* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. məh. Dağ döşündə tala. Bələndən endim düzə; Su bağladım nərgizə. (Bayatı). …Eyvaz Koroğluynan bərabər qoyunları hayladı, bələndən aşırdı. “Koroğlu”.
Azərbaycan dilinin izahlı lüğəti / bələn2 Dağ aşırımı. (“Koroğlu” dastanının lüğəti) Ağa, mənim çobanlarım, bax, bu bələnin o biri tərəfindədirlər. İndi bir adam qoş, mənə kömək eləsin, sürünü bələndən aşıraq. (“Eyvazın Çənlibelə gətirilməyi”)
Azərbaycan dastanlarının leksikası / bələn3 Dağ aşırımı. Çadırın hər yandan tənəflərini qopardıf, loğalax qayırıf, atının tərkinə bağlayıf, əyağını üzəngiyə vuruf, atının belinə qalxdı. Ata bir təzyana vurdu, bir bələn aşdı. (“Məhəmməd və Güləndəm”) * Qız ata bir qamçı vuruf, bir bələn də aşdı. (“Məhəmməd və Güləndəm”)
Azərbaycan dastanlarının leksikası / bələnI (Gəncə, Qarakilsə, Qazax, Şəmkir, Tovuz) dağ aşırımı. – Karvan bələni aşdı (Qazax); – Deyir: “Ə, sən yoldan çıxma, o bələni çıxıp olları çağrajam” (Qarakilsə); – Olar bələni aşdılar (Şəmkir) II (Qazax) pusqu yeri. – Özünə bir bələn qayrer kin, quş onu görməsin, birdən vursun, ona bələn de:irix’ III (Borçalı, Cəbrayıl) hündür yer, təpə. – Səsə gələn adamlar bələnə çıxdılar
Azərbaycan dilinin dialektoloji lüğəti.