qalça-bud sözü azərbaycan dilində

qalça-bud

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qalça-bud • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bud
Bud, insan vücudunun bud-çanaq oynağı ilə diz arasındakı hissəsidir. Bu hissədə olan yeganə sümük femur adı ilə tanınır. Bu sümük çox qalın və sağlam quruluşa malikdir.
Bud arteriyası
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Bud siniri
Bud siniri (lat. nervus femoralis) bel kələfiniə aid II və IV bel sinirlərinin (L2 və L4) liflərindən təşkil olunmuşdur. ¨Bud siniri — n. femoralis , ən uzun şaxə olub, qasıq bağının altından ( əzələ sahəsindən ) budun ön səthinə çıxaraq əzələ, oynaq və ön dəri şaxələrinə bölünür. Bunlardan əzələ şaxələri budun ön qrup əzələlərini, oynaq şaxələri bud — çanaq və diz oynaqlarını, ön dəri şaxələri isə budun ön içəri səthinin dərisini innervasiya edir. Bud sinirindən çıxan gizli sinir — n. saphenus , bu sinirin ən uzun şaxəsi olub , bud üçbucağında bud arteriyasından bayır tərəfdə yerləşir, üçbucağın zirvəsindən arteriya ilə birlikdə yaxınlaşdırıcı kanala daxil olur və onun ön dəliyindən xaric olaraq dərzi əzələsinin altında yerləşir. Sonra bu sinir budun ön və içəri qrup əzələlərinin arası ilə aşağı gedərək diz oynağı nahiyəsində diz oynağına, diz qapağına və baldırın ön səthinin yuxarı hissəsinə məxsus diz qapağıaltı şaxa — r. infrapatellaris, verir. Baldırda bu sinirin böyük gizli vena ilə yanaşı yerləşdiyi yerindən baldırın ön- içəri səthinin dərisinə məxsus baldırın içəri dəri şaxəsi — r.
Bud sümüyü
Bud sümüyü (lat. femur, os femoris) insan skeletinin ən iri, luləli cismi silindrik formada olan sümüyü. Sümüyün proksimal epifizində bud sümüyünün başı (lat. Caput ossis femoris) yerləşir.
Qalça sümüyü
Qalça əzələsi
Qalça əzələsi (lat. musculus iliacus) daxili qrup çanaq əzələlərindən olub, qalça çuxurundan başlanğıc götürüb, bud sümüyünün kiçik troxanter çıxıntısına bağlanır.
Bud-çanaq oyanağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat.
Bud-çanaq oynağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat.
Bud sinirinin blokadası
Bud sinirinin blokadası — periferik regional anesteziya metodu olub, əsasən aşağı ətraflarda aparılan xüsusilə diz oynağının süni protezlə əvəz ediməsi, diz qapağınn çarpaz bağ aparatının plasik əməliyyatlarından sonrakı ağrılara qarşı müalicə üsulu kimi tətbiq edilir. Bu zaman blokada müvafiq qasıq nahiyəsindən — bud arteriyası üzərində təyin olunan nəbzdən 1,5 sm lateral nöqtədən xüsusi iynə vasitəilə yerli keyləşdirici preparat yeridilməklə əldə edilir. Uzunmüddətli müalicə üçün isə xüsusi iynənin mənfəzindən kateter yridilir. Kateter oma kələfindən ayrılan bud sinirinin düz yanına yerləşdirilir. Xüsusi portatip infuziya nasosu ilə kateterə davamlı olaraq yerli keyləşdirici preparat yeridilir. Bu zaman anesteziyanın müddəti tətbiq olunan preparatın təsir qüvvəsindən, həcmindən, inyeksiyanın dəqiq icra edilməsindən asılı olaraq qısala və uzana bilir. Bu blokada üsulu ilk dəfə 1973 cü ildə Winnie tərəfindən təbiq edilmişdir. Bu metoda bəzən "üçü birində" mtodu da deyilir. Belə ki, bir inyeksiya ilə üç sinir: bud siniri, lat. n.
