* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] köhn. 1. Qul, kölə. Halım deyib muradıma yetsən əcəb dəgil; Bir bəndəyəm ki, dərgəhi-sultanə yetmişəm. Füzuli. [Səkinə xanım:] Xeyr, Ağa Həsən, sən mənim nə bəndəmsən, nə qulumsan. M.F.Axundzadə. Səadətin bulağı insan ürəyindədir; Bunu anlamayanlar bir kölə, bir bəndədir. R.Rza. 2. Keçmişdə danışan şəxs hörmət və təvazö üçün özünə işarə olaraq, “mən” əvəzində belə deyərdi. …Naxçıvanda teatr həvəskarları, bəndə də onların içində, teatr oynayırdıq. C.Məmmədquluzadə. [Dərviş:] Xanım, bəndəyə görə nə fərmayişiniz var? N.Vəzirov. [Mirzə:] Amma ağadan təvəqqem budur: əgər iltifatınız olsa, bəndəyə bir yabı əta eyləyəsiniz. Ə.Haqverdiyev. 3. Adam, insan, məxluq mənasında. Oxucularım bağışlasınlar ki, bir neçə sətir zehni qaşıyan sözlər ilə mömin bəndələrin ovqatını xarab etdim. C.Məmmədquluzadə. Bizimtək günahkar bəndələrə nə qulanquşqun! Ə.Haqverdiyev. [İsmayıl:] Molla olsa da, çox nadürüst bəndədir. P.Makulu. □ Allah bəndəsi – fağır adam, heç kəsə zərər verməyən, dinc, sakit adam, mömin adam. [Molla Fərzəli:] …Xüsusən mənim kimi bir Allah bəndəsi ki, ömrümdə xah qürbətdə, xah öz vilayətimizdə əhli-xanəmdən bir dəfə də olsun kənar düşməmişəm. C.Məmmədquluzadə. [Xəlifə:] Bu məktubu alan kimi Allah bəndələrinin mallarını özlərinə qaytarmalısınız. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / bəndə2 f. 1) dustaq; 2) kölə, qul; 3) insan, adam; 4) kor-koranə tabe olan; 5) mən (qarşısındakına hörmət olaraq işlədilir).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bəndə2 сущ. 1. раб, слуга. Mən Allahıma da bəndə olmamışam я и Богу своему рабом не был 2. создание (о человеке). Yazıq bəndə жалкое создание ◊ Allah bəndəsi раб Божий (о скромном, тихом человеке); sadiq bəndəniz ваш покорнейший слуга (в почтительной речи употребляется вместо “я”)
Azərbaycanca-rusca lüğət / bəndə1 i. slave, bondman*, bondslave; servant; creature; ◊ yazıq ~ poor / wretched creature; ◊ allah ~si lamblike creature; Sadiq bəndəniz Your humble servant
Azərbaycanca-ingiliscə lüğət / bəndə1 is. esclave m, serviteur m ; domestique m, valet m ◊ yazıq ~ pauvre créature f ◊ Allah ~si créature f de Dieu
Azərbaycanca-fransızca lüğət / bəndə1 [fars.] сущ. куьгьн. бенде (1. лукӀ, къул; 2. куьгьн. “зун” манада; 3. инсан, махлукь); allah bəndəsi аллагьдин бенде (лукӀ), фагъир кас, гьич садазни зарар тагур, секин, муъмин кас.
Azərbaycanca-ləzgicə lüğəti / bəndə