* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Paxıl, gözü götürməyən. O göstərir ki, həyatda yaxşı adamlar olduğu kimi, dargöz adamlar da çoxdur. S.S.Axundov. Hacı Sultanın dükan qonşuları bir taqım paxıl, dargöz adamlardı. S.Hüseyn. Fərəc bəy də atası kimi forslu, təşəxxüslü, paxıl, dargöz bir adam imiş. Ə.Vəliyev. // Xəsis.
Azərbaycan dilinin izahlı lüğəti / dargöz1 DARGÖZ – SƏXAVƏTLİ Yetişir, çoxalır şairciyəzlər; Acgözlər, dargözlər, pulgir, xəbislər... (Şəhriyar); Torpağa ona görə “ana torpaq” deyirlər ki, o da ana kimi hamilə olur, ağrı çəkir, doğur, o da ana məhəbbətlidir, ana səxavətlidir, övladcanlıdır (İ.Məlikzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / dargöz