CAD-CAM sözü azərbaycan dilində

CAD-CAM

Yazılış

  • CAD-CAM • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
CAD/CAM
CAD (Computer-Aided Design; Avtomatlaşdırılmış layihələndirmə (konstruksiyaetmə) sistemi) və CAM (Computer-Aided Manufacturing; Avtomatlaşdırılmış hazırlama sistemi) sistemlərinin inteqrasiya olunması ilə yaradılmış, CNC dəzgahlar üçün hissənin verilmiş cizgisi və ya 3D modeli əsasında idarə proqramlarının hazırlanmaı üçün proqram paketidir. CAD və CAM isitemlərinin bir iş yerində birləşməsi həm verilmiş hissənin konstruksiya edilməsini və sonra, həm də onun bazasında emal texnologiyasının ardıcıllığını, alət seçimini və kəsmə parametrlərini təyin etməyə imkan verir. Bu sistemdə işlənmiş texnoloji proses nəticəsində alınan NC proqramlar postprosessorun köməyi ilə dəzgahın CNC sisitemi üçün lazım olan şəkildə verilir. Bunun bazasında verilmiş hissəni dəzgahda emal etmək olur. CAD/CAM sistemi CAx prosesinin tərkib hissəsi olub müasir maşınqayırmada geniş tətbiq olunur.
CAD
CAD — Kompüter dəstəkli layihələndirmə (ing. Computer-aided design) olub layihələrin hazırlanması, modifikasiyası, analizi və ya optimallaşdırılmasında tətbiq olunan köməkçi kompüter sistemlərinin istifadəsidir. == Ümumi məlumat == CAD proqramlar layihəçinin məhsuldarlığını artırmaq, layihənin keyfiyyətini yaxşılaşdırmaq, sənədlərlə məlumat ötürülmələrini inkişaf etdirmək və istehsal üçün verilənlər bazası hazırlanmasında tətbiq edilir. CAD məhsulu çox zaman çap, emal və ya digər istehsal əməliyyatları üçün daha çox elektron fayllar formasında olur. Kompüter dəstəkli layihələndirmə geniş tətbiq sahəsinə malikdir. Onun elektron layihələndirmədə tətbiqi EDA (ing. Electronic Design Automation) – Elektron cihazların layihələndirilməsinin avtomatlaşdırılması kimi məlumdur. Mexaniki layihələndirmədə, o, həmçinin kompüter dəstəkli cizgi çəkmə (ing. computer-aided draftin – CAD) və ya kompüter dəstəkli layihələndirmə və cizgi çəkmə (ing. computer-aided design and drafting – CADD) kimi də adlanır və kompüter proqramlarının tətbiqi ilə texniki cizgilərin hazırlanması prosesini təsvir edir.
Cad çörəyi
Cad çörəyi — darı unundan bişirilən çörək.Azərbaycanın bəzi bölgələrində cad çörəyini qarğıdalı unundan da hazırlayırlar. Cad çörəyi A və B2 vitaminləri ilə zülal, kalsium, fosfor və dəmir mineralları baxımından zəngindir. Bu çörəyin bişirilməsində qabardıcı tozlardan və əlavə qatqılardan istifadə edilmədiyi üçün dietik çörək də adlanır. Cad çörəyinin üstünlüklərindən biri də uzun müddət saxlanıldıqda xarab olmamasıdır. Bir vaxtlar buğda unu qıt olanda, kasıblıq zamanlarında cad çörəyi həmişə insanların köməyinə çatıb. Cad adi isə çörəyin üstü cadar-cadar, girintili-çıxıntılı, "cod" olduğuna görə verilib.
Cam Tamaçi
Cam Xayruddin Əl-Məruf Cam Tamaçi ibn Cam Unar (Sind dilində: ڄام خيرالدين المعروف ڄام تماچي بن ڄام انڙ‎, Urdu dilində: جام خيرالدين المعروف ڄام تماچي بن جام انر‎ ) — Sindin 1367-1379-cu illərdə məşhur hakimi idi. O Pakistanda Sindin Unar tayfasından idi. == Tarixi == Sultan Əlauddin Xalci ordusu ilə Bukkura ətraflarına gəldi, bu istehkamı geri aldı və Sexvan yola düşməyə hazırlaşdı. Onların arasında Sammoy döyüşü oldu. Bu döyüşdə sonuncu məğlubiyyətə düçar oldu. Cam Tamati və onun bütün ailəsi əsir götürülərək Dehliyə göndərildi. Orada sürgündə o, uzun müddətə yaşamağa məcbur oldu. Öz hökmdarılarının olmadığı vaxtlarda insanlar onun qardaşı, Cam Unarın oğlu Cam Tamati Babinanın hakimiyyəti altında Tarri ətraflarında sakit ömür sürürdülər. Bir neçə il sonra Cam Tmatinin oğlu Xayruddin Sində qayıtmaq üçün izin ala bildi. O atasılnın ölümündən sonra öz tayfasının rəhbəri olmalı idi.
