Bazel sözü azərbaycan dilində

Bazel

Yazılış

  • Bazel • 99.6020%
  • bazel • 0.3980%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bazel
Bazel (alm. Basel‎ [ˈbaːzəl], fr. Bâle, it. Basilea) — İsveçrənin şimal-qərbində şəhər, almandilli Bazel-Ştadt kantonunun paytaxtı. Şəhərin əhalisi təqribən 170 min nəfərdir (2015). Bazel ölkənin üçüncü ən böyük şəhəridir. Şəhər Reyn çayı sahilində, Yur və Şvarsvald şəhərləri arasında, Almaniya və Fransa ilə sərhəddə yerləşir. Kimya və əczaçılıq sənayesi mərkəzidir. Novartis və Hoffman-La Roche, eləcə də beynəlxalq bank təşkilatlarının mərkəzi UBS Bankın qərargahlarından biridir. İsveçrənin ən qədim universiteti burada yerləşir.
Bazel-3
Bazel-3 — bankların fəaliyyəti ilə bağlı yeni standartlardır, onlar 2008-ci il maliyyə böhranından sonra Bank nəzarəti üzrə Bazel komitəsi tərəfindən tərtib olunub. "Bazel-3″-ün əsas hədəfi böhran ərzində üzə çıxmış problemləri həll etməkdir. İlk növbədə bu, bankların fəaliyyətinin nəticələrinə görə səhmdarların daşıdığı məsuliyyətin zəifliyidir, məhz bu böhran zamanı situasiyanın tənzimlənməsi üçün dövlətin müdaxiləsini zəruri etmişdir. Buna görə də kapital və bank ilə onun tədarükçüləri arasında qarşılıqlı münasibətlər anlayışı dəyişilir, ilk növbədə isə subordinasiya olunmuş kreditorlar. Kapitala daxil edilməsi üçün bankların belə öhdəlikləri özlərində bankın gərgin vəziyyətə düşdüyü təqdirdə silinmə və ya səhmlərə konvertasiya olunma haqda şərtləri əks etdirməlidir. İkinci problem – bankların likvidliyinin qiymətləndirilməsinin, həmçinin bankların ani və uzunmüddətli likvidliyini təmin etməyin çətinliyidir. Bu problemin həlli üçün Bazel komitəsi tərəfindən qısamüddətli likvidlik və xalis stabil ehtiyatların yaradılmasına dair iki yeni normativ hazırlanır. Üçüncü ağrılı nöqtə – bankların güclü şəkildə mürəkkəb maliyyə alətləri ilə bağlı əməliyyatlara cəlb olunmasıdır. Bununla bağlı risklərin minimallaşdırılması üçün leverecin tənzimlənməsi -kredit çiyinin mümkün həddinin birbaşa məhdudlaşdırılması tətbiq ediləcək, banklar cəlb edilmiş vəsaitləri müəyyən levereclə investisiya edirlər. Belə güman edilir ki, bütün bu innovasiyalar ilk növbədə ən azı "İlk iyirmilik" ölkələrində sınaqdan keçiriləcək ki, maliyyə stabilliyinə eyni bir yanaşma vasitəsilə banklar üçün rəqabət şərtlərində bərabərliyə riayət olunması zamanı həmin stabilliyi qorumaq mümkün olsun.
Bazel 2
Bazel 2 İnkişaf etmiş dövlətlərin Mərkəzi Banklarının birlikdə təşkil etdikləri təşkilat olan Beynəlxalq Hesablaşmalar Bankı (BİS – "Bank for İnternational Settlements") 1974-cü ildə İsveçrənin Bazel şəhərində "Bazel Komitəsi"ni təsis etmişdir. Bu qurum 1988-ci ildə bankların iqtisadiyyatda baş verəcək böhranlara qarşı dayanıqlılığını təmin etmək üçün bankların məcmu kapitalının riskli aktivlərə nisbətinin 8%-dən az olmamasının vacib olduğunu elan etmiş və həmin il də "Bazel-I" Sazişi adı altında kapital adekvatlığı ilə bağlı beynəlxalq standartlar toplusu yayımlamışdır. Bu standartlar bankların əməl etmələri vacib olan kriteriyaları müəyyən edir. Sonrakı illərdə texnologiyanın da inkişafı ilə banklar fərqli risk mənbələrini daha effektiv şəkildə müəyyən edəbiləcək və bazarda risklərin həcminə görə İqtisadi Kapitalın Yayılması (Economic Capital Allocation) metodologoyasını istifadə edərək lazımi kapitalı ayırabiləcək səviyyəyə çatması və bazarda başverən böhranların nəticəsi olaraq, Bazel Komitəsi 1996-cı ildə yeni bir saziş üzərində işləməyə başladı. Yeni sazişin