Babad sözü azərbaycan dilində

Babad

Yazılış

  • Babad • 50.0000%
  • babad • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Babadağ
Babadağ — Türk dilindən, "Baba" və "Dağ" sözlərindən yaranmışdır. Babadağ (şəhər) — Rumıniyada şəhər. Babadağ (dağ, Azərbaycan) — Azərbaycanda, Böyük Qafqaz dağlarının zirvələrindən biri. Babadağ — Baş Qafqaz silsiləsinin cənub-Şərqində, eyniadlı dağın yamacında aşırım. Babadağ (dağ, Türkiyə) — Türkiyədə dağ. Babataq — Orta Asiyanın cənubunda dağ. Babadağ (Denizli) — Türkiyədə şəhər.
Babadağ (dağ, Azərbaycan)
Babadağ — Quba və İsmayıllı rayonu ərazisində yerləşən, Böyük Qafqaz dağlarının cənub şərqində qərar tutan ən hündür zirvələrindən biri, ziyarətgah. == Ümumi məlumat == Dəniz səviyyəsindən 3632 metr hündürlükdə yerləşən Babadağdan Qaraçay, Vəlvələçay və Girdimançay çayları başlanır. İlin çox vaxtı qarla örtülü olur. == Adının mənası == Babadağ oronimi Azərbaycan dilindəki "baba" (hörmət bildirən titul mənasında) sözündəndir.>. == Həzrətbaba piri == Babadağ ziyarətgah yeridir və "Həzrətbaba piri" də adlanır. Keçmişdə Quba, İsmayıllı, Qəbələ və başqa rayonlardan gəlib bu piri ziyarət edirdilər. Rəvayətə görə, bu pir vaxtilə Şabranda rəncbər olmuş bir nəfər şəxsin qəbridir. O, bir dəfə plov yeyərkən təsadüfən bir düyünü taptalamış və bunu böyük günah sayaraq həmin dağa qalxmış və orada vəfat etmişdir. Başqa bir rəvayətə görə, Həzrət Baba Səudiyyə Ərəbistanında yaşayırmış. Sonralar söhbət gedən məkana gəlib.
Babadağ (dağ, Orta Asiya)
Babadağ — Orta Asiyanın cənubunda Özbəkistan və Tacikistanın sərhədlərində dağ silsiləsi. Hündürlüyü 2292 m, uzunluğu isə 125 km-ə çatır.
Babadağ (dağ, Türkiyə)
Babadağ (qədim dövrlərdə: Kraq dağı, yun. Κράγκος, lat. Cragus/Cragos/Kragus) və ya Baba dağı — Türkiyənin cənub-qərbində, Muğla ilindəki Fəthiyə rayonunda dağ. Dağın zirvəsinin dəniz səviyyəsindən hündürlüyü – 1,969 metr (6,460 ft). İkinci zirvə olan Qaratəpənin (türk. Karatepe) dəniz səviyyəsindən hündürlüyü – 1,400 metr (4,600 ft). Bu iki zirvənin arasında bir vadi yerləşir. Buna görə də Babadağ bəzən dağ silsiləsi də adlanır. Dağın əksər hissəsi əhəngdaşından ibarətdir. Dağın yamacında endemik bitkilər olan Acer undulatum və Livan sidri kimi müxtəlif bitkilər yerləşir.
Babadağ (film, 2006)
Babadağ qısametrajlı sənədli televiziya filmi rejissor Nadir Diridağlı tərəfindən 2006-cı ildə çəkilmişdir. İctimai televiziyada istehsal edilmişdir. Film Böyük Qafqaz dağlarının ən hündür zirvələrindən biri Babadağ zirvəsi, Babadağ ziyarətgahı haqqında bəhs edir. == Məzmun == Film Böyük Qafqaz dağlarının ən hündür zirvələrindən biri Babadağ zirvəsi, Babadağ ziyarətgahı haqqında bəhs edir.
