dövrü 2: Qlobal istiləşmə (animasiya, 2006)
Buz dövrü 2: Qlobal istiləşmə (ing. Ice Age 2: The Meltdown) - 2006-cı ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Mamont Manfred (qısa adı: Menni), tənbəl Sid və pələng Diyeqo macəralarına davam edirlər. Onlar öyrənirlər ki, yaşadıqları sahə əriməyə başlayacaqdır. Bu səbəbdən buranı tərk etmək məcburiyyətində qalırlar. Skret adında dələ isə əvvəlki kimi öz palıd qozasının axtarışındadır. Mamont Menni hələ öz növündən biriylə qarşılaşmamışdır. Dünyada qalan son mamont olduğuna inanmağa çalışarkən Elli adlı mamontla tanış olur. Ancaq Elli özünün mamont olduğunu qəbul etməməkdədir. Elli qardaşlarını opossumlar olan Kreş və Eddini hesab edir...
Buz dövrü 3: Dinozavrların erası (animasiya, 2009)
Buz dövrü 3: Dinozavrların erası (ing. Ice Age: Dawn of the Dinosaurs) - 2009-cu ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Sid öz ailəsini qurmaq istəyir. O, yumurtaları tapır. Tezliklə bu yumurtalardan dinozavr balaları çıxır. Qəzəblənmiş ana dinozavr balalarını tapır və onları Sidlə birlikdə dinozavrların yaşadığı yeraltı dünyasına aparır. Onun dostları gecikmədən Sidi xilas etməyə yollanırlar... == Xarici keçidlər == "Buz dövrü 3: Dinozavrların erası" — Internet Movie Database saytında.
Buz dövrü 4: Kontinental dreyf (animasiya, 2012)
Buz dövrü 4: Kontinental dreyf (ing. Ice Age: Continental Drift) - 2012-ci ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Hadisələrdən yeddi il keçmişdir. Mamontlar olan Menni və Ellinin "Şaftalı" adlı qız övladı böyümüşdür. "Şaftalı" İtan adlı mamonta aşiqdir. Lakin atası Menni övladını özgə şəxslərdən qorumaq səbəbindən buna razılıq vermir. Onlar arasında mübahisə baş verir. Menninin qızına köstəbək Luist aşiqdir. Lakin "Şaftalı" onu dostu kimi qəbul edir... == Treklərin syahısı == == Xarici keçidlər == Rəsmi sayt «Buz dövrü 4» — Internet Movie Database saytında.
Kim Possibl (animasiya serialı)
Kim Possibl (ing. Kim Possible) — 2002-2007-ci illərdə istehsal olunmuş, Emmi mükafatına layiq görülmüş ABŞ animasiya serialı. Əslində 65 hissə olan seriala tamaşaçıların istəyi ilə daha 22 hissə əlavə olunmuş və epizodların sayı 87-ə çatmışdır. İlk dəfə 7 iyun 2002-ci il tarixində ABŞ-nin Disney Channel kanalında yayımlanmışdır. Serialda ABŞ-nin uydurulmuş Middlton şəhərində yaşayan Kim Possibl adında 13 yaşlı gənc bir qız, ən yaxın dostu Ron Stoppabl və Ueyd Load ilə birgə dünyanı pisliklərdən qurtarmalarından söhbət açılır. "Kim Possibl" sözü "Impossible" sözündən götürülmüşdür. Mənası İngiliscədən "Mümkün olmayan" deməkdir. Yəni Kim Possibl mümkün olmayan tapşırıqları məsuliyyətlə yerinə yetirir. == Yaradılış == "Kim Possibl" animasiyasının prodüserləri olan Bob Şuli və Mark MakKorklun sözlərinə görə, animasiya haqqında informasiya ilk fikirlər, onların liftdə qalması zamanı yaranmışdır. Prodüserlərin fikrincə, bu elə qəhrəman olmalıdır ki, gördüyü işin əvəzində pul almasın.
Kim Possibl animasiya serialının personajlar siyahısı
Kim Possibl animasiya serialının personajlar siyahısı - 2003-2007-ci illərdə istehsal olunmuş Kim Possibl animasiya serialının personajlarını ehtiva edir. == Müsbət personajlar == === Kim Possibl === Kim Possibl - "Kim Possibl" serialının baş qəhrəmanıdır. Serialın başlanğıcında təxminən 13 yaşındadır və hər mövsüm yaşlanaraq dördüncü mövsümdə 17 yaşı tamam olar. Boş zamanlarında isə yoldaşı Ron ilə birgə Dünyanı qurtarar. Onun yaşıl gözləri və qırmızı uzun saçları vardır. Ümumiyyətlə, saçları bir gözünü bağlayır... === Ron Stoppabl === Ron Stoppabl - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. Ron sevimli və nəzakətli bir gəncdir. Vəzifəsini icra edərkən Kim Possiblın paltarına bənzər bir paltar geyər. Cibində Rufus adında tüksüz köstəbək gəzdirir.
Kim Possibl animasiya serialının seriyalar siyahısı
Kim Possibl animasiya serialının seriyalar siyahısı - 2002-2007-ci illərdə istehsal olunmuş, Emmi mükafatı qazanmış Kim Possibl animasiya serialının bütün seriyalarını cəmləşdirir. Əslində 65 hissə olan serial tamaşaçıların istəyi sayəsində 22 hissə daha əlavə olunaraq 87 hissəyə çatdırılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.26

"anima" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#anima nədir? #anima sözünün mənası #anima nə deməkdir? #anima sözünün izahı #anima sözünün yazılışı #anima necə yazılır? #anima sözünün düzgün yazılışı #anima leksik mənası #anima sözünün sinonimi #anima sözünün yaxın mənalı sözlər #anima sözünün əks mənası #anima sözünün etimologiyası #anima sözünün orfoqrafiyası #anima rusca #anima inglisça #anima fransızca #anima sözünün istifadəsi #sözlük