Bəhicə Qadınəfəndi
Bəhicə Qadınəfəndi (soyad qanunundan sonra Bəhicə Maan) (10 oktyabr 1882, Adapazarı – 22 oktyabr 1969, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on ikinci xanımı. Sultan Əbdülhəmidin ən israfçı xanımı idi. Bu səbəblə onun yığılan borcları ən israfçı həyat tərzi Sultan Əbdülhəmidə qarşı ən güclü silahlardan biri olmuşdur. 5 il içində saray məsrəflərini 3 dəfə artırmışdı.
== Həyatı ==
Bəhicə xanım 10 oktyabr 1882-ci ildə əslən gürcü olan bir ailədə dünyaya gəlmişdir. Əsl adı Behiyə idi və ailədəki 6 övladın ən böyüyü idi. Sultan Əbdülhəmidin xanımlarından Sazkar xanımın uzaq qohumu idi və onun vasitəsilə saraya alınmışdı. 17 yaşlı Behiyə, Sultan Əbdülhəmidin oğlu Şahzadə Mehmed Burhanəddin Əfəndinin evlənməsi üçün gəlin axtarışında seçilsə də, gənc qızın gözəlliyi padşahı cəzb etmiş, nəhayət cütlük 10 may 1900 tarixində Ulduz sarayında evlənmişdi.
Övladlarının dünyaya gəlişindən sonra Bəhicə xanım israfçılığa yol açan həyat tərzi yaşamağa başladı.