Bəkr sözü azərbaycan dilində

Bəkr

Yazılış

  • Bəkr • 99.3103%
  • bəkr • 0.6897%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əbu Bəkr
Əbu Bəkr (ərəb. أبو بكر الصديق‎; təq. 27 oktyabr 573[…], Məkkə – 23 avqust 634, Mədinə) — Rəşidi xilafətinin birinci xəlifəsi. == Həyatı == 572-ci ildə Məkkədə doğulub. 634-cü ildə Mədinədə vəfat edib.
Atabəy Əbu Bəkr
Atabəy Nüsrədəddin Əbu Bəkr və ya I Əbu Bəkr – Eldənizlər dövlətinin hökmdarı. == Hökmranlığı == Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət uğrunda gedən mübarizə feodal çəkişmələri nəticəsində Eldəgəzlər dövlətinin tənəzzülü başladı. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfahan və Rey vilayətləri Eldəgəz dövlətindən ayrıldı. Eldəgəz dövlətində gedən feodal çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etməyə çalışırdılar. 1192-ci ildə sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu və qısa müddətə Rey, İsfahan və Həmədanda hakimiyyəti ələ keçirdi. Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən (1172–1200) hərbi yardım istədi. 1194-cü ildə Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Martın 25-də Rey yaxınlığında Toğrul öldürüldü. Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Qutluq İnanca tapşırdı. Lakin, Qutluq İnancın müstəqil dövlət yaratmağa çalışması Təkəşin ona münasibətinin kəskin surətdə dəyişməsinə səbəb oldu.
Bəkr Əl-Dulaymi
Bəkr Əl-Dulaymi (d. 26 aprel 1998) — İraqlı üzgüçü. Bəkr Əl-Dulaymi İraqı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Bəkr Əl-Dulaymi birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 53.12 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 75-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
II Əbu Bəkr
II Nüsrədəddin Əbu Bəkr — Atabəylər İmperiyasının hökmdarlığına iddiaçı. Azərbaycanın VII böyük atabəyi və sultanı. Sultan Xamuşun oğlu, Sultan Özbəyin nəvəsi. Həyatı haqqında çox şey bilinmir.
Xəlifə Əbu Bəkr
Əbu Bəkr (ərəb. أبو بكر الصديق‎; təq. 27 oktyabr 573[…], Məkkə – 23 avqust 634, Mədinə) — Rəşidi xilafətinin birinci xəlifəsi. == Həyatı == 572-ci ildə Məkkədə doğulub. 634-cü ildə Mədinədə vəfat edib.
Əbu Bəkr (Eldəniz)
Atabəy Nüsrədəddin Əbu Bəkr və ya I Əbu Bəkr – Eldənizlər dövlətinin hökmdarı. == Hökmranlığı == Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət uğrunda gedən mübarizə feodal çəkişmələri nəticəsində Eldəgəzlər dövlətinin tənəzzülü başladı. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfahan və Rey vilayətləri Eldəgəz dövlətindən ayrıldı. Eldəgəz dövlətində gedən feodal çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etməyə çalışırdılar. 1192-ci ildə sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu və qısa müddətə Rey, İsfahan və Həmədanda hakimiyyəti ələ keçirdi. Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən (1172–1200) hərbi yardım istədi. 1194-cü ildə Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Martın 25-də Rey yaxınlığında Toğrul öldürüldü. Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Qutluq İnanca tapşırdı. Lakin, Qutluq İnancın müstəqil dövlət yaratmağa çalışması Təkəşin ona münasibətinin kəskin surətdə dəyişməsinə səbəb oldu.
Əbu Bəkr (ad)
Əbu Bəkr, Əbubəkr — ad.
