* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Zövqünə, ruhuna, təbiətinə uyğun gəldiyi üçün bir şeyi xoşlamaq; yaxşı bilib qəbul etmək, təqdir etmək; ürəyinə yatmaq. Bu parçanın rəngini bəyənmədim. Onun əsərini çox bəyəndilər. – [Molla Qasım] …Güllücə kəndini bəyənib seçmişdi. S.S.Axundov. Bəyəndiyi qızlar [Məmmədbağıra] gəlməyirdi. S.Hüseyn. Xəlil onun sözlərini bəyənib güldü və qadına tərəf baxdı. M.Hüseyn. 2. Məqbul, yaxşı, düzgün hesab etmək, tərifə layiq görmək, bir şey haqqında yaxşı fikirdə olmaq. Onun sözlərini hamı bəyəndi. İclas irəli sürülən təklifləri bəyəndi. 3. Saymaq. O heç kəsi bəyənmir. ◊ Özünü bəyənən – başqasını saymayan, bəyənməyən; mütəkəbbir, lovğa, özü haqqında böyük fikirdə olan.
Azərbaycan dilinin izahlı lüğəti / bəyənmək2 BƏYƏNMƏK [Cahandar ağa] bu işə bir tərəfdən sevinir, oğlunun öz atasına belə boyun əymədiyini, kişi kimi sözünün üstündə durduğunu bəyənirdi (İ.Şıxlı); XOŞLAMAQ Gülçöhrə Əsgərə: Bəs sən məni bir kərə görməklə xoşladın? (Ü.Hacıbəyov); XOŞUNA GƏLMƏK Təzə qırmızı donu Nərgizin çox xoşuna gəldi (Ə.Məmmədxanlı); SEÇMƏK Əsgər: ...xalamı dəxi buraya göndərim ki, baxsın görsün necə qız seçmişəm (Ü.Hacıbəyov).
Azərbaycan dilinin sinonimlər lüğəti / bəyənmək1 1. облюбить, облюбовать, находить хорошим, подходящим, достойным; 2. одобрять, одобрить, акцептовать;
Azərbaycanca-rusca lüğət / bəyənmək2 глаг. nəyi: 1. нравиться, понравиться. Parçanın rəngini bəyəndi цвет ткани ему понравился, bu əsəri bəyəndim это произведение мне понравилось 2. облюбовать кого-л., что-л., находить, найти хорошим (подходящим, достойным). İstirahət üçün yer bəyənmək облюбовать место для отдыха, özünə nişanlı seçib bəyənmək облюбовать себе невесту 3. одобрять, одобрить. Qurultay ölkənin xarici və daxili siyasətini bəyəndi съезд одобрил внутренюю и внешнюю политику страны 4. выбирать, выбрать по вкусу
Azərbaycanca-rusca lüğət / bəyənmək1 f. 1. to approve (d., of); bir kəsin cavabını / hərəkətini ~ to approve (of) smb.’s answer / way of acting; planı / protokolu ~ to approve a plan / a minute; 2. to like (d.); to love (d.); Mən bu növ şərabı bəyənirəm I like such kind of wine; Məni bəyənirsən, itimi də bəyən at. söz. Love me, love my dog
Azərbaycanca-ingiliscə lüğət / bəyənmək1 f. plaire vi ; choisir qn, qch ; jeter (tt) don dévolu sur qch ; approuver vt ; donner son approbation ; bir kəsin cavabını (hərəkətini) ~ approuver la réponse (les actions) de qn ; qərar layihəsiri ~ entériner une motion
Azərbaycanca-fransızca lüğət / bəyənmək1 гл. бегенмиш хьун; ** özünü bəyənən вичиз вич бегенмиш, масабур гьяз (гьисаба) такьадай, садни бегенмиш тежер; лавгъа, гзаф дамах гвай, вичи-вич вине кьадай.
Azərbaycanca-ləzgicə lüğəti / bəyənmək