Cam döyüşü
Cam döyüşü — Şeybanilər sülaləsi və Səfəvi sülaləsi arasında genişmiqyaslı hərbi-siyasi qarşıdurmanın mühüm epizodu. Döyüş 24 sentyabr 1528-ci ildə Xorasanın (Səfəvi dövləti) Cam vilayətinin bir hissəsi olan Səbzavar və Xosrovjerdin şimalındakı Zurabad qəsəbəsində baş vermişdir. == Döyüşün gedişi == 1512-ci ildən başlayaraq Şeybanidlər artıq güclü şəkildə Mavəraünnəhrdə özlərini möhkəmləndirmiş və paytaxt Buxarada dövlətlərini qurmuşdular. 1520-ci ildən başlayaraq Səfəvi dövləti ilə vaxtaşırı Xorasan uğrunda vuruşdular. 1526-cı ildə özbəklər bir daha Amudərya çayını keçərək Xorasana daxil oldular. Firdovsi türbəsinin yerləşdiyi Tus şəhərini mühasirəyə aldılar və ələ keçirdilər. Qısa müddətdən sonra Xorasanın əhəmiyyətli hissəsini tutdular və 1527-ci ildə yenidən Səfəvilərin qoşunlarını məğlub edərək Gürganı işğal etdilər. Bundan sonra Şeybanilər şərqə doğru istiqamət götürdülər və Ubeydulla xanın rəhbərliyi altında Heratı yeddi ay mühasirəydə saxladılar. Ubeydulla xan Səfəvilərin yaxınlaşan böyük ordusundan xəbər tutaraq, şimala çəkilmək məcburiyyətində qaldı. 1528-ci ildə sünni Şeybanilər İslam şiə təriqətinin qalası olan Səfəvi dövlətinə və Səfəvi sülaləsinə qarşı "müqəddəs qəzavat" elan etdilər.
Cam minarəsi
Cam Minarəsi — şərqi Əfqanıstanda yerləşən UNESCO-nun Ümumdünya İrsi obyekti. Qor vilayətinin Şahrak bölgəsində, Hari çayının sahilində yerləşir. Qırmızı daşlarla 65 metr hündürlüyündə tikilən minarənin ətrafında 2400 metrə çatan dağlarla çevrilmişdir. Minarənin xarici Kufi xətti və Nəsx xətti ilə yazılar, həndəsi fiqurlar və Quran sürələri ilə bəzədilmişdir.
Türbət Cam
Türbət Cam — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Türbət Cam şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 83,558 nəfər və 19,111 ailədən ibarət idi.
Cam döyüşü (1528)
Cam döyüşü — Şeybanilər sülaləsi və Səfəvi sülaləsi arasında genişmiqyaslı hərbi-siyasi qarşıdurmanın mühüm epizodu. Döyüş 24 sentyabr 1528-ci ildə Xorasanın (Səfəvi dövləti) Cam vilayətinin bir hissəsi olan Səbzavar və Xosrovjerdin şimalındakı Zurabad qəsəbəsində baş vermişdir. == Döyüşün gedişi == 1512-ci ildən başlayaraq Şeybanidlər artıq güclü şəkildə Mavəraünnəhrdə özlərini möhkəmləndirmiş və paytaxt Buxarada dövlətlərini qurmuşdular. 1520-ci ildən başlayaraq Səfəvi dövləti ilə vaxtaşırı Xorasan uğrunda vuruşdular. 1526-cı ildə özbəklər bir daha Amudərya çayını keçərək Xorasana daxil oldular. Firdovsi türbəsinin yerləşdiyi Tus şəhərini mühasirəyə aldılar və ələ keçirdilər. Qısa müddətdən sonra Xorasanın əhəmiyyətli hissəsini tutdular və 1527-ci ildə yenidən Səfəvilərin qoşunlarını məğlub edərək Gürganı işğal etdilər. Bundan sonra Şeybanilər şərqə doğru istiqamət götürdülər və Ubeydulla xanın rəhbərliyi altında Heratı yeddi ay mühasirəydə saxladılar. Ubeydulla xan Səfəvilərin yaxınlaşan böyük ordusundan xəbər tutaraq, şimala çəkilmək məcburiyyətində qaldı. 1528-ci ildə sünni Şeybanilər İslam şiə təriqətinin qalası olan Səfəvi dövlətinə və Səfəvi sülaləsinə qarşı "müqəddəs qəzavat" elan etdilər.
Cam haqqında dua
Cam haqqında dua (Gefsimaniya duası) — İncildə təsvir olunan İsa Məsihin Gefsimaniya bağında etdiyi dua. Xristian ilahiyyatçıların nöqteyi-nəzərindən, dua İsanın iki iradəsi sahib olduğunun ifadəsidir: ilahi və insan. == İncildəki süjet == Cam haqqında dua Yuhənnadan başqa yevangelistlərin hamısı tərəfindən təsvir olunub.
Torbət cam şəhristanı
Türbət Cam şəhristanı — İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Türbət Cam şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 239,395 nəfər və 53,510 ailədən ibarət idi.
Türbət Cam şəhristanı

