Pavel sözü azərbaycan dilində

Pavel

Yazılış

  • Pavel • 99.7724%
  • PAVEL • 0.1517%
  • pavel • 0.0759%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həvari Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
II Pavel
II Pavel (lat. Paulus PP. II, əsl adı — Pyetro Barbo, italyanca Pietro Barbo; 23 fevral 1417[…], Venesiya – 26 iyul 1471[…], Roma) — 30 avqust 1464-dən 26 iyul 1471-dək Roma Papası. == Həyatı == Pyetro Barbо 23 fevral 1417-ci ildə Venesiyada anadan olmuşdur. Papa IV Yevgeni ilə qohumluq əlaqələrinə sahib olduğuna görə 23 yaşında kardinal təyin olunmuşdur. Papa seçildikdən sonra onu idarə etmək həvəsinə düşən kardinalları itaət altına almağa çalışmışdır. O latın dilini zəif bilirdi. Humanizm tərəfdarı deyildi. Məşhur humanistlər Pomponi Leta (1428-1497) və Platin (ölüm tar. 1481) əleyhinə açılan inkvizisiya prosesi zamanı o, həmin şəxslərin Katolik kilsəsi üçün heç bir təhlükə daşımadığını bildirmişdi. II Pavel onları azad etmək əmrini verdi.
IV Pavel
IV Pavel (lat. Paulus IV;28 iyun 1476 – 18 avqust 1559[…], Roma[…]) — Roma papası.
I Pavel
I Pavel (rus. Па́вел I Петро́вич); 20 sentyabr (1 oktyabr) 1754[…], Sankt-Peterburq – 11 (23) mart 1801 və ya 12 (24) mart 1801[…], Sankt-Peterburq) — Rusiya imperiyasının imperatorudur. Atasının II Yekaterinanın məşuqu Sergey Saltıkov olması barədə yayılan şayələrə baxmayaraq, III Pyotr və II Yekaterinanın yeganə oğlu olaraq qəbul edilir. Ömrünün böyük bir qismini anasının kölgəsində keçirən I Pavelin səltənəti suiqəsdçilər tərəfindən öldürülənədək 5 il davam etdi. Rusiya taxt-tac varisliyində qədim qanunları bərpa etdi və taxt əbədiyyətə qədər Romanovlar sülaləsinə verildi. == Uşaqlıq illəri == Pavel Sankt Peterburqda Yelizaveta Petrovnanın sarayında dünyaya gəldi. Anası Sofiya Avqust Frederik (sonradan II Yekaterina), atası isə imperatriça Yelizavetanın varisi olan Pyotr Fyodoroviçdir. Dünyaya gəldikdən sonra imperatriça Yelizavetanın əmrilə dərhal anasından alındı, xüsusi dayələr və Nikita İvanoviç Panin tərəfindən böyüdüldü. Halbuki N. İ. Paninin qardaşı oğlu I Pavelin qatillərindən biri oldu. 1771-ci ildə tifus xəstəliyinə tutulmuş, bu səbəbdən üzündə ləkələr olmuşdur.
Müqəddəs Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
Pavel Filonov
Pavel Nikolayeviç Filonov (rus. Павел Николаевич Филонов) (8 yanvar, 1883 – 3 dekabr, 1941)—Sovet rəssamı. == Həyatı == Pavel Nikolayeviç Filonov Moskvada (8 yanvar 1883-cü il) kasıb bir ailədə dünyaya göz açıb. Sonbeşik Paveldən savayı, ailədə daha beş uşaq böyüyürdü. Pavelin dörd bacısı və bir qardaşı vardı. Pavel altı yaşında ikən atası "kuçer Nikolay" dünyasını dəyişir, ailənin bütün qayğıları bədbəxt ananın çiyinlərinə düşür. Pavelin böyük bacısı kifayət qədər zəngin bir insanla ailə qurmuşdu. Bu insanın sayəsində uşaqlar, o cümlədən Pavel yaxşı təhsil ala bilmişdilər. On altı yaşlı Pavel ilk rəssamlıq təhsilini Peterburq bədii emalatxanasında alıb, sonra o, L. Dmitriyev-Kafkazskinin özəl studiyasında rəssamlıq sənətinin sirlərinə yiyələnib. Dmitriyev-Kafkazskinin özəl rəsamlıq studiyası bir zamanlar Peterburqda böyük nüfuza malikdi, tanınmış batalist rəssam Mixail Avilov, illüstrator və teatr rəssamı Mstislav Dobujinski, ekspremetçi-rəssam David Kakabidze və çox tanınmış sənətkarlar müxtəlif vaxtlarda L. Dmitriyev Kafkazskinin tələbələri olmuşdular.