Bud sümüyünün sınıqları
Bud sümüyünün sınıqları — çox vaxt yaşlılarda onların sümüklərinin mexaniki davamlılığının azalması nəticəsində məişət zədələnmələri zamanı baş verir. Daha cavanlarda belə zədələnmələr avtomobil qəzalarından sonra ola bilər. == Bud sümüyünün sınıqlarının əlamətləri == Bud sümüyünün sınması ağır zədələnmələrə aiddir. Bud sümüklərində sınıq yerlərindən və xarakterindən asılı olmayaraq tipik əlamətlər özünü büruzə verir: kəskin ağrı; şişkinlik; deformasiya; ətrafın qısalması; qeyri-normal hərəkətin əmələ gəlməsi; fəaliyyətin pozulmasıdır. == İlk tibbi yardım == Bud sümüklərinin nəqliyyat immobilizasiyasının ən optimal üsulu Diteriks şinalarının tətbiqidir, lakin bu tədbir həkim yardımı mərhələsində həyata keçirilir. Ekstremal vəziyyətlərdə həkimə qədər mərhələdə immobilizasiyanı əlaltı vasitələr ilə (uzun taxta parçaları) həyata keçirirlər. Onları zədələnmiş tərəfin qoltuq altından ayağın altına qədər, digərini əks tərəfdən qoyurlar. Şinalar qoltuq altında, qarın nahiyəsində, baldır, diz və topuq nahiyəsində bədənə bərkidilir. Əlaltı əşyalar olmadıqda zədələnmiş ayağı sarğı materialı yaxud müxtəlif digər parçalar ilə sağlam ayağa bintləyirlər. Nəqliyyat immobilizasiyası zamanı bud-çanaq, diz oynaqlarından başqa, baldır-pəncə oynaqları hərəkətsiz vəziyyətə salınmalıdır.Yadda saxlamaq lazımdır ki, hər bir bud sümüyünün sınıqlarında ixtisaslaşmış travmatoloji həkim yardımı tələb olunur.
Cinsiyyət-bud siniri
== İstinadlar ==
Daxili qalça arteriyası
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Daxili qalça venası
Daxili qalça venası (lat. Vena iliaca interna), qarınaltı vena (lat.
Qalça-bel əzələsi
Qalça-bel əzələsi (lat. musculus iliopsoas) daxili qrup çanaq əzələlərindən olub, böyük bel əzələsi və qalça əzələsinə aid əzələ liflərinin birləşməsindən təşkil olunmuşdur.
Qalça-qarınaltı sinir
Qalça-qarınaltı sinir (lat. nervus iliohypogastricus) XII döş və bel kələfiniə aid II bel sinirlərinin ( Th12 və L2 ) liflərindən təşkil olunmuşdur. == Şaxələri == Yan dəri şaxəsi (lat. R. cutaneus lateralis) qalça darağının ortasında qalça-qarınaltı sinirin əsasından ayrılaraq, qarının köndələn əzələsindən keçərək bud nahiyəsi dərisinin yuxarı bayır hissəsinə şaxələnərək XII döş sinirinin (Th12)yan dəri şaxələri ilə birləşir. Ön dəri şaxəsi (lat. R. cutaneus anterior) qalça-qarınaltı sinirin davamı olaraq, xarici köndələn əzələ aponevrozundan keçərək, qasıq naiyəsi dərisinə şaxələnir. Əzələlər şaxəsi (lat. Rami musculares) qalça-qarınaltı sinirin əsasından ayrılaraq, qarının köndələn və daxili çəp əzələlərinə şaxələnir. == Vəzifəsi == Qalça-qarınaltı sinir qarışıq sinirlərdən olub hissi və hərəki sinir liflərindən təşkil olunmuşdur. Hissi sinir lifləri sarğının yuxarı hissəsinin dərisini, qasıq naiyəsinin dərisini innervasiya edir.