Babadağ (şəhər)
Babadağ — müasir Rumıniyada şəhər Qədim Osmanlı şəhərlərindən olmuşdur. Baba Dağ Osmanlıların güclü və əmin qalalarından idi. Sultan IV Murad bu torpaqların mühafizəsini gücləndirmək məqsədilə Qoca Kənan paşaya (Sultan Əhmədin damadı, onun qızı Atikə sultanın əri) əmr verir: "başın sənə gərəkdirsə, Baba Dağ qalasını möhkəm bir qalaya çevir". 1. Baba Dağ və ətrafı Çələbi Sultan Mehmetin hünəri və qeyrəti sayəsində Osmanlı hakimiyyətinə daxil olmuşdusa da (1416) bu yerlərin çox-çox əvvəldən türkmən yurdu olduğu məlumdur. Turla çayı boyunca (müasir Dnestr çayı ətrafı) torpaqlardan keçən Övliya Çələbi şəhərin adıyla bağlı göstərirdi ki, burada Sarı Saltık Sultan (o "piri- Türküstan" kimi tanınan Xoca Əhməd Yasəvinin tələbəsi olmuşdur) dəfn olunduğu üçün bu yer Baba Dağ adlanmışdı. Eyni zamanda onunla yanaşı burada digər çoxlu pirani qəbirlər vardır. Səyyah həm də şəhərdə Sarı Saltık Sultanın təkkəsi və ona bitişik olan gözəl Ulu Cameni ziyarət etdiyini söyləmişdi. Şəhərin görməli-gəzməli yerləri olan Dədə Saltık Sultan meşə qoruğu, Yar Bağları, Böyük meşəlik, Lalə bağçalarını...səyyah aludəliklə təsvir etmişdir. Övliya Çələbini heyran qoyan gözəlliklərdən indi bir əsər qalıbmı?!
Babadağ aşırımı
Babadağ aşırımı – Azərbaycan Respublikasının Quba və İsmayıllı rayonları sərhədində dağ keçidi. Baş Qafqaz silsiləsinin cənub-şərqində eyniadlı dağın yamacındadır. Hündürlüyü 3380 metrdir. Qaraçay və Girdimançayın hövzələrini birləşdirən yol bu aşırımdan keçir.
Babadağ qrupu
Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupu və ya Şahdağlılar — azərbaycanlıların tərkib hissəsi; Azərbaycanın aborigen əhalisi; etnik azlıqlar.Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanır. Say eetibarilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Bu yeddi etnosun mərkəzi igamətgahları Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır. Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir. XX əsrdə mövcud olmuş Sovet xalqı nəzəriyyəsi digər SSRİ xalqları, o cümlədən Qafqaz xalqları kimi Şahdağ xalqlarına da çox ziyan gətirmiş, bu xalqların bəzi adət-ənənələrinin ləğv olunması, yaxud unudulması ilə nəticələnmişdir. == Ümumi məlumat == Şahdağ xalqları Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün "Şahdağ etnik qrupu" və ya "Şahdağ xalqlarının nümayəndəsi" kimi fərqləndirilir. Sayca azlıq təşkil edən bu xalqlar tarixən Buduq, Cek, Əlik, Haput, Xınalıq, Qrız və Yergüc kəndlərində məskunlaşdıqları üçün müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, xınalıqlılar, qrızlılar və yergüclülər adlanırlar. Əcdadları Qafqaz albanları ehtimal olunan bu yeddiliyin hər birinin özünə xas adət-ənənəsi, mədəniyyəti, hətta ayrıca dili mövcuddur. Onlar mənsub olduqları kəndin dilində danışırlar. Yəni hər kəndin özünün dili var.
Babadağ xalqları
Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupu və ya Şahdağlılar — azərbaycanlıların tərkib hissəsi; Azərbaycanın aborigen əhalisi; etnik azlıqlar.Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanır. Say eetibarilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Bu yeddi etnosun mərkəzi igamətgahları Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır. Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir. XX əsrdə mövcud olmuş Sovet xalqı nəzəriyyəsi digər SSRİ xalqları, o cümlədən Qafqaz xalqları kimi Şahdağ xalqlarına da çox ziyan gətirmiş, bu xalqların bəzi adət-ənənələrinin ləğv olunması, yaxud unudulması ilə nəticələnmişdir. == Ümumi məlumat == Şahdağ xalqları Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün "Şahdağ etnik qrupu" və ya "Şahdağ xalqlarının nümayəndəsi" kimi fərqləndirilir. Sayca azlıq təşkil edən bu xalqlar tarixən Buduq, Cek, Əlik, Haput, Xınalıq, Qrız və Yergüc kəndlərində məskunlaşdıqları üçün müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, xınalıqlılar, qrızlılar və yergüclülər adlanırlar. Əcdadları Qafqaz albanları ehtimal olunan bu yeddiliyin hər birinin özünə xas adət-ənənəsi, mədəniyyəti, hətta ayrıca dili mövcuddur. Onlar mənsub olduqları kəndin dilində danışırlar. Yəni hər kəndin özünün dili var.