Əbu Bəkr Kələvi
Əbu Bəkr Kələvi (v. 1366) — Səmərqənd incəsənət xadimi, üsyan rəhbəri.Moğolustan xanı İlyas xocanın Mavəraünnəhrə yürüşü zamanı pambıqçılar gildiyasının rəisi olmuşdur. O, Əbu Bəkr 1365–13666-cı illərdə Səmərqənddə sərbədarilər üsyanının başçılarından biri olmuşdur. Sərbədarilərin mülklərini müsadirə etməsindən narazı qalan şəhər zadəganları əmirlər Hüseyn və Teymuru dəvət etmişdir. Sərbədarilər əmirlərin qərargahına gəlmiş, lakin orada əsir düşmüşdür. Demək olar ki, onların hamısı edam edilmişdir. Səmərqənddə sərbədari hərəkatı yatırılmışdır.
Əbu Bəkr Narşahi
Əbu Bəkr Məhəmməd ibn Cəfər Narşahi (fars. ابوبکر محمد نرشخی‎), 899—959) — X əsr Orta Asiya tarixçisi. == Həyatı == Əbu Bəkr Məhəmməd ibn Cəfər 899-cu ildə Buxara yaxınlığındakı Narşah qəsəbəsində anadan olmuşdu. "Buxara tarixi" əsərinin müəllifidir. Əbu Bəkr Məhəmməd ibn Cəfər Narşahi 959-cu ildə vəfat edib. == Buxara tarixi əsəri == ən-Narşahinin “Buxaranın tarixi” əsərində isə giriş hissəsindən sonra Buxaranın tarixi, topoqrafiyası və iqtisadi həyatı əks olunmuşdur. Bu əsər ərəb dilində 943-cü ildə yazılmışdır. == Ədəbiyyat == http://www.vostlit.info/haupt-Dateien/index-Dateien/N.phtml?id=2054%7Ctitle=Мухаммад Наршахи. История Бухары. Ташкент.
Əbu Bəkr Siracəddin
Martin Linqs və ya Əbu Bəkr Siracəddin (d. 24 yanvar 1909 - ö. 12 may 2005) — İngiltərəli din tədqiqatçısı[mənbə göstərin] == Həyatı == Martin Linqs 1909-cu ildə İngiltərənin Mançester şəhərində dünyaya gəlmişdir. Xristian protestant ailədə göz açsa da, gənclik illərində dini mövzudakı suallara qənaətbəxş cavab tapmaması onun ateizmə meyil göstərməsinə səbəb olmuşdur. Həyatının sonrakı illərində ədəbiyyat sahəsinə marağı artan Linqs Oksford Universitetində ingilis ədəbiyyatı üzrə təhsil almağa başlasa da, daxilindəki mənəvi boşluq iyirmi beş yaşında onu dünya dinlərini tədqiq etməyə istiqamətləndirmişdir. Nəhayət, İslamla yaxından tanış olmağa başlamış və bu sahədə çoxlu ədəbiyyat mütaliyə etmişdir. 1938-ci ildə Şimali Afrikada səfərdə olarkən orada böyük sufi şeyxi Əhməd Ələvi əş-Şazəli ilə görüşmüşdür. Məhz bu görüş onun həyatının dönüş nöqtəsi hesab edilir. Martin İslamı qəbul edərək Əbu Bəkr Siracəddin adını almış, bir ildən sonra isə Misirə gələrək, Qahirə Universitetində ingilis ədəbiyyatından, əsasən, Şekspirin yaradıcılığından dərs deməyə başlamışdır. 1948-ci ildə İngiltərəyə qayıdan Martin Linqs London Universitetində ərəb dili üzrə mütəxəssis diplomuna yiyələnmiş, 1955-ci ildən başlayaraq uzun müddət Britaniya muzeyinin Şərq əlyazmaları (əsasən ərəbdilli mətnlər) şöbəsinin müdiri vəzifəsində çalışmış və bu sahədə çoxlu tədqiqatlar aparmışdır.
