Bəhicə sözü azərbaycan dilində

Bəhicə

Yazılış

  • Bəhicə • 90.9091%
  • bəhicə • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəhicə
Bəhicə (ərəb. بهيجة‎) — ərəb mənşəli ad. Bəhicə Qadınəfəndi — 34. Osmanlı sultanı II Əbdülhəmidin on ikinci xanımı. Bəhicə Sultan — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin qızlarındandır.
Bəhicə Qadınəfəndi
Bəhicə Qadınəfəndi (soyad qanunundan sonra Bəhicə Maan) (10 oktyabr 1882, Adapazarı – 22 oktyabr 1969, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on ikinci xanımı. Sultan Əbdülhəmidin ən israfçı xanımı idi. Bu səbəblə onun yığılan borcları ən israfçı həyat tərzi Sultan Əbdülhəmidə qarşı ən güclü silahlardan biri olmuşdur. 5 il içində saray məsrəflərini 3 dəfə artırmışdı. == Həyatı == Bəhicə xanım 10 oktyabr 1882-ci ildə əslən gürcü olan bir ailədə dünyaya gəlmişdir. Əsl adı Behiyə idi və ailədəki 6 övladın ən böyüyü idi. Sultan Əbdülhəmidin xanımlarından Sazkar xanımın uzaq qohumu idi və onun vasitəsilə saraya alınmışdı. 17 yaşlı Behiyə, Sultan Əbdülhəmidin oğlu Şahzadə Mehmed Burhanəddin Əfəndinin evlənməsi üçün gəlin axtarışında seçilsə də, gənc qızın gözəlliyi padşahı cəzb etmiş, nəhayət cütlük 10 may 1900 tarixində Ulduz sarayında evlənmişdi. Övladlarının dünyaya gəlişindən sonra Bəhicə xanım israfçılığa yol açan həyat tərzi yaşamağa başladı.
Bəhicə Sultan
Bəhicə Sultan (26 avqust 1848, Çırağan sarayı, Konstantinopol – 20 dekabr 1876) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin qızlarındandır. == Həyatı == 26 avqust 1848-ci ildə Ramazan ayında cümə gecəsi Çırağan sarayında dünyaya gəlmişdir. Atası Osmanlı sultanı Sultan Əbdülməcid, anası isə onun üçüncü iqbalı Nəsrin xanımdır. Dünyaya gəlişi səbəbilə dönəmin validə sultanı Bəzmialəm Sultan tərəfindən sarayda şənliklər təşkil edildi və həm anasına, həm də yeni dünyaya gələn Bəhicə Sultana dəyərli hədiyyələr verildi. İstanbulun fərqli yerlərində top atılaraq sultanın yeni övladının dünyaya gəlişi elan edildi. Anasının ondan öncə 1842-ci ildə bir oğlu dünyaya gəlsə də, Ziyayəddin Əfəndi adlı bu körpə 3 yaşında ikən vəfat etdi. Onun doğumundan 2 il sonra isə Nizaməddin Əfəndi və Bahəddin Əfəndi adlı 2 əkiz qardaşı dünyaya gəldi. Bu doğum səbəbilə anası Nəsrin xanım ikinci iqballığa yüksəldi. Ancaq qardaşlarından Bahəddin Əfəndi 2 yaşında ikən 9 noyabr 1852-ci ildə vəfat etdi.

bəhicə sözünün leksik mənası və izahı

Oxşar sözlər

#bəhicə nədir? #bəhicə sözünün mənası #bəhicə nə deməkdir? #bəhicə sözünün izahı #bəhicə sözünün yazılışı #bəhicə necə yazılır? #bəhicə sözünün düzgün yazılışı #bəhicə leksik mənası #bəhicə sözünün sinonimi #bəhicə sözünün yaxın mənalı sözlər #bəhicə sözünün əks mənası #bəhicə sözünün etimologiyası #bəhicə sözünün orfoqrafiyası #bəhicə rusca #bəhicə inglisça #bəhicə fransızca #bəhicə sözünün istifadəsi #sözlük