* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] klas. Baqilik, əbədilik, həmişəlik, ölməzlik. Seyyid, elə bildim ki, bəqa suyunu içdim; Ol lalərüxün qətlimə fərmanını görcək. S.Ə.Şirvani. Füzulinin əşar və kəlamının bəqasına ikinci səbəb onların elm və təcrübə üzü ilə təbi-səlimdən doğub vüquə gəlmələridir. F.Köçərli.
Azərbaycan dilinin izahlı lüğəti / bəqa2 BƏQA’ ə. 1) daimilik, əbədilik; 2) davam, davam etmə; 3) axirət, o biri dünya; 4) fani, puç; 5) fəlsəfədə: varlıq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bəqa