davranmaq sözü azərbaycan dilində

davranmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • davranmaq • 99.4203%
  • DAVRANMAQ • 0.2899%
  • Davranmaq • 0.2899%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.16 dəfə / 1 mln.
2004 •••• 1.01
2006 0.23
2007 ••• 0.63
2008 •• 0.49
2009 •••• 0.96
2010 •• 0.54
2011 ••••• 1.37
2012 •••• 0.95
2013 ••••••• 1.75
2014 ••••• 1.20
2015 •••••• 1.53
2017 •• 0.33
2018 •• 0.45
2019 •••• 1.11
2020 •••••••••••••••••••• 5.57

davranmaq sözünün leksik mənası və izahı

  • 1 f. Özünü aparmaq, münasibət bildirmək. Təbriz inqilabçıları çox ehtiyatlı davranmalıdırlar. M.S.Ordubadi. Mən nə qədər ki … [Xədicəyə] qarşı laqeyd və etinasız davranırdım, əksinə olaraq, o mənə bir o qədər artıq təmayül göstərir, bəzən üzüaçıq gəlib yanımdan ötərək gedirdi. S.Hüseyn. Sarxan çox diqqətli və olduqca sayıq davranırdı. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / davranmaq

davranmaq sözünün etimologiyası

  • 1 Ehtimal olunur ki, daban, dəbərmək, tərpənmək, təpik sözləri ilə eyni kökə malikdir. Tərpən, dabran kimi formaları da mövcud olub. Əsas mənası “hərəkət” deməkdir, “yerimək”(hərfi mənada: “daban üstündə hərəkət etmək”) an­lamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / davranmaq

davranmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 DAVRANMAQ Səfərin gəlməsi söhbətin mövzusunu tamamilə dəyişdi. Kazım da onun yanında ehtiyatla davranırdı (Çəmənzəminli); DOLANMAQ Güləndam Əhmədin həm arvadı, həm əmisi qızı idi.. Əmi qızı və əmi oğlu xeyli mehriban dolanmaqda idilər (Ə.Haqverdiyev); RƏFTAR ETMƏK On-on iki yaşına çatmamış uşaqların əksəriyyəti özünü yaxşı aparırdı, sakit oynayır, bir-birilə yaxşı rəftar edirdi (C.Cabbarlı).

    Azərbaycan dilinin sinonimlər lüğəti / davranmaq

davranmaq sözünün rus dilinə tərcüməsi

  • 1 относиться (к кому), обращаться, поступать (с кем)

    Azərbaycanca-rusca lüğət / davranmaq
  • 2 глаг. kimlə, nə ilə обращаться: 1. вести себя по отношению к кому-л. Nəzakətlə davranmaq kimlə обращаться вежливо с кем 2. пользоваться чём-л. Ehtiyatla davranmaq nə ilə обращаться осторожно с чем

    Azərbaycanca-rusca lüğət / davranmaq

davranmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to behave, to treat; pis ~ to behave / to treat badly; nəzakətlə ~ to behave politely / kindly; bir kəslə yaxşı ~ to treat smb. kindly; bir kəslə pis ~ to treat smb. badly, to illtreat smb.; O, arvadı ilə pis davranır He behaves badly to his wife; 2. to bear* (oneself) in a polite way; Davranmağı öyrənin! Learn how to behave, Behave (yourself)!

    Azərbaycanca-ingiliscə lüğət / davranmaq

davranmaq sözünün fransız dilinə tərcüməsi

davranmaq sözünün ləzgi dilinə tərcüməsi

davranmaq sözünün türk dilinə tərcüməsi

"davranmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#davranmaq nədir? #davranmaq sözünün mənası #davranmaq nə deməkdir? #davranmaq sözünün izahı #davranmaq sözünün yazılışı #davranmaq necə yazılır? #davranmaq sözünün düzgün yazılışı #davranmaq leksik mənası #davranmaq sözünün sinonimi #davranmaq sözünün yaxın mənalı sözlər #davranmaq sözünün əks mənası #davranmaq sözünün etimologiyası #davranmaq sözünün orfoqrafiyası #davranmaq rusca #davranmaq inglisça #davranmaq fransızca #davranmaq sözünün istifadəsi #sözlük