Arauc sözü azərbaycan dilində

Arauc

Yazılış

  • Arauc • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Araucaria
Araukariya (lat. Araucaria) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin araukariyakimilər fəsiləsinə aid bitki cinsi. Həmişəyaşıl, adətən ikievli, 30–60 m hündürlüyündə olan ağacdır. Çətiri piramidaşəkilli, yaxud çətirə bənzərdir; yaşlı ağacların gövdələrinin səthi halqa şəklində qalınlaşmışdır. Yarpaqları (iynələri) coddur, tikanlıdır, uzunluğu 10 sm-ədək, eni 3 sm-dir və 10–40 il yaşayır. Növlərə görə yarpaqlar da müxtəlif ölçüdə və formada olur. Toxumları iri və qanadsızdır, çoxusu yeyilir. Araukariyalar 400-500 il yaşayır. 20-ədək növü var. Cənubi Amerika, Avstraliya, Yeni Qvineya və ona yaxın adaların təmiz və qarışıq meşələrində bitir.
Araucaria angustifolia
Braziliya araukariyası (lat. Araucaria angustifolia) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin araukariyakimilər fəsiləsinin araukariya cinsinə aid bitki növü.
Araucariaceae
Araukariyakimilər (lat. Araucariaceae) i̇ynəyarpaqlılar dəstəsinə aid çılpaqtoxumlu bitki fəsiləsi. Həmişəyaşıl ağaclardır. Hündürlüyü 70 m-ədək, gövdəsinin diam. 3 m-ədəkdir. Yarpaqları (iynələri), əsasən, xətvarı, yaxud enlidir; tək-tək iri qozaları olur. Dişi qozalarda toxum pulcuqları tamamilə və ya qismən ötürücü pulcuqlara bitişmişdir.Toxum pulcuğunun üst tərəfində bir ədəd yeməli toxum inkişaf edir. Digər iynəyarpaqlılardan fərqli olaraq Araukariyakimilərin tozcuqları toxum başlanğıcına deyil, dişi qozanın pulcuq qoltuğuna düşür və burada başlanğıcına doğru hərəkətsiz spermilər çatdıran tozcuq borusu kimi inkişaf edir. İki müasir cinsi var: aqatis və araukariya. Araukariya meşələri oduncaq, həmçinin yüksək keyfiyyətli qatran almaq üçün əsas mənbədir.İynəyarpaqlı bitkilərin qədim fəsiləsindən olan Araukariyakimilər Yura dövründə meydana gəlmişdir.
Buddleja araucana
Buddleja araucana (lat. Buddleja araucana) — buddlejaceae fəsiləsinin buddleya cinsinə aid bitki növü.
Buddleja globosa var. araucana
Buddleja araucana (lat. Buddleja araucana) — buddlejaceae fəsiləsinin buddleya cinsinə aid bitki növü.
Araucaria araucana
Çili araukariyası (lat. Araucaria araucana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin araukariyakimilər fəsiləsinin araukariya cinsinə aid bitki növü. Hündürlüyü 30–40 m-ə, gövdəsinin diametri 1-1,5 m-ə çatan piramida formalı həmişəyaşıl ağacdır. Cavan ağacların çətiri enlipiramida formalı, yan budaqları üfüqi və ya bir az meyllidir. Ağac yaşlandıqca aşağı budaqları tökülür. Qabığı boz-qonur, qatranlıdır. Tökulməyən yarpaqları oval-nizəşəkilli, məsaməli və hər iki tərəfdə zolaqlıdır, uzunluğu 30–50 mm, eni 8-25 mmdir ikievli və birevli olub, 10-15 il yaşayır. Yumurtacıq toxum pulcuğunda olur və örtücü pulcuqlarla birlikdə inkişaf edir. Dişi qozaları Şarşəkilli, tünd-qonur rəngli olub, uzunluğu 10-18 sm, eni 8-15 sm-ə qədərdir, 2-3 ilə yetişir. Erkək qozaları şaquli yerləşir, sarımtıl-qonurdur, uzunluğu 7-15 sm, eni 5 sm-ə qədərdir, tək və topalarla yerləşir, mikrosporofilləri birdir.

Oxşar sözlər

#arauc nədir? #arauc sözünün mənası #arauc nə deməkdir? #arauc sözünün izahı #arauc sözünün yazılışı #arauc necə yazılır? #arauc sözünün düzgün yazılışı #arauc leksik mənası #arauc sözünün sinonimi #arauc sözünün yaxın mənalı sözlər #arauc sözünün əks mənası #arauc sözünün etimologiyası #arauc sözünün orfoqrafiyası #arauc rusca #arauc inglisça #arauc fransızca #arauc sözünün istifadəsi #sözlük