Pavel Florenski
Pavel Florenski (tam adı: Pavel Aleksandrviç Florenski; d. 9 (21) yanvar 1882, Yevlax, Cavanşir qəzası – 8 dekabr 1937[…], Leninqrad vilayəti) — XX əsrin görkəmli alimi, rus ilahiyyatçısı, filosofu və riyaziyyatçısı. == Həyatı == Pavel Aleksandrviç Florenski 1882-ci ilin yanvarın 21-də (Yuli təqvimi ilə 9-da) Yevlax yaşayış məntəqəsində anadan olmuşdur. O, 1879–1883-cü illərdə Bakı-Tiflis dəmir yolunu çəkən baş mühəndis Aleksandr İvanoviç Florenskinin oğludur. P. Florenskinin uşaqlığı Yevlaxda keçmişdir. O, Tiflisdə klassik gimnaziyanı bitirdikdən sonra Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş və bitirdikdən sonra dinə olan marağına görə Moskva Dini İlahiyyət Akademiyasında təhsil almışdır. Təhsilini bitirdikdən sonra 1920-ci ilə Anna Giyatsintova ilə ailə həyatı qurmuşdur. == Fəaliyyəti == P. Florenski 1911-ci ildə keşiş təyin edildi. Artıq, 1912-ci ildə 30 yaşlı Pavel Florenski Pravoslav kilsəsinin din xadimi kimi bütün Rusiyada tanınırdı. O, çar II Nikolayın etimadını qazanmışdı, onunla dostluq əlaqələri vardı.
Pavel Karyagin
Pavel Mixayloviç Karyagin — Çar ordusunun polkovniki, 17 Yeger alayının komandiri. == Həyatı == Pavel Karyagin 1761-ci ildə Poltava şəhərində zadəgan ailəsində anadan olub. Xasiyyətcə qəddar olmasını nəzərə alan valideynləri Paveli Hərbi məktəbə qoyurlar. 1778-ci ildə həmin məktəbi bitirir. 1781-ci ildə praporşik rütbəsi alır. 1783-cü ildən Qafqazda fəaliyyət göstərən Yeger polkunda xidmət edir və müxtəlif rütbələrə yüksəlir. 1784–1791-ci illərdə Türkiyəyə qarşı Rus ordusunda döyüşür və buna görə P. P. Rumyantsevin təqdimatı ilə ona mayor rütbəsi verilir və Georgi Xaçı ordeni ilə təltif edilir. 1796-cı ildə Valerian Zubovun Azərbaycana yürüşü zamanı P. M. Karyagin xüsusi xidmət göstərmiş, Gəncə, Şəmkir, Şirvan, Qarabağ, Dərbənd, Bakı və s. yerlərdə gedən döyüşlərdə xüsusi qəddarlıqlar törətmişdir. V. Zubov Azərbaycandan geri çağrılarkən Qarabağdakı Hərbi Hissənin rəhbərliyini P. M. Karyaginə tapşırır.
Pavel Kiselyov
Qraf (1839-cu ildən) Pavel Dmitriyeviç Kiselyov (rus. Павел Дмитриевич Киселёв; 19 yanvar 1788, Moskva – 26 noyabr 1872, Paris) - rus dövlət xadimi, general-adyutant (1823), piyada generalı (1834). 1828-1829-cu illər Rusiya-Osmanlı müharibəsi zamanı Dunay knyazlıqlarında rus qoşunlarının komandanı olub. 1829-1834-cü illərdə Rusiyanın protektoratı altında olan Dunay knyazlıqlarını idarə etmiş, onun rəhbərliyi ilə Moldova və Valaxiyanın ilk konstitusiyaları - üzvi reqlamentlər qəbul edildi. Təhkimçiliyin ləğvinin ardıcıl tərəfdarı. Dövlət kəndlilərinin həyatında islahatlar aparan ilk dövlət əmlak naziri (1837-1856) (1837-1841). Krım müharibəsindən sonra Rusiyanın Fransadakı səfiri (1856-1862) olub.
Pavel Klimkin
Pavel Klimkin (ukr. Павло Анатолійович Клімкін; d. 25 dekabr 1967, Kursk, SSRİ) — Ukraynalı diplomat, dövlət xadimi və Ukrayna Xarici İşlər Naziri. == Həyatı == 25 dekabr 1967-ci ildə Kurskda anadan olmuşdur. 1991-ci ildə Moskva Fizika- Texnologiya İnstitutunun Aerofizika və kosmik tədqiqat fakültəsini bitirmişdir. İlk həyat yoldaşı olan, Natalya Klimkin, Hollandiyadakı Ukraynanın birinci Səfirliyinin katibi vəzifəsində çalışır. İkinci həyat yoldaşı Marina Yuriyevna Xarici Siyasət və Avropa İnteqrasiyası Baş İdarəsinin müavini, Ukrayna Prezident Asministrasiyasının Xarici Siyasət şöbəsinin müdiri vəzifəsində çalışır.. == Elmi fəaliyyəti == 1991-1993-cü illərdə Elektrik qaynaqları İnstitutunda elmi işçi; 1993-1997-ci illərdə - üçüncü, ikinci Xarici İşlər Nazirliyinin Hərbi nəzarəti və Silahsızlanma Departementinin Xarici İşlər naziri katibi; 1997-2000-ci illərdə - Ukraynanın Almaniyadakı səfirliyinin üçüncü, elmi-texniki və siyasi məsələlər üzrə ikinci katibi; 2000-2002-ci illərdə - Xarici İşlər Nazirliyinin İqtisadi Əmakdaşlıq Departamentinin Nüvə və Enerji Təhlükəsliyi üzrə müşaviri; 2002-2004-cü illərdə Ukrayna Xarici İşlər Nazirliyinin Avropa İnteqrasiyasının Avropa Birliyi ilə İqtisadi və Sektor Əməkdaşlığı Departamentinin rəhbəri; 