əsas məqsədi bank sektorundakı inkişafa uyğunlaşmaq və eyni zamanda, risklərə uyğun olaraq kapitalın yerləşdirilməsində banklar üçün əsas olan qanunları həyata keçirməkdən ibarətdir. İlk versiyası 1999-cu ildə tamamlanan "Bazel-II" sazişinin üçüncü (Basel 3rd Consultative Paper) versiyasının da 2003-cü ildə yayımlanması ilə yekunlaşma mərhələsinə çatmış və planlaşdırıldığı kimi 2007-ci ilin əvvəlindən etibarən icra edilməsinə başlanılmışdır. == Bazel 2" nədir ? == — Yeni Bazel Kapital Sazişi (Bazel 2), bankların kapital adekvatlığının ölçülməsi və qiymətləndirilməsi ilə bağlı Bazel Bank Nəzarəti Komitəsi (Basel Committee on Banking Supervision – BCBS) tərəfindən yayımlanan və yaxın zamanlarda bir çox dövlətlərdə tətbiq edilməsi gözlənilən standartlar toplusudur. — "Bazel 2" banklarda risklərin effektiv idarəedilməsini və bazar intizamını inkişaf etdirmək, kapital adekvatlılığının ölçülməsinin effektivliyini artırmaq və bunun əsasında sağlam bank sistemi qurmaq və maliyyə sabitliyinə yardım etmək üçün mühüm amildir. – "Bazel 2"-nin daxilində kapital öhdəliyinin necə hesablanacağı, məruz qalınan risklərin necə idarə olunacağı, kapital adekvatlığının necə qiymətləndiriləcəyi və ictimaiyyətə necə açıqlanacağı ilə bağlı göstərişlər mövcuddur.
Bazel FK
"Bazel" — İsveçrənin Bazel şəhərini təmsil edən futbol klubu. Klubun tam adı "Footballclub Basel 1893"dür. == Tarixi == "Bazel" 1893-cü ildə yaradılıb. Maraqlıdır ki, 1893-cü il noyabrın 15-də yaranan komandaya ilk futbolçular qəzetdə verilən elan nəticəsində yığılıb. İlk 40 il ərzində "Bazel" heç bir uğur qazana bilməyib. Komanda ilk uğuruna yalnız 1933-cü ildə ölkə kubokunu qazanmaqla nail oldu. İlk çempionluğu gözləmək üçün isə daha 20 il lazım gəldi. 1967-ci ildən 1980-cı ilə qədər olan dövr "Bazel" üçün çox uğurlu alındı. Bu müddət ərzində "Bazel" 7 dəfə ölkə çempionu adını qazandı. Lakin 1980-cı ildən etibarən komanda yenidən "qara zolağ"a düşdü.
Bazel Hartabil
Bazel Hartabil (ərəb. باسل خرطبيل‎; 22 may 1981, Dəməşq – ən tezi 3 oktyabr 2015, Dəməşq) – Suriya və Fələstin əsilli açıq kod proqram-təminatçısı, aktivist. Azad proqram təminatı və azad internet şəbəkəsinin genişlənməsi istiqamətində fəaliyyət göstərən Hartabil 2012-ci ilin 15 mart tarixində Suriya vətəndaş müharibəsinin ildönümündə hökumət qüvvələri tərəfindən Dəməşq şəhərində həbs edilərək Adra həbsxanasına salınmışdır. Həbs oldunduğu tarixdən 2015-ci ilin 3 oktyabr tarixləri arasında naməlum yerə aparılaraq, hərbi məkhəmə tərəfindən mühakimə olunduğu ehtimal edilməkdədir. 2015-ci ilin 7 oktyabr tarixində Human Rights Watch və digər 30 beynəlxalq təşkilat tərəfindən Hartabilin harada saxlanılması ilə bağlı açıqlama yayımlandı. 2015-ci ilin 11 noyabr tarixində isə Bazel Hartabilin gizli şəkildə edam olunması ilə bağlı iddialar ortaya atıldı. 2017-ci ilin avqust ayında yoldaşının facebookda yazılmış statusa əsasən Bazel 2015-ci ildə həbs olunduqdan dərhal sonra rejim gücləri tərəfindən edam edilmişdir. 1981-ci ilin 22 mayında Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olan Hartabil Azad proqram təminatı sahəsində mütəxəssisə çevirlməyi bacarmışdı. Creative Commonsun Suriya üzrə rəhbəri olan proqramçı Mozilla, Vikipediya və Openclipart kimi layihələrə də öz dəstəyini vermişdir.
Bazel II