Aişə binti Əbu Bəkr
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, xəlifə Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 17 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
Atabəy II Əbu Bəkr
II Nüsrədəddin Əbu Bəkr — Atabəylər İmperiyasının hökmdarlığına iddiaçı. Azərbaycanın VII böyük atabəyi və sultanı. Sultan Xamuşun oğlu, Sultan Özbəyin nəvəsi. Həyatı haqqında çox şey bilinmir.
Məhəmməd ibn Əbu Bəkr
Məhəmməd ibn Əbu Bəkr (631, Mədinə – 658, Qahirə, Misir, Rəşidi xilafəti, ərəb. محمد بن أبي بكر‎) — Xəlifə Əbu Bəkrin və Əsma binti Umeysin oğlu. Xəlifə Əlinin Misirdəki naibi. == Bioqrafiya == Əbu Bəkrin vəfatından sonra Əsma binti Umeys Əli ibn Əbu Taliblə evlənir. Əli sonralar onun ən sadiq tərəfdarlarından birinə çevrilən Məhəmməd ibn Əbu Bəkri qəbul edir. Məhəmmədin Qasım adlı oğlu var idi. Qasımın həyat yoldaşı Əsma Əbu Bəkrin digər oğlu Əbdürrəhmanın qızı idi. Qasım və Əsmənin Fatimə (Ummu Fərvə) adlı bir qızı doğulmuşdu. Məhəmməd ibn Əbu Bəkr Misirdə xeyli vaxt keçirir və Misir hökmdarı İbn Əbu Sərhin fəaliyyətindən üçüncü xəlifə Osman ibn Əffana şikayət edən bir heyətin tərkibində idi. Xəlifə Misir valisini dərhal işdən çıxaracağını və onun yerinə Məhəmməd ibn Əbu Bəkri təyin edəcəyini vəd edir.
Əbu Bəkr Məhəmməd Urməvi
Əbu Bəkr Məhəmməd Urməvi Azərbaycani (?-1142) — Azərbaycan alimi. == Həyatı == Ə. Urməvi Urmiyada 1042-ci ildə vəfat edib. O, böyük alim olub. Nə vaxt doğulduğu məlum deyil.
Əbu Bəkr ibn Həsən
Əbu Bəkr ibn Həsən ibn Əli (ərəb. أبي بكر ابن حسن ابن علي ‎)‏‎ İmam Həsənin oğlu, Kərbəla şəhidi. Kərbəla hadisəsində vəfat etmişdir.
Əbu Bəkr ibn Ömər
Əbu Bəkr ibn Ömər (ərəb. أبو بكر بن عمر‎; doğum tarixi məllum deyil — vəfat tarixi 1087) — ləmtunlar adlı bərbərlər tayfasının rəhbəri. Əlmürabilər ittifaqının qurucusu Abdullah ibn Yasinin silahdaşı. Qardaşı Yəhyanın 1056-cı ildə vəfatından sonra Əlmürabilər ittifaqının hərbi rəhbəri oldu. Abdullah ibn Yasinin vəfatından sonra (1058-ci və ya 1059-cu il) Böyük Səhrada qalmış Əlmürabilər tayfaları arasında sürtətlə açıq müharibəyə çevrilən mübahisələr yarandı. Məğribdə olan Əbu Bəkr nizamın bərpası üçün Saxaraya tələsməyə məcbur idi. Həyat yoldaşı Zeynəb ən Nafzaviyanın təsiri altında Əbu Bəkr Əlmürabilər ittifaqının hərbi rəhbəri vəzifəsinə Yusif ibn Taşfini təyin etdi. Əbu Bəkr Səhra və Seneqal bərbərlərinin arasında nizamı tez bərpa etməyi bacardı və bundan sonra öz diqqətini Sudanın zəncilərinə yönəltdi. Sudan müharibəsindən sonra Əbu Bəkr Məğribə qayıtdı (1071—1072-ci illər), amma Əlmürabilərin Yusifin hökümdarlığı altında nə qədər güclənməsini görəndən sonra, qərar verdi ki Yusif taxta ondan daha layiqdir və hakimiyyətdən özü əl çəkərək Afrika tayfalarına İslam dinini yaymaq məqsədi ilə Səhraya qayıtdı və 1087-ci ildə vəfatına qədər burada yaşadı.