San Qril (Müqəddəs Cam)
== Tarixi və mahiyəti == Xristianlıqda mifik köklərə bağlı olan, əbədi həyat bəxş edən İsa peyğəmbərin müqəddəs camı. Cam dedikdə həm də İsa peyğəmbərin müqəddəs nəslinin Mariya Maqdalinadan olan və Fransada yaşayan davamçıları da nəzərdə tutulur. San Qril Arturian ədəbiyyatında mühüm əhəmiyyət kəsb edir. Bəziləri bunu mifik hesab etsə də San Qrilin həqiqətən mövcud olduğuna inananlar da var. Lakin, Leonardo da Vinçinin "Son axşam yeməyi" əsərində San Qril təsvir olunmamışdır. San Qrilin axtarışları Səlib yürüşləri zamanı gizli şəkildə aparılırdı. San Qrilin axtarılması və qorunması məqsədilə Fransa kralı XI əsrdə 5 nəfərdən ibarət Sion Prioratını yaradır. Priorat tərəfindən Tampilyerlər ordeni yaradılır və orden Süleyman peyğəmbərin məbədinin xarabalıqıarından San Qrili və gizli xristian yazılarını taparaq Priorata təhvil verir. Və San Qril Priorat tərəfindən qorunmağa başlayır. Prioratın üzvləri dəyişə-dəyişə müasir dövrə qədər gəlib çıxmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

Oxşar sözlər

#cad-cam nədir? #cad-cam sözünün mənası #cad-cam nə deməkdir? #cad-cam sözünün izahı #cad-cam sözünün yazılışı #cad-cam necə yazılır? #cad-cam sözünün düzgün yazılışı #cad-cam leksik mənası #cad-cam sözünün sinonimi #cad-cam sözünün yaxın mənalı sözlər #cad-cam sözünün əks mənası #cad-cam sözünün etimologiyası #cad-cam sözünün orfoqrafiyası #cad-cam rusca #cad-cam inglisça #cad-cam fransızca #cad-cam sözünün istifadəsi #sözlük