əylənmək sözü azərbaycan dilində

əylənmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əylənmək • 90.4321%
  • Əylənmək • 8.6420%
  • ƏYLƏNMƏK • 0.9259%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.96 dəfə / 1 mln.
2004 ••• 0.34
2006 •• 0.23
2007 •• 0.21
2008 •• 0.24
2009 •••• 0.48
2010 •••••••••••••• 1.72
2011 •••••• 0.69
2012 ••••••••••••••••• 2.15
2013 •••••••••••••••••••• 2.63
2014 •••••••• 1.03
2015 ••••••• 0.85
2016 ••••••• 0.87
2017 •••• 0.49
2018 •••••••••• 1.20
2019 •••••• 0.70

əylənmək sözünün leksik mənası və izahı

  • 1 f. Dayanmaq, durmaq, yubanmaq, ləngimək. O, görəsən, harada əyləndi, gəlib çıxmadı? – [Dəli Həsən:] Əylən, bir qulaq as sözə. “Koroğlu”. Fərhad qulluqdan çıxanda daha bir yanda əylənməyir, tez evə qayıdırdı. C.Cabbarlı. // İlişib qalmaq, sakin olmaq. 1918-ci ildə Minkənd tərəfdən gələn Zəngəzur qaçqınlarından bu kənddə əylənənləri çox olmuşdu. Ə.Abasov.

    Azərbaycan dilinin izahlı lüğəti / əylənmək
  • 2 f. 1. Ürək sıxıntısını dəf edərək xoş vaxt keçirmək, ruhən istirahət etmək üçün əyləncə ilə, əyləndirici bir şeylə məşğul olmaq, vaxt keçirmək. Axşam yaxşıca əyləndik. – [Xəyyam:] Qayğı bilməz, içərək əyləniriz; Ayrı olsaq da, həqiqətdə biriz. H.Cavid. [Zeynal] hər zaman gülmək, əylənmək, bağırmaq, sərxoş olaraq səfahətlə vaxt keçirmək istəyirdi. S.Hüseyn. [Xan] …hətta özü də saatlarca Buğacla əylənib nişan atırdı. M.Rzaquluzadə. // Oynamaq, şənlik etmək. Uşaqlar bağçanın həyətində əylənirlər. – Sən şad ol, sən əylən, sevin, gül barı; Qoy mən ayrılığın çəkim yükünü. R.Rza. 2. Lağa qoymaq, masqaraya qoymaq, ələ salmaq, oynatmaq. Dükançıların bizimlə əyləndiklərini anlayaraq: – Bağışlayın, – dedi. A.Şaiq. // Zarafat etmək, şuxluq etmək. Arabir Ballı onunla əylənərək: – A kişi, hansı bəxtəvəri sevmisən? – deyirdi. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / əylənmək

əylənmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

əylənmək sözünün antonimləri (əks mənalı sözlər)

əylənmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. остановиться; 2. развлекаться, забавляться, тешиться;

    Azərbaycanca-rusca lüğət / əylənmək
  • 2 1 глаг. 1. останавливаться, остановиться, быть остановленным. Qatar əyləndi поезд остановился, heç yerdə əylənmədən нигде не останавливаясь (без остановок) 2. задерживаться, задержаться где-л. 3. стоять, постоять, простоять. Əylən, bir qulaq as постой, послушай, bir saat əylənmək harada простоять час где 4. оседать, осесть (остаться где-л. на постоянное жительство) 2 глаг. развлекаться, забавляться. Əylənməyi xoşlamaq любить развлекаться

    Azərbaycanca-rusca lüğət / əylənmək

əylənmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. (şənlənmək) to have* a nice / good* time; to amuse / to divert / to entertain oneself; (özünü məşğul etmək) to get* / to be* distracted; to indulge (in); O, velosiped sürməklə əylənir He / She indulges in bicycling

    Azərbaycanca-ingiliscə lüğət / əylənmək

əylənmək sözünün fransız dilinə tərcüməsi

əylənmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. акъвазун, геж хьун, алдах хьун, гилеш хьун; // галкӀана амукьун, акъвазун, яшамиш хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / əylənmək
  • 2 гл. 1. рикӀ аладарун, къугъун, вахт акъудун, кьарай гъун; шаддаказ вахт акъудун, ял ягъун патал къугъунралди ва я кьил акадардай (рикӀ аладардай) са затӀуналди машгъул хьун; // къугъун, къверигун, шадвал авун; 2. юкьвал вегьин, айгьанатун, хъачун, рахшандун; зарафатун.

    Azərbaycanca-ləzgicə lüğəti / əylənmək

əylənmək sözünün türk dilinə tərcüməsi

əylənmək sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Dayanmaq, durmaq, yubanmaq, ləngimək. (“Koroğlu” dastanının lüğəti) Göndərdim durna telinə, Eyvaz əyləndi, gəlmədi. Keçibdi düşman əlinə, Eyvaz əyləndi gəlmədi.                         (“Durna teli) (“Bağdad–Əsəd”)                      * Əylən, deyim Qıratın qiymətini, Səksən min sərkərdə mala da vermə! Səksən min ağ tüklü qəmər öyəcə, Səksən min xəzinə pula da vermə!                         (“Həmzənin Qıratı aparmağı”)

Azərbaycan dastanlarının leksikası

"əylənmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əylənmək nədir? #əylənmək sözünün mənası #əylənmək nə deməkdir? #əylənmək sözünün izahı #əylənmək sözünün yazılışı #əylənmək necə yazılır? #əylənmək sözünün düzgün yazılışı #əylənmək leksik mənası #əylənmək sözünün sinonimi #əylənmək sözünün yaxın mənalı sözlər #əylənmək sözünün əks mənası #əylənmək sözünün etimologiyası #əylənmək sözünün orfoqrafiyası #əylənmək rusca #əylənmək inglisça #əylənmək fransızca #əylənmək sözünün istifadəsi #sözlük