Qalça-qasıq siniri
== İstinadlar ==
Xarici qalça arteriyası
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Xarici qalça venası
Xarici qalça venası (lat. Vena iliaca externa) — aşağı ətrafdan gələn bud venasının (lat. v. femoralis) ardıdır. Qasıq bağı səviyyəsindən başlayaraq eyni adlı arteriyanın içəri tərəfilə yuxarı gedir və oma-qalça bağının önündə daxili qalça venası ilə birləşərək ümumi qalça venasını əmələ gətirir. Bu damar aşağı qarınüstü venanı — lat. vş epigastrica inferior və qalçanı dolanan dərin venanı — lat. v. citcumflexa ilium profunda qəbul edir, özü də qapayıcı vena ilə anastomozlaşır.
Ümumi qalça arteriyası
Ümumi qalça arteriyası – lat. arteria iliaca communis dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində qarın aortasından başlayaraq aşağı və bayır tərəfə doğru gedir və oma qalça oynağı bərabərliyində iki şaxəyə bölünür: Daxili qalça arteriyası – lat. a. iliaca interna kiçik çanağa məxsus Xarici qalça arteriyası – lat. a. iliaca externa böyük çanağa və aşağı ətrafa məxsusBunların hər ikisi pariyetal peritonun arxasında yerləşir və bayır tərəfdə bel əzələlərinin içəri kənarına söykənir. Aorta orta xətdən solda olduğu üçün sağ ümumi qalça arteriyası sol tərəfdəkindən bir az (təxminən 6–7 mm) uzundur. Bunların hər ikisi eyniadlı venaların önündədir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Ümumi qalça venası
Ümumi qalça venası (lat. Vena iliaca communis) oma -qalça oynağının bərabərliyində daxili və xarici qalça venalarının (lat. vv. iliacae internae et externae) birləşməsindən əmələ gəlir. Sağ tərəfdəki sağ ümumi qalça arteriyasının arxa və bayır tərəfilə yuxarı və sola doğru, sol tərəfdəki isə özünə uyğun arteriyanın əvvəlcə içəri kənarilə, sonra sağ ümumi qalça arteriyasının dalı ilə yuxarı və sağa doğru gedərək dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində, qarın aortasının sağ tərəfində bir-birilə birləşirlər və nəticədə aşağı boş venanı əmələ gətirirlər. Sağ ümumi qalça venasının istiqaməti bir az düzdür, sol ümumi qalça venasının istiqaməti isə sağa nisbətən çəpdir və özü də uzundur. Sol ümumi qalça venası öndə sağ ümumi qalça arteriyası ilə çarpazlaşdığı üçün qanın cərəyanı burada sağa nisbətən çətin olur, odur ki, sol aşağı ətraf venalarında bəzi iltihabi proseslərə və ya onların genəlməsinədaha çox təsadüf olunur. Bəzən sol ümumi qalça venası orta oma venasını (lat. v. sacralis mediana) qəbul edir.
Bud sümüyü başının bağı
Bud sümüyü başının bağı ya Budun girdə bağı (lat. ligamentum capitis femoris et ligamentum teres femoris) — bud-çanaq oyanağına aid bağlardan olub, geniş bir surətdə köndələn bağ nahiyəsində aypara səthin ucları arasından başlayıb, bud sümüyü başı çuxurcuğuna bağlanır. Bud sümüyü başının bağı lifli dəstələrdən təşkil olaraq sinovial zar ilə örtülmüşdür. Onun uzunluğu 2—2,5 sm-ə bərabərdir. Bəzən bu bağa heç təsadüf edilmir. Vəzifəsi bud sümüyü bağına qan damarlarını ötürməkdir. == Mənbə == Prof.

Oxşar sözlər

#qalça-bud nədir? #qalça-bud sözünün mənası #qalça-bud nə deməkdir? #qalça-bud sözünün izahı #qalça-bud sözünün yazılışı #qalça-bud necə yazılır? #qalça-bud sözünün düzgün yazılışı #qalça-bud leksik mənası #qalça-bud sözünün sinonimi #qalça-bud sözünün yaxın mənalı sözlər #qalça-bud sözünün əks mənası #qalça-bud sözünün etimologiyası #qalça-bud sözünün orfoqrafiyası #qalça-bud rusca #qalça-bud inglisça #qalça-bud fransızca #qalça-bud sözünün istifadəsi #sözlük