Əbu Bəkr ibn Əli
Əbu Bəkr ibn Əli (ərəb. أبو بكر بن علي‎) — Əli ibn Əbu Talib və Leyla binti Məsudun oğludur. O, Kərbəla döyüşündə şəhid olan Hüseynin səhabələrindən olmuşdur. == Soyu == Əbu Bəkr ibn Əlinin Aşura günü qardaşı Hüseyn ibn Əliyə dəstək olmaq üçün döyüş meydanında vuruşan Əli ibn Əbi Talibin övladlarından birincisi olduğu deyilir. Onun təxəllüsü Əbu Bəkr olmuşdur. Sünni alimi İbn Quteybəyə görə onun anası Məsud ən-Nəxşəlinin qızı Leyla, atası isə Əli ibn Əbu Talibdir. == Kərbəla döyüşündə == Əbu Bəkr ibn Əli Kərbəla döyüşündə şəhid olmuşdur. Məhəmməd əl-Baqirdən bir hədis var ki, ona görə də Həmdan qəbiləsindən bir nəfər onu şəhid etmişdir. Bəzi mənbələrə görə, onun qəbri İmam Hüseynin dəfn olunduğu yerin yaxınlığındakı Həşimid şəhidlərinin toplu məzarında yerləşir.
Əbu Bəkr məscidi
Əbu Bəkr məscidi (Bakı)
Əbu Bəkr məscidi (Bakı)
Cümə (rəsmi) və ya Əbu Bəkr məscidi (ümumişlək) — 1997-ci ildə Bakı şəhərində, səhabə və ilk xəlifə olmuş Əbu Bəkr As-Siddik şərəfinə inşa edilmiş məscid. == Tarixi == Küveyt Xeyriyyə cəmiyyətinin dəstəyi ilə inşa edilmişdir. Azərbaycanın ən böyük sünni məscidi sayılır. Azərbaycan KİV məscidə gələnləri radikalizmdə və vəhhabizmdə ittiham edirlər. Ancaq məscidin imamı Qamət Süleymanov dəfələrlə onların vəhhabi olmamasını bildirmiş və bunun böhtan olduğunu demişdir.Cümə günləri məscidi 6 min insan ziyarət edir. Məscidin imamı Qamət Süleymanov tərəfindən xütbələr oxunur. Məsciddə ərəb dili, Quran təfsiri, hədis və islam əqidəsi tədris olunur. Ramazan ayında iftar süfrələri açılır və Təravih namazı qılınır. Məsciddə qadınlar üçün ayrıca bölmə var. Məscid yaxınlığında isə islam ədəbiyyatı, geyimləri və parfumeriyası satılan dükan vardır.
