* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər.] 1. sif. Ağ (rəng). Bəyaz gərdəninə siyah tel düzər; Sanasan sonamdır mənim sevdiyim. M.P.Vaqif. Gülüşür pənbə, al bəyaz güllər; Ötüşür hər tərəfdə bülbüllər. H.Cavid. [Kərim kişinin] boynu, boğazının altı və bütün siması bəyaz tüklərlə örtülmüşdü. M.İbrahimov. □ Bəyaz gecə(lər) – bax ağ gecə(lər) (“ağ”da). Burda Çaykovski öz zəkasını; Verib sənətinə bəyaz gecələr; Yazdı romansını, simfoniyasını. M.Rahim. Biz artıq bəyaz gecələr davam edən şimal məntəqəsinə daxil olduq. Ə.Məmmədxanlı. 2. bax bayaz 2-ci mənada. Savadlı gənclərin bəyazı olardı, bu bəyazlara ana dilindəki şeirlərin nəfis parçaları köçürülər, əzbərlənərdi. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / bəyaz3 «bəyaz» sözündəndir; ağ, ağappaq; balaca dini kitabça.
Azərbaycan qadın adlarının izahlı lüğəti. / bəyaz4 BƏYAZ1 ə. ağ. Bəyazi-eyn gözün ağı. BƏYAZ2 ə. şeir, dua və s. nümunələri yazılmış əlyazma kitabının bir forması.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bəyaz1 “Ağ” deməkdir (boz sözü ilə qohumluğu mümkündür). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bəyaz1 прил. белый: 1. белого цвета. Bəyaz don белое платье, qar kimi bəyaz белый, как снег (белейший) 2. ясный, светлый. Bəyaz gecələr белые ночи
Azərbaycanca-rusca lüğət / bəyaz1 s. white; qar kimi ~ as white as snow, snow-white; ~ gecələr “white nights”, “midnight sun”
Azərbaycanca-ingiliscə lüğət / bəyaz1 [ər.] 1. прил. лацу (ранг); bəyaz gecə(lər) кил. ağ (ağ gecələr); 2. кил. bayaz 2).
Azərbaycanca-ləzgicə lüğəti / bəyaz