Babadimpi
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Babadin
Babadin — Azərbaycan Respublikasının Laçın rayonunun Təzəkənd inzibati ərazi vahidində mövcud olmuş kənd. Kənd ərazisi 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Dağətəyi ərazidədir. Baba və din (xalq terminologiyasında "hündür yer, təpə"; "düşərgə, dincəlmək üçün yer") sözlərindən düzəlib. "Hündür təpə" mənasını ifadə edir. Oykonim ərazidəki dağların birinin adından törəmişdir. Kəndin yaşlı sakinlərinin söyləməsindən aydın olur ki, Babadin sözü "dinə inananların alisi", "əsl dinə inananlar", "əvvəldən, qədimdən dinə inananlar" mənasını ifadə edir, "baba" və "din" sözlərinin birləşməsindən əmələ gəlmiş mürəkkəb sözdür. Babadin (Babadinli) tayfa adıdır. Burada "baba" ulu, böyük, ali, uca mənasındadır. Qasımuşağı tayfasının Kavanlı tirəsi qədim Babadin tayfa adını yaşatmaq, əbədiləşdirmək məqsədi ilə Hacısamlı nahiyyəsinin ərazisində əsası qoyulmuş Babadin kəndinin adında yaşatmağa çalışmışlar.
Babadərviş
Babadərviş yaşayış yeri
Babadərviş mağarası
Babadərviş mağarası — Qazax rayonundan 2 km. qərbdə Ağstafaçayın sol sahilində qədim yaşayış yeri. 1958-1966-cı illərdə aparılan kompleks tədqiqat işləri nəticəsində 3 mədəni təbəqə aşkara çıxarılıb. E.ə. 5-ci minilliyə aid edilən alt təbəqədən dairəvi yarımqazma evlər, gil qablar, dən daşları, müxtəlif heyvan sümükləri, 3-cü minilliyə aid edilən orta təbəqədən çiy kərpicdən tikilən evlər, quş təsviri ilə bəzədilmiş gil qablar, nehrə, manqal, heyvan fiqurları və arpa-buğda qalıqları, 2-ci minilliyin sonu-1-ci minilliyin əvvələrinə aid edilən üst təbəqədən isə daşdan dördkünc evlər, təsərrüfat quyuları, küpələr, gil möhürlər, manqal, tunc ox ucluğu, öküz heykəlciyi və s. tapılıb. Alt təbəqə Şomutəpə mədəniyyəti, orta təbəqə Kür-Araz mədəniyyəti, üst təbəqə isə Xocalı-Gədəbəy mədəniyyəti dövrünə aid edilir. == İstinadlar == == Mənbə == Azərbaycan tarixi (7 cilddə). I cild.
Babadərviş yaşayış yeri
Babadərviş yaşayış yeri — — Azərbaycan Respublikasının Qazax rayonunun Qazax şəhərinin cənub-qərbində, Mingəçevirdən qərbdə, Ağstafaçayın sol sahilində yerləşən qədim yaşayış yeri. Qədim yaşayış yeri Ağstafaçay vadisinin dağ silsiləsi ilə birləşdiyi yerdə mövcud olan təpələrdən birinin üstündə salınmışdır. Yaşayış yerində 600 m² sahədə aparılan qazıntılar zamanı aşkar edilən mədəni qatlarının ən qədimi yarımqazma tipli evlərlə xarakterizə olunan Eneolit təbəqəsidir. Bundan üstdə yerləşən Kür-Araz təbəqəsinin qalınlığı 50–60 sm-dir. Bu təbəqə kül qatları, çiy kərpic parçaları, suvanmış çuxur qalıqları, çay daşları və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir. Təbəqədə təsərrüfat məqsədi üçün istifadə olunmuş 25 çuxura rast gəlinmişdir. Bəzi çuxurların divarları çiy kərpic parçaları ilə bərkidilərək suvanmışdır. Təsərrüfat çuxurlarının içərisindən gil qab parçaları, məişət əşyaları, heyvan sümükləri və yanmış taxıl qalıqları aşkar edilmişdir. Çuxurların əksəriyyəti aşağıya doğru genişlənən quyu formasındadır.

"babad" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#babad nədir? #babad sözünün mənası #babad nə deməkdir? #babad sözünün izahı #babad sözünün yazılışı #babad necə yazılır? #babad sözünün düzgün yazılışı #babad leksik mənası #babad sözünün sinonimi #babad sözünün yaxın mənalı sözlər #babad sözünün əks mənası #babad sözünün etimologiyası #babad sözünün orfoqrafiyası #babad rusca #babad inglisça #babad fransızca #babad sözünün istifadəsi #sözlük