Əbu Bəkr məscidi (Sumqayıt)
Əbu Bəkr məscidi və yaxud Sumqayıt Əbu Bəkr məscidi — Sumqayıt şəhərində yerləşən, yerli sakinlər arasında "Ərəblər" adı ilə tanınan məscid. == Tarixi == Tikintisinə 1993-ci ildə başlanan məscid Azərbaycan müstəqilliyini elan edəndən sonra ölkə ərazisində tikilən ilk məscid hesab edilir. Məscid Səudiyyə Ərəbistanın "İslami Nicat" təşkilatının yardımıyla Sumqayıtda - 15-ci məhəllədə inşa edilib. "İslami Nicat" təşkilatının yardımıyla 1998-ci ildə Bakıda da eyni adlı daha böyük "Əbu Bəkr məscidi" inşa edilib. == Adı == İslam peyğəmbəri Məhəmməd peyğəmbərdən sonra 632-634-cü illər arası xəlifəlik edən ilk xəlifə Əbu Bəkrin adını daşıyan məscid Sumqayıt sakinləri arasında "Ərəblər" adı ilə tanınır. Məscidin "Ərəblər" adı ilə tanınmasına səbəb məscidin ərəblərin yardımıyla tikilməsiylə yanaşı, məscidin imamının milliyətcə ərəb olmasıdır. == Bağlanması == Məscidin bağlanmasının əsas səbəbi İkinci Rus-Çeçen Müharibəsinin başlamasıyla çeçenlər tərəfdən vuruşmaq üçün məsciddən xeyli sayda insanın müharibədə iştirak üçün Çeçenistana getməsi və məscidin Çeçenistan "yolu"nda önəmli yeri tutması idi. Bu və bu kimi səbəblərdən məscid 2001-ci ildə bağlandı. Məscid imamı milliyətcə ərəb, əslən Fələstindən olan Əmir Fəhmi ölkəni tez bir zamanda tərk etsə də, Çeçenistanda aktiv döyüş yolu keçmiş 40-a yaxın məscid əhli olan şəxs daha sonralar həbs olundu. Məscidin bağlanması ərəfələri ərəb təşkilatlarının ölkədən qovulması və üzvlərinin həbsləri ilə də yadda qaldı.
Əbu Bəkr əl-Bağdadi
Əbu Bəkr əl-Bağdadi (ərəb. أبو بكر البغدادي‎; 28 iyul 1971, Səmərra, Səlahəddin mühafəzəsi – 27 oktyabr 2019, Barişa[d], İdlib mühafəzəsi) — İraq və Şam İslam Dövlətinin keçmiş lideri. Digər adları Dr. İbrahim, Əbu Dua və İbrahim Əvvad İbrahim Əli əl-Bədri əl-Səmərrai ilə də tanınıb. == Həyatı == Əsl adı İbrahim Əvvad İbrahim Əli əl-Bədri olan Bağdadi 1971-ci ildə İraqın Səmərra şəhərində dünyaya göz açmışdır. Əbu Bəkir əl Bağdadi özünü peyğəmbərin nəslindən hesab etsədə, bu haqda təsdiq edilmiş sənəd və faktlar mövcud deyil. Hədisə görə, axirəzzamanda bir nəfər özünü İslam Peyğəmbərinə nisbət edərək qətl və fətinəlrə törədəcək. Hədisdə deyilir: "Abdullah İbi Ömər dedi ki, Rəsuli Əkrəmin hüzurunda oturmuşduq. Bizə axirəzzamandakı fitnələrdən bəhs etdi və bu məsələ üzərində durdu. Sonra dedi: "Fitnə dumanı özünü bizə nisbət verən şəxsin iki ayağı altından çıxar.
Əbu Bəkr əl-Cəssas
Əbu Bəkr Əhməd ibn Əli Ər-Razi (ərəb. ابو بكر أحمد بن علي الجصاص‎), əl-Cəssas (ərəb. الجصاص‎), (917 və ya 918, Rey – 981 və ya 12 iyun 981, Bağdad) — İslam ilahiyyatçısı, 10-cu əsr Hənəfi məzhəbinin hüquqşünası. == Bioqrafiya == Onun həyatı haqqında çox az şey məlumdur. O, Reydə (müasir İran) anadan olub, ona görə də ləqəbi “ər-Razi”dir. 937-ci ildə elm dalınca Bağdada gəlir. O, fiqh, hədisşünaslıq, təfsir, ərəb dili və s. öyrənmişdir. Əl-Cəssasa təsir edən müəllimlər arasında Əbul-l-Həsən əl-Kərhi xüsusilə seçilir. Əl-Xətib əl-Bağdadiyə görə, əl-Cəssas hicri 331-ci ildə (942) Bağdadda vəfat etmişdir.
