* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Gildən, saxsıdan, şüşədən və s. materialdan qayrılan darboğazlı su qabı. [Çoban:] Çox uzaq getmə, elə oradan mənim cürdəyimi götür, bəri gəl. Ə.Haqverdiyev. [Cəmil] …balaca saxsı cürdəyi götürüb su gətirdi. Xanıma soyuq su verdi. Ə.Vəliyev. Məişətdə işlədilən müxtəlif formalı səhənglər, nimçələr, kasalar, kiçik cürdəklər, qazanlar öz ornamentlərinin zənginliyi ilə seçilir. “Elm və həyat”.
Azərbaycan dilinin izahlı lüğəti / cürdək2 Gil, saxsı, şüşə və s. materiallardan düzəldilən darboğazlı su qabı. Lənət müxənnəsə, ara qatana, İnsan gərək yalan sözdən utana. Xəbər verin sınıx saxsı satana, Cürdəyini çox zindana çəkməsin. (“Nəcəf və Pərzad”)
Azərbaycan dastanlarının leksikası / cürdək1 “Su qabı” deməkdir. Cür “su”dur, -dək isə “qab”dır, daqqa sözünün qədim kökü daq olub, o da -dək şəklinə düşüb. Hazırda cürdək sadə söz hesab edilir. Ermənilərdəki cür (su) sözü də bizdən götürülüb. Cür sözünün türk dillərində “su” demək olmasını cuyuq, çağış (yağış), carla (suya çək), çən (duman –çən), çisək, çiləmək, çi (şeh) sözləri də sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / cürdək2 сущ. кувшин с узким горлышком. Saxsı cürdək глиняный кувшин, su cürdəyi кувшин для воды; cürdək suyu вода из кувшина
Azərbaycanca-rusca lüğət / cürdək1 is. cruche f ; cruchon m ; pichet m ; bir ~ su une cruche d’eau
Azərbaycanca-fransızca lüğət / cürdək1 сущ. кутар, гичин (чепедикай, хъенчӀикай, шуьшедикай ва мс. раснавай туьд шуькӀуь цин къаб).
Azərbaycanca-ləzgicə lüğəti / cürdək