Bazel 2 İnkişaf etmiş dövlətlərin Mərkəzi Banklarının birlikdə təşkil etdikləri təşkilat olan Beynəlxalq Hesablaşmalar Bankı (BİS – "Bank for İnternational Settlements") 1974-cü ildə İsveçrənin Bazel şəhərində "Bazel Komitəsi"ni təsis etmişdir. Bu qurum 1988-ci ildə bankların iqtisadiyyatda baş verəcək böhranlara qarşı dayanıqlılığını təmin etmək üçün bankların məcmu kapitalının riskli aktivlərə nisbətinin 8%-dən az olmamasının vacib olduğunu elan etmiş və həmin il də "Bazel-I" Sazişi adı altında kapital adekvatlığı ilə bağlı beynəlxalq standartlar toplusu yayımlamışdır. Bu standartlar bankların əməl etmələri vacib olan kriteriyaları müəyyən edir. Sonrakı illərdə texnologiyanın da inkişafı ilə banklar fərqli risk mənbələrini daha effektiv şəkildə müəyyən edəbiləcək və bazarda risklərin həcminə görə İqtisadi Kapitalın Yayılması (Economic Capital Allocation) metodologoyasını istifadə edərək lazımi kapitalı ayırabiləcək səviyyəyə çatması və bazarda başverən böhranların nəticəsi olaraq, Bazel Komitəsi 1996-cı ildə yeni bir saziş üzərində işləməyə başladı. Yeni sazişin əsas məqsədi bank sektorundakı inkişafa uyğunlaşmaq və eyni zamanda, risklərə uyğun olaraq kapitalın yerləşdirilməsində banklar üçün əsas olan qanunları həyata keçirməkdən ibarətdir. İlk versiyası 1999-cu ildə tamamlanan "Bazel-II" sazişinin üçüncü (Basel 3rd Consultative Paper) versiyasının da 2003-cü ildə yayımlanması ilə yekunlaşma mərhələsinə çatmış və planlaşdırıldığı kimi 2007-ci ilin əvvəlindən etibarən icra edilməsinə başlanılmışdır. == Bazel 2" nədir ? == — Yeni Bazel Kapital Sazişi (Bazel 2), bankların kapital adekvatlığının ölçülməsi və qiymətləndirilməsi ilə bağlı Bazel Bank Nəzarəti Komitəsi (Basel Committee on Banking Supervision – BCBS) tərəfindən yayımlanan və yaxın zamanlarda bir çox dövlətlərdə tətbiq edilməsi gözlənilən standartlar toplusudur. — "Bazel 2" banklarda risklərin effektiv idarəedilməsini və bazar intizamını inkişaf etdirmək, kapital adekvatlılığının ölçülməsinin effektivliyini artırmaq və bunun əsasında sağlam bank sistemi qurmaq və maliyyə sabitliyinə yardım etmək üçün mühüm amildir. – "Bazel 2"-nin daxilində kapital öhdəliyinin necə hesablanacağı, məruz qalınan risklərin necə idarə olunacağı, kapital adekvatlığının necə qiymətləndiriləcəyi və ictimaiyyətə necə açıqlanacağı ilə bağlı göstərişlər mövcuddur.
Bazel Universiteti
Bazel Universiteti (alm. Universität Basel‎) — İsveçrənin Bazel şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Bazel Universiteti 1460-cı ildə yaradılmışdır. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin üzvüdür.
Bazel problemi
Bazel problemi — Pyetro Menqoli tərəfindən 1644-cü ildə ortaya atılan və 1735-ci ildə Leonard Eyler tərəfindən həll edilən məşhur riyazi problemdir. Dövrünün riyaziyyatçılarını üzərində xeyli məşğul etmiş problem Eyleri 28 yaşında böyük şöhrət sahibi etmişdir. Problem adını Eylerin və Bernulli ailəsinin yaşadığı şəhər olan Bazeldən almışdır. Bazel problemi aşağıdakı şəkildə ifadə edilir: ∑ n = 1 ∞ 1 n 2 = lim n → + ∞ ( 1 1 2 + 1 2 2 + ⋯ + 1 n 2 ) {\displaystyle \sum _{n=1}^{\infty }{\frac {1}{n^{2}}}=\lim _{n\to +\infty }\left({\frac {1}{1^{2}}}+{\frac {1}{2^{2}}}+\cdots +{\frac {1}{n^{2}}}\right)} Ardıcıllıq təxminən 1.644934-ə bərabərdir.

Oxşar sözlər

#bazel nədir? #bazel sözünün mənası #bazel nə deməkdir? #bazel sözünün izahı #bazel sözünün yazılışı #bazel necə yazılır? #bazel sözünün düzgün yazılışı #bazel leksik mənası #bazel sözünün sinonimi #bazel sözünün yaxın mənalı sözlər #bazel sözünün əks mənası #bazel sözünün etimologiyası #bazel sözünün orfoqrafiyası #bazel rusca #bazel inglisça #bazel fransızca #bazel sözünün istifadəsi #sözlük