Bəğlan vilayəti
Bəğlan vilayəti (dəri بغلان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.
Sahəsi 21.118 km², 2009-cu ilin əvvəlinə olan məlumata əsasən əhalisi 818.6 min nəfər, inzibati mərkəzi isə Puli-Xümri şəhəridir. Əhalisinin 50%-ni taciklər, 20%-ni puştunlar, 15%-ni həzaralar, 12%-ni özbəklər və 1%-ni tatarlar təşkil edir.