bud-dizaltı sözü azərbaycan dilində

bud-dizaltı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bud-dizaltı • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bud
Bud — insan vücudunun bud-çanaq oynağı ilə diz arasındakı hissəsidir. Bu hissədə olan yeganə sümük femur adı ilə tanınır. Bu sümük çox qalın və sağlam quruluşa malikdir.
Dizaltı arteriya
Dizaltı arteriya (lat. Arteria poplitea) — bud arteriyasının ardı olub, dizaltı çuxurda yerləşmişdir. Yaxınlaşdırıcı kanalın aşağı dəliyi səviyyəsində başlayaraq dizaltı əzələnin və diz oynağının kapsulunun arxa səthi ilə aşağıya doğru gedir və dizaltı əzələnin aşağı kənarına çatır. Dizaltı arteriya dizaltı çuxurda vena və sinirlərə nisbətən ən dərində yerləşmişdir. Dizaltı vena — lat. V. poplitea dizaltı arteriyanın bayır və arxa tərəfində, qamış siniri — lat. N. tibialis isə bir az səthdə və bayır tərəfdə yerləşmişdir. Belə ki, səthdən getsək, əvvəlcə bayır tərəfdə və səthdə qamış sinirinə, bir az içəri tərəfdə və dərində dizaltı venaya və ondan da bir az dərində və içəri tərəfdə dizaltı arteriyaya rast gəlinir. == Şaxələri == === Uc şaxələri === Dizaltı arteriya dizaltı əzələnin aşağı kənarında iki uc şaxəyə bölünür: Ön qamış arteriyas — lat. a.
Dizaltı vena
Dizaltı vena — (lat. Vena poplitea) aşağı ətrafın venası. Aşağı ayağın dərin damarları ilə diz oynağının qoşalaşmış damarlarının birləşməsindən əmələ gəlir. Yanal və arxasında yerləşən dizaltı arteriyaya uyğun gəlir. Dizaltı arteriyadan medial olaraq keçir və bud venasına çevrilir. Ayaqdan qan çıxarır. Tibbi ultrasəs istifadə edərək müəyyən edilə bilər. O, təsirlənmiş dizaltı venanın tutulmasıva səbəb ola bilər. == Strukturu == Dizaltı vena dizaltı əzələnin aşağı kənarında anterior tibial ve posterior tibial venalarının qovuşduğu yerdə əmələ gəlir. Dizaltı arteriyanın medial tərəfi boyunca uzanır.
Bud arteriyası
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Bud siniri
Bud siniri (lat. nervus femoralis) bel kələfiniə aid II və IV bel sinirlərinin (L2 və L4) liflərindən təşkil olunmuşdur. ¨Bud siniri — n. femoralis , ən uzun şaxə olub, qasıq bağının altından ( əzələ sahəsindən ) budun ön səthinə çıxaraq əzələ, oynaq və ön dəri şaxələrinə bölünür. Bunlardan əzələ şaxələri budun ön qrup əzələlərini, oynaq şaxələri bud — çanaq və diz oynaqlarını, ön dəri şaxələri isə budun ön içəri səthinin dərisini innervasiya edir. Bud sinirindən çıxan gizli sinir — n. saphenus , bu sinirin ən uzun şaxəsi olub , bud üçbucağında bud arteriyasından bayır tərəfdə yerləşir, üçbucağın zirvəsindən arteriya ilə birlikdə yaxınlaşdırıcı kanala daxil olur və onun ön dəliyindən xaric olaraq dərzi əzələsinin altında yerləşir. Sonra bu sinir budun ön və içəri qrup əzələlərinin arası ilə aşağı gedərək diz oynağı nahiyəsində diz oynağına, diz qapağına və baldırın ön səthinin yuxarı hissəsinə məxsus diz qapağıaltı şaxa — r. infrapatellaris, verir. Baldırda bu sinirin böyük gizli vena ilə yanaşı yerləşdiyi yerindən baldırın ön- içəri səthinin dərisinə məxsus baldırın içəri dəri şaxəsi — r.
Bud sümüyü
Bud sümüyü (lat. femur, os femoris) insan skeletinin ən iri, luləli cismi silindrik formada olan sümüyü. Sümüyün proksimal epifizində bud sümüyünün başı (lat. Caput ossis femoris) yerləşir.insan bədəninin ən uzun sümüyüdür, bud sümüyü də deyilir. Anatomik pozisiyada baxdıqda sümüyün üst ucları, alt uclarına nisbətdə bir-birlərinə daha uzaqdır, aşağıya doğru hər iki tərəfin femur sümüyü bir-birlərinə yaxınlaşırlar. Femur üzərində bir çox girintili-çıxıntılı yerlər var, ancaq ümumilikdə linea intertrochanterica və facies patellaris xaric hamısı sümüyün arxa tərəfindədir.
