Banoş Abbasova
Banoş Cəfərqulu qızı Abbasova (1 fevral 1918, Naxçıvan qəzası – 22 yanvar 1995, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası) — Sovet Azərbaycanı tütünçüsü, Sosialist Əməyi Qəhrəmanı (1949).
== Həyat və əmək fəaliyyəti ==
Banoş Abbasova 1918-ci ildə İliç rayonunun Xok kəndində anadan olmuşdur.
1971-ci ildə M.Əzizbəyov adına kolxozda kolxozçu və manqabaşçısı olmuş, 1971–1974-cü illərdə Əzizbəyov adına sovxozda fəhlə işləmişdir. 1948-ci ildə 3,5 hektar ərazinin hər hektarından 25,6 sentner "Tık kulak" tütün sortunu yığmışdır.
1 iyul 1949-cu ildə tütünçülüyün inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni və qızıl "Oraq və Çəkic" medalı ilə təltif olunmuşdur.
1974-cü ildə ittifaq əhəmiyyətli təqaüdçü oldu.
Banoş Abbasova 22 yanvar 1995-ci ildə Şərur rayonunda vəfat etmişdir.
== Mənbə ==
Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.