Əhməd Həsən Əl-Bəkr
Əhməd Həsən əl-bəkr (1 iyul 1914[…], Tikrit, Bağdad vilayəti – 4 oktyabr 1982[…], Bağdad) — İraqın 5-ci prezidenti.Ərəb Sosializmin banisi.Səddam Hüseynin sələfi. Əl-Bəkr ilk dəfə monarxiyanı devirən 14 İyul İnqilabından sonra məşhurlaşdı. Yeni qurulan hökumətdə əl-Bəkr İraq-Sovet münasibətlərinin yaxşılaşdırılmasında iştirak edirdi. 1959-cu ildə əl-Bəkr İraq ordusundan istefa verməyə məcbur oldu; o zaman İraq hökuməti onu hökumət əleyhinə fəaliyyətlərdə ittiham etdi. Məcburi təqaüdə çıxdıqdan sonra Baas Partiyasının İraq şöbəsinin Hərbi Bürosunun sədri oldu. Bu ofis vasitəsilə himayədarlıq və təkfirçilik sayəsində baasistlərin işinə üzv ola bildi. Baş nazir Abd əl-Kərim Qasim Ramazan (8 Fevral) İnqilabında devrildi; əl-Bəkr Baş nazir, daha sonra isə Baas-Nasserist koalisiya hökumətində İraq sədr müavini təyin edildi. Hökumət bir ildən az müddətə davam etdi və 1963-cü ilin noyabrında devrildi. Ərəb Sosialist Baas Partiyasının 1963-cü ildə hökumətdən uzaqlaşdırılmasından sonra əl-Bəkr və partiya gizli fəaliyyətlə məşğul oldu və hökumətin vokal tənqidçilərinə çevrildi. Məhz bu dövrdə əl-Bəkr Baas Partiyasının İraq şöbəsinin baş katibi (rəhbəri) seçildi və əmisi oğlu Səddam Hüseyni partiya hücrəsinin rəhbərinin müavini təyin etdi.
Əsma binti Əbu Bəkr
Əsma binti Əbu Bəkr (ərəb. حفصة بنت عمر بن الخطاب‎; təq. 595, Məkkə – noyabr 692, Məkkə) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri, ilk xəlifə Əbu Bəkr əs-Siddiqin qızı. == Bioqrafiyası == Əsma Məhəmməd peyğəmbərin ən yaxın dostu Əbu Bəkr əs-Siddiqin qızı idi. Anasının adı Kuteylə bint Əbdül-Uzza idi. Onun Abdullah ibn Əbu Bəkr adlı qardaşı, Aişə və Ümmü Gülsüm adlı bacıları vardır, həmçinin ögey qardaşları Əbdürrəhman və Məhəmməd də mövcud idi. Onun Ummu Ruman binti Amir adlı ögey anası və ət-Tufeyl ibn əl-Haris əl-Əzdi adlı ögey qardaşı var idi. Əsmanın valideynləri Məhəmmədin peyğəmbərlik missiyası başlamazdan əvvəl boşanırlar. Valideynləri boşandıqdan sonra o, atasının evində qalır. После развода родителей она осталась в доме отца.
Əbu Bəkr əs-Səqəfi
Əbu Bəkr əl-Səqəfi (ərəb. أبو بكرة الثقفي‎) — daha çox Nufey ibn əl-Haris (ərəb. نُـفَـيْـع ابْـن الْـحَـارِث‎) olaraq da tanınaraq Nafi ibn əl-Harislə ögey qardaş idi. O, hərbi səfər zamanı başqa bir İslam sərkərdəsi əl-Muğirə ibn Şubə ilə mübahisəsi ilə tanınır. Digər mənbələr onu Ziyad ibn Əbihinin qarın qardaşı kimi təsvir edir.
Bakıdakı Əbu Bəkr məscidində terror
Bakıdakı Əbu Bəkr məscidində terror — 17 avqust 2008-ci ildə Əbu Bəkr məscidinə iki əl qumbarası atılır. Terror nəticəsində 2 nəfər ölür və 18 nəfər ağır bədən yaraları alır. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanovda olur. Azərbaycan polisi terror aktına görə İlqar Mollaçıyevin rəhbəri olduğu "Meşə qardaşları" qrupunun törətdiyini bəyan etmişdir.