2004-2008-ci illərdə Böyük Britaniyanın Ukraynanın Səfirliyinin məsləhətçi-səfiri; 2008-ci il mart ayından 2010-cu ilin aprel ayına qədər - Ukrayna Xarici İşlər Nazirliyinin Avropa Birliyi Departamentinin direktoru; 2011-ci il 29 aprel - 22 iyun 2012-ci il tarixinədək Ukrayna Xarici İşlər Nazirinin müavini; 2012-ci il 22 iyundan - 2014-cü il 19 iyun Ukraynanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri ; 2014-cü il 19 iyundan Ukrayna xarici işlər naziri; 2014-cü il 24 iyundan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvü; 2015-ci ilin martında bütün Rus mətbuatı şəxsi boykot elan etdi, eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyi akkreditasiyasını dayandırıldı; 2016-cı il 14 apreldə hökumət vəzifədən alındı, yeni hökumətdə Klimkin Ukraynanın Xarici İşlər Naziri vəzifəsini tutdu; 2018-ci il 2 fevral tarixində verilən, "Rheinische Post" qəzetinə verdiyi müsahibədə, Pavel Klimkin Krımda işləmək üçün Almaniyanın Volkswagen və Adidas şirkətlərinə qarşı tədbirlər hazırlamaq niyyətini açıqladı.. Pavel Klimkin ukrayn, rus, fransız ingilis və alman dillərini bilir.
Pavel Klimov
Klimov Pavel Dmitriyeviç (rus. Павел Дмитриевич Кли́мов; d. 7 fevral 1920, Bakı, Azərbaycan – ö. 8 dekabr 1992, Moskva) — kiçik leytenant, Sovet İttifaqı Qəhrəmanı (24 iyul 1943) == Həyatı == Pavel Klimov 7 fevral 1920-ci ildə Bakı şəhərində doğulmuşdur. Milliyətcə rusdur. 1941-ci ildə Hərbi Dəniz Təyyarəçilik Məktəbini bitirmişdir. Bakı ŞHK-dan orduya çağırılmışdır. Qırıcı təyyarəçi Kiçik leytenant Pavel Klimov döyüşlərdə göstərdiyi igidliyə görə 24 iyul 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 1959-cu ildə Baş Ştabın Akademiyasını bitirmişdir. Qvardiya polkovniki rütbəsində SSRİ Müdafiə Nazirliyində çalışmışdır.
Pavel Maykov
Pavel Sergeyeviç Maykov (doğ. 15 oktyabr 1975, Mıtişi) — rus aktyor və teleaparıcı, 2008-ci ildən bəri müğənni və müsiqiçi, "ButterBrodsky", "7 faiz" və "Maqrit" musiqi qruplarının yaradıcısı. == Həyatı == Pavel Sergeyeviç Maykov 1975-ci ilin 15 oktyabr tarixində Moskva əyalətində yerləşən Mıtişi şəhərində rəssam və sürücü ailəsində dünyaya göz açmışdır. . 1982-ci ildən 1992-ci ilə qədər Kievdə yaşamışdır. Kievdə yerləşən 26 № -li musiqi məktəbinin skripka və fortepiano sinfini bitirmişdir. 1992-ci ildə 1 №-li orta məktəbi bitirərək Rusiya teatr sənəti institutunun (QİTİS) "dram teatr aktyorluğu" fakultəsində Pavel Xomskinin sinfinə daxil olmuşdur. 1998-ci ildə təhsilini orada başa vurmuşdur. Diplom tamaşasında məşhur ingilis dramaturqu Uilyam Şekspirin "İki veronalı" pyesində baş qəhrəmanlardan biri olan - mənfi obraz olan Proteyi oynamışdır. 1998-1999-cu illərdə Moskva dövlət dram teatrı "Sfera"da aktyor kimi fəaliyyət göstərmiş, orada "Vestsayt əhvalatı" tamaşasında Rif rolunu oynamışdır.
Pavel Mazur
Pavel Sergeyeviç Mazur (rus. Павел Сергеевич Мазур; 15 aprel 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Mazur öz peşəkar karyerasında debütünü 3 avqust 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Tekstilşik İvanovo klubuna qarşı oyunda etmişdir.
Pavel Milyukov
Milyukov Pavel Nikolayeviç (15 (27) yanvar 1859, Moskva – 31 mart 1943, Eks-le-Ben[d]) — Rusiya siyasi xadimi, tarixçi, publisist, rus burjuaziyasının ideoloqu, kadetlər partiyasının liderlərindən biri. == Həyatı == Fevral inqilabından (1917) sonra Müvəqqəti hökumətin birinci kabinetində xarici işlər naziri olmuş, "müharibəni qələbəyədək davam etdirmək" siyasəti yeritmişdir. Oktyabr çevrilişindən (1917) sonra Sovet hakimiyyətinə qarşı xarici hərbi müdaxilənin təşkilatçılarından olmuşdur. Milyukov gizli "Milli mərkəz"in təşkilatçılarından və rəhbərlərindən idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov 1918 il dekabrın 7-də İstanbulda Milyukovla görüşüb, danışıqlar aparmışdır. 1920-ci ildən mühacirətdə yaşamışdır. == Mənbə == Струве П. Б. Рец.: П. Н. Милюков. Очерки по истории русской культуры \\ Новое слово. 1897. Октябрь; Мякотин В. А. Курс русской истории П. Н. Милюкова \\ Русское богатство.
Pavel Muravski
Pavlo İvanovıç Muravskıy (ukr. Павло Iванович Муравський; 30 iyul 1914 – 6 oktyabr 2014, Kiyev) — Ukrayna dirijor və pedaqoqu, Ukrayna Qəhrəmanı. Ukrayna SSR xalq artisti (1960). == Həyat və fəaliyyəti == Pavlo Muravskıy 1914-cü ildə Dmitraşovka kəndində (indiki Vinnitsa vilayəti, Ukrayna) anadan olmuşdur. 1941-ci ildə P. İ. Çaykovski adına Ukrayna milli musiqi akademiyasını bitirmişdir. 1940–1941, 1946–1948-ci illərdə "Dumka" kapellasında dirijor olub. 1949–1955-ci illərdə Lvov konservatoriyasında dərs deyib. 1964–1969-cu illərdə "Dumka" kapellasında fəaliyyətini davam etdirib. 6 oktyabr 2014-cü ildə Kiyevdə vəfat edib, Baykovo qəbiristanlığında dəfn olunub. == Mükafat və adları == Ukrayna Qəhrəmanı (23 mart 2009); Ukrayna SSR xalq artisti (1960); Ukrayna Prezidentinin fəxri fərqlənmə nişanı (20 sentyabr 1994); Iİ dərəcəli "Xidmətlərinə görə" ordeni (22 dekabr 1999); I dərəcəli "Xidmətlərinə görə" ordeni (30 iyul 2004); "Qırmızı Ulduz" ordeni (14 oktyabr 1945); II dərəcəli Vətən Müharibəsi Ordeni (6 aprel 1945); "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı; "Kiyevin 1500 illik xatirəsinə" medalı.
Pavel
Pavel — Dünyada daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar I Pavel — Ümumrusiya imperatoru, III Pyotr və II Yekaterinanın oğlu. I İoann Pavel — Roma papası II İohann Pavel — Roma papası II Pavel — Roma papası. IV Pavel — Roma papası VI Pavel — Roma papası Həvari Pavel — xristianlıq tarixində ən böyük missioneri. Pavel Nedved — futbolçu Pavel Blyaxin — Ssenari müəllifi. Pavel Vinnik — aktyor Pavel Kadoçnikov — aktyor Pavel Aleksandrov — Pavel Amnuel — Pavel Florenski — Pavel Osipov — Pavel Finn — Ssenari müəllifi Pavel Yesikovski — Aktyor. Pavel Sisianov — gürcü əsilli rus generalı, Pavel Qraçov — Rusiyanın müdafiə naziri (1992-1996), ordu generalı, Sovet İttifaqı Qəhrəmanı.
Pavel Naximov
Pavel Stepanoviç Naximov (rus. Павел Степанович Нахимов; 23 iyun (5 iyul) 1802, Xmelita[d], Smolensk quberniyası[d] – 30 iyun (12 iyul) 1855, Sevastopol, Tavriya quberniyası[d]) — Rus dəniz qüvvələri tarixinin ən məşhur admirallarından biri, Krım müharibəsi zamanı Sevastopolun mühasirəsində dəniz və quru qüvvələrinin komandiri olaraq xatırlanır. == Həyatı == Smolensk Qubernatorluğunun Vyazma uyezdindəki Qorodok kəndində zadəgan bir rus ailəsində anadan olub. 11 uşaqdan 7-cisidir. Qardaşlarının altısı körpə ikən öldü; dörd qardaşının hamısı vitse-admiral Sergey Stepanoviç Naximovdaxil olmaqla peşəkar dənizçi oldu. 1817-ci ildə Sankt-Peterburqdakı Dənizçilik Akademiyasına (Morskoy Dvoryanskiy Korpus) daxil oldu. İlk dəniz səyahətini 1817-ci ildə, Feniks freqat gəmisində İsveç və Danimarka sahillərində etdi. Daha sonra serjant rütbəsinə yüksəldi. 1818-ci ilin fevralında imtahanlardan keçdi və dərhal Rusiya İmperator Donanmasının Baltik Donanmasının ikinci Donanma heyətinə (Flotskiy ekipaj) təyin edildi. Dəniz karyerasının başlanğıcında, Naximovun təcrübəsi Baltik dənizində səyahətlərlə və Ağ dəniz limanından Arxangelsk limanından Sankt-Peterburq yaxınlığındakı Kronstadt dəniz bazasına qədər daha geniş bir səyahətlə məhdudlaşdı.
Pavel Nedved
Pavil Nedved (30 avqust 1972[…], Xeb) — Çexiyalı keçmiş futbolçu. Yarımüdafiəçi kimi çıxış edib. O, Çexiyadan çıxan ən uğurlu oyunçulardan biri kimi qəbul edilir. O, daha çox İtaliya çempionatında "Latsio" və "Yuventus" klublarında çıxış edib və onlarla birlikdə bir sıra kuboklar qazanıb. Dövrünün ən güclü yarımmüdafiəçilərindən biri hesab edilən o, 2003-cü ildə göstərdiyi gözəl oyuna görə mövsümün ən yaxşı oyunçusu kimi Qızıl topa layiq görülüb. İtaliyanın "Latsio" klubuyla UEFA Kuboklar Kubokunu qazanıb. O, dözümlülüyü və uğurlu cinah ötürmələri ilə tanınırdı. "Yuventus"da oynadığı zaman "Yuventus" azarkeşləri ona "Çex qəzəbi" ləqəbini verirlər. Nedved peşəkar futbolda 19 mövsüm keçirdikdən sonra 2009-cu ildə fubolçu karyerasını bitirir. == Həyatı == 30 avqust 1972-ci ildə Çexoslovakiyanın Almaniya sərhədində yerləşən Xeb şəhərində anadan olub və yaxınlıqdakı Skalnada kəndində böyüyüb.
Pavel Osipov
Pavel Dmitriyeviç Osipov (1913, Bakı – 27 mart 1944, Mikolayev) — Sovet İttifaqı Qəhrəmanı (20 aprel 1945). == Həyatı == Pavel Osipov 1913-cü ildə Bakıda anadan olub. Milliyətcə rusdur. Orduya çağırılanadək Bakı şəhərində Böyük Qala küçəsindəki 37 saylı evdə yaşamışdır. Paris Kommunası zavodunda dəmirçi işləmişdir. 1942-ci ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Matros idi. Ukrayna, Krım, Tuapse cəbhələrində vuruşmuşdur. 27 mart 1944-cü ildə Ukraynanın Nikolayev vilayətində həlak olmuşdur. 20 aprel 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Pavel Paşayev
Pavel Paşayev (ukr. Павло Вагіфович Пашаєв) — Azərbaycanlı peşəkar futbolçu. Müdafiəçi hazırda Ukrayna Premiyer Liqasında Aleksandriya FK-nun şərəfini qoruyur. O, Ukraynada azərbaycanlı ailəsində dünyaya göz açmışdır. Azərbaycanın əsas millisinin şərəfini qorumazdan əvvəl bir müddət Ukraynanın aşağı yaş qruplarının millilərində çıxış etmişdir. == Karyera == Pavel Paşayev Ukraynanın sayılıb seçilən klublarından olan Dneprin yetirməsidir. Daha sonra 2008-ci ilin qış transfer pəncərəsinin sonuna qədər Ukraynanın digər bir klubu Krivbas Krivoyda icarə əsasında çıxış etmişdir. 2009-cu ilin yanvar ayında Dnepr FK oyunçunu komadaya geri çağırdı. Uzun müddət burada çıxış etdikdən sonra 2014-cü ildə o, Metallurq Zaporojyenin heyətinə cəlb olundu. 2016-cı ili Qəbələ FK-nun heyətində başa vuran Pavel 2017-ci ilin yay transfer dönəmində Aleksandriya FK ilə müqavilə imzalayır.
Pavel Paşeviç
Pavel Dmitriyeviç Paşeviç (4 iyun 2001-ci ildə Borisovda anadan olub) — Belarus Premyer Liqası təmsilçilərindən olan BATE Borisov klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belaruslu futbolçudur. == Klub karyerası == === BATE Borisov === Paşeviç BATE Borisov akademiyası vasitəsilə inkişaf etmişdir. Paşeviç öz peşəkar karyerasında debütünü 11 iyul 2018-ci ildə Energetik–BDU klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə İlya Manayenkovu əvəz etmişdir. Belarus Kuboku görüşündə BATE rəqibinə 2–1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 7 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Belarus Superkuboku görüşləri daxildir. == İstinadlar == == Xarici keçidlər == Pavel Paşeviç at WorldFootball.net Pavel Paşeviç — transfermarkt.com saytında.
Pavel Perql
Pavel Perql (çex. Pavel Pergl; d. 14 noyabr 1977, Praqa, Çexoslovakiya – 1 may 2018, Maqdeburq, Almaniya) — Çexiya futbolçusu, İsveçrə futbol klubu olan "Lokarno" FK-nun yarımmüdafiəçisi. == Klub karyerası == Pavel Perql Karyerası boyunca bu futbol klublarında çıxış etmişdir – "Xmel Blşanı" FK, "Drnovitse" FK, "Prşibram" FK, "Dinamo Drezden" FK, "Sparta Praqa" FK, "AEK Larnaka FK" FK, "Preston Nort End" FK, "Xapoel Beer-Şeva" FK, "Xapoel Ramat Qan" FK, "Bellintsona" FK və "Vaduts" FK. Perql 2016-cı ildə "Lokarno" FK-nun heyətinə qoşulmuşdur. Pavel Perql 1 may 2018-ci ildə Maqdeburq şəhərindəki evində intihar etmişdir. == İstinadlar == == Xarici keçidlər == Pavel Perql kicker.de saytında (alm.) Pavel Perql.
Pavel Pestel
Pavel İvanoviç Pestel (rus. Па́вел Ива́нович Пе́стель; 24 iyun (5 iyul) 1793, Moskva – 13 (25) iyul 1826) — Cənub dekabrist cəmiyyətinin rəhbəri.
Pavel Pinigin
Pavel Pavloviç Pinigin - Yakutiya MSSR Çurapçin ulusu Dirinq kəndində anadan olmuşdur. SSRİ əməkdar idman ustası, Ukrayna SSR əməkdan məşqçisi. Sovetlər birliyini sərbəst güləş üzrə dünyada təmsil etmişdir. == Bioqrafiyası == Pavel Pinigin 1953-cü ildə Yakutiyada anadan olmuşdur. 1964-cü güləşlə məşğul olmağa başlamışdır. 1966-cı ildə isə Dmitriy Petroviç Korkinin baş məşqçiliyi ilə fəaliyyətini başlamışdır. 1972-ci ildə Tiflisdə keçirilən beynəlxalq yarışda ikinci yeri tutmuşdur. Elə həmin ildəcə Dünya üçüncüsü olur. 1973-cü ildə Dünya Universiyadasında ikinci yeri tutmaqla yanaşı, beynəlxalq turnirin (Medvedev adına turnir) qalibi olur. 1974-cü ildə SSRİ cempionatında gümüş medala sahiblənir.
Pavel Piniqin
Pavel Pavloviç Pinigin - Yakutiya MSSR Çurapçin ulusu Dirinq kəndində anadan olmuşdur. SSRİ əməkdar idman ustası, Ukrayna SSR əməkdan məşqçisi. Sovetlər birliyini sərbəst güləş üzrə dünyada təmsil etmişdir. == Bioqrafiyası == Pavel Pinigin 1953-cü ildə Yakutiyada anadan olmuşdur. 1964-cü güləşlə məşğul olmağa başlamışdır. 1966-cı ildə isə Dmitriy Petroviç Korkinin baş məşqçiliyi ilə fəaliyyətini başlamışdır. 1972-ci ildə Tiflisdə keçirilən beynəlxalq yarışda ikinci yeri tutmuşdur. Elə həmin ildəcə Dünya üçüncüsü olur. 1973-cü ildə Dünya Universiyadasında ikinci yeri tutmaqla yanaşı, beynəlxalq turnirin (Medvedev adına turnir) qalibi olur. 1974-cü ildə SSRİ cempionatında gümüş medala sahiblənir.
II İoann Pavel
II İohann Pavel (Karol Yuzef Voytıla, 18 may 1920[…] – 2 aprel 2005[…], Apostol Sarayı[d][…] və ya Roma) — Roma Papası, ilahiyyat elmlər doktoru. Sülh və beynəlxalq gərginliyin zəiflədilməsi işinə kömək edəcəyini bildirmişdir. == Həyatı == 1938–1939-cu illərdə Krakovdakı Yagellon universitetinin fəlsəfə fakültəsində oxumuşdur. Alman işğalı dövründə zavodda işləmiş və gizli katolik seminariyasında oxumuşdur. 1946-cı ildə keşiş rütbəsi almışdır. Yagellon universitetinin ilahiyyat fakültəsini və Romadakı dominikçilər universitetini bitirmişdir. Krakov və Lyublinin seminariya və universitetlərində dərs demişdir. 1958-ci ildə yepiskop rütbəsi almış, 1963-cü ildə isə Krakov arxiyepiskopu təyin edilmişdir. 1967-ci ildə kardinal rütbəsi almışdır. II İoann Pavel 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papasıdır.
II İohan Pavel
II İohann Pavel (Karol Yuzef Voytıla, 18 may 1920[…] – 2 aprel 2005[…], Apostol Sarayı[d][…] və ya Roma) — Roma Papası, ilahiyyat elmlər doktoru. Sülh və beynəlxalq gərginliyin zəiflədilməsi işinə kömək edəcəyini bildirmişdir. == Həyatı == 1938–1939-cu illərdə Krakovdakı Yagellon universitetinin fəlsəfə fakültəsində oxumuşdur. Alman işğalı dövründə zavodda işləmiş və gizli katolik seminariyasında oxumuşdur. 1946-cı ildə keşiş rütbəsi almışdır. Yagellon universitetinin ilahiyyat fakültəsini və Romadakı dominikçilər universitetini bitirmişdir. Krakov və Lyublinin seminariya və universitetlərində dərs demişdir. 1958-ci ildə yepiskop rütbəsi almış, 1963-cü ildə isə Krakov arxiyepiskopu təyin edilmişdir. 1967-ci ildə kardinal rütbəsi almışdır. II İoann Pavel 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papasıdır.
II İohann Pavel
II İohann Pavel (Karol Yuzef Voytıla, 18 may 1920[…] – 2 aprel 2005[…], Apostol Sarayı[d][…] və ya Roma) — Roma Papası, ilahiyyat elmlər doktoru. Sülh və beynəlxalq gərginliyin zəiflədilməsi işinə kömək edəcəyini bildirmişdir. == Həyatı == 1938–1939-cu illərdə Krakovdakı Yagellon universitetinin fəlsəfə fakültəsində oxumuşdur. Alman işğalı dövründə zavodda işləmiş və gizli katolik seminariyasında oxumuşdur. 1946-cı ildə keşiş rütbəsi almışdır. Yagellon universitetinin ilahiyyat fakültəsini və Romadakı dominikçilər universitetini bitirmişdir. Krakov və Lyublinin seminariya və universitetlərində dərs demişdir. 1958-ci ildə yepiskop rütbəsi almış, 1963-cü ildə isə Krakov arxiyepiskopu təyin edilmişdir. 1967-ci ildə kardinal rütbəsi almışdır. II İoann Pavel 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papasıdır.
I İoann Pavel
I İoann Pavel (Albino Luçani, d. 17 oktyabr 1912, Forno-di-Kanale - ö. 28 sentyabr 1978, Roma) — 1978-ci ildə seçilmiş 263-cü Roma Papası (33 gün ərzində). 1958-ci ildə yepiskop, 1969-cu ildə Venesiya patriarxı olmuşdur. 1973-cü ildə kardinal rütbəsini almış, Ayinlər və İlahi İbadət Konqreqasiyasının üzvü olmuşdur. Papalıq tarixində qoşa adı ilk dəfə qəbul etdi.
Müqəddəs Pavel kafedralı
Müqəddəs Pavel kafedralı (ing. St Paul's Cathedral) – Birləşmiş Krallığın paytaxtı Londonda yerləşən Anqlikan kafedralı və London yepiskopunun iqamətgahı. Kafedral, London yepiskopluğuna tabe olan bütün kilsələrin ana kilsəsi kimi fəaliyyət göstərir. London şəhərinin ən yüksək nöqətsi olan Ladqeyt-Hilldə inşa edilmiş kilsə, I dərəcəli vacibliyə malik abidə kimi İngiltərənin qeydiyyata alınmış tarixi abidələri siyahısına salınmışdır. Hazırkı kafedralın yerində b.e. 604-cü ilində inşa edilmiş kilsə kimi, kafedral da Həvari Pavelə ithaf edilmişdir. XVIII əsrin sonlarına aid olan hazırkı kilsə binası, İngilis barokkosu üslubunda Ser Kristofer Ren tərəfindən dizayn edilmişdir. Renin sağlığında tamamlanmış kilsə inşası, Böyük London yanğınından sonra, şəhərin bərpa layihəsinin bir hissəsi olmuşdur. Ərazidə olmuş və Böyük Yanğın zamanı böyük bir hissəsi dağılmış qotik üslublu Köhnə Müqəddəs Pavel kafedralı, orta əsrlər və erkən modern London həyatında böyük rol oynamışdır. Kafedral Londonun ən məşhur və ikonik görməli yerlərndən biridir.
Müqəddəs Pavel kilsəsi
Müqəddəs Paul kilsəsi ― Türkiyənin Mersin ilinin Tarsus şəhərində yerləşən keçmiş Yunan pravoslav kilsəsi. == Tarsus və kilsələr == Tarsus antik indiki Türkiyənin cənubunu təşkil etmiş Kilikiyada həm qədim, həm də orta əsrlərdə mövcud olmuş əhəmiyyətli şəhər idi. İncildə adı çəkilmiş Daniyal və xəlifə Əl-Məmunun (786–833) hər ikisinin qəbiri Tarsusdadır. Həvari Pavel Tarsus sakini idi. O, Tarsusda Saul adlı bir yəhudi olaraq anadan olmudur. Müqəddəs Pavel xristianlığı qəbul etdikdən sonra eramızın 64 və ya 67-ci ilində Roma İmparatoru Neron tərəfindən tutulub və başının kəsilməsi ilə sona çatan bir çox missioner səyahətinə çıxmışdır. Tarsus Pavelin ölümündən sonra da bölgənin əhəmiyyətli şəhəri olaraq qalmağa davam etdi. Şəhər daha sonralar Bizans imperiyası, Abbasilər xilafəti, Səlcuq imperiyası, Kilikiya çarlığı, Ramazanilər və Osmanlı imperiyasının bir hissəsi olmuşdur. Tarsusda Pavel tərəfindən qurulmuş kilsələrin olub olmadığı məlum deyil, lakin P. Lukas 1704-cü ildə ərazidə Pavel tərəfindən inşa edilmiş kilsənin olduğunu yazmışdır. V. Langlois 1851-ci ildə Tarsusa gələrək bunu təsdiqləmişdir.
Müqəddəs Pyotr və Pavel bazilikası
Müqəddəs Pyotr və Pavel bazilikası (Müqəddəs Pyotr və Pavelin kapitul kilsəsi) (çex. Bazilika svatého Petra a Pavla; Kapitulní chrám sv. Petra a Pavla) — Praqanın Vışehrad rayonunda yerləşən neoqotik üslublu kapitul katolik kilsəsidir. Kilsə Vışehradda yerləşən müqəddəs Pyotr və Pavelin kral kollegial kapituluna mənsub prixod hesab olunur. 25 mart 2003-cü ildən kiçik bazilika titulunu daşıyır. == Tarix == Vışehradda kilsənin yaranmasının əsas səbəbi, XI əsrin ikinci yarısında knyaz II Vratislav və onun qardaşı Praqa yepiskopu Yaromir arasında hakimiyyət uğrunda gedən mübarizə ilə sıx bağlıdır. Vratislav, yeni hakimiyyət mərkəzi yaratmaq məqsədilə Vışehradı öz yaşayış yeri kimi seçir və orada Praqa Yeparxiyasından müstəqil şəkildə fəaliyyət göstərəcək yeni kilsə təşkilatı qurmaq qərarına gəlir. Bunun nəticəsində 1070-ci ildə, Praqa yepiskopluğundan müstəqil şəkildə fəaliyyət göstərən və bilavasitə Roma Papasının tabeliyində olan Vışehrad kapitulu təsis edilmişdir (Kapitul 1763-cü ilə qədər müstəqil qalmışdır). Qısa müddət sonra həmin ərazidə tikintisi yəqin ki 1080-ci ilə qədər davam edən Müqəddəs Pyotr və Pavelin şərəfinə kilsə qurulmuşdur. Salnamələrə inansaq, knyaz Vratislav təməl üçün daşla doldurulmuş 12 zənbili tikinti sahəsinə çatdırır və ümumilikdə məbədin tikintisində şəxsən iştirak edirdi.
Müqəddəs Pyotr və Pavel kilsəsi (Staroçerkasskaya)
Müqəddəs Pyotr və Pavel kilsəsi ( rus. Церковь святых апостолов Петра и Павла ) və ya Petropavlovsk Kilsəsi ( rus. Петропавловская церковь ) — Rusiyanın Rostov vilayətində, Aksaysky rayonu, Starocherkasskayada 1751-ci ildə inşa edilən Rus Pravoslav kilsəsidir. Bütün Rostov vilayətindəki ən qədim kilsələrdən biridir. == Tarixi == Çerkasskdakı taxtadan kiçik Pyotr və Pavel Kilsəsi ilk rəsmi sənədlərdə 1692-ci ildə qeyd edilmişdir. 1744-cü ildə şəhərdəki yanğından sonra, 1749-cu ildə Rusiya İmperatoru I Yelizaveta yerli ataman Danil Efremova yeni bir kilsə tikmək üçün on hörgü və suvaqçı göndərdi. İnşaat tezliklə bitdi. 1751-ci ildə Müqəddəs Con Varriora həsr olunmuş kilsənin açılışı oldu. Elə həmin il yeni təqdis olunan kilsədə, məşhur Ataman Matvey Platov vəftiz edildi. 2013-cü ilin avqustunda kilsə divarına lövhə qoyuldu:Burada, Müqəddəs Pyotr və Pavel kilsəsində 1753-cü ildə Don Ordusunun Atamanı, 1812-ci il Vətən Müharibəsinin qəhrəmanı və süvari general Matvey Platov vəftiz edildi.Sovet dövründə kilsə bağlandı və dağıldı.
Othonna pavelkae
Othonna pavelkae (lat. Othonna pavelkae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin othonna cinsinə aid bitki növü.
Pavel Lvoviç Şillinq
Pavel Lvoviç Şillinq(alm. Paul Schilling von Cannstatt‎) - (5 aprel 1786, Ravel (İndiki Tallin)- 25 iyul 1837) — diplomat, şərqşünas. == Həyatı == Pavel Lvoviç Şillinq 5 aprel 1786-cı ildə Raveldə (İndiki Tallin) anadan olmuşdur. O, 1812-1814-ci müharibə zamanı döyüşlərdə iştirak etmişdir. O, Sumy 3-cü alayının kapitanı idi. 1814-ci ildə "İgidliyə görə" Hərbi Merit yazısı ilə Sankt Vladimir ordeni və qılınc ilə təltif edilmişdir. 25 iyul 1837-ci ildə Sankt Peterburqda vəfat etmişdir == Fəaliyyəti == O, 21 oktyabr 1832-ci ildə Sankt-Peterburqdakı mənzilində kəşf etdiyi teleqraf aparatını quraşdırmışdır. Şillinq qədim çin və tibet əlyazmalarını toplamaqla, Asiya xalqlarının tarixi və dilləri üzərində tədqiqatlar aparmaqla da məşğul olmuşdur. 25 iyul 1837-ci ildə Sankt Peterburqda vəfat etmişdir. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.

Oxşar sözlər

#pavel nədir? #pavel sözünün mənası #pavel nə deməkdir? #pavel sözünün izahı #pavel sözünün yazılışı #pavel necə yazılır? #pavel sözünün düzgün yazılışı #pavel leksik mənası #pavel sözünün sinonimi #pavel sözünün yaxın mənalı sözlər #pavel sözünün əks mənası #pavel sözünün etimologiyası #pavel sözünün orfoqrafiyası #pavel rusca #pavel inglisça #pavel fransızca #pavel sözünün istifadəsi #sözlük