Bud-çanaq oyanağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat.
Bud-çanaq oynağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat.
Bud sinirinin blokadası
Bud sinirinin blokadası — periferik regional anesteziya metodu olub, əsasən aşağı ətraflarda aparılan xüsusilə diz oynağının süni protezlə əvəz ediməsi, diz qapağınn çarpaz bağ aparatının plasik əməliyyatlarından sonrakı ağrılara qarşı müalicə üsulu kimi tətbiq edilir. Bu zaman blokada müvafiq qasıq nahiyəsindən — bud arteriyası üzərində təyin olunan nəbzdən 1,5 sm lateral nöqtədən xüsusi iynə vasitəilə yerli keyləşdirici preparat yeridilməklə əldə edilir. Uzunmüddətli müalicə üçün isə xüsusi iynənin mənfəzindən kateter yridilir. Kateter oma kələfindən ayrılan bud sinirinin düz yanına yerləşdirilir. Xüsusi portatip infuziya nasosu ilə kateterə davamlı olaraq yerli keyləşdirici preparat yeridilir. Bu zaman anesteziyanın müddəti tətbiq olunan preparatın təsir qüvvəsindən, həcmindən, inyeksiyanın dəqiq icra edilməsindən asılı olaraq qısala və uzana bilir. Bu blokada üsulu ilk dəfə 1973-cü ildə Winnie tərəfindən təbiq edilmişdir. Bu metoda bəzən "üçü birində" mtodu da deyilir. Belə ki, bir inyeksiya ilə üç sinir: bud siniri, lat. n.
Bud sümüyünün sınıqları
Bud sümüyünün sınıqları — çox vaxt yaşlılarda onların sümüklərinin mexaniki davamlılığının azalması nəticəsində məişət zədələnmələri zamanı baş verir. Daha cavanlarda belə zədələnmələr avtomobil qəzalarından sonra ola bilər. == Bud sümüyünün sınıqlarının əlamətləri == Bud sümüyünün sınması ağır zədələnmələrə aiddir. Bud sümüklərində sınıq yerlərindən və xarakterindən asılı olmayaraq tipik əlamətlər özünü büruzə verir: kəskin ağrı; şişkinlik; deformasiya; ətrafın qısalması; qeyri-normal hərəkətin əmələ gəlməsi; fəaliyyətin pozulmasıdır. == İlk tibbi yardım == Bud sümüklərinin nəqliyyat immobilizasiyasının ən optimal üsulu Diteriks şinalarının tətbiqidir, lakin bu tədbir həkim yardımı mərhələsində həyata keçirilir. Ekstremal vəziyyətlərdə həkimə qədər mərhələdə immobilizasiyanı əlaltı vasitələr ilə (uzun taxta parçaları) həyata keçirirlər. Onları zədələnmiş tərəfin qoltuq altından ayağın altına qədər, digərini əks tərəfdən qoyurlar. Şinalar qoltuq altında, qarın nahiyəsində, baldır, diz və topuq nahiyəsində bədənə bərkidilir. Əlaltı əşyalar olmadıqda zədələnmiş ayağı sarğı materialı yaxud müxtəlif digər parçalar ilə sağlam ayağa bintləyirlər. Nəqliyyat immobilizasiyası zamanı bud-çanaq, diz oynaqlarından başqa, baldır-pəncə oynaqları hərəkətsiz vəziyyətə salınmalıdır.
Cinsiyyət-bud siniri
== İstinadlar ==
Bud sümüyü başının bağı
Bud sümüyü başının bağı ya Budun girdə bağı (lat. ligamentum capitis femoris et ligamentum teres femoris) — bud-çanaq oyanağına aid bağlardan olub, geniş bir surətdə köndələn bağ nahiyəsində aypara səthin ucları arasından başlayıb, bud sümüyü başı çuxurcuğuna bağlanır. Bud sümüyü başının bağı lifli dəstələrdən təşkil olaraq sinovial zar ilə örtülmüşdür. Onun uzunluğu 2—2,5 sm-ə bərabərdir. Bəzən bu bağa heç təsadüf edilmir. Vəzifəsi bud sümüyü bağına qan damarlarını ötürməkdir. == Mənbə == Prof.

Oxşar sözlər

#bud-dizaltı nədir? #bud-dizaltı sözünün mənası #bud-dizaltı nə deməkdir? #bud-dizaltı sözünün izahı #bud-dizaltı sözünün yazılışı #bud-dizaltı necə yazılır? #bud-dizaltı sözünün düzgün yazılışı #bud-dizaltı leksik mənası #bud-dizaltı sözünün sinonimi #bud-dizaltı sözünün yaxın mənalı sözlər #bud-dizaltı sözünün əks mənası #bud-dizaltı sözünün etimologiyası #bud-dizaltı sözünün orfoqrafiyası #bud-dizaltı rusca #bud-dizaltı inglisça #bud-dizaltı fransızca #bud-dizaltı sözünün istifadəsi #sözlük