Bəkrabad
Bəkrabad (Vərziqan)
Bəkrabad (Vərziqan)
Bəkrabad (fars. بكراباد‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 605 nəfər yaşayır (135 ailə).
Dara Əl-Bəkri
Dara Əl-Bəkri (d. 6 oktyabr 2000) — İordaniyalı üzgüçü. Dara Əl-Bəkri İordaniyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Dara Əl-Bəkri birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:10.62 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 42-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Pir Bəkran
Pir Bəkran — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Pir Bəkran bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,851 nəfər və 2,934 ailədən ibarət idi.
Pir Bəkran məqbərəsi
Pir Bəkran məqbərəsi (fars. آرامگاه پیربکران‎) —İranda yerləşən Azərbaycan Atabəylər dövləti zamanında tikilmiş abidədir. Məqbərə Fəlavərcan rayonunun Pirbəkran bölgəsində, şəhərin mərkəzi hissəsində yerləşir.Abidə 23 dekabr 1931-ci ildə 101 saylı qeydiyyat nömrəsi ilə İranın yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. Məqbərə Azərbaycan memarlığı üslubunda tikilmişdir.
Təkirdağlı Bəkri Mustafa Paşa
Təkirdağlı Bəkri Mustafa Paşa (ö. yanvar 1690) — II Süleyman dövründə ümumilikdə 1 il 5 ay 23 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == == Mənbə == Anonim Osmanlı Tarihi: 1099-1116/1688-1704(haz. Abdülkadir Özcan), Ankara 2000, s. 1, 8, 9-11; Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekayiât (haz. Abdülkadir Özcan), Ankara 1995, s. 109, 121, 167, 168 vd., 191, 219, 233, 245, 288-341, 343-344, 346, 357, 428, 576, 587; Silâhdar Mehmed Ağa, Zeyl-i Fezleke (haz. Nazire Karaçay Türkal, doktora tezi, 2012), MÜ Türkiyat Araştırmaları Enstitüsü, tür.yer.; Hadîkatü’l-vüzerâ, s. 114-116; D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1980, III, 170-187, 420; Şeyhî, Vekāyiu’l-fuzalâ, IV, 48; Râşid Mehmed Efendi – Çelebizâde Âsım Efendi, Târîh-i Râşid ve Zeyli (haz.
Təzəkənd-i Bəkrabad (Vərziqan)
Təzəkənd-i Bəkrabad (fars. تازه كندبكراباد‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 124 nəfər yaşayır (26 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.12 dəfə / 1 mln.
2003 ••••••••••••••••• 1.97
2004 •••••• 0.67
2005 •••••• 0.67
2006 •• 0.23
2008 •••••••••••••••• 1.95
2009 •••••••••••••••••• 2.08
2010 •••••••••••••• 1.63
2011 •••••••• 0.86
2012 ••••• 0.52
2013 •••••••• 0.88
2014 ••••••••• 1.03
2015 ••••• 0.51
2016 •••••••••••••••• 1.91
2017 •••••••••••••••••••• 2.44
2018 •• 0.15
2019 •••••••••••••••••••• 2.36
2020 •••• 0.40

"bəkr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəkr nədir? #bəkr sözünün mənası #bəkr nə deməkdir? #bəkr sözünün izahı #bəkr sözünün yazılışı #bəkr necə yazılır? #bəkr sözünün düzgün yazılışı #bəkr leksik mənası #bəkr sözünün sinonimi #bəkr sözünün yaxın mənalı sözlər #bəkr sözünün əks mənası #bəkr sözünün etimologiyası #bəkr sözünün orfoqrafiyası #bəkr rusca #bəkr inglisça #bəkr fransızca #bəkr sözünün